Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə7/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   49

Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
23
caqdılar. Bəzən bir insanın hökmü bəs edir ki, hər hansı 
böyük işin təməli qoyulsun. Ancaq onun inkşafı da, tənə-
züllü  də  həmin  şəxsin  ətrafından,  eləcə  də  cəmiyyətdən 
asılı  olur.  Sonralar  onun  cıxaracağı  nəticələrdən  birinin 
səbəbi indi fərqinə vardığı təbiət səhnəsi olacaqdı. Doğma 
yurdunu  xatırladı.  Uşaqlığı  rayon  mərkəzində  keçmişdi, 
amma arada bir atasının onları gəzməyə apardığı dağla-
rı, meşələri, talaları yarıb keçən çay vadiləri gözləri önünə 
gəldi? Kövrəldi. Əvvəllər təbiətə bu qədər qiymət vermə-
mişdi. Başa düşmədi ki, özününkü saydığı niyə daha üstün 
gəldi. Yəqin ki, atası, bacısı ilə bir də... Yox-yox, onu-üçün-
cünü xatırlamaq belə istəmədi. Ailəsi ilə keçirdiyi anların 
dəyərini unuda bilmirdi. 
Otağa  qədər  səssiz-səmirsiz  gəlmişdilər.  Əslinə  bax-
san Kelli tez qaynayıb-qarışan, tez bir zamanda münasibət 
qurmağı bacaran biri idi. Ancaq otaq yoldaşının pərişan 
halı ona da rayət etmişdi. Onsuz da hər ikisi bütün insan-
lara xas olan qəriblik hissinin, daha doğrusu ayrı mühitə 
düşmüş  insanın  keçirdiyi  anlaşılmayan  duyğuların  təsiri 
altındaydılar. Hər bir insanda bir müddət belə olur. Düş-
düyü yeni mühitə, ətrafa az da olsa bələd olana qədər bu 
qeyri – müəyyən ovqatı yaşayır, sonra hər şey yavaş-yavaş 
əvvəlki axarına qayıdır... 
Kelly ona başa saldı ki, dərslər iki-üç günə başlayacaq, 
ona görə istəsə qəsəbəni onunla gəzməyə çıxa bilər. Əslin-
də yorğundu, gəzməyə həvəsi də yox idi. Ancaq təklifin ilk 
dəfə olduğunu düşünüb, ayağa qalxdı. 
Kampı tərk edib, ətrafa baxa-baxa, yaşayış evləri çox 
sıx olmayan qəsəbə küçələrini bir-birinin ardınca arxada 
qoydular. Hər yan bir başqa tablo idi onlar üçün. Artıq iki 
saatdan çox idi küçələri gəzib dolaşır, maraq doğuran ti-
kililərin  və  mağaza  vestibüllərinin  önündə  dayanırdılar. 
Qəsəbənin dəmiryol stansiyasına, eləcə də mərkəzi avto-


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
24
bus dayanacağına ötəri də olsa baş çəkdilər. Yaxşıca yorul-
muşdular. Onsuz da hər tərəfi bu gün gəzib görə bilməyə-
cəklərini anladıqlarından ətrafdakı park skamyalarından 
birində  oturdular.  Yorğunluğa  baxmayaraq  hər  ikisi  bu 
gəzintidən  qədərincə  razı  qalmışdılar.  Qəsəbədəki  sə-
liqə-səhman, təmizlik və düzən hər ikisini valeh etmişdi. 
Kelli burda onu gözləməsini işarə edib, özü yaxınlıqdakı 
köşkə yaxınlaşdı. Əlində iki plasmas şüşə su ilə qayıdan 
Kelli göz qaş ilə ondan bir az geridə qalan qızları işarət ver-
di. O, isə bir şey başa düşmürmüş kimi key baxışlarla qızla-
rı süzsə də, mimikasında heç bir dəyişiklik hiss olunmadı. 
Axı nə olsun ki, adi qızlardı, onlara niyə diqqət etməliydi 
ki? Yanlarından keçən qızlar onun key baxışlarına rəğmən 
gülərək onlara əl yellədilər. Kelli tərəddüd etmədən, ona 
göz vurub qolundan dartıb qızlara tərəf çəkdi. Onun gəl-
mək istəmədiyini görüb o da tərəddüd və maraqla qızlara 
boylandı. Tək getsin yoxsa tanışlıqdan vaz keçsin. Qızlar 
sanki qəsdən belə israrla onları tanışlığa dəvət edirdilər. 
Metinin etinasızlığı onu qəzəbləndirsə də heç nə demədi, o 
da əl yelləməklə kifayətləndi. Metin demək olar ki, o tərəfə 
heç baxmadı da. 
Aygünün sevgisi onun son məhəbbəti olmuşdu. Fikir-
ləşmirdi ki, bir daha hansısa qız onu maraqlandıra bilər. 
Aygünü  qədər  də  heç  zaman  qızlar  barəsində  düşünmə-
mişdi və onu sevməsi də bir anın içində baş vermişdi. Hə-
yatında baş vermiş bütün dəyişikliklər gözlənilməz olduğu 
kimi sevməsi də gözlənilməz olmuşdu. Aygünün rişxəndlə 
“çoban” deməsi onu özündən çıxarsa da qıza qarşılığında 
heç bir söz deyə bilməmiş, anidən sezmiş olduğu gözəlli-
yin qarşısında dili tutulmuşdu. Sən... sən deyə kəkələmiş, 
başqa  heç  nə  deyə  bilməmişdi.  O  ana  qədər  qızlara  qar-
şı  heç  bir  fərqli  hiss  keçirməyən,  bütün  fikri-zikri  ancaq 
oxumaqda olan, bəzən qızların atmacalarının fərqinə belə 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
25
varmayan, çox zaman özünə qapalı bu oğlan həmin anda 
sanki bir anlıq gərginlik altına düşmüş, qəlbi ona yad hiss-
lərlə çırpınmağa başlamışdı. Sonrakı bir həftə necə təlaş 
dolu anlar yaşadığını ancaq özü, bir də ki, tək sirdaşı Aslan 
bilmişdi. Dəfələrlə dəyişmiş olduğu məktubu Aygünə necə 
çatdırmaq barəsində çox düşünüb-daşınsa da buna nail ol-
madığından özünə yer tapa bilməmişdi. Artıq alışdığı inter-
nat məktəb ona lap dar gəlmişdi. Bu qız hardan peyda oldu, 
onsuz  da  narahat  həyatına  birdən  gəldi.  Yenicə  taleyi  ilə 
razılaşıb hüzur bulmaq istədiyi iç dünyasında yeni fırtına 
qopdu. Hər şey bir-birinə qarışdı. Gözü məktəbdən çox da 
uzaq olmayan ikimərtəbəli xüsusi evin küçə girişinə dikil-
mişdi. Buradan - internatın ikimərtəbəli yataqxanasından 
həmin küçədəki evləri rahatlıqla görmək olurdu. Fikri-zikri 
küçədə qalmışdı. Bu qız niyə gec gəldi, görəsən hara get-
di? kimi sualları verir, sonra da içində özü özünü qınayırdı. 
Əşşi, sənə məruzə etməyəcək ki, hara gedir, niyə gedir? 
Üçüncü günü səbri çatmadı. Onun küçə qapısına çıxı-
şını görən kimi, özünü ora yetirdi. Qapı gözətçisinə düka-
na gedib indi qayıdacağını deyərək hövlnak götürüldü. Qız 
onun ayaq səslərinə dönüb baxanda bir tini artıq arxada 
qoymuşdular. Yaxınlaşmağa cürəti çatmadı. Ürəyi sanki ye-
rindən çıxacaqdı. Nə desin? Desin ki, iki gündü gecəsi-gün-
düzü  yoxdur,  ancaq  onun  xəyalı  ilə  danışır?!  Yox,  birdən 
kobud səslənər, onu acılayar, bəs onda necə? Bir az geridə 
baxışları ilə onu müşayət etməkdən başqa çarəsi qalma-
mışdı. Dilini dişinə sıxıb, yaxınlaşmaq istəsə də, səsi çıxma-
dı. Şeytanın ünvanına lənət yağdıraraq yenə geriyə qaldı. 
Aslanın ona öyrətdiyi sözlərdən heç birini xatırlamırdı. Qə-
ribə burası idi ki, fikrinin izah etməkdə çətinlik çəkməyən 
bir kəs indi lal olmuş, bütün sözləri unutmuşdu. Qız onun 
arxasınca gələn, gah yaxınlaşan, gah geriyə qalan oğlanın 
o  gün  özünün  söz  atdığı  gözlük  vurmuş  oğlan  olduğunu 


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə