Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə9/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   49

Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
29
rında peyda oldu. 
Sən kim olursan ki, mənim bacımı ötürürsən, alə?
Heç cavabını belə gözləmədən Mətinin sifətinə yum-
ruqla tutarlı bir zərbə ilişdirdi. Zərbə onu keyiltsə də 2-ci 
zərbədən yayınmağı bacardı və :
– Qardaş, bir səbrin olsun. Mənim heç kəsə qarşı pis 
niyyətim yoxdur, eləcə də sənin bacına. 
–  Heç  ola  da  bilməz  -  deyib  yenidən  hücuma  atıldı. 
Zərbələrinin boşa çıxması onu daha da qəzəbləndirdi. Hər 
zaman qarşısındakına göz açmağa imkan verməyən, indi 
isə buna müvəffəq olmayan gəncin əsəbləri tarıma çəkil-
mişdi. Qabağındakı oğlan sanki onun əsəbləri ilə oynayır-
dı. O, məharətlə zərbələrdən yayınır, ürəyini soyutmasına 
imkan vermirdi. 
Aygün yerində donub qalmışdı. Qardaşı məsələnin nə 
yerdə olduğunu anlatmağa belə imkan vermədi. Yazıq oğ-
lanın günahı yoxdur axı. Tam aydın görünürdü ki, Mətin 
sadəcə zərbə dəyməsinə imkan vermir, cavab zərbəsi də 
qaytarmırdı. Halbuki görünürdü ki, o çox cəldliklə yerini 
dəyişir.  Belə  üstünlüklə  o  istədiyi  an  zərbə  vura  bilərdi, 
ancaq  eləmirdi.  Ətrafdakılar  isə  sanki  tamaşaya  toplaş-
mışdılar. Heç kəs dalaşanları yaxınlaşıb ayırmır, maraqla 
baxırdılar. Qonşu məhlə də olsa dalaşanın biri bu tərəflər-
də davakarlıqda ad çıxarmış məhşurlardan biri idi və indi 
onun bu uşağın əlində aciz qalması tamaşanı daha da ma-
raqlı edirdi. Aygün dözməyib qışqırdı:
– Emin, bəsdir, sakitləş, bir qulaq as. Axı o mənə artıq heç 
bir söz deməyib. Əksinə xalagilin həyətində mənə ilişən iki 
nəfəri döydü. Əl çək ondan, yazığın nə günahı var axı. 
Emin nəhayət ki, əllərini yanına salıb, yumşaq səslə:
– Elədirsə, qardaş, yumruğa görə gərək bağışlayasan. 
Sonra ötkəm səslə:
– Ancaq bax deyirəm, əgər fikrin başqadırsa bu baş-


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
30
dan səni xəbardar edirəm, çaşma. Onsuz da öyrənəcəm, 
deyilən kimi olubsa başqa. Sən bu həndəvərdə kef elə, çün-
ki mənim dostum olacaqsan, əks halda sən batdın. 
Mətin  heç  bir  söz  demədən  ordan  uzaqlaşdı.  Lənət 
şeytana. Yaxşı oldu ki, vurmadım, özümü saxladım. Aygün 
üçün yəqin ki, xoş olmazdı. Amma yumruq yaxşı tutmuş-
du.  Dodağı  partlamış,  köynəyinə  bir  az  qan  sıçramışdı. 
Müəllimlərə nə deyəcəkdi? Əsas da hərbi dərs müəlliminə. 
Akif  müəllim  demək  olar  ki,  bildiyi  bütün  fəndləri  həm 
boks, həm də güləş üzrə ona öyrətmişdi. Xəbər çatsa ki, 
onu küçədə kimsə əzişdirib, ona nə cavab verəcəkdi. Heç 
istəməzdi ki, sevimlisi olduğu müəlliminin gözündən düş-
sün. Digər müəllimləri isə hər zaman olduğu kimi ona və 
sinif yoldaşlarına davakar olmağın aqibəti belə olur deyib 
tənə edəcəkdilər. İnternat məktəbdə tərbiyə üsullarından 
biri  kimi  bu  yolu  seçmişdilər.  Kim  hər  hansı  tərbiyəsiz-
lik, yaxud pis iş tutardısa onu mütləq hamının qarşısına 
çıxarar, gördüyü əməlin mahiyyəti açıqlanar, onu yaxşıca 
qızardardılar. O internata təzə gələndə iki dəfə həmin və-
ziyyətə düşmüşdü. Hər bir kollektivdə qəbul edilmək üçün 
mütləq yazılmamış imtahan verməli olursan. Bəziləri deyə 
bilər ki, azadlıqda, sosial həyatda bu keçərli qanun deyil. 
Ancaq bu aksiomadır ki, hər bir kollektivdə insanların səni 
öz sıralarında görməsi üçün müəyyən vaxt lazımdır və o 
sıradakı yer fərdin imtahandan şəxsi keyfiyyətlərinə uy-
ğun aldığı qiymətə bağlıdır. 
– Vay qardaş, bu nə gündü, səni kim bu kökə salıb? - 
deyən Aslan onu koridorda bu kökdə görəndə təəcübünü 
gizlədə bilmədi. Səs çıxmadığını görüb zarafatada saldı:
– Yoxsa qız əməlli başlı idmançıdır, xəbərimiz yoxdur. 
Yenə cavab eşitməyəndə əsəbləşdi:
– Əşşi, bir danış görək axı nə olub? Uşaqlara xəbər elə-
yim gedək?


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
31
– Bilirsən ki, mən elə şeyi xoşlamıram. Hər kəs özünə 
cavabdehdir. O, başına gələnləri qısa şəkildə pıçıltı ilə da-
nışıb, gülümsədi. Sabaha hazırlaşmadığı fənn kitabını do-
labından götürüb, çıxdı. 
Kelli  Mətinin  nə  zaman  duracağını  gözləyirdi.  Bərk 
hirslənmişdi. Heyifslənirdi ki, qızları əldən buraxdılar. Hər 
deyən belə imkan ələ düşmürdü axı. Qəribə oğlandır. Qız-
lar özləri deyir tanış olaq, bu isə hələ özünü çəkir. Deyəsən 
oturub heç durmaq da istəmir. Zalım oğlu daha nə fikirlə-
şirsən. Yavaşca dirsəyi ilə ona toxundu:
Bəlkə duraq, belə getsə günorta yeməyinə çatmayacağıq. 
Qəsəbədə ilk gəzinti ilə onda formalaşan insanın hər 
şeyə  qadir  olması  fikri  bir  daha  təsdiqini  tapmış  oldu. 
Həqiqətən  də  hər  şey  insanın  göstərdiyi  səydən  asılıdır. 
İnsan əməli ilə möcüzə yaratmağa qadirdir. Fikrində qəti 
qərara  gəlmişdi.  Əlinə  düşmüş  bu  fürsətdən  maksimum 
yararlanmalıdır.  Vətəninə  dönəndə  o,  yaxşı  təhsil  almış, 
bacarıqlı həkim olmalıdır. 
Kelli  zarafatcıl  oğlan  idi.  Kefindən  də  qalmırdı.  Ata-
sı  ölkəsində  işini  yaxşı  qurmuş  iş  adamı  idi  və  oğlunun 
burada  təhsil  almasını  şəxsi  hesabına  maliyyələşdirirdi. 
Bir sözlə, o atasının istəyi ilə burdaydı. Az sonra Mətinlə 
demək olar ki, dostlaşdılar. Mətin azdanışan olsa da Kel-
li zarafatları ilə onu da güldürür, hər zaman söhbət üçün 
mövzu tapırdı. Onun ingilis dilini yaxşı bilməsinin Mətinə 
çox köməyi olurdu. Kelli onun çalışqanlığına, kitablardan 
ayrılmamasına, oxumaq arzusuna həsəd aparırdı. Heç bir 
yerə çıxmırdı. Həftə sonları qəsəbədəki gecə klubuna neçə 
dəfə dəvət etsə də, onu özü ilə apara bilməmişdi. Arabir 
zarafatla da deyirdi ki, o ki belə oxuyur, sonunda mütləq ya 
professor, ya da doktor olacaq. 
...Artıq bir ilin tamam olmağına az qalmışdı. Qrupdakı 
bütün  uşaqlar  bir-birini  tanıyır  və  hörmət  edirdilər.  Mə-


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə