Petakids-Broschuere-Aserbaidschanisch-2014-11. indd



Yüklə 189,36 Kb.
Pdf görüntüsü
tarix02.01.2018
ölçüsü189,36 Kb.
#19425


Uşaqlar 

üçün

oxu

 

mate

riali

v

   

e

tapmacalar

d

o

s



t

u

m



d

u

r



!

H

e



y

v

a



n

l

a



r

 

-



m  

n

i



m

e



Bu kitabda siz heyvanlar haqqında bəzi məlumatlar əldə edəcəksiniz: onların necə 

yaşadığını, bir-biri ilə necə rəftar etdiyini və nə kimi tələbatlarının olduğunu öyrənəcəksiniz. 

Həqiqətdir ki, insanlarla heyvanlar yan-yana yaşasalar da, biz it və pişik kimi heyvanlar 

haqqında çox vaxt heç nə bilmirik. Odur ki, bəzən biz onları düzgün başa düşmürük. 

Bizim onlarla oxşar tərəfl ərimiz də var. Heyvanlar haqqında daha çox məlumat əldə 

etmək lazımdır, çünki onlar haqqında nə qədər çox bilsək, nə hiss etdiklərini o qədər asan 

anlayarıq. İnanmırsınız? Onda bu kitabdan çoxlu maraqlı məlumatlar əldə edəcəksiniz və 

öyrənəcəksiniz ki, heyvanlar – yaxınlığımızda yaşayan və çox şeyi hiss edə bilən maraqlı, 

ağıllı varlıqlardır. Siz həm də oxumaqdan zövq alacaqsınız. Artıq heyvanlar haqqında 

çox şey bilsəniz və evdə heyvan saxlasanız da, dostlarınız haqqında maraqlı biliklər 

qazanacaqsınız.  

İçindəkilər:

Heyrətamiz heyvanlar aləmi...........................................................................................................................3

Boyama üçün rəsmlər – ağ-qara cizgilərdən rəngli dünyanı yarat.................................................................4

Arif üçün dost................................................................................................................................................8

İtlərin dili........................................................................................................................................................9

Heyvanların həyatından hekayələr...............................................................................................................10

Qızıl qayda..................................................................................................................................................12

Sahibsiz heyvanlar......................................................................................................................................14

Viktorina: Heyvanlar haqqında biliklərini yoxla.............................................................................................16

Emalatxanada işləməkdən zövq al: köpək maskası....................................................................................17

Komikslər: İtlərin həyatı................................................................................................................................19

Rəqəmləri birləşdir + Nəşriyyat haqqında məlumat.....................................................................................31



Heyvanlar, onların bacarıqları və davranışları haqqında nə qədər çox bilsən, onların nə dərəcədə 

mürəkkəb və unikal varlıqlar olduğunu daha asan başa düşərsən. Bu kitabdan sən bəzi maraqlı 

məlumatlar əldə edəcəksən. 

�ziz usaqlar ,

e

B

U



 

K

I



T

A



A

Ş

A



Ğ

I

D



A

K



Q

U

R



U

M

A



 

M

  X



S

U

S



D

U

R:



e

Heyr  tamiz

e

heyvanlar al  mi

e

Delfi nlər gəmi qəzası nəticəsində dənizdə boğulan şəxsləri 

xilas etmişlər. Onlar uzun məsafələrdə insanları suyun 

səthində saxlaya bilirlər. 

Qunduzlar mürəkkəb təşkilati quruluşa malik 

qruplarda yaşayırlar. Onlar yaşamaq üçün yuvalar və 

qidaların saxlanması üçün anbarlar tikirlər.  

Dişi və erkək müşk öküzləri əlverişsiz hava şəraiti və ya 

hər hansı təhlükə zamanı balalarının ətrafında mühafi zə 

çevrəsi yaradırlar.

Fillər rəsm çəkməyi çox sevirlər. Bunun üçün onlar 

xortumları ilə sabit tuta biləcəkləri ağac budaqları 

və ya daş parçalarından istifadə edirlər.

Oranqutanqlar gecələmə yerlərini yağmurdan 

mühafi zə etmək üçün dam tikirlər. İri yarpaqlar 

onlar üçün çətir rolunu oynayır.  

Amerikada yaşayan meşə xoruzu adlı quş 

Kanadadan Cənubi Amerikaya və oradan da geri 

uça bilir. Bununla bərabər o, qışın gəlməsilə tərk 

etdiyi eyni yuvaya geri qayıdır.

Erkək kral pinqvinləri Antarktidanın şaxtalarında iki 

ay müddətində yumurtalarını mühafi zə edir və kürt 

yatırlar.  

"Elektrik" balıqları və ilanbalıqları cərəyan impulsları 

hasil edərək öz bədənləri ətrafında elektrik sahəsi 

yaradır. Bu şəkildə onlar hərəkət istiqamətlərini 

müəyyən edir, düşmənlərin qulağını batırır və öz 

aralarında ünsiyyət qurur. 

2

3



A

Ğ

-



Q

A

R



A

R

 



N

G

L



I

 

Rəngli qələmlərini götür və boyama üçün 



rəsmlərdəki heyvan və bitkiləri boya. İnsanlarla 

iç-içə yaşadıqları üçün yəqin sən it və pişiklə artıq 

tanışsan. Fil və tutuquşuları öz təbii mühitlərində 

təsvir olunub. Əgər heyvanların hansı rəngdə 

olduğunu bilmirsənsə, kitabxanada bu möhtəşəm 

varlıqlar və onların həyatı haqqında öyrənə, yaxud 

müəllimindən soruşa bilərsən. 

HE

Ç B



ILIRDINMI KI 

,

İtlər canavarlarla qohumdur –heç sirena zamanı it ulaması eşitmisən? İnsanla köpəklər düz 



12000 ildən çoxdur ki yan-yana yaşayırlar. Müxtəlif ölçü və rənglərdə çox sayda it var. İnsanda da 

olduğu kimi, onların necə göründüyü deyil, xarakteri və sizinlə möhkəm dostluqları əhəmiyyət kəsb 

edir. İtlərin hər gün lazımı miqdarda su, sağlam qida ilə yanaşı, ailəsində sevgi, qayğı və sənin kimi 

dosta ehtiyacı var! 

pişiklər 

qaranlıqda 

istiqaməti müəyyən 

etmək üçün özlərinin 

uzun bığlarından istifadə 

edirlər? 

Minilliklər boyu pişiklər insanlarla yanaşı yaşamaqdadır. Şəfqətlə oxşandıqda, yumşaq 

diz üstündə, isti yataqda və ya pəncərə önündə günəşli bir yerə uzandıqda pişiklər dərhal 

mırıldanmağa başlayırlar. Pişiklər kağızdan düzəldilmiş topun dalınca qaçmağı və karton qutuda 

gizlənməyi çox sevirlər. Evinizdə pişik varsa, onu sığalla və həmişə qayğısına qal. 

itlər 

insan qulağının 



duya bilmədiyi müxtəlif 

səsləri ayırd edə bilir? 

C

I

Z



G

I

L



 

R

D



 

N

D



Ü

N

Y



A

N



Y

A

R



A

T

!



e

e

e



HE

Ç B


ILIRDINMI KI 

,

4



5


Fillər özlərinin ailə birliklərində yaşayır. Hər gün onlar uzun kilometrlər qət edərək qida və su mənbələri 

axtarır. Sirk və zooparklarda onları bellərində insan gəzdirmək və ya təhlükəli nömrələr nümayiş 

etdirmək üçün istifadə edirlər. Yerdə qalan vaxtlarda isə bu heyvanları ayaqlarından zəncirlə bağlı tutur-

lar. Əgər sən bir daha bu cür “Heyvan şoularına” getməsən, sirk və zooparklara fi llərin velosiped kimi 

zəncirlənməsinin əleyhinə olduğunu aşkar şəkildə göstərmiş olacaqsan.

Tutuquşuları başqa tutuquşuları ilə birlikdə 

olmağı sevirlər. Özlərinin güclü səsləri vasitəsilə onlar 

müxtəlif ağaclar üzərində oturaraq aralarında ünsiyyət qura 

bilirlər. Tutuquşularının yeri qəfəs deyil, onlar ağaclara dırmaşa və digər quşlarla  bir arada ola bildikləri 

azad mühitdə yaşamalıdır. Tutuquşuları üçün sən də fəal ol! Tutuquşu saxlayan insanlara quşlarına yaxşı 

qayğı göstərməli və yaşayış yerində onların uça biləcəkləri, ətraf mühiti dərk edə biləcəkləri və çoxlu hərəkət 

edə biləcəkləri kifayət qədər yer ayırmalı olduqlarını izah et.  Yaşayış yeri təhlükəsiz şəkildə təchiz edilməli, qapı 

və pəncərələr bağlı tutulmalıdır. Lakin bayırda quraşdırılan iri ölçülü volyerlərə daha çox üstünlük verilməlidir! 

Tutuquşuların özlərini xoşbəxt hiss etməsi üçün mütləq tərəfdaşlara ehtiyacı var. 

fi llər 

xortumlarının 



çatmadığı yerlərini 

qaşımaq üçün ağac 

parçasından istifadə 

edir? 


tutuquşuları 

dimdiklərini ağaca 

dırmaşmaq üçün 

əlavə pəncə kimi istifadə 

edirlər? 

HE

Ç B



ILIRDINMI KI 

,

HE



Ç B

ILIRDINMI KI 

,

6

7




Arif çoxdandır it istəyir. Valideynləri və bacısı Fidan 

ilə birlikdə itə qayğı göstərmək üçün ailənin kifayət 

qədər vaxtının olub olmadığını və onun baxımına 

imkanlarının çatıb çatmadığını götür-qoy edirlər. 

Onlar birlikdə kitablardan məlumat axtarır – çünki 

Arifi n doqquz yaşında böyük oğlan olmasına 

baxmayaraq, valideynləri onsuz da köpəyin 

baxımında ona kömək etməli olacaqlar. Axı bu 

köpək onların ailəsinin yeni üzvü olacaq! 

Bundan sonra onlar birlikdə heyvanlar üçün 

sığınacağa yollanırlar, çünki orada çox sayda 

sahibsiz heyvan yeni ailələrinin yolunu gözləyir. 

Heyvanlar üçün sığınacaqda Arif çox kədərləndi. 

Çox sayda it dar qəfəslərdə yaşayır, onların çoxu 

hürür, özlərini ora-bura çırpır, dövrə vurur. Olqa bir 

az qorxdu - onun sadəcə dörd yaşı var.

Heyvan sığınacağına rəhbərlik edən xanım Arif ilə 

ailəsinin sığınacağa gəlməsinə çox 

sevinir. O, uşaqlara itlərin çoxunun qorxduğunu, 

ancaq hamısının çox darıxdığını izah edir. İtlər 

sığınacaqda yaşamaq istəmirlər. 

Onların heç birinin bəxti gətirməyib və yeni şans 

əldə etməyə ümid edirlər. 

Odur ki, itləri satın almaq əvəzinə, sığınacaqdan 

sahiblənmək daha düzgündür. 

Əfsuslar olsun ki, Arif ilə ailəsi bütün heyvanları 

deyil, onlardan sadəcə birini evlə təmin edə bilirlər. 

Cinsi olmayan və hüznlü, ürkək baxışlarla baxan 

bir köpək onların daha çox diqqətini çəkdi. Onun 

gözləri elə mehribandır ki, hamının xoşuna gəldi. 

Ailə köpəyi bir neçə dəfə həyətə çıxardıqdan və 

köpək həqiqətən də onlara yaxınlaşdıqdan sonra 

onlar özlərinin yeni dostlarını evlərinə apardılar. 

Arif ilə Fidan birlikdə köpəyə Toplan adını qoymaq 

qərarına gəldilər. Lap əvvəllər Toplan bir qədər 

qorxaq idi. Lakin hamı onun çətin həyat yaşamış 

ola biləcəyini və insanların etibarını qazanması 

üçün müəyyən qədər vaxtın tələb olunacağını 

başa düşür. Artıq bir neçə həftə sonra bütün ailə 

həyatlarını Toplansız təsəvvür edə bilmir. Hamı 

onu sevir, o isə ailəsini. Ancaq Toplan hələ də bir 

az qorxaqdır. 

Arif xoşbəxtdir, artıq onun yeni dostu var! Toplan 

da xoşbəxtdir, artıq onun yeni ailəsi var! 



Heç bilirdinmi ki, itlər danışa bilir? 

Lakin insanların dilində danışmadıqları üçün, bizə nə isə demək istədikdə bədənlərindən 

istifadə edirlər. Maraqlıdır, elə deyilmi? İtlərin bizə nə demək istədiyini anlamaq üçün onların 

bədənlərinin vəziyyətinə diqqət yetirmək lazımdır. Bununla bir çox anlaşmazlıqların qarşısını 

almaq mümkündür. 

A

R



I

F

 Ü



Ç

Ü

N



 D

O

S



T

!

1. Bu it ya yatır, ya da halsızdır



. Ehtiyatlı ol: iti sığallasan və o bunu görməsə, qorxub səni dişləyə bilər. 2. Bu it yaman 

səninlə oynamaq istəyir. Ancaq ehtiyatlı olun, çox coşmayın! 3. Bu it qorxur

. Bu isə o deməkdir ki, onu tanımırsansa rahat 

buraxmalısan. 4. Bu itin əhvalı yaman pisdir və sənə xəbərdarlıq edir. Qətiyyən ona yaxınlaşma və gözlərinin içinə bax-

ma. Ehmalca geri çəkil, lakin qaçma və əlinlə hər hansı qəfi  l hərəkət etmə. 

�  aqressivdir–Ehtiyatlı ol!

�  səninlə oynamaq istəyir 

Köpək bədəninin yuxarı hissəsi belinin aşağı hissəsindən 

aşağı şəkildə quyruğunu oynadır və diqqətlə sənə baxır.

�  qorxur

�  qarnı ağrıyır 

Beli bükük, quyruğu dartılm ış, qulaqları aşağı sallanmış 

şəkildə köpək başını bir qədər əyib əmin baxışlarla baxır.  

Bədəni gərgindir, dişlərini qıcayır, ola bilsin mırıldayır, 

belindəki tükləri daraq dişləri kimi qabarıb, quyruğu dik 

durur.


�  maraq göstərir 

�  aqressivdir 

�  yatır, yaxud taqətsiz vəziyyətdədir 

�  səndən qorxur və ya sözünə qulaq asır 

Köpək yerdə sərilmiş şəkildə uzanıb və başını çevirib; 

quyruğu da yerdə sərbəst dayanıb.

Düzgün hesab etdiyin cavabın qarşısında işarə qoy. Düzgün cavabları və bu cür hallarda 

düzgün davranış qaydaları ilə bağlı məsləhətləri bu səhifənin sonunda görə bilərsən.

İ

t

l

 

r

i



D

i

l



e

BU ŞƏKILLƏRDƏ TƏSVIR 

OLUNMUŞ ITLƏRIN 

SƏNƏ NƏ DEDIYINI BILIRSƏNMI ?

BU ŞƏKILLƏRDƏ TƏSVIR 

OLUNMUŞ ITLƏRIN 

SƏNƏ NƏ DEDIYINI BILIRSƏNMI ?

8

9




p

r

i

n

s

i

l

a

 

a

d

l

ı 

d

o

n

u

z

 

b

a

l

a

s

ı

 

b

a

l

a

c

a

 

o

ğ

l

a

n

ı

 

b

o

ğ

u

l

m

a

q

d

a

n

 

x

i

l

a

s

 

e

d

i

r

Kerol Berk və on bir yaşlı oğlu Entoni 

1984-cü ilin isti iyul günündə çimmək 

üçün gölə yollanır. Onlar böyütdükləri 

iki aylıq və çəkisi on kiloqrama yaxın 

olan donuz balası Prinsilanı da özləri ilə 

aparırlar. Psixiki xəstə olan Entonidən 

fərqli olaraq, Prinsila suyu sevirdi və əla 

üzücü idi.  

Bir neçə saat ərzində Entoni anası və 

Prinsila ilə birlikdə maili göl qırağında 

gizlən-paç oynayır və sonda uşaq 

yorulur, Kerol Berk isə çimərlik 

ləvazimatlarını yığmağa başlayır. O 

təkrar oğlunun yanına qayıtdıqda onu 

suyun içində görür.  Uşaq var gücü ilə 

qollarını tərpətməyə çalışırdı. Kerol 

dərhal suya atılaraq ona tərəf üzür. 

Prinsila da eyni şəkildə suya atılır. 

Heyvan olmasına və oynayıb 

yorulmasına baxmayaraq, 

uşağa ilk olaraq o çatır.  Entoni ondan 

möhkəm-möhkəm yapışır, lakin təşviş 

içində bərk dartdığından ikisi də suyun 

altına gedir. Uşaq  donuz balasından 

xeyli ağır olduğu üçün ikisi də batmağa 

başlayır. Prinsila var gücü ilə suyun 

üzünə çıxmağa çalışır və sonda buna 

müvəffəq olur. Entoni Prinsilanın kiçik 

bədənindən möhkəm yapışır və heyvan 

sahilə doğru üzüb quruya çıxır.   

Bütün donuzlar kimi Prinsilanın da 

güclü yaddaşı vardı. Bu hadisədən 

uzun illər sonra da hər dəfə uşağın suya 

yaxınlaşdığını görəndə narahatlıq 

keçirirdi.

Nəşr: Paul Dryu Stivens, Riəl Ənimal 

Hirous, Çiko, Kalif.: Şerp & Dannigen, 

1989 (cüzi düzəlişlər) 

TANQ ADLI IT GƏMI QƏZASINDA

 

INSANLARI XILAS EDIR 

idi.  Bununla belə, o həm də güclü yeraltı 

cərəyanla mübarizə etməli idi, su isə gözlərinə 

və qulaqlarına dolurdu. Lakin o bu cür 

maneələri aşıb sahilə tərəf üzürdü. Sahildəki 

insanlar onun qabağına qaçdılar və Tanqı 

təhlükəsiz yerə apardılar. İtin ağzından kanatı 

alıb dirəyə doladılar. Artıq batmaq təhlükəsi 

ilə üz-üzə qalmış gəmini sahilə çıxarmaq 

üçün imkan yaranmışdı. Göyərtədəki 92 nəfər 

xilas edildi. Bu ismarıcda sahilə çıxdıqdan 

sonra Tanqın nə etməsi haqqında heç bir 

məlumat olmasa da, sən, çox güman ki, onun 

gəmidən çıxan hər kəsi quyruğunu yelləyərək 

qarşıladığını öz təsəvvüründə canlandıra 

bilərsən. Londonun məşhur “Lloyds” sığorta 

şirkəti Tanqı ömrünün sonunadək boynunda 

gəzdirdiyi cəsurluq medalı ilə təltif etdi. 

Nəşr: Tim Cons, Doq hirous, Siettl: Episenter 

Press, 1995 (cüzi dəyişikliklər) 

1919-cu ilin dekabrında güclü çovğun zamanı 

“Eti” gəmisi Kanada yaxınlarında 

Nyufaundlend sahillərində qayaya çırpıldı.  

Göyərtədəki 93 nəfər aciz şəkildə qəzəbli 

dəniz dalğalarının gəmini qayalara vurmasını 

izləyirdi. Heyət üzvləri sahildəki insanlara gəmi 

kanatlarından birini tullamağa çalışsa da, bu 

cəhd uğursuz alındı. Bu zaman dənizçilərdən 

biri sahilə tərəf üzmək üçün kanatdan yapışaraq 

suya atladı. Lakin güclü çovğun onu açıq dənizə 

sovurdu və dənizçi boğuldu. Gəmi kapitanının 

dalğıc cinsinə mənsub Tanq adlı iti vardı. O, 

bütün dəniz səfərləri zamanı kapitanı müşayiət 

edərdi. Kapitan Tanqın gəmidəki insanlar üçün 

sonuncu ümid yeri olduğunu yaxşı bilirdi. O, 

kanatı itə verib onun suya tullanmasına və 

kanatı sahilə aparmasına kömək etdi. Nəhəng 

dalğaların və çovğunun pəncəsində suyun 

səthində qala bilmək köpək üçün olduqca çətin 

11

10




QAYDA   

Bizlərdən hər biri qarşısına heyvanlara hörmət və mərhəmətlə yanaşmaq haqqında məqsəd qoya bilər. 

Biz başqalarını da bu cür davranış nümayiş etdirməyə həvəsləndirə bilərik. Çünki bəzi insanlar heyvanlar 

haqqında çox məlumatlı deyillər. Bu səbəbdən də onları məlumatlandırmaq olduqca vacibdir! 

Qızıl qaydanı bilirsən? Başqa insanlarla davranış zamanı istifadə etdiyimiz bu qaydanı biz heyvanlarla 

davranışda da tətbiq edə bilərik: 



"Sənə qarşı edilməsini istəmədiyin şeyləri başqasına qarşı etmə."

Qızıl qaydanı anlamaq və onu heyvanlara qarşı davranışda da tətbiq etməyə başlamaq üçün aşağıda 

verilmiş dörd vəziyyət nümunəsi üzərində məşq et. Təsvir edilmiş vəziyyətləri xəyalında canlandır: 

Bütün nümunələrdə insanlar Qızıl qaydanı pozur. Hər vəziyyətin Qızıl qaydaya nə dərəcədə zidd 

olduğunu (a)  və sənin bu vəziyyətə necə müdaxilə edib Qızıl qaydaya uyğun hərəkət edə biləcəyini 

özündə qeyd et (b). 

     Səhər məktəbə gedəndə qısa zəncirlə bağlanmış bir it görürsən. Onun qabağında nə yemək, nə də su

     var. Nahardan sonra evə qayıdanda itin hələ də orada olduğunu görürsən.

    (a) Burada Qızıl qayda nə dərəcədə pozulur? 

    (b) Sən nə edə bilərsən?

 Sən ən yaxın oğlan və ya qız dostunun gölməçədən çömçəquyruq çıxardığını görürsən. 

(a) Burada Qızıl qayda nə dərəcədə pozulur?

(b) Sən nə edə bilərsən? 

 Dostlarınla bir neçə sahibsiz itlə qarşılaşırsan. Onlar ana itlə küçükləridir. İnsanlar onları yemləyiblər. 

 Lakin do  stlarından biri itləri qəzəbləndirməyi təklif edir. O, heyvanları qovmaq və yemək yemələrinə 

 imkan verməmək istəyir.  

(a) Burada Qızıl qayda nə dərəcədə pozulur? 

(b) Sən nə edə bilərsən?

 

 Yuvasından düşmüş körpə quş balası yolun kənarında ağacın altında oturur. Deyəsən bala quş yaralı 



 deyil, ancaq hələ uça bilmir. Onun valideynləri həyəcanla ətrafında uçuşurlar.  Lakin insanlar fi kir 

 vermədən yanlarından ötüb keçirlər. 

(a) Burada Qızıl qayda nə dərəcədə pozulur? 

(b) Sən nə edə bilərsən?

1.(a) Açıq-aydın başa düşülür ki, itin sahibinin heyvanın yemək, su, hərəkət etmə və sosiallaşmaq kimi təbii ehtiyaclarını qarşılamaqdan zəhləsi gedir

(b) Sən itin sahibinə heyvanın bütün günü suya və minimum gündə bir dəfə yeməyə ehtiyacının olduğunu deyə bilərsən. Bununla yanaşı, köpək 



lazımı qədər hərəkət etməlidir, çünki onlar sosial heyvanlardır və həm insanlarla, həm də digər itlərlə ünsiyyətdə olmağı sevirlər

2.(a) Çömçəquyruq öz təbii mühitindən qoparıldı. O sadəcə alışdığı mühitdən deyil, həm də digər heyvanlarla birlikdən məhrum edildi və bəlkə də 



onun həyatı təhlükəyə girdi.

(b) Heyvanın öz təbii mühitində qalmalı olduğunu dostuna başa sal və ondan çömçəquyruğu suya geri qaytarmasını tələb et. 

3.(a) Sahibsiz itlər insanlar tərəfi  ndən küçələrə tərk edilib, yaxud da onlar sahibləri tərəfi

 ndən tərk edilmiş itlərin balalarıdır

. Sığınacaqları olmayan bu 

heyvanlar tez-tez təhlükəyə məruz qalır və aclıqdan əziyyət çəkir. Onları hirsləndirmək yerinə onlara kömək et! 

(b) Dostlarından bu cür vəziyyətdə özlərini necə hiss edə biləcəklərini soruş və itləri rahat buraxmalarına çalış. 

4.(a) Heç kim ayaq saxlayıb quşa kömək etmədi və quş təhlükəli vəziyyətdədir. 

(b) Sən ehmalca quşu ovcuna alıb yaxınlıqdakı budağın üzərinə qoya bilərsən – valideynləri onu tapıb qeydinə qalacaqlar. Çünki quşlar hətta 

balalarına insan əli dəydikdə belə onların qeydinə qalırlar.  Eyni zamanda diqqətli olmalısan ki, təsadüfən quş balasını şikəst etməyəsən. Balaca 

quşcuğazın başqa yerə düşməməsi üçün dostlarından və ya böyüklərdən kömək istə.  

QIZIL

12

13




Nə qədər çox heyvan axtalanarsa və dünyaya 

bala gətirməzsə, bir müddətdən sonra sahibsiz 

heyvanların sayı azalar. Beləliklə, sahibsiz heyvanlar 

balalamazsa, küçələrdə keçən acınacaqlı həyatı 

yaşamağa da məhkum olmazlar.  Bu məqsədlə 

heyvanların müdafi əsi təşkilatları və heyvansevərlər 

heyvanların axtalanması istiqamətində böyük səylər 

göstərirlər. Hindistanda və bir sıra digər ölkələrdə uzun 

illərdir olduqca uğurlu axtalama proqramları həyata 

keçirilməkdədir: nəticədə daha az sayda sahibsiz 

heyvan və müvafi q olaraq az sayda əziyyət çəkən 

heyvan əldə edilmişdir.

İtlər və pişiklər böyük məmnuniyyətlə 

insanlarla birlikdə yaşayırlar. Lakin əfsuslar 

olsun ki, məsuliyyətsiz insanlar hər dəfə 

heyvanları qovur və onlar küçələrdə 

yaşamağa məhkum olurlar. Bu heyvanların 

balaları da sığınacaqsız qalır. 

Sahibsiz heyvanlar bəzi insanlara maneçilik 

törədir. Lakin tamamilə sahibsiz heyvanların 

vəziyyəti daha acınacaqlıdır. Küçələrdəki 

həyat it və pişiklərə böyük əzablar verir: onlar 

daim qida tapa bilmədikləri üçün çox vaxt 

aclıqdan əziyyət çəkir. Yaralananda və ya 

xəstələndikdə onları kimsə baytara aparmır. 

Balaları olduqda isə demək olar ki, onların 

qeydinə qalmaq iqtidarında olmurlar. 

Bu səbəbdən də sahibsiz heyvanların, o 

cümlədən də evinizin ətrafında yaşayan 

heyvanların  axtalanması olduqca vacibdir. 

Axtalama – baytar həkimin narkozun təsiri 

altında dişi və erkək heyvanlar üzərində 

keçirdiyi əməliyyatdır. Bu əməliyyatdan sonra 

heyvanlar daha balalaya bilmir. Heyvanların 

axtalanması çox vacib məsələdir, belə ki, 

sahibi olmayan və küçələrdə əziyyət çəkən 

heyvanların sayı olduqca çoxdur. 

Bilirdinmi ki, pişiklərin axtalanması 

saysız-hesabsız balalama hallarının qarşısını 

ala bilər? 

Daha doğrusu, sadəcə 7 ildə 370.000 balanın 

dünyaya gəlməsinin! İtlərin axtalanması isə 

altı ildə 67.000 balanın.

 

Erkək və dişi pişik yarım ilə bala dünyaya 



gətirə bilər. Onların 4-7 balası ola bilər. Fərz 

etsək ki, balalardan hamısı həyatda qalmasa 

belə, iki dişi və iki erkək pişik yenə bala 

dünyaya gətirə bilər, bir ildən sonra onların 

neçə balası olar? Bu tapşırıq çətin gələrsə, 

kömək üçün böyük qardaş və ya bacılarına, 

yaxud müəlliminə müraciət edə bilərsən. 

SaHiBSiZ

Sən nə edə bilərsən:

Rumıniyanın Oradea şəhərinin meri heyvanların müdafi əsi təşkilatı 

ilə əməkdaşlıq etmiş və nəticədə heyvanların böyük əksəriyyəti 

uğurla axtalanmışdır: sadəcə yeddi il ərzində sahibsiz heyvanların 

sayı xeyli dərəcədə azalmışdır! Əvvəllər Oradeanın 

küçələrində 5000 it yaşadığı halda, axtalanmadan 

sonra balaları olmayan heyvanların sayı 2012-ci 

ildə olduqca azalmış, daha dəqiq desək, 4750 

daha az sahibsiz heyvan olmuşdur. 

Şəhərdə hələ də neçə evsiz itin yaşadığını 

hesablaya bilərsən? 

HeYVaNlar

1.) Ümumilikdə iki pişikdən bir il sonra 14 pişik törəyir

. Birinci yarım ildən sonra ilk pişik cütlüyü 

balalayacaq- 2 dişi, 1 erkək bala. Növbəti yarım ildə isə hər üç dişi pişiyin yenə 3-ə qədər balası olacaq. 

2.) Sadəcə 250! Oradea şəhərindəki sahibsiz itlərin sayı axtalama proqramları nəticəsində yeddi ildə 95 faiz 

azalmışdır - Çünki itlər daha balalamadı! Bunun nəticəsində artıq çox daha az sayda it həyatlarını təhlükə və 

əziyyət dolu küçələrdə keçirməli olacaq. 

Sahibsiz heyvan gördükdə hər zaman onların biz insanların yardımına ehtiyacı olduğunu düşünün. 

Ailənizlə uzun götür-qoylardan sonra heyvan saxlamaq qərarına gəldikdə, xahiş edirik, heç vaxt pulla satın 

almayın: nə zoomağazadan, nə bazardan, yaxud onları satmaq üçün çoxaldanlardan – çox yazığınız gəlsə 

belə! Xahiş edirik heyvanı sahibsiz heyvanlar üçün sığınacaqlardan götürüb ona ailə üzvünüz qismində 

xoşbəxt bir həyat bəxş edəsiniz. 

14

15




Heyvanlar haqqında nə dərəcədə məlumatlısan? 

Aşağıdakı ifadələri diqqətlə oxu və düzgün olduğunu hesab etdiyin ifadənin qarşısında “bəli”, 

səhv olduğunu düşündüyün ifadənin qarşısında isə “xeyr” qutusunu işarələ. Əmin olmadığın 

yerlərdə isə üçüncü qutunu işarələ. Düzgün cavablar bu səhifənin sonunda verilib. 

       Balinalar öz aralarında çox yaxşı ünsiyyət qura bilirlər, 

odur ki, Antarktidada yaşayan balina Alyaskada yaşayan 

balinanın səsini eşidə bilir. 

 

 bəli     xeyr     ?



 

Fransanın cənubunda yaşayan qarğalar şimalda 

yaşayanlardan tam fərqli “aksent”ə malikdir.

 

 bəli     xeyr     ?



       Vəhşi qaz yaralanarsa, o sağalana və ya ölənədək bir 

neçə yoldaşı başında gözləyir. 

 

 bəli     xeyr     ?



 

Cüyürlər kor yoldaşlarına kömək edir və onları 

yönləndirirlər.   

 

 bəli     xeyr     ?



       Fillər ölmüş həyat yoldaşları üçün darıxır və hətta bəzən 

ağlayırlar.

 

 bəli     xeyr     ?



       Qaraquyruqlu çəməm itləri sürülərinin digər üzvlərini 

“öpərək” müəyyən edir. 

 

 bəli     xeyr     ?



      Şimpanzelər bəzən döyüşdükdən sonra məğlub olmuş 

yoldaşlarını qucaqlayır, yaxud onların kürklərini yalayırlar. 

 

 bəli     xeyr     ? 



      Bəzi quş növləri sınmış sümüklərini bərkitmək və yaralarını 

sağaltmaq üçün palçıq və bitki hissələrindən istifadə 

edirlər.

 

 bəli     xeyr     ?



      Təhlükəli vəziyyətlərdə itlərin və donuzların uşaqları xilas 

etməsi ilə bağlı çoxlu hadisələr məlumdur.

 

 bəli     xeyr     ?



Rəngli karandaşları götürüb bu sevimli köpək maskasını istədiyin kimi boya! Sonra onu qayçı ilə 

ehmalca kəsə bilərsən. Maskanı kartonun üzərinə yapışdır və rezin lenti nəzərdə tutulmuş hissələrə 

bərkit – hazırdır! 

Oyundan bolluca zövq almağı arzu edirik! 

Viktorina: 



HEYVANLAR HAQQINDA BILDIKLƏRINIZ 

Bütün sualların cavabı “bəli”dir! Heç 

təsəvvürünə gətirə bilirdin? Olduqca müxtəlif 

heyvanlar qeyri-adi bacarıqlara malikdir – 

onlar sadəcə bir-birilərinə deyil, həm də digər 

canlılara, elə biz insanlara da kömək edir.  

17

16




e

K

Ö



P

  

Y



I

H



  

Y

A



T

I

 



e

18

19




SOYUQ QIŞ GÜNÜ İDİ, ALAGÖZ NARAHAT 

GÖRÜNÜRDÜ ONUN ACLIQDAN MƏDƏSİ AĞRIYIRDI.

ZƏNCİRLƏ BAĞLANMIŞ KÖPƏK ÖZÜNƏ 

SOYUQDAN QORUNMAQ ÜÇÜN YER TAPA 

BİLMİRDİ.

EV TƏRƏFƏ BAXANDA İÇƏRİDƏ 

AİLƏNİ GÖRÜRDÜ. O, HƏMİN AN 

İÇƏRİ GİRİB HEÇ OLMASA BİR 

NEÇƏ DƏQİQƏ ONLARIN YANINDA 

QALMAĞI ELƏ ARZULAYIRDI Kİ. 

 

BƏLKƏ DƏ FƏRİD ONUN BAŞINI 

SIĞALLAYIB, QULAQLARININ 

ƏTRAFINI QAŞIYIB ONA MƏNİM 

AĞILLI QIZIM DEYƏRDİ. 

BƏLKƏ DƏ BALACA LEYLA ATA VƏ 

ANASINDAN GİZLİCƏ ONA BİR TİKƏ

ÇÖRƏK VERƏRDİ.

ANCAQ ALAGÖZÜN NECƏ KƏDƏRLƏ 

EVƏ TƏRƏF BAXDIĞININ KİMSƏ FƏRQ

İNƏ VARMADI. 

O, DAMA SÖYKƏDİLMİŞ FANER 

PARÇASININ ALTINA GİRDİ, BU, 

ONUN ƏN YAXIN SIĞINACAĞI İDİ. 

ALAGÖZ HEÇ DƏ HƏMİŞƏ BAYIRDA YAŞAMAYIB. 

AİLƏ ONU BALACA İKƏN EVƏ GƏTİRDİYİNDƏ 

ONLARLA BİRLİKDƏ YAŞAYARDI. 

FƏRİD ONUNLA İP ÇƏKMƏ 

OYUNUNU OYNAMAĞI ÇOX 

SEVƏRDİ. 

 

O, TENNİS TOPUNU ATAR VƏ ÇOXLU 

GÜLƏRDİ, TOP SIÇRADIQCA ALAGÖZ 

SEVİNCLƏ ONUN DALINCA QAÇAR VƏ 

TUTMAĞA ÇALIŞARDI. 

BALACA LEYLA GECƏLƏR ONU 

YERİNDƏN QALDIRIB QUCAQLAYIB 

ÖPƏR, DAHA SONRA İSƏ ÖZ YATAĞINA 

APARARDI. KÜÇÜK YORĞANIN ALTINDA 

LEYLAYA SÖYKƏNİB YATARDI.  

20

21




LAKİN BƏZƏN ALAGÖZÜ BAYIRA 

ÇIXARMAQ LAZIM GƏLDİKDƏ FƏRİD 

İLƏ LEYLA XEYLİ YUBANARDI VƏ O 

ARTIQ DÖZƏ BİLMƏDİKDƏ XALÇANIN 

ÜZƏRİNDƏ “BƏDBƏXT HADİSƏ” BAŞ 

VERƏRDİ. 

AİLƏSİ EVƏ QAYIDANDA ALAGÖZ O 

QƏDƏR HƏYƏCANLANARDI Kİ, 

SEVİNCİNDƏN ONLARIN ÜZƏRİNƏ 

ATLANIB VƏHŞİ TƏBİƏTDƏ İTLƏRİN 

BİR-BİRİLƏRİNİ SALAMLADIĞI KİMİ 

ÜZ-GÖZLƏRİNİ YALAYARDI.

LAKİN ATALARI BUNA 

ƏSƏBİLƏŞƏR VƏ ONU 

İTƏLƏYƏRDİ.

BU ALAGÖZÜ PƏRT EDƏRDİ – 

AXI ONLAR ONU GÖRDÜKLƏRİ 

ÜÇÜN NİYƏ SEVİNMİRLƏR? 

BİR GÜN ONU BÜTÜN GÜN BOYU 

EVDƏ TƏK QOYUB GETDİKLƏRİNDƏ 

ALAGÖZ DİVANIN AYAQLARINI 

GƏMİRMƏYƏ BAŞLADI. 

ONUN DİŞLƏRİ ÇIXIRDI, SÜD DİŞLƏRİNDƏN 

QURTULMAQ VƏ AĞRIDAN SIZILDAYAN 

DAMAQLARINI SAKİTLƏŞDİRMƏK ÜÇÜN 

NƏ İSƏ GƏMİRMƏLİ İDİ. 

O, AİLƏDƏ DİVANIN YALNIZCA İNSANLARIN İSTİFADƏSİ ÜÇÜN 

NƏZƏRDƏ TUTULDUĞUNU DƏRK ETMİRDİ. AYAQLAR FƏRİDİN 

HƏYƏTDƏ ONA ATDIĞI ÇUBUQLAR KİMİ O QƏDƏR CƏLBEDİCİ 

GÖRÜNÜRDÜLƏR Kİ. 

22

23




ALAGÖZÜN NƏ ETDİYİNİ GÖRƏN ANA QƏZƏBLƏNİB 

FƏRİDDƏN ONU HƏYƏTƏ ÇIXARMASINI TƏLƏB ETDİ.   

ƏVVƏLCƏ ALAGÖZ HƏYƏCANLANMIŞDI- 

FƏRİD İLƏ GƏZMƏYƏ GETDİKLƏRİNİ 

DÜŞÜNMÜŞDÜ.

LAKİN FƏRİD OYNAMAQ HƏVƏSİNDƏ 

DEYİLDİ. O, ALAGÖZÜN XALTASINI 

ZƏNCİRƏ KEÇİRİB ARXASINA BELƏ 

BAXMADAN EVƏ GETDİ. 

ALAGÖZÜ BİR DAHA 

EVƏ BURAXMADILAR. 

ALAGÖZ ARTIQ NƏ QƏDƏR MÜDDƏTDİR 

KÜÇƏDƏ YAŞADIĞINI UNUTMUŞDU. TƏK 

XATIRLADIĞI ŞEY YAYIN HƏDDİNDƏN ÇOX 

İSTİ KEÇMƏSİ VƏ BAŞININ AZ QALA 

ALOVLANIB YANACAĞINI DÜŞÜNMƏSİ İDİ. 

QIŞDA İSƏ O, HEÇ CÜR İSİNƏ 

BİLMİRDİ, BƏRK TORPAQDAN 

BAŞQA YATACAQ YERİ YOXDU.  

BAŞQA İTLƏR ƏTRAFINA YIĞIŞANDA ONU NİYƏ 

NARAHAT ETDİKLƏRİNİ BAŞA DÜŞMÜRDÜ VƏ 

ONLARIN ÇIXIB GETMƏSİNİ İSTƏYİRDİ. 

ONLARIN YANINDAN QAÇIB 

UZAQLAŞMAQ İSTƏSƏ DƏ, 

QAÇACAQ VƏ GİZLƏNƏCƏK 

YERİ YOX İDİ.

BUNDAN BAŞQA O, DAİM ACLIQ HİSS EDİRDİ. ONA ELƏ GƏLİRDİ Kİ, NƏ QƏDƏR YESƏ 

DƏ ACDIR. SOYUQ HAVADA ƏLAVƏ, CANINI İSİDƏCƏK YEMƏYƏ DAHA ÇOX EHTİYACI 

OLURDU. 

24

25




BİR GECƏ O YAMAN NARAHAT İDİ. HAVA 

ÇOX SOYUQDU – TEMPERATUR SIFIRDAN 

AŞAĞI ENMİŞDİ. ELƏ HƏMİN GECƏ YARISI 

O, DÜNYAYA 10 KÜÇÜK GƏTİRDİ. 

ONLAR NƏM VƏ DEMƏK OLAR Kİ, TÜKSÜZ 

İDİLƏR, ŞİDDƏTLİ KÜLƏYƏ QARŞI GƏLƏ 

BİLMİRDİLƏR. ALAGÖZ ONLARI İSİTMƏK 

ÜÇÜN NƏ İSƏ ETMƏLİ OLDUĞUNU BİLİRDİ.

BƏDƏNİ İLƏ ONLARI İSİTMƏK ÜÇÜN 

ÜZƏRLƏRİNƏ UZANMAQ İSTƏSƏ DƏ, 

BUNUN HEÇ BİR NƏTİCƏSİ OLMADI, 

KÜÇÜKLƏR GETDİKCƏ DAHA ÇOX 

ÜŞÜYÜRDÜLƏR. 

NÖVBƏTİ GÜN TEZ-TEZ ALAGÖZÜ ZİYARƏT EDƏN, 

ONA YEMƏK GƏTİRƏN VƏ SIĞALLAYAN SONA, LALƏ 

VƏ YUSİF MƏKTƏBDƏN EVƏ QAYIDARKƏN BİR 

DƏQİQƏLİK BAŞ ÇƏKMƏYƏ GƏLDİLƏR.

HƏLƏ PİYADA KEÇİDİNDƏN 

ONLAR SOYUQ TORPAQDA 

UZANMIŞ BALACA 

KÜÇÜKLƏRİ GÖRDÜLƏR.

BU 

NƏDİR?

SANKİ ... 

KÜÇÜYƏ 

BƏNZƏYİRLƏR! 

ONLAR YAXINDAN BAXMAQ ÜÇÜN DƏRHAL 

ALAGÖZÜN YANINA QAÇDILAR. ALAGÖZ ELƏ 

HƏYƏCANLANMIŞDI Kİ, BƏLKƏ BU UŞAQLAR 

ONUN BALALARI XİLAS EDƏ BİLƏRDİLƏR! 

LAKİN UŞAQLAR GEC QALMIŞDI – KÜÇÜKLƏRİN 

HAMISI GECƏ BOYU SOYUQDAN ÖLMÜŞDÜ. 

YAZIQ 

KÖRPƏLƏR. 

SƏNİN BALALARINI 

XİLAS ETMƏYƏ İMKANIN 

YOX İDİ, ALAGÖZ. AXI 

SƏN NƏ EDƏ 

BİLƏRDİN, 

QIZIM? 

GƏRƏK NƏ İSƏ EDƏK. 

KÜÇÜKLƏRİ LAZIMI 

ŞƏKİLDƏ DƏFN 

ETMƏLİYİK.

GÖZLƏYİN, MƏNCƏ, 

GƏLİN ƏVVƏL HƏR ŞEYİ 

MƏNİM ANAMA DANIŞAQ, 

GÖRƏK O, NƏ DEYİR. 

26

27




BU, HEYVANLARA QARŞI QƏDDARLIQDIR! 

İNDİ ATANA ZƏNG VURACAM, RAZI OLSA, 

BƏLKƏ ALAGÖZÜ EVİMİZƏ GƏTİRDİK! 

UŞAQLARIN LALƏGİLİN 

EVİNƏ GEDİB OLANLARI 

ANASINA DANIŞDILAR. 

BALACA LALƏNİN ANASI ALAGÖZÜN OLDUĞU 

YERƏ GETDİ VƏ GÖRDÜKLƏRİ ONU ÇOX SARSITDI. 

O, NƏ ETMƏLİ OLDUĞUNU BİLİRDİ. 

11

11



11

ALAGÖZÜN ZƏNCİRİNİ AÇDI... 

LALƏ, ƏZİZİM, ATANLA 

MƏN BİR QƏRAR ALDIQ, 

ALAGÖZ ARTIQ BİZİMLƏ 

YAŞAYACAQ. 

... VƏ EHTİYATLA KÜÇÜKLƏRİ 

YERDƏN QALDIRDI. 

YAŞADIĞI BÜTÜN ÇƏTİNLİKLƏRDƏN 

SONRA BİZ ONA YAXŞI BAXMALIYIQ. 

ƏLBƏTTƏ, ANA! 

MƏN ONUN DOSTU 

OLACAM

ALAGÖZÜ AXTALANMASI ÜÇÜN BAYTARA 

APARDI VƏ KEYFİYYƏTLİ YEMLƏ TƏMİN ETDİ. 

28

29




Diqqətinizə görə çox sağ olun! 

Bu kitab xoşuna gəldi? Heyvanlar haqqında yeni nə isə öyrəndin? 

Əgər özünü heyvanların dostu hesab edirsənsə, bunu başqalarına da göstərə və 

hər zaman heyvanlara kömək edə bilərsən. Bütün dünyada uşaqlar heyvanların fəal 

müdafi əçilərinə çevrilməkdədir. Heyvanların qəhrəmanı ol – onlar sənə minnətdar 

olacaq! 


Heç vaxt unutma: heyvanlarla səninlə davranılmasını istədiyin kimi rəftar et. 

Heyvanlar - əşya deyil, hissləri olan canlılardır. 

Odur ki, heyvanlar satın alınmamalıdır – nə zoomağazadan, nə bazardan, nə də onları 

çoxaldan şəxslərdən. Əgər ailənlə uzun götür-qoylardan sonra bir heyvan sahiblənmək 

istəyirsənsə, heyvan sığınacaqlarını ziyarət et. 



BİR HƏFTƏ SONRA 

UŞAQLAR, 

YEMƏYƏ 

GƏLİRSİZ? 

OLDU, ANA,

 BİR DƏQİQƏYƏ 

GƏLİRİK. 

VALİDEYNLƏRİNİN 

ALAGÖZƏ SAHİB 

ÇIXMASINA ÇOX 

SEVİNDİM. 

HƏ. BÜTÜN O 

YAŞADIQLARINDAN 

SONRA GÖZƏL BİR 

EVƏ EHTİYACI VARDI. 

ELƏ İSTƏRDİM Kİ, 

ZƏNCİRDƏ SAXLANILAN 

BÜTÜN KÖPƏKLƏRİN BİZİM 

KİMİ QAYĞIKEŞ SAHİBLƏRİ 

OLSUN. 

BU, NYU-YORK ŞTATININ EFTON ŞƏHƏRİNDƏ SOYUQ YANVAR GECƏSİNDƏ DÜNYAYA 

10 BALA GƏTİRMİŞ, LAKİN KÜÇÜKLƏRİNİN HAMISI ÖLMÜŞ VƏ ONLARI GÖRMÜŞ BİR 

QRUP UŞAĞIN SAYƏSİNDƏ SAHİBİNƏ QARŞI HEYVANLARLA RƏHMSİZCƏ DAVRANIŞA 

GÖRƏ QANUNVERİCİLİYİN 10 BƏNDİ İLƏ İTTİHAM İRƏLİ SÜRÜLMÜŞ BİR KÖPƏYİN 

BAŞINA GƏLMİŞ REAL HADİSƏLƏRƏ ƏSASLANAN UYDURULMUŞ HEKAYƏDİR. 

R

Ə

Q

Ə

M

L

Ə

R

I

   

B

I

R

L

Ə

Ş

D

I

R

Rus dilinə tərcümə etdi: Kamilla Kərimli © 2013.

Azərbaycan dilinə tərcümə etdi: Esmira Ramazanova © 2013.

30

31




BİlİrDİNİZmİ Kİ?

BİlİrDİNİZmİ Kİ?

İTLƏR İNSANLARIN ÜZLƏRİNDƏKİ EMOSİYALARI 

ANLAYA BİLİR VƏ BU, ONLARIN BİZİMLƏ

ÜNSİYYƏTDƏ OLMASINA, ONLARDAN NƏ 

İSTƏDİYİMİZİ BAŞA DÜŞMƏSİNƏ KÖMƏK EDİR. 

xoşbəxt


kədərli

RİKO ADLI İT 1000-DƏN ÇOX SÖZ ÖYRƏNİB VƏ 

BİR AYDAN ÇOX GÖRMƏDİYİ OYUNCAQLARIN 

ADINI YADDA SAXLAYA BİLİR. ALİMLƏR 

KÖPƏKLƏRİN BU QAVRAMA QABİLİYYƏTİNİN 

ÜÇ YAŞLI UŞAQLA EYNİ SƏVİYYƏDƏ 

OLDUĞUNU BİLDİRİR. 

İTLƏRİN OLDUQCA İNKİŞAF ETMİŞ İYBİLMƏ QABİLİYYƏTİ VAR – 

İNSANLA MÜQAYİSƏDƏ ONLARIN İYBİLMƏ ORQANLARINDA 

TƏXMİNƏN 25 DƏFƏ DAHA ÇOX RESEPTOR VAR. ONLAR HƏTTA 

BEŞ KVART (1 KVART = 1,4 L) SUDA BİR DAMCI 

QANI AŞKAR ETMƏK İQTİDARINDADIRLAR! 

BATTERSİ ŞƏHƏRİNDƏ (İNGİLTƏRƏ) YERLƏŞƏN KÖPƏK SIĞINACAĞINDA YAŞAYAN RED ADLI İT GECƏLƏR 

ÖZ BUDKASINI AÇIB QAÇARAQ QƏFƏSLƏRDƏKİ YOLDAŞLARINI BURAXMAĞI ÖYRƏNMİŞDİ. MÜŞAHİDƏ 

KAMERALARINDAN ONUN İLKİN OLARAQ ƏN YAXIN DOSTU LAKİNI BURAXDIĞI MƏLUM OLMUŞDUR. LAKİ 

İLƏ RED BİRLİKDƏ SAHİBSİZ İT KİMİ KÜÇƏDƏN GÖTÜRÜLMÜŞDÜ.  

DANELL BALLENCİNİN HƏYATINI EVİNDƏ SAXLADIĞI HƏYƏT 

İTİ VAZ XİLAS ETMİŞDİR. SAHİBİNİN TƏLİM QAÇIŞI ZAMANI 

60 FUT HÜNDÜRLÜYÜNDƏKİ QAYADAN YIXILDIĞINI GÖRƏN 

VAZ DANELLİN MAŞININA QAÇMIŞ VƏ XİLASEDİCİ KOMANDA 

HADİSƏ YERİNƏ GƏLDİYİNDƏ O, MAŞININ DAYANDIĞI 

YERDƏN DANELLİN YIXILDIĞI YERƏDƏK OLAN 5 MİL 



MƏSAFƏ BOYU KOMANDANI MÜŞAYİƏT ETMİŞDİR. 

32

Yüklə 189,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə