Petrofizika fənnindən muhazirə mövzuları Süxurların qeyri-bircinslilik xassələrinin öyrənilməsi



Yüklə 0,57 Mb.
səhifə1/13
tarix16.06.2022
ölçüsü0,57 Mb.
#89603
  1   2   3   4   5   6   7   8   9   ...   13
Petrofizika fənnindən muhazirə mövzuları


Petrofizika fənnindən muhazirə mövzuları
Süxurların qeyri-bircinslilik
xassələrinin öyrənilməsi
Layların qeyri-bircinsli fiziki xassələrə malik olması neft və qaz yataqlarının əmələ gəlməsi prosesində baş verən hadisələrlə (müxtəlif geoloji dövrlərdə süxurların şökmə şəraitinin dəyişməsi, kipləşmə və sementləşmə proseslərinin dəyiəməsi və s.) əlaqədardır. Layları təşkil edən süxurların əksəriyyəti üçün onların mineraloji tərkibi və fiziki xassələri layın həm şaquli, həm də üfüqi istiqamətlərində kəsrin dəyişir.
Deməli, neft və qaz layına dəyişən kəmiyyətlərlə xarakterizə olunan bir sistem kimi baxmaq olar. Layın neft və qaz ehtiyatının təyin edilməsi, işlənmə layihəsinin tərtibi, lay təzyiqinin saxlanması şərtinin müəyyənləşdirilməsi, neft konturunun hərəkətinə nəzarətin təmin edilməsi və s. kimi məsələlərin həll etdikdə müəyyən məlumatlar yığımı olmalıdır. Həmin məlumatlar sırasına layın məsaməlilik əmsalının, keşiriciliyinin, qalıq neft və su ilə doyma dərəcəsinin, effektiv qalınlığının və s. orta qiymətləri, onların lay üzrə paylanması daxildir. Qeyd etmək lazımdır ki, bu məlumatların lay üzrə paylanması təsadüfi proses kimi baxmaq olar.
Lay parametrlərini orta qiymətinin təyin edilməsində əsas məqsəd ən az ölçmə işləri aparmaqla etibarlı məlumat alınmasından ibvarətdir.
1936-cı ildə Amerikada telefon vasitəsilə Ruzveltin prezident seçilməsi barədə sorğu aparılmışdır. Sorğunun nəticəsi Ruzvelyin prezident seçilməyəcəyini göstərmişdir. Əslində isə Ruzvelt prezident seçildi. Proqnozun düz olmamasına səbəb sorğunun telefonla aparılmasıdır. Çünki o vaxtlar telefon bəzi evlərdə, əsas etibarilə varlı ailələrə məxsus mənzillərdə var idi: seçkilərdə isə mənzilində telefon olmayanlar da iştirak edirdi.
Deməli, Ruzveltin prezident olması haqqında aparılan sorğuda statistik seçmə tam olmamışdır. Beləliklə, statistik təhlilin əsasını təşkil edir. Verilmiş əsas məlumatlar yığımı (ƏMY) determinik və statistik üsulla təhlil edilə bilər.Determinik təhlil üsulu ƏMY-in fərqi xüsusiyyətlərini göstərməklə kifayətlənirsə, statistik üsul bu fərdi xüsusiyyətlərin təsnifatını verir.
Arley və Buxun aşağıdakı misalına baxaq. Tutaq ki, kiminsə yol boyu gəzintisinin riyazı modelini qurmaq lazımdır. Qəbul edək ki, bu şəxs yolda rast gəldiyi işıq sütunlarının nömrələrinin son rəqəmlərini qeyd edir. Məsələn, 9, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 0, 8, 7, 6, 7, 8, 9, 0, 9, 0, 1, 0, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1, 0, 9 ( bu ƏMY-dir). Onda bu rəqəmlərin ardıcıllığı gəzintinin determinik təhlilini verə bilər. qeyd etmək lazımdır ki, əgər bu şəxs eyni rəqəmə təsadüf etdiyini qeyd etsəydik, onda gəzintinin aşağıdakı statistik təhlilini alardı.
Rast gəlinən rəqəmlər: 0 1 2 3 4 5 6 7 8 9
Təkrar olunan rəqəmlərin sayı: 6 3 2 2 2 2 3 4 4 7
Gəzintinin determinik təhlili əsasında bu şəxsin, yolun bəzi hissələrindən neçə dəfə və hansı ardıcıllıqla keçdiyini demək olar. Lakin gəzintinin statistik təhlili əsasında şəxsin yolun bəzi hissələrindən neçə dəfə keçdiyini də deyə bilmədiyimiz halda hansı ardıcıllıqla keçdiyini deyə bilmərik. Beləliklə, determinik təhlil üsulu bərabər həm də lazımi amillərin prosesə təsirinin aşkar edilməsinə imkan vermir.
Lakin statistik üsulun tətbiqi, məsələnin həllinin xeyliasanlaşdırır. Belə ki, bu halda qum hissıcikləri üçün ƏMY tərtib edilir və statistik təhlil əsasında prosesə təsir edən lazımi amillər açakar edilir. Statistik təhlil üsulundan bir çox məsələlərin həllində nəinki köməkçi, hətta müstəqil bir üsul kimi də istifadə edilir.
Müəyyən edilmişdir ki, əksər hallarda əsas məlumatlar yığımının ən çox təsadüf olunan paylama qanunu normal paylanma qanununa tabe olur.
Buna misal olaraq müəyyən işarə ilə fərqlənən dörd kürənin iki qutuda hansı variantlarda yerləşməsini araşdıraq. Araşdırmanın nəticəsi 1.3 cədvəlində verilmişdir. Burada hər nariantda statistik təkrarolunma halı məlum düsturdan tapılır.



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə