PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə1/83
tarix22.10.2018
ölçüsü2 Mb.
#75456
  1   2   3   4   5   6   7   8   9   ...   83


 

 
 
 
 
 
PEYĞƏMBƏRLƏRĠN 
HƏYATI
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
MÜƏLLĠF: SEYYĠD KAMAL 
TƏRCÜMƏ EDƏN: VÜSAL HÜSEYNZADƏ
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kitabın adı:..............................Peyğəmbərlərin həyatı 
Müəllif:...................................................Seyyid Kamal 
Tərcümə edən:................................Vüsal Hüseynzadə 
NəĢr edən:...............................................................Faiz 
Çap tarixi:..............................................................2004 
Çap növbəsi:.......................................................Birinci 
Tiraj:......................................................................3000 
 
 
 
 
 
 
 
 
 
 


 

 
ATA VƏ ANAMIZ ADƏM VƏ HƏVVA 
«Ġlahi! Məhəmməd (s) və onun ailəsinə və bizim ata-anamız olan Adəm və 
Həvvaya salavat və salam göndər!» 
Fatimeyi-zəhra (s) 
 
Allah-təala milyon illər bundan əvvəl dünyanı, ulduzları və göyləri yaratdı; mələkləri 
nurdan,  cinləri  isə  oddan  xəlq  etdi.  Yer  bu  vəziyyətdə  deyildi.  Dənizlər  onu 
bürümüĢdü. Dalğalar çırpınır, güclü küləklər əsir, vulkanlar püskürürdü. Böyük səma 
daĢları  və  kometalar  yeri  həmiĢə  hücuma  mə’ruz  qoyurdu.  Yerdə  heç  cür  həyat 
niĢanəsi  yox  idi;  nə  dənizlərdə  nə  də  quruda  yaĢayıĢ  əlaməti  hiss  olunmurdu. 
Milyonlarla il öncə dənizdə kiçik balıqlar göründü. Yerdə azca otlar əmələ gəldi. Sonra 
həyat get-gedə kamilləĢdi, yerdə müxtəlif növlü sürünənlər və dinozavr kimi heyvanlar 
peyda oldular. Buz qatları yeri örtmüĢdü. Bitki və heyvanlar tələf olur, onların yerinə 
yeni məxluqlar yaranırdı. Bə’zən buzlar əriyir və yenidən canlanma baĢlayırdı. Həmin 
zamanlarda  yerin  heç  vaxt  vulkan,  zəlzələ,  güclü  tufan  və  möhkəm  dalğalar  əlindən 
rahatlığı  yox  idi.  Hələ  buzlar  əriməmiĢdi.  O  uzaq  keçmiĢlərdə  Allah-təala  yerin 
hündürlüklərindən,  düzənliklərindən,  Ģoranlıqlarından  və  məhsuldar  yerlərindən  bir 
torpaq seçdi. Bu torpaq su ilə qarıĢdı və yapıĢqan palçıq formasına düĢdü. Beləcə Allah 
o  palçıqdan  insana  bənzər  bir  mövcud  yaratdı;  bir  baĢ,  iki  göz,  iki  qulaq,  iki  əl,  iki 
ayaq, bir burun, ürək və sinəli bir varlıq. Palçığın suyu buxarlandı və insanın qəlibi daĢ 
kimi  bərkidi.  Külək  əsdikcə  ondan  eĢidilən  səslər  onun  möhkəmlənməsindən  xəbər 
verirdi.  Allahdan  baĢqa  heç  kimin  xəbərdar  olmadığı  bu  heykəl  uzun  müddət  həmin 
formada eləcə yuxuda idi.  
YER 
Həmin müddətdə yerdə olan dəniz dalğaları və tufanlar sakitləĢdi. Vulkanların çoxu 
söndü.  MeĢələr  böyüdü,  sıxlaĢaraq  heyvan  və  quĢlarla  doldu.  Bulaqlar  saf  su  ilə 
qaynadı,  çaylar  axdı.  ġimal  küləkləri  buludları  susuz  yerlərə  tərəf  çəkirdi  və  sel 
yağıĢları susuz və otsuz səhraları diriltmək üçün yağırdı.  
Uzaq məsafədən yerə baxdıqda fəzada günəĢin ətrafına fırlanan və bunun nəticəsində 
də fəsillər əmələ gələn kürə Ģəklində yer görünür. Yayın ardınca payız, payızın ardınca 
qıĢ,  qıĢdan  sonra  isə  bahar  gəlir.  Yer  yaĢıllaĢır,  bitkilər  və  meĢələr  daha  təravətli  və 
yaĢıl olurlar. Gözəl çaylar axır, bulaqlar saf və sərin sularla qaynayır. Yer öz ətrafına 
fırlanır, gecə və gündüz yaranır. 
Gündüzlər quĢ və heyvanlar yuxudan oyanır və hər biri öz yeminin ardınca gedirdi. 
Ceyranlar  meĢələrdə  qaçıĢırdı,  dağ  keçiləri  isə  dağların  baĢında.  Kəpənəklər  bağ  və 
bostanlarda  qanad  açır  gül  və  gül-çiçəklər  axtarırdılar.  Yırtıcı  heyvanlar  meĢələrdə 
nə’rə çəkirdilər.  
Bitkilər  inkiĢaf  edərək  artırdı.  Buna  görə  də  yer  həyat  və  yaĢıllıqla  dolu  olurdu. 
Ağaclar meyvə ilə dolurdu.  
Qoyun  və  çəpiĢlər  yırtıcılardan  qorunmaq  üçün  mağaralara  çəkilirdilər.  Hər  Ģey 
Allahın yaratdığı kimi öz xətti ilə gedirdi.  
Yer  çox  gözəl  görünürdü;  rəngarəng,  dənizin  mavi  rəngi,  otlarla  örtülmüĢ  meĢə  və 
təpələrin yaĢıllığı, səhraların qəhveyi və buğdayı rəngi, qarların ağlığı və səhər vaxtı 
günəĢin qırmızı rəngli Ģəfəqləri. 


 

Yer  həyatla,  quĢ  və  heyvanlarla,  meĢə  və  bitkilərlə,  gül  və  kəpənəklərlə  dolu  idi. 
Amma, hələ insandan bir xəbər yox idi.  
 
ĠLK ĠNSAN - ADƏM (Ə) 
Allah öz rəhmət və lütf anlarının birində qurumuĢ heykələ ruh üfürdü. Heykəl 
asqırdı və dedi: «Əlhəmdu lillah». 
Adəm  (ə)  ayağa  qalxdı.  Artıq  ona  ruh  üfürülmüĢ  və  kamil  insan  formasına 
düĢmüĢdü. O, nəfəs alır, o tərəf bu tərəfə baxırdı. DüĢünən və diqqət edən bir 
insan yaranmıĢdı. Əllərini tərpədərək yol gedirdi. Gözəllikləri tanıyır, pislikləri 
dərk  edirdi.  Həqiqət  ona  tanıĢ  idi.  Haqqı  və  batili,  xeyir  və  Ģəri,  səadət  və 
bədbəxtliyi ayıra bilirdi.  
Allah mələklərə əmr etdi ki, Adəmə (ə) səcdə etsinlər. Allahın öz qüdrət əli ilə 
yaratdığı  bir  məxluqa  səcdə  etsinlər.  Bütün  mələklər  səcdə  etdilər.  Mələklər 
Allaha  itaətdən  baĢqa  bir  Ģeylə  tanıĢ  deyildilər.  Onlar  həmiĢə  Allaha  zikr 
edirdilər, həmiĢə Allahın qarĢısında təslim idilər.  
Onlar insana səcdə etdilər, çünki, Allah onu yerdə öz caniĢini və nümayəndəsi 
kimi  seçmiĢdi.  Çünki,  Allah  onu  xəlifə  və  caniĢin  olaraq  bəyənmiĢdi.  Onun 
məqamı mələklərdən üstün idi. Amma, baĢqa bir yaranmıĢ ona səcdə etmədi. O, 
Allahın Adəmdən (ə) altı min il öncə yaratdığı cin tayfasından olan bir məxluq 
idi. Heç kim bilmir ki, bu altı min il yer illəri kimidir, yoxsa hələlik heç kimin 
anlamadığı digər səma ulduzları illərindən.  
Allah-təala  cini  oddan  yaratmıĢdı.  ġeytan  Adəmə  (ə)  səcdə  etmədi.  Allahın 
əmrindən boyun qaçırdı. ġeytan təkəbbür və lovğalıq etdi, palçıqdan yaranmıĢ 
Adəmə (ə) səcdə etməkdən boyun qaçırdı.  
Bütün mələklər səcdə etdilər. Mələklər hamısı Allaha itaət edirlər. Ona təsbih 
deyirlər və müqəddəs Zatını hörmətlə yad edirlər. ġeytan cin tayfasındandır. O, 
Allaha itaətsizlik etdi, Adəmə (ə) səcdə etmədi. Allah-təala buyurdu: 
-Ey ġeytan, niyə Adəmə səcdə etmədin? 
ġeytan dedi: 
-Mən  ondan  üstünəm.  Məni  oddan  yaratmısan,  Adəm  isə  palçıqdan 
yaranmıĢdır. Od palçıqdan üstündür. 
Allah  təkəbbürlü  ġeytanı  yanından  qovdu.  Onu  öz  rəhmətindən  uzaqlaĢdırdı 
və həmin vaxtdan da ġeytan Adəmə (ə) kin bəsləyərək düĢmən kəsildi. 
ġeytan  təkəbbürlü,  həsədli,  kinli  və  özünübəyənən  bir  yaranmıĢ  idi.  HəmiĢə 
bu  fikirdə  idi  ki,  Adəmi  (ə)  necə  məhvə  doğru  çəksin,  onu  necə  aldadıb, 
yolundan azdırsın. 
Allah ġeytanı öz rəhmətindən uzaqlaĢdırdı. Ona buyurdu:  
-Rədd  ol  get!  Sən  qovulmuĢsan  və  qiyamətə  qədər  mənim  lə’nətim  olsun 
sənə. 
ġeytan dedi: 
-Ey Allah, mənə qiyamətə qədər fürsət ver. 
Allah-təala buyurdu: 
-Qiyamətə qədər sənə fürsət verildi: müəyyən zamana qədər.  


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə