PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   16   17   18   19   20   21   22   23   ...   83

 
49 
ġikayət  Babilin  qazisinin  yanına  getdi.  Qazi  əmr  etdi  ki,  Ġbrahim  (ə)  hər 
Ģeyini Babilin hakiminə verməlidir. Əvəzində isə padĢah Ġbrahimin (ə) onların 
torpağında sərf etdiyi ömrü ona qaytarmalıdır. 
Ona  görə  də  Nəmrud  öz  sözünü  geri  götürdü  və  Ġbrahimə  mal  qoyunları  ilə 
birgə  o  torpaqdan  köçmək  icazəsini  verdi.  Ġbrahim  (ə)  Babil  torpaqlarını  tərk 
etdiyi  zaman  deyirdi:  «Mən  öz  Rəbbimə  tərəf  gedirəm.  O  məni  hidayət 
edəcəkdir». 
O  baĢqa  bir  məmləkətə  getdi:  Onları  yeganə  Allaha  ibadətə  və 
bütpərəstlikdən  çəkinməyə  də`vət  etmək  üçün.  O,  insanları  sevirdi.  Onların 
xoĢbəxt yaĢamasını istəyirdi. Ona görə də Babil torpaqlarından çıxıb, Fələstinə 
sarı yollandı.  
HACƏR  
Ġbrahim  (ə)  öz  həyat  yoldaĢı  Sara  və  Lutla  birgə  qibtlilərin  ölkəsinə  çatdı. 
Orada  Ġbrahim  (ə)  öz  mallarının  10%-ni  padĢaha  verməli  idi.  Yalnız  bundan 
sonra o torpaqlara daxil olmaq icazəsi ala bilərdi.  
Vergi  rəisi  Saranın  gözəlliyini  və  camalını  gördükdə  onu  hakimin  yanına 
apardı.  Ġbrahim  (ə)  əsəbləĢdi.  O,  vergi  rəisinə  təklif  etdi  ki,  bütün  mallarını 
verməyə  hazırdır,  amma,  heç  vaxt  Saranın  aparılmasına  icazə  verməyəcəkdir. 
Ġbrahim (ə) ona dedi:  
-Mən  öz  Ģərəf  və  namusumu  müdafiə  etmək  üçün  son  nəfəsimə  qədər 
mübarizə aparacağam.  
Vergi rəisi qibtlilərin padĢahını məsələdən xəbərdar etdi. PadĢah əmr etdi ki, 
Saranı  və  Ġbrahimi  (ə)  onun  yanına  gətirsinlər.  Qibtlilərin  padhaĢı  Saranı 
gördükdə ona gözü düĢdü. Ona yiyələnmək istədi. Ġbrahim (ə) yalqız idi. O çox 
kədərləndi. Ona görə də üzünü çevirdi ki, baĢqasının onun yoldaĢının bədəninə 
əl vurmasını görməsin. 
Ġbrahim (ə) Allahı çağırdı ki, Saranı padĢahın Ģərindən qorusun. Allah onun 
duasını qəbul etdi. O, Ġbrahimi (ə) qalib etdi. PadĢahın əli qurudu. 
PadĢah  Saranın  bədəninə  toxuna  bilmədi.  Bildi  ki,  Ġbrahimin  (ə)  Allahı  onu 
bu iĢdən saxlamıĢdır. Ona görə də Ġbrahimə dedi:  
-Sənin Allahınmı məni belə etdi?  
-Bəli. Mənim Allahım qeyrətlidir.  
PadĢah dedi:  
-Allahın  da  qeyrətlidir  və  sən  də qeyrətlisən.  Ġndi Allahından  istə  ki, mənim 
əlimi əvvəlki vəziyyətinə qaytarsın. Daha heç vaxt belə iĢ görmərəm.  
Ġbrahim (ə) padĢahın əlini ona qaytarmaq üçün Allaha dua etdi. 
Allah-təala  onun  əlini  əvvəlki  vəziyyətinə  qaytardı.  Ondan  sonra  qibtlilərin 
padĢahı Ġbrahimə və onun həyat  yoldaĢına hörmətlə baxırdı. Ona görə də ona 
xidmətçilik etsin deyə, Saraya Hacər adlı cavan bir qız hədiyyə etdi.  
FƏLƏSTİN 
Ġbrahim  (ə)  Fələstin  torpaqlarına  yollandı.  Ölü  dənizin  sahillərinə  çatdıqda, 
xalası oğlu Lutu Sədum torpaqlarında qoydu. Ona tapĢırdı ki, oranın əhalisini 


 
50 
Allahın  dininə  və  düzgün  əməllərə  də`vət  etsin.  Sonra  isə  öz  yolunu  davam 
etdirdi. Nəhayət, bu gün Fələstində Əlxəlil adlandırılan torpağa çatdı.  
Bir neçə il keçdi. Ġbrahim (ə) Fələstin torpaqlarında yaĢayırdı.  
İSMAYIL  
Allah-təala  Ġbrahimə  övlad  verməmiĢdi.  Çünki,  onun  həyat  yoldaĢı  Sara 
doğmaz  qadın  idi.  Ona  görə  də  Sara  fikirləĢdi  ki,  öz  kənizi  Hacəri  ərinə 
bağıĢlasın. Ġbrahim (ə) onunla evlənsin və Allah ondan Ġbrahimə övlad versin.  
YaĢı  yetmiĢi  ötmüĢ  Ġbrahim  (ə)  Hacərlə  evləndi.  Nəticədə  Ġsmayıl  doğuldu. 
Allah-təala  Ġbrahimə  fərman  verdi  ki,  Hacəri  və  Ġsmayılı  götürüb,  Hicaz 
torpağına getsin. Ġbrahim (ə) Allahın fərmanını yerinə yetirdi. O, həyat yoldaĢı 
Hacər və oğlu Ġsmayılı götürüb, cənuba doğru yola düĢdü.  
O,  geniĢ,  quru,  su  və  otsuz  səhraları  qət  edirdi.  Hər  dəfə  göyə  baxdıqda 
mələklər xəbər verirdilər ki, hələ nəzərdə tutulmuĢ torpağa çatmamısan.  
Uzun müddət keçdikdən sonra Ġbrahim (ə) su və otsuz quru səhraya çatdı. Ora 
quru bir dərə idi. Orda heç növ ağac və su yox idi. Qum və daĢlarla dolu idi. Su 
və otsuz quru dağlar oranı əhatəyə almıĢdı.  
Mələk  enib,  Ġbrahimə  xəbər  verdi  ki,  müqəddəs  torpağa  çatmıĢdır.  O  Hacər 
və Ġsmayılı burada qoyub Fələstinə qayıtmalıdır.  
Ġbrahim  (ə)  Allaha  itaətdən  baĢqa  heç  bir  Ģey  fikirləĢmirdi.  Hacərin  və 
Ġsmayılın orada qalma mənzərələri çox ağır idi. Bir qadın öz körpəsi ilə quru və 
susuz yerdə qalmalı idi. Ġbrahim (ə) yoldaĢı Hacərlə vidalaĢdı. Südəmər körpəsi 
Ġsmayılı öpüb, getdi.  
Hacər həyat yoldaĢına dedi:  
-Bizi bu qorxulu yerdə yalqızmı qoyursan?  
Ġbrahim (ə) kədərlə dedi:  
-Allah mənə belə fərman vermiĢdir.  
Hacər  Allaha  və  əri  Ġbrahimin  (ə)  peyğəmbərliyinə  iman  gətirmiĢ  bir  qadın 
idi. Ona görə də arxayınlıqla dedi:  
-Əgər Allah belə fərman vermiĢdirsə, deməli, o bizi unutmayacaqdır. Ġbrahim 
(ə)  getdi.  O  ,  Fələstinə  qayıtdı.  Amma,  Hacər  və  övladı  Ġsmayıl  yalqız  halda 
quru və susuz dərədə qaldılar.  
İSHAQ  
Ġbrahim (ə) və Sara yaĢlaĢıb, qocalmıĢdılar.  
Ġbrahim  (ə)  təkbaĢına  xörək  yemək  istəmirdi.  O  çox  qonaqpərvər  idi.  Özü 
Ģəxsən qonaqlara qulluq edərdi. Onlar üçün ləzzətli xörəklər gətirərdi. Bir gün 
onun evinə üç qonaq gəldi. Onlar ədəblə Ġbrahimə salam verdilər.  
Ġbrahim  (ə)  dərhal  öz  qoyun  sürüsünə  tərəf  getdi.  Kök  bir  qoç  seçib,  baĢını 
kəsdi. Onlar üçün ləzzətli xörək hazırladı. Lakin, bu zaman maraqlı bir hadisə 
baĢ verdi. Ġbrahim (ə) gördü ki, qonaqları xörək yemirlər.  
Ġbrahim (ə) qorxdu. Qonaqlar ona dedilər:  
-Ey  Ġbrahim  (ə)  qorxma!  Biz  mələyik.  Allah  bizi  Sədum  əhalisini 
cəzalandırmaq üçün göndərmiĢdir.  


 
51 
Bu  zaman  Ġbrahim  (ə)  arxayın  oldu.  O,  Sədum  əhalisinin  taleyi  barəsində 
fikrə getdi. O mələklərlə söhbətə baĢladı. Onlara dedi:  
-Lut Sədum Ģəhərində yaĢayır.  
Mələklər dedilər:  
-Biz orada kimlərin yaĢadığını yaxĢı bilirik. Allah bizə fərman vermiĢdir ki, o 
Ģəhəri dağıdaq. Lut və onun qızlarından savayı bütün əhalisini həlak edək.  
Ġbrahim (ə) insanların hidayət olunmasını istəyirdi. Ona görə də mələklərdən 
möhlət  istədi.  Amma,  mələklər  Allahın  elçiləri  idilər.  Onlar  Allahın  iradə  və 
istəyini icra etmək üçün gəlmiĢdilər.  
Sədum  əhalisi  kafir  idilər  və  həmiĢə  pis  və  xoĢagəlməz  iĢlər  yerinə 
yetirirdilər.  Onlar  yolçuların  yolunu  kəsir,  Lut  peyğəmbərə  əzab-əziyyət 
verirdilər.  
Ona görə də mələklər Ġbrahimə dedilər:  
-Ey Ġbrahim (ə), bu sözlərin faydası yoxdur. Artıq Allahın fərmanı çatmıĢdır. 
Ġbrahim (ə) mələklərin niyə bura gəldikləri barədə fikirləĢməyə baĢladı.  
Mələklər Ġbrahimə xəbər verdilər ki, Allah qoca həyat yoldaĢından ona övlad 
verəcəkdir.  
Bu müjdəni eĢidən Sara təəccübləndi:  
-Bu, çox maraqlı bir məsələdir. Məndən necə uĢaq doğula bilər? Mən doğmaz 
bir qadınam. Ərim də qoca kiĢidir. 
Mələklər Saraya dedilər:  
-Allahın  fərmanınamı  təəccüb  edirsiniz?  Bu,  Allahın  siz  Əhli-beytə  olan 
rəhmət və bərəkətlərindəndir. Həqiqətən o, tə`riflərə layiq və ucadır.  
Sara  və  Ġbrahim  (ə)  sevindilər.  Amma,  Ġbrahim  (ə)  Lutun  qövmü  üçün 
nigaran idi. Allahın əzabı və qəzəbini onlardan uzaqlaĢdırmaq istəyirdi. Amma, 
mələklər ona dedilər ki, Allah-təala onların, peyğəmbərləri Luta elədikləri əzab 
və əziyyətlərə, kin və fəsadlarına görə qəzəbini endirmiĢdir.  
Mələklər Sədum torpağındakı tapĢırığı icra etmək üçün Ġbrahimin (ə) evindən 
çıxıb, o diyara yollandılar.  
KƏ`BƏ EVİNİN TİKİLMƏSİ  
Ġbrahim  (ə)  övladı  Ġsmayılı  görmək  üçün  Hicaz  torpağına  yollandı.  Ġsmayıl 
cavanlıq  yaĢına  çatmıĢdı.  O,  Hicaz  torpağında  Curhum  adlı  ərəb  qəbiləsinin 
arasında yaĢayırdı.  
Ġbrahim  (ə)  və  Ġsmayıl  (ə)  orada  Allah  evini  tikdilər.  Dünyada  tövhid  və 
allahpərəstlik niĢanı olmaq üçün...  
Beləliklə  Kə`bə  Allah-təalanın  fərmanı  ilə  insanlar  üçün  tikilən  ilk  ev  idi. 
Orada əlamət və niĢanlar və Ġbrahimin (ə) məqamı vardır. Oraya daxil olan hər 
bir insan toxunulmaz idi.  
Ġbrahim (ə) və Ġsmayıl evin tikintisini baĢa çatdırdıqdan sonra dedilər:  
«Ġlahi! Bu iĢi bizdən qəbul et! Həqiqətən sən eĢidən və bilənsən». 
Allah-təala  öz  evinin  binası  üçün  quru,  ot  və  susuz  bir  yer  seçmiĢdi.  Ev 
tikildikdən  sonra  cənnətdən  «Həcərul-əsvəd»  (qara  daĢ)  göndərdi.  O  gündən 
e`tibarən Kə`bə, tövhid və təkallahçılıq əlaməti kimi tanındı.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə