PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   26   27   28   29   30   31   32   33   ...   83

 
74 
karvanlar onu quyudan çıxaracaqlar və uzaq bir  yerə  aparıb, baĢqa qullar  kimi 
satacaqlar. 
Hamı ġəm`unun təklifinə qulaq asdı. Onların gözlərində kiĢilikdən uzaq olan 
çirkin  hiylə  əks  olunmuĢdu.  Yusifin  qardaĢları  xəyanət  və  hiylədən  baĢqa  bir 
Ģey  bilməyən  canavarlara  çevrilmiĢdilər.  Yusif  qorxu  içində  qardaĢlarına 
baxırdı.  O,  özünü  dəhĢətli  bir  yuxuda  güman  edirdi.  Amma,  yox,  bu,  həqiqət 
idi.  QardaĢları  hələ  çoxdan  onun  barəsində  plan  cızırdılar.  Nəhayət  öz 
məqsədlərinə  çata  bilmiĢdilər.  Onu  bu  səhraya  gətirdilər  ki,  heç  kim  onu 
görməsin. Yusifin baĢına nə gəldiyindən heç kimin xəbəri olmasın. 
Yusif göyə baxdı. Özündən soruĢdu: «Görəsən doğrudanmı qardaĢları Allahın 
onları  gördüyünü  bilmirlər.  Onlar  bilmirlərmi  ki,  Allah  hətta  onların  gecə 
sirlərindən də xəbərdardır. O, qardaĢlarının belə dediklərini eĢitdi: 
-Sonra iĢimizdən tövbə edərik. Saleh və yaxĢı insanlar olarıq.  
QUYUNUN DİBİNDƏ 
Hətta  o  ana  qədər  Yusif  qardaĢlarının  etdiyinə  inanmırdı.  O,  onları  ciddi 
qə’bul  etmirdi.  Amma,  özünü  quyunun  dibində  gördükdə  bildi  ki,  ġeytan 
qardaĢlarına  hakim  olmuĢ,  onları  insan  formasında  olan  canavarlara 
çevirmiĢdir. Onların qəlblərində rəhm yox idi. Atasının hədiyyə etdiyi köynəyi 
onun  əynindən  çıxartdılar;  ağ  və  gözəl  köynəyini.  Yusif  qıĢqırır  və  onlara 
deyirdi: 
-Mən  sizin  qardaĢınızam.  Mən  çadırıma,  ata  və  anamın  yanına  qayıtmaq 
istəyirəm.  Ey  qardaĢlar!  Mən  sizi  çox  istəyirəm.  Niyə  mənimlə  belə  rəftar 
edirsiniz? Ey ġəm`un, Rubil, Yəhuda! Siz doğrudanmı məni bu qaranlıq quyuya 
atmaq istəyirsiniz? 
Yusif  onları  adları  ilə  çağırırdı.  Amma,  onların  heç  birinin  ürəyində 
qardaĢlarına qarĢı məhəbbət yox idi. Onların biri atılaraq, ona möhkəm bir təpik 
vurdu.  Yusif  bütün  taqətini  əldən  verdi.  Daha  quyunun  ağzından  asıla  bilmədi 
və onun qaranlıq dibinə düĢdü. Quyunun havası rütubətli və qaranlıq idi. Yusif 
quyunun  ağzına,  gözəl  və  saf  səmaya  baxırdı.  O  hiss  etdi  ki,  ürəyi  nurla 
doludur. Bir mələk onunla astadan söhbət edirdi: 
-Ey  Yusif!  Səbir  elə!  Bu  quyudan  çıxacaqsan  və  qardaĢlarının  sənə  etdikləri 
iĢi onlara xatırladacaqsan. 
Qorxu və nigarançılıq Yusifin qəlbindən çıxdı. Onun Allaha imanı var idi və 
bilirdi ki, baĢ verənlər onun üçün bir imtahandır. Ona görə də Yusif səbir edir 
və sakitcəsinə macəranı gözləyirdi. 
Sükut hər  yeri bürümüĢdü. Yusif indi quyunun dibində altından su qaynayan 
daĢ  parçasının  üzərində  oturmuĢdu.  O,  göyə  baxırdı.  Get-gedə  göyün  mavi 
rəngi itdi. Bildi ki, günəĢ qürub etmiĢdir və qardaĢları evə qayıtmıĢlar. O, atası 
üçün ağlamağa baĢladı və yatdı.  
 
 
 
 


 
75 
 
UZUN MUDDƏTLİ KƏDƏR 
GünəĢ gözlərdən itdi. QardaĢlar fikirləĢirdilər ki, inandırıcı bir bəhanə tapıb, 
atalarına desinlər. Onların biri dedi: 
-Bu yerlər canavarla doludur. Atamıza deyərik ki, biz yarıĢmağa getdik və öz 
əĢyalarımızı  Yusifin  yanında  qoyduq.  Canavar  gəlib,  onu  yırtmıĢdır.  Sonra 
Yusifin köynəyini qana bulaĢdırıb, atamıza göstərərik. 
O  gün  kiçik  bir  quzu  anasından  doğulmuĢdu.  Yusifin  qardaĢları  ataları 
Ģübhələnməsin  deyə  vəhĢicəsinə  anasının  gözləri  önündə  quzunun  baĢını 
kəsdilər  və  Yusifin  köynəyini  onun  qanına  bulaĢdırdılar.  Beləliklə,  atalarının 
yanına qayıtdılar. 
Qaranlıq hər yeri bürümüĢdü. Onlar gecənin qaranlığında qayıtmağa üstünlük 
verdilər. Onlar istəyirdilər ki, Yə’qub yalan əlamətləri onların üzündə görməsin. 
Yə’qubun  hər  Ģeydən  xəbəri  vardı.  Oğlanlarının  qayıtmasını  gözləyirdi.  O, 
uzaqdan  qoyunların  və  onların  ağlamaq  səslərini  eĢitdi.  YavaĢ-yavaĢ 
göründülər.  Amma,  Yusif  onlarla  deyildi.  Yusifdən  baĢqa  hamısı  gəlmiĢdi. 
Atası gördü ki, onlar uca səslə ağlaĢırlar; göz yaĢı olmadan ağlaĢmaq. Yə’qub 
soruĢdu: 
-QardaĢınız Yusif hardadır? 
Onlar  daha  da  ağlaĢmağa  baĢladılar.  ġəm’un  namərdcəsinə  qana  bulaĢmıĢ 
yalançı köynəyi atasına təhvil verərək dedi: 
-Biz  yarıĢa  getmiĢdik.  Öz  əĢyalarımızı  Yusifin  yanında  qoymuĢduq.  Bir 
canavar  gəlib,  Yusifi  yemiĢdir.  Onun  qanlı köynəyini  tapdıq. Atacan!  Canavar 
Yusifi bizim olmadığımız zaman yemiĢdir. Yə’qub köynəyə nəzər saldı. Gördü 
ki, köynək salamatdır və  onun heç  bir  yeri  cırılmamıĢdır.  Bildi ki,  onlar  yalan 
deyirlər. O, ağlayaraq dedi: 
-Necə mehriban canavar olub ki, əziz Yusifimi yeyib, Amma, onun köynəyinə 
əl vurmamıĢdır. 
QardaĢlar bir -biriləri ilə fikir mübadiləsi etdilər. Öz-özlərinə dedilər: 
-Necə  böyük  səhv  etmiĢik.  Bu  məsələ  haqqında  qəflətdə  olmuĢuq.  Əgər 
köynəyi cırsaydıq, atamız bizim sözümüzə inanardı. 
Amma, onlar öz günahlarını e’tiraf etmək yerinə dedilər: 
-Ata,  sən  bizim  sözümüzə  inanmırsan?  Axı  biz  heç  vaxt  yalan  danıĢmırıq. 
Həqiqətən Yusifi canavar yemiĢdir və bu da onun qanlı köynəyidir. 
Yə’qubu ağlamaq tutdu, gözlərindən yaĢ süzüldü. O dedi: 
-Sizin nəfsiniz bu iĢi sizin üçün hazırlamıĢdır. Mən naĢükürlük etmədən səbir 
edib, dediklərinizin qarĢınızda Allahdan kömək istəyəcəyəm. 
Yə’qub dedi: 
-Mən səbir edib, dözəcəyəm və bilirəm ki, sizin nəfsani istəkləriniz sizə vəs-
vəsə etmiĢdir. O gecə Yə’qub yatdı. Amma, təkcə bir Ģey barəsində düĢünürdü 
və  o  da  bu  idi  ki,  görəsən  pak  və  saleh  övladı,  gözəl  təbiətli  oğlu  Yusif 
hardadır? Elə o gecədən Yə’qubun qəm-qüssəli və kədərli günləri baĢlandı.  


 
76 
QUYUDA CƏVAHİR 
Gözəl Allah Yusifi tək qoymadı. Çünki, o, bütün pak insanların dostudur. 
Yusif  qəmli  idi,  Amma,  səbir  edirdi.  Bilirdi  ki,  baĢ  verənlər  onun  üçün  bir 
imtahandır. Ona görə də göyə baxır və hər an Allaha sitayiĢ edirdi. 
Yusif  yuxuda  gördü  ki,  on  bir ulduz,  günəĢ və  ay  quyuya giriblər.  Quyu  nur 
və iĢıqla doludur. Gülümsəyib, hörmət və tə’zimlə ona səcdə edirlər. 
Yusif  yuxudan  oyandı,  mavi  səmaya  baxdı,  bir  dəstə  ağ  köçəri  quĢ  gördü. 
Atasından uzaq olduğu üçün ağlamağa baĢladı. 
Üç gün keçdi. Yusif quyunun içində  yaĢayırdı; dəniz dibindəki cəvahir kimi; 
qaranlığın dərinliklərində olan lə’l kimi. Heç kim bu quyunun içində necə bir 
gövhər  olduğunu  bilmirdi.  Allah-təala  hələ  ondan  gözəlini  yaratmamıĢdı.  O, 
Yusifin ruhu idi; gözəl və əxlaqlı cavan. Allahdan baĢqa heç kimin o macəradan 
xəbəri yox idi. 
Yusif üç gün heç nə yemədi. Su içməklə kifayətlənirdi. O, oruc tutmağa adət 
etmiĢdi. Əvvəllər atası ilə oruc tutardı. Buna görə də dözərək aclığın çətinliyinə 
tab gətirirdi. Onun Ģəffaf və pak ruhu vardı, lap köçəri quĢların qanadları kimi. 
KARVAN 
Yusif həyatının üç gününü quyuda keçirdi. O, bu müddətdə səhraları dolaĢan 
canavarların  ulaĢma  səsindən  baĢqa  bir  Ģey  eĢitmirdi.  Lakin,  birdən  təəcüblü 
səslər eĢitdi. Diqqətlə qulaq asdı. Bəli, ticarət karvanının səsi idi. Onu dəvələrin 
ayaqlarının və karvan adamlarının səsindən tə’yin etdi. 
Karvan quyunun yaxınlığında dayandı. Tacirlər öz xidmətçilərini su gətirmək 
üçün quyuya göndərdilər. O kiĢi öz vedrəsini quyunun dibinə atdı. Yusif bu anı 
gözləyirdi. Həmin kəndir quyudan xilas olmaq üçün azadlıq ipi idi. 
Ürəyində sevinc bulağı qaynadı. Doğrudan da, Allah öz bəndələrini unutmur. 
O,  Yusifi  həmin  qaranlıq  quyudan  xilas  etdi.  Mirvari  öz  sədəfindən  çıxdığı 
kimi,  Yusif  də  quyudan  çıxdı.  O,  ay  kimi  qaranlıqların  arasından  öz  yolunu 
açırdı.  Nurlu  çöhrəsi  o  məkanı  iĢıqlandırmıĢdı.  Hətta  xidmətçilər  bu  qəfil 
hadisədən qorxmuĢdular. Onlar qıĢqırdılar: 
-MuĢtuluq! Bu yeniyətməyə baxın! Nə gözəl oldu! 
Karvan  adamları  elə  bildilər  ki,  Yusif  fərari  qullardan  biridir.  Qaçarkən 
quyuya  düĢmüĢdür.  Ona  görə  də  onun  qəbiləsi,  əsil-nəsəbi  və  baĢına  gələnlər 
haqqında  heç  nə  soruĢmadılar.  Onu,  satmaq  üçün  Misrə  apardıqları  malların 
içinə qoydular.  
MİSİR  
Karvan Misrə doğru gedən  yolunu davam etdirdi. Onlar on iki gündən sonra 
Misrə çatdılar. Orada Yusifin əhvalatının yeni bir hissəsi baĢlayır. 
Yusif  artıq  Misirdə  idi;  üzərindən  Nil  çayı  keçən  və  ona  xeyir-bərəkət 
bağıĢlayan  bir  torpaqda.  Tale  yeniyetməlik  yaĢında  olan  Yusifi  bu  torpağa 
gətirib çıxarmıĢdı. O, tacirlərin Misirdə satmaq istədikləri mallardan biri idi. 
Yusif az danıĢmağa adət etmiĢdi. Amma, ürəyi məhəbbətlə dolu idi; ona lütf 
və  ehsan  edən  gözəl  Allaha  olan  məhəbbətlə.  Tacirlər  Yusifin  sükutundan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə