PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   67   68   69   70   71   72   73   74   ...   83

 
176 
Məryəm  öz  bətnində  ilahi  ruhu  və  əzəmətli  bir  vücudu  daĢıyırdı.  Amma, 
nigaran və narahat idi ki, kim ona inanacaqdır. Camaat necə inanacaq ki, atasız 
uĢaq doğula bilər?  
Mübarək  körpə  Məryəmin  pak  bətnində  inkiĢaf  etdi.  Aydın  bir  səhər  vaxtı 
Məryəm  yaxınlıqdakı  təpələrə  yollandı.  O,  heyrət  içində  idi.  Amma,  Allaha 
imanı, onun iradəsini daha da gücləndirmiĢdi.  
Məryəm  yoruldu.  O  bir  xurma  ağacının  budağı  yanında  oturdu.  Möhkəm 
doğuĢ ağrısı hiss etdi. Məryəm qıĢqırdı:  
-KaĢ bundan öncə ölüb, xatirələrdən silinəydim!  
Məryəm düĢünürdü ki, atasız bir övladı olduğu üçün ona kim inanacaqdır?  
Birdən körpənin səsi eĢidildi. O, Məryəmə müraciət edərək deyirdi.  
-Anam qəmgin olma! Allah sənin üçün bir su arxı hazırlamıĢdır. Ondan iç və 
xurma ağacına söykən! Sənin üçün təzə xurma töküləcək. Onlardan ye və sudan 
iç. Onlar gözlərini iĢıqlandır.  
Məryəm  rahatlıq  hiss  etdi.  YavaĢ-yavaĢ  qəlbinə  daxil  olan  su  arxı  kimi  idi. 
Amma, nigaranlıqla dedi: 
-Oğlum! Camaat necə? Ey Allahın Ruhu! Camaata nə deyim?  
-Ana!  Onlara  de  ki,  Allah  üçün  oruc  tutmuĢam.  Bu  gün  heç  kəslə 
danıĢmayacağam.  
Mö`cüzə  olan  Ġsa  doğuldu.  Allahın  qüdrətinə  və  onun  insanlara  qarĢı  rəhmli 
olmasına  bir  niĢanə  olmaq  üçün  atasız  bir  körpə  doğuldu.  Pak  körpə  anasının 
üzünə  təbəssüm  edirdi.  Anası  onu  qucağına  aldı.  Sonra  isə  onu  götürüb, 
qövmünə tərəf qayıtdı. 
Məryəm  təpələrdən  ibadətgaha  doğru  endi.  Camaat  qəribə  bir  mənzərəyə 
Ģahid oldular. Öz-özlərinə dedilər: 
«Məryəm  özü  ilə  bir  körpə  gətirir.  Ġmranın  qızı  Məryəm  bir  uĢaqla  gəlir. 
Hənnənin qızı Məryəm hələ evlənməyib, amma, bir körpəsi var».  
-Nə olub?  
-Nə oldu?  
-Necə? Harada olub?  
Məryəm özünün ibadətgahdakı otağına yollandı.  
Bu həyəcanlı xəbər hər yerə  yayıldı. Dillər əzbəri oldu. Hamı təəccüb edirdi. 
Ġmanlı  insanlar  sakit  durmuĢdular.  Amma,  bə`zi  insanlar  dillərinə  pis  sözlər 
gətirirdilər. 
Zəkəriyya camaatın acı sözlərini eĢidirdi. KeĢiĢlərin qulağına da bə`zi Ģaiyələr 
çatdı. Ona görə də Zəkəriyya ibadətgahın keĢiĢləri ilə birlikdə Məryəmin yanına 
getdi.  
MƏN ALLAHIN BƏNDƏSİYƏM 
Məryəm ibadət mehrabında namaz qılırdı. Ġsa beĢiyinə uzanmıĢdı: parlaq bir 
ulduz  kimi...  Bahar  vaxtı  çiçəklənən  qönçə  kimi...  Zəkəriyya  və  keĢiĢlər  otağa 
daxil oldular.  
Onların biri kobudluqla Məryəmə müraciət edərək dedi: 
-Çox çirkin bir iĢ görmüsən.  


 
177 
O birisi dedi: 
-Ey  Harunun  bacısı!  Nə  atan  pis  bir  kiĢi  idi  və  nə  də  anan  çirkin  iĢ  görən 
qadın!  
Məryəm dayanmıĢdı. O öz qövmünə baxırdı. Onun çöhrəsində səmavi bir nur 
parlayırdı. Məryəm heç bir söz demədi. O, iĢarəylə körpəni göstərdi.  
Ġnsanlar təəccüb edərək dedilər: 
-BeĢikdə olan bir körpə ilə necə danıĢaq?  
-Biz necə körpə ilə danıĢaq? BeĢikdə olan bir körpə söz deyə bilərmi?  
Onların təəccüblə uĢağa baxdıqları anda mö`cüzə baĢ verdi. Körpə dil açaraq 
hadisənin həqiqəti üzərindən pərdə götürdü. O dedi: 
-Mən Allahın bəndəsiyəm. O mənə səmavi kitab vermiĢ, peyğəmbər etmiĢdir. 
Allah mənim və sizin rəbbinizdir. Ona ibadət edin.  
Harada  olsam  Allah  məni  xeyir  və  bərəkətli  etmiĢdir.  O,  diri  olduğum 
müddətdə mənə namaz qılmağı və zəkat verməyi tövsiyə vermiĢdir.  
Allah məni, anama qarĢı yaxĢılıq edən yaratmıĢdır, zalım və rüsvayçı yox. 
Doğulduğum, dünyadan köçəcəyim və yenidən diriləcəyim gün mənə Allahın 
salamı olsun!  
Bu  həyəcanlı  mənzərənin qarĢısında  Zəkəriyya  Allaha səcdə  etdi.  O,  Allahın 
ruhu  və  onun  Məryəmə  əta  etdiyi  əzəmətli  vücud  olan  Məryəm  oğlu  Ġsanı 
təsdiqlədi.  
Bə`ziləri  təslim  oldular.  Ürəkləri  imanla  doldu.  Bə`ziləri  isə  eləcə  hadisəyə 
daĢ ürəkləri ilə yanaĢır, o mö`cüzəyə inanmırdılar.  
MÖHTƏRƏM AİLƏ 
Allah Zəkəriyyaya və`də verdi ki, ona övlad əta edəcəkdir. O mö`cüzə də baĢ 
verdi. Yəhya doğuldu. Anası Yəsabat doğmaz bir qadın idi. Amma, Allah-təala 
Ġsanı atasız yaratmıĢdı. O, doğmaz bir qadına da övlad verə bilərdi. Ona görə də 
Zəkəriyya sevindi.  
Yəhya  doğuldu.  Pak  və  imanlı  bir  uĢaq  idi.  Allahı  sevirdi,  Allah  da  onu 
sevirdi. Zəkəriyyanın ailəsi möhtərəm və böyük ailə idi. Saleh ata, imanlı ana, 
ata və anasına yaxĢılıq edən və insanların xeyrini istəyən uĢaq.  
Ġsa doğuldu; o həzrətin dünyaya gəliĢi mö`cüzə və Allahın qüdrətinə insanlar 
üçün niĢanə idi.  
Yəhya  da  mö`cüzə  ilə  doğuldu.  Çünki,  anası  doğmaz  qadın  idi.  Allah  ona 
saleh övlad əta etmiĢdi ki, insanlar üçün niĢanə və rəhmət olsun.  
Bu  iki  müqəddəs  insan  Allahın  qüdrətinə  və  rəhmətinə  iki  niĢanə  və  sübut 
idilər. Ġndi görək cavanlıq yaĢlarında onlar üçün hansı hadisələr baĢ verdi.  
Bütün bunlarla kitabın sonrakı hissəsində tanıĢ olacağıq.  


 
178 
ĠLAHĠ MƏHƏBBƏT 
HƏZRƏT YƏHYANIN ƏHVALATI  
Məryəm oğlu  Ġsa doğuldu. Mö`cüzəli uĢaq dünyaya gəldi... Allah tərəfindən 
əzəmət  və  rəhmətli  bir  vucud...  Məryəmin  paklığına  inananlar,  uĢağın 
danıĢdığını və Allahın rəhmətindən xəbər verdiyini gördükdə məsələyə inanıb, 
iman gətirdilər.  
O  zaman  yəhudi  cəmiyyəti  fəsad,  yalan  və  dünyapərəstlikdə  qərq  olmuĢdu. 
Tövratın  sözlərinin  çox  az  bir  hissəsi  qalmıĢdı.  Yəhudilər  Allahın  kəlamını 
dəyiĢdirmiĢdilər.  
Onlar bu iĢi öz mənafeləri və tamahkarlıqları üçün etmiĢdilər.  
Yəhudilər maddi varlıqlardan baĢqa heç bir Ģeyə iman gətirməyən cəmiyyətə 
çevrilmiĢdilər.  Kasıb  və  yoxsullar  daha  da  kasıb,  varlılar  isə  daha  da  varlı 
olurdular. Qızıl və cəvahiratdən baĢqa orada müqəddəs bir Ģey yox idi.  
MİSİRƏ DOĞRU 
O Ģəhərdə bir qiyam baĢ verdi. BeĢiyində danıĢan uĢaq qəribə bir uĢaq idi.  
Zamanın  hökuməti  tərəfindən  bir  nümayəndə  gəlib,  o  qəribə  uĢaq  barəsində 
sual-cavab etməyə baĢladı: BeĢiyində söz danıĢan, insanlara öz peyğəmbərliyini 
və onları zülmdən qurtaracağını xəbər verən körpə barəsində.  
Roma  paytaxtının  hökuməti  nigaranlıq  hiss  etdi.  O,  Ģəhərlərdə  nə  baĢ 
verdiyini bilmək istəyirdi.  
Hətta Zəkəriyya da yəhudilərin hiylə və məkrlərində kənarda qalmadı. Onun 
əleyhinə planlar cızıb, Roma hökmranını onu öldürməyə təhrik etdilər.  
Yəhudilər ürəklərində insanlara kin və düĢmənçilik bəsləyirdilər. Onlar yalnız 
özlərini  sevirdilər.  Hər  dəfə  peyğəmbər  gəlib,  onlara  nəsihət  edərək  düzgün 
yola  də`vət  etsəydi,  onun  əleyhinə  hiylə  qurar  və  onun  qətlinə  plan 
hazırlayırdılar.  
Onların  qəlbində  Babilin  əsarəti  zamanından,  yə`ni  Buxtun-nəsrin  Fələstini 
iĢğal  etdiyi  və  yəhudiləri  əsir  edərək  Babilə  apardığı  zamandan  böyük  kin-
küdurət var idi. O zamandan dünyaya hakim olmaq üçün plan çəkirdilər. Onlar 
Tilmut adlı bir kitab yazdılar və dedilər:  
«Bu kitabın hörmət və müqəddəsliyi Tövratdan üstündür».  
Hətta  Tövrat  da  onların  məkr  və  hiylələrindən  uzaq  qalmadı.  Onlar  ilahi 
kəlamı və Allahın elçisi olan Musanın Ģəriətini dəyiĢdirdilər.  
Ona  görə  də  Ġsa  atasız  doğuldu.  O,  atasız  doğuldu  ki,  bir  mö`cüzə  olaraq, 
Bəni-Ġsraili düzgün yola də`vət etsin.  
Yəhudilər,  peyğəmbərlərin  insanların  xeyrini  istədiklərini  bildikləri  halda, 
onları yalançı adlandırırdılar.  
Məryəm  uĢağı  üçün  qorxdu.  Yəhudilərin  məkr  və  hiyləsindən  çəkindi.  O, 
Roma  dövlətinin  nümayəndəsi  tədqiqat  aparmaq  üçün  gəldiyi  zaman  Misrə 
qaçmaq fikrinə düĢdü.  
Bir gecə Məryəm Ġsa Ruhullahı - o əzəmətli vücudu götürüb, öz vətənini tərk 
edərək, Misrə yollandı. Onlar uzun illər orada yaĢadılar.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə