ramları SDİ standartı üzrə (270 Mbit/san - hər proqrama) rə qəm
formasında kompressiya avadanlığının girişinə daxil olur.
Hər stvolda (stvolun zolağı 33 MHs) siqnallann ötürül məsi
27,5 Msimv/san - simvol sürəti ilə həyata keçirilir (dörd-fazalı
modulyasiya zamanı bu sürət 55 Mbit/san-yə uyğundur ki,
bunlardan faydalı TV və səs informasiyasını ötürmək üçün 38
Mbit/san sürəti ayrılır).
Təcrübə
göstərir ki, təsvirin yüksək keyfiyyətli qəbulunun
təmini üçün, kompressiya avadanlığının çıxışında bir proqram üçün
sürət > 4,6 Mbit/san olmalıdır. Əgər proqramın sonradan
retranslyasiyası nəzərdə tutularsa (yerüstü
efir vericiləri, kabel
şəbəkələri, radiorele xətləri ilə), onda veriliş sürəti >6,8 Mbit/san
olmalıdır. Bu onu göstərir ki, bir stvolda 6
və daha çox proqram
ötürmək olar.
MPEG-2/DVB-S - standartı ilə işləyən qəbuledicilər,
abonentin iştirakı olmadan avtomatik olaraq TV proqramlarının
istənilən veriliş sürətlərinə (2-dən 15 Mbit/san - yə qədər) kök lənə
bilirlər. Ona görə də proqramın xarakterindən və keyfiy yətinə
qoyulan tələblərdən asılı olaraq, veriliş
sürətini hər bir kanalda
istismar prosesi zamanı dəyişdirmək mümkündür.
Müxtəlif peyklərdən retranslyasiya olunan siqnalların qəbulu
üçün
“Skolkovo”
yer
stansiyasında
qəbuledici
mərkəz
yaradılmışdır və 15 qəbul traktı ilə təchiz olunmuşdur. Bundan
başqa, “Skolkovo”da ayrıca verici stansiya (diametri 7m olan
antenaya malik) da vardır ki, buradan “Hot Brid-2” (13°.B.g.)
peykinə Beynəlxalq Eutelsat təşkilatının siqnallarını göndər mək
olur. Burada 1 stvol 4 proqramın Avropadakı rusdilli
teletamaşaçılanna göndərilməsi və
daha iki proqram ikinci
sıçrayışla - “Orion” (37,5° b.g.) peyki vasitəsilə - ABŞ-a gön
dərilir ki, oradan bütün ölkəyə “EchoStar” (61,5°3.g.) peyki ilə
ötürülür.
Rəqəm proqramlarım qəbul edə bilmək üçün, Rusiya abo
nenti aşağıdakı avadanlıqlara malik olmalıdır:
Diametri təxminən 60
sm olan parabolik antena;
Azküylü gücləndirici - konverter (xarici blok), hansı ki, 11,7^-
12,5 QHs diapazonuna hesablanmışdır, dairəvi polya-rizasiya (sağ
və sola fırlana bilən), 1 dB-dən çox olmayan küy-faktorla rəqəm
siqnallarının qəbulu (Cambridge - İngiltərə fir masının xarici
bloklan daha çox tətbiq olunur).
MPEG-2/DVB-S standartı üzrə rəqəm siqnallarının qəbulu üçün
nəzərdə tutulan tüner. Tüner xarici blokun eneıji qidalan-dırılmasını
təmin edir, siqnalları açır (şərti daxilolma “Viaccess”
sistemi ilə
kodlaşdırılmış). X-SAT (Fransa) və Samsung (Cənubi Koreya)
firmalarının istehsalı olan tünerlər geniş yayılmışdır. Bağlı rəqəm
proqramlarının qəbulu üçün abonent xüsusi maqnit kartını
sənədləşdirir ki, bundan sonra öz
televizoruna peyk vasitəsilə göndərilən icazə verici komandanı
qəbul edir.
Yüksək sürətli İnternet (>300...400kbit/san)
şəbəkələrinin
qeyri-simmetrik sxem üzrə (abonentdən şəbəkəyə adi yerüstü
telefon kanalı ilə sorğu, informasiyanın peykdən alınması)
yaradılması da planlaşdırılmışdır. Bunun üçün verici yerüstü
stansiyada
Dostları ilə paylaş: