Pirallahı Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Yüklə 10,47 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü10,47 Kb.
#42872


Pirallahı Sənaye Parkının yaradılması haqqında Azərbaycan 

Respublikası Prezidentinin Sərəncamı 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq

qeyri-neft sənaye sahələrinin davamlı inkişafı, sənaye sahəsində sahibkarlıq fəaliyyətinin 

daha da genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və 

innovativ sənaye sahələrinin yaradılması, o cümlədən əczaçılıq sənayesinin inkişafı və 

dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman 

vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviq edilməsi və istehsal sahəsində 

ə

halinin məşğulluğunun artırılması məqsədi ilə qərara alıram: 



1. Bakı şəhərinin Pirallahı rayonu ərazisində Pirallahı Sənaye Parkı yaradılsın. 

2. Müəyyən edilsin ki, Pirallahı Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi 

üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu 

ilə sənaye, o cümlədən əczaçılıq sənayesi üzrə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət 

göstərilməsi, habelə emal müəssisələrinin yaradılması üçün istifadə edilən, sahibkarların 

səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. 

3. Pirallahı Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirləri 

“Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası 

Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası 

İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud 

Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) həyata keçirir. 

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 

4.1. Pirallahı Sənaye Parkının fəaliyyəti üçün Bakı şəhəri, Pirallahı rayonu, Səməd Vurğun 

küçəsində 30 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Cəmiyyətin daimi 

istifadəsinə verilməsini iki ay müddətində təmin etsin və bu barədə Azərbaycan 

Respublikasının Prezidentinə məlumat versin; 

4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi: 

5.1. Pirallahı Sənaye Parkının ərazisində xarici və daxili infrastrukturun (elektrik və istilik 

enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, 

inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını və sahibkarlıq fəaliyyətinin 

səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə 

zəruri tədbirlər görsün; 

5.2. Cəmiyyətə Pirallahı Sənaye Parkının fəaliyyətinin təşkilində, idarə olunmasında və 

inkişafında kömək etsin, habelə istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet 

istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin

5.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 



6. Pirallahı Sənaye Parkının fəaliyyətinin təşkilini, həmin ərazinin istifadəyə yararlı vəziyyətə 

gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, 

rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər 

infrastruktur obyektləri) yaradılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 

2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin 

ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 4,0 

(dörd) milyon manat ayrılsın. 

7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 6-cı hissəsində göstərilən 

məbləğdə maliyyələşməni təmin etsin. 

İlham Əliyev 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 14 sentyabr 2016-cı il. 



 

Yüklə 10,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə