Plan: Məktəbəqədər tərbiyə müəssisəsələrində işin təşkili və ona rəhbərlik



Yüklə 26,67 Kb.
səhifə1/9
tarix08.01.2022
ölçüsü26,67 Kb.
#82712
  1   2   3   4   5   6   7   8   9
MÖVZU 23


MÖVZU № 23. UŞAQLARIN ƏTRAF ALƏMLƏ TANIŞLIĞI İŞİNƏ METODİK RƏHBƏRLİK

PLAN:

1. Məktəbəqədər tərbiyə müəssisəsələrində işin təşkili və ona rəhbərlik.

2. Məktəbəqədər tərbiyə müəssisəsinin pedaqoji işinə müdirin rəhbərliyi.

3. Məktəbəqədər tərbiyə müəssisəsinin metodistinin fəaliyyəti.

4. Məktəbəqədər tərbiyə müəssisələrində ətraf aləmlə tanışlıq prosesində tərbiyəçinin rəhbərliyi


  1. Məktəbəqədər tərbiyə müəssisələrinin əsasnaməsinə müvafiq olaraq dövlət orqanları, müəssisə, idarə və təşkilatlar, mülkiyyət formasından asılı olmayaraq, yerli, xarici birliklər və təşkilatlar, ayrı-ayrı vətəndaşlar məktəbəqədər tərbiyə ocağı aça bilərlər.

Məktəbəqədər tərbiyə ocağının açılması haqqında qaydalar “Məktəbəqədər tərbiyə müəssisəsinə aid əsasnamə”də, Təhsil və Səhiyyə Nazirliklərinin təlimatı, məktub və qərarlarında öz ifadəsini tapmışdır. “Məktəbəqədər tərbiyə müəssisələri haqqında əsasnamə”də qeyd olunur ki, məktəbəqədər tərbiyə müəssisəsi xüsusi tikilmiş və ya müvafiq şəraiti olan binalar olduqca açılır. Bina ayrıca layihə əsasında tikilir. Binada uşaq kontingenti, müxtəlif yaşlı uşaqların xüsusi rejim əsasında yaşayıb tərbiyə alması, sanitar-gigiyena qaydaların uyğunluğu nəzərə alınır.

Binanın tikintisi qurtardıqdan sonra dövlət komissiyası qəbul edir. Yeni müəssisəyə rayon, şəhər, təhsil şöbəsi tərəfindən nömrə və ya ad verilir. Müdir işlərin yerinə yetirilmə vəziyyətini yoxlayır, qrupların, xüsusən kiçik qrupun otaqlarda yerləşdirilməsini nəzərdən keçirir.

Məktəbəqədər tərbiyə müəssisəsinin istismara verilməsi ilə əlaqədar onun təchizi və fəaliyyəti üçün büdcədən pul vəsaiti ayrılır. Bundan sonra müdir zəruri avadanlıq və əyani vəsaitlərin alınması üçün siyahı tərtib edir. Avadanlıq, xüsusən mebel gigiyenik və pedaqoji tələblərə uyğun olmaqla uşaqların normal inkişafını təmin etməlidir.

Məktəbəqədər müəssisənin iş rejimi bağçanın pedaqoji və rayon (şəhər) təhsil şuralarında qəbul edildikdən sonra müvafiq təhsil idarəsi (şöbəsi) və ya müəssisənin tabe olduğu idarə, təşkilat, müəssisə tərəfindən təsdiq edilir.

Məktəbəqədər müəssisəsi və ya onun ayrı-ayrı qrupları həftədə 5, 6, 7 günlük və ya gecə-gündüz, bir və ya iki istirahət günü, eləcə də, dəyişkən qrafik ilə işçilərə istirahət günü verməklə işləyə bilər.

Hər bir məktəbəqədər tərbiyə müəssisəsinə torpaq verilir ki, uşaqlar hər fəsildə açıq və təmiz havada ola bilsinlər.

Bina, torpaq sahəsi və avadanlıq uşaqların normal təlim-tərbiyəsi, istirahəti və yaşamasını təmin etməlidir. Bağça, onun bütün əmlakı dövlətin və ya himayəsində olduğu kooperativ və özəl təşkilatın əmlakı hesab olunur.

“Məktəbəqədər tərbiyə müəssisələri haqqında əsasnamə”yə görə, uşaq bağçasında müəyyən işlər sənədləşdirilməlidir. Bağçanın əsasnaməsi, binanın pasportu və əmr kitabı rayon (şəhər) Təhsil şöbələri tərəfindən təsdiq olunur. Əmr kitabının bütün səhifələri nömrələnir, tikilir, səhifələrin ümumi sayı göstərilir, möhür və imza ilə təsdiq olunur.

Uşaqlara məxsus uçot kitabında uşaqların və valideynlərin ev ünvanı, bağçaya daxil olması və bağçadan çıxması haqqında məlumat qeyd olunur. Xüsusi forma ilə hər gün uşaqların bağçaya davamiyyəti yoxlanılır.

Bütün bunlarla yanaşı, bağçada işçilərin və uşaqların şəxsi işləri, tibb kartoçkası, işçilərin davamiyyət qrafiki, onların iş vaxtını göstərən cədvəl, ayrı-ayrı əməkdaşların nəzərinə çatdırma və təkliflər kitabı saxlanılır. Təkliflər kitabına bağçanın yoxlanması zamanı qeydlər, təlimati fikirlər yazılır. Pedaqoji yığıncağın, istehsalat toplantısının, pedaqoji şuranın protokollar kitabı, habelə sanitar jurnalı, avadanlıq və ərzaq alınmasına aid kitab, müəssisənin iş və perspektiv planı və s. saxlanılan əsas sənədlərdir.

Son zamanlar elmi və elmi-metodik ədəbiyyatda müasir məktəbəqədər təhsilin idarə edilməsində pedaqoji şuraların rolu mühüm yer tutur. Pedaqoji şuraların məktəbəqədər müəssisəsinin əsas inkişaf istiqamətlərini əhatə edən həm taktiki, həm də strateji məsələlərini həll etmək hüququ var. Pedaqoji şuralar üç nəfərdən az olmayaraq, pedaqoqu olan və hansı müəssisənin tabeliyində olmasına baxmayaraq, bütün tip məktəbəqədər müəssisələrdə yaradılır.

Pedaqoji şura - məktəbəqədər müəssisəsinin daima fəaliyyət göstərən kollegial orqandır. Onun köməyi ilə məktəbəqədər müəssisəsinin idarə edilməsi həyata keçirilir.

Pedaqoji şuranın tərkibinə uşaq bağçasının müdiri, metodist, tərbiyəçilər, musiqi rəhbəri, defektoloq və digər pedaqoji işçilər və tibb bacısı daxildir.

Pedaqoji şuralar rübdə bir dəfədən az olmayaraq planlaşdırılır. Növbədən kənar şuraların keçirilməsi də mümkündür.




Yüklə 26,67 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə