Plan: Məktəbəqədər tərbiyə müəssisəsələrində işin təşkili və ona rəhbərlik


Pedaqoji şuraların keçirilməsinin məqsədi –



Yüklə 26,67 Kb.
səhifə2/9
tarix08.01.2022
ölçüsü26,67 Kb.
#82712
1   2   3   4   5   6   7   8   9
MÖVZU 23

Pedaqoji şuraların keçirilməsinin məqsədi – pedaqogika elminin nailiyyətlərindən və qabaqcıl təcrübədən bəhrələnərək, təlim-tərbiyə prosesinin səviyyəsinin yüksəldilməsi, uşaq şəxsiyyətinin maraqlarının və bacarıqlarının inkişafı, uşaq bağçası kollektivinin səylərinin birləşdirilməsidir.

Məktəbəqədər tərbiyə müəssisələrində müəssisənin müdiri və metodisti tərbiyəçilərə öz yaradıcılıqlarını, yenilikçi olmalarını göstərmək və özlərini həm pedaqoq, həm də şəxsiyyət kimi reallaşdırmaları üçün imkan yaratmalıdır. Məktəbəqədər təhsil sistemində islahat məktəbəqədər təhsilin idarə edilməsi şəxsiyyətyönümlülüyün, inkişaf etmiş demokratik xarakterin optimallaşdırılması olmadan mümkün deyil. Bu prosesdə mühüm yeri pedaqoji kadrlarla metodik işin effektivliyinin yüksəldilməsi tutur. Məktəbəqədər müəssisənin müvəffəqiyyəti müəssisə rəhbərinin və metodistin həyata keçirdiyi kadrlarla metodik işin keyfiyyətindən asılıdır.



Pedaqoji şura təlim-tərbiyə prosesinə rəhbərlik edən ali orqan kimi məktəbəqədər müəssisəsinin konkret vəzifələrini həll edir. Onun fəaliyyəti uşaq bağçalarında pedaqoji şuralar haqqında təlimata əsasən müəyyən edilir. Bütün uşaq bağçalarında pedaqoji şuralar yaradılır. Onun tərkibinə pedaqoji işçilər və əvəzçilər daxil edilir.


Yüklə 26,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə