Plan: Məktəbəqədər tərbiyə müəssisəsələrində işin təşkili və ona rəhbərlik


Pedaqoji şuralar üçün təxmini mövzular



Yüklə 26,67 Kb.
səhifə3/9
tarix08.01.2022
ölçüsü26,67 Kb.
#82712
1   2   3   4   5   6   7   8   9
MÖVZU 23

Pedaqoji şuralar üçün təxmini mövzular:

  1. Uşaq bağçasının yeni dərs ilinə hazırlığı: qrupun təchizi, uşaq bağçasının illik planı, nəzarət qrafiki, perspektiv-təqvim planının təsdiqi;

  2. Fiziki inkişaf və uşaqların sağlamlığı;

  3. Uşaq bağçasında pedaqoji etika: biz pedaqoji etika haqqında nə bilirik (diskussiya), uşaqlarla iş zamanı pedaqoji etika;

  4. Məktəbəqədər dövrdə oyunların inkişaf şərtləri və xüsusiyyətləri;

  5. Uşağın sosial inkişafı: uşağın böyüklərlə və yaşıdları ilə qarşılıqlı münasibətinin təhlili, uşaq birliyinin, qrupunun formalaşdırılması metodları;

  6. Məktəbəqədər yaşlı uşaqların əməli fəaliyyətində (təsviri fəaliyyət, quraşdırma, musiqi) kreativliyin inkişafı;

  7. Pedaqoji əməkdaşlıq “Uşaq bağçası-ailə”: valideynlərlə ünsiyyət etikası, valideynlərlə müxtəlif iş formalarının əhəmiyyəti, ən yaxşı ailə tərbiyəsinin təbliğatı;

  8. Uşaqların sağlamlığının qorunması üzrə səmərəli tədbirlərin hazırlanması: müalicəvi-profilaktik iş, möhkəmləndirmə işləri, fiziki inkişafın diaqnostikası, sağlam həyat tərzinə tələbatın formalaşdırılması;

  9. Uşaq bağçasında uşaqların emosional əmin-amanlığı: uşağın emosional durumu və uşaq bağçası şəraitində onun pedaqoji qiymətləndirilməsi, uşağın uşaq bağçası şəraitinə uyğunlaşması, uşaqlarla böyüklərin qarşılıqlı münasibətlərinin psixologiyası, uşaq bağçasının ailə ilə əməkdaşlığın yeni formalarının axtarılması;

  10. Uşaq bağçalarında korreksiyaedici-inkişafetdirici təlim və tərbiyəyə şəxsiyyətyönümlü yanaşma;

  11. Uşağın idraki inkişafı üçün mümkün yanaşmaların axtarılması: uşaqların böyüklərin əməkdaşlıq ünsiyyətlərinin əsaslarının formalaşdırılması və bədii ədəbiyyat vasitəsilə onun inkişaf etdirilməsi; psixi proseslərin (diqqət, yaddaş, təfəkkür, təxəyyül) və imkanları məhdud uşaqların davranışlarının iradi məsələlərin təkmilləşdirilməsi; uşaqların emosional sabitliyinin inkişafında oyuncaqlarla işin rolu.

  1. Məktəbəqədər təhsil müəssisələrində işin təşkili və ona rəhbərlik təlim-tədris prosesinin düzgün şəkildə qurulmasında mühüm rol oynayır.

Uşaq bağçasına rəhbərlik bağça müdirindən yüksək işgüzarlıq və pedaqoji bacarıq tələb edir. Kadrları düzgün seçib yerləşdirmək, tapşırılmış işə hər kəsin məsuliyyətlə yanaşmasını təmin etmək bağçanın iş planının düzgün tərtib olunmasından çox asılıdır. Bağçanın perspektiv və illik planının tərtibində məktəbəqədər tərbiyəyə aid dövlət qərar və göstərişləri, Təhsil Nazirliyinin təlimati məktubları, məktəbəqədər tərbiyəyə aid əsasnamənin və s. sənədlərin məzmunu nəzərə alınır. Bağçanın iş planında bir sıra bölmələr öz əksini tapır:

I. Giriş hissə

Giriş hissə keçən dərs ilinin yekununun qısa təhlili, nəticəsi və ondan irəli gələn yeni dərs ili 1-2 real surətdə həyata keçirilmələri olan vəzifələr nəzərdə tutulur. Onlardan biri yeni, digəri keçən dərs ilində başlanmış işin davamı ola bilər. Müəyyənləşdirilmiş vəzifələr konkret tədbirlərlə illik planın bölmələrində əks olunmalı və “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı”nın bölmələrini əhatə etməlidir.




Yüklə 26,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə