Plan: Məktəbəqədər tərbiyə müəssisəsələrində işin təşkili və ona rəhbərlik



Yüklə 26,67 Kb.
səhifə9/9
tarix08.01.2022
ölçüsü26,67 Kb.
#82712
1   2   3   4   5   6   7   8   9
MÖVZU 23

Tərbiyəçinin əsas vəzifəsi bağçalarda və ya ixtisaslaşdırılmış müəssisələrdə uşaqların hərtərəfli qayğısına qalmaqdan ibarətdir. Buraya, adətən, uşağın təmiz saxlanılması, təlimatlara uyğun olaraq qidalandırılması və əyləndirilməsi daxildir. O, həmçinin, uşağın fiziki, əqli inkişaf edə və öyrənə biləcəyi təhlükəsiz, əlverişli mühiti təmin edir.

Tərbiyəçi uşaqları gün ərzində təlim məşğələlərinə cəlb etməklə onların biliklərini zənginləşdirir, onlarda müxtəlif bacarıq vərdişləri formalaşdırır. Uşaqların danışıq nitqini formalaşdırmaq üçün tərbiyəçi onları müxtəlif tədbirlərə qoşur.

Təlim məşğələsi bütün məktəbəqədər yaşlı uşaqlar ücün məcburidir. O, proqram materialının məzmununu özündə düzgün əks etdirir. Eyni zamanda gün rejiminin düzgün həyata keçirilməsinə kömək edir. Məşğələ tərbiyəçinin rəhbərliyi altında həyata keçirilir. O, məşğələ zamanı uşaqlara yeni bilik çatdırır, onu sistemə salır və dəqiqləşdirir, praktik işləri həyata kecirir.

Uşaq bağçasında keçirilən təlim məşğələlərinin əsas vəzifəsi uşaqları məktəb həyatına hazırlamaqdır. Müntəzəm keçirilən təlim məşğələləri uşaqlarda öyrənmə marağını formalaşdırır.

Təlim məşğələləri zamanı uşaqlarda məktəbə həvəs və maraq güclənir, düzgün təlim vərdişləri formalaşır, onların xarakterində məsuliyyət hissi və dözümlülük kimi iradi keyfiyyətlər yaranır.



Həmin məşğələlərdən biri də ətraf aləmlə tanışlıq məşğələləridir. Həmin məşğələlərin keçirilməsində məqsəd uşaqlara ev heyvanlarını, bitkiləri tanıtmaq, faydalarını başa salmaq və eyni zamanda, uşaqlarda heyvanlara qarşı mərhəmət hissini formalaşdırmaqdır. Qeyd edək ki, təlim prosesində uşaqlar ev heyvanları, bitkiləri tanıyaraq, həyatımızda və təbiətdə onların faydalı rolu haqqında geniş məlumat alırlar.


Yüklə 26,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə