Plan: Uşaq folkloru nümunələri uşaqlar üçün yaradılan əsərlərdir



Yüklə 39,17 Kb.
səhifə1/10
tarix08.01.2022
ölçüsü39,17 Kb.
#82715
  1   2   3   4   5   6   7   8   9   10
Mövzu 5. Uşaq folkloru. Laylalar və oxşamalar ilk tərbiyəvi təsir vasitəsi kimi (2)


Mövzu 5. Uşaq folkloru. Laylalar və oxşamalar ilk tərbiyəvi təsir vasitəsi kimi

Plan:

1. Uşaq folkloru nümunələri uşaqlar üçün yaradılan əsərlərdir.

2. Laylalar və oxşamalar ilk tərbiyəvi təsir vasitəsi kimi.

Azərbaycan dilində el ədəbiyyatı, şifahi ədəbiyyat və şifahi xalq yaradıcılığı kimi tanınan ədəbiyyata elmi terminologiyada folklor deyilir. Folklor təbiətdə baş verən hadisələrin sirrini öyrənməkdə, gördükləri şeylərin əlamət, keyfiyyət və mahiyyəti haqqında məlumat toplamaqda, heyvan və quşların xasiyyətindəki qəribəlikləri başa düşməkdə, böyükləri düzgün anlamaqda və söz ehtiyatlarını artırmaqda uşaqlara kömək edir. Əsli ingiliscə olan bu sözün mənası «xalq müdrikliyi» deməkdir. Tarixdə xalqlar bir sıra özünəməxsus əlamətlər görə səciyyələnirlər; irq, dil, hərbi, psixoloji və s. əlamətlərə bərabər, xalq müdrikliyi də bu sıradadır. Xalq müdrikliyi sadə anlayış olmayıb, tarixi inkişaf prosesinin nəticəsidir. Dahi şəxsiyyətlərin qeyd etdiyi kimi, insanı əmək yaratmışdır. Elə xalqın müdrikliyi də əmək prosesində yaranmışdır. Kollektiv iş görən – ağır bir şeyi qaldıran, hansısa qüvvədən qorunan ibtidai insan işini yüngülləşdirmək üçün mahnıya, rəqsə ehtiyac hiss etmişdir. Bu ehtiyac, ritmlə deyilən söz ona qüvvə vermiş, maneəni dəf etməsinə kömək olmuşdur. Həmin sözlər ağızdan-ağıza, nəsildən-nəslə keçdikcə cilalanmış, müdrik kəlamlara çevrilərək həm mənsub olduğu xalqın, həm də bütün bəşəriyyətin sərvətinə çevrilmişdir. İnsanların həyat təcrübəsi, şəxsiyyətin inkişaf prosesi ilə bağlı biliyi artdıqca folklorun da növləri artmışdır. İnsan dünyaya gətirdiyi övladların böyüyüb ərsəyə çatmasında, əsl insan kimi yetişməsində folklorun faydasını görmüş və onu daha da inkişaf etdirmişdir. Beləliklə, xalqın pedaqoji fikir dünyası yaranmışdır.

Xalqımız qədim tarixə malik olduğu kimi onun folkloru da qədimdir. Xalqın sevinci, kədəri, toyu, yası, əməyi, istirahəti, körpəsi, böyüyü folklorda əks olunmuşdur. Əvvəldə qeyd etdiyimiz kimi atalar sözləri, laylalar, bayatılar, holavarlar, sayaçı sözləri, düzgülər, sanamalar, oxşamalar, nazlamalar, lətifələr, yanıltmaclar, əfsanələr, rəvayətlər, nağıllar, dastanlar və s. folklor anlayışlarıdır və xalqın tarixi təcrübəsi əsasında yaranmışdır. Onların hər birinin həyatımızda müstəsna əhəmiyyəti var.

Prof. Ə.Həşimov bu barədə yazır: «Xalq pedaqogikasının bizə çatan yadigarları, materialları müdriklik dəfinəsidir. Onlar yığcamlığı, obrazlılığı, dərin ictimai, pedaqoji məzmunu, ədəbi-tarixi koloriti, əxlaqi-etik tövsiyəsi, nəsihətamiz ruhu ilə xalqın kamal dünyasıdır. Xalq pedaqogikası materiallarının hər birində həyatın, tərbiyənin bu və ya digər məsələsi üzrə, zəhmətkeş kütlələrin real qənaəti, inamı, etiqad və təsəvvürü əks olunmuşdur». Bu səbəbdən də biz folkloru ümumxalq sərvəti kimi dəyərləndiririk.

Xalq bir pedaqoq kimi xalq pedaqogikasının müxtəlif növləri vasitəsilə gənc nəslin hərtərəfli tərbiyəsinə çalışmışdır. Onlar uşaqları gələcəkdə ədəb-ərkanlı, əxlaqi sifətlərə malik olan, yüksək zövqlü, gözəlliyi başa düşən və qiymətləndirən, əməksevər, çalışqan, sağlam, güclü, qüvvətli və ən əsası isə ağıllı-kamallı görmək istəmişlər.

Azərbaycan ailələrində uşaq evin bəzəyi, sevinc, ümid çırağı sayılmışdır. «Uşaq ailənin bəzəyidir», «Uşaq evin çırağıdır, ailənin yaraşığıdır» deyən atalar «Uşaqsız ev susuz dəyirman kimidir» söyləmiş və «Oğul olsun, qız olsun, amma ağlı düz olsun» və ya «Oğul baş ucalığı, qız üz ağlığıdır» deyə oğlana, qıza fərq qoymamışdır. Uşaqlı ailə ən xoşbəxt ailə sayılıb. «Evinizdən uşaq səsi gəlsin» deyə xalq alqış edib. Lakin uşağı ailənin şirinliyi, var-dövləti hesab edən və «Bala baldan şirindir», «Bala dadı bal dadı» deyən atalar «Balam əzizdir, tərbiyəsi ondan da əzizdir» deməyi də unutmayıb.

Xalqın şifahi şəkildə yaratdığı bu nümunələrdən tarix boyu uşaqların təlim-tərbiyəsi işində çox geniş istifadə olunmuşdur.

Məlumdur ki, öz xarakterinə və tərbiyəedicilik xüsusiyyətinə görə folklor əsərləri müxtəlif olduğu kimi, yaş və bilik səviyyəsi etibarilə insanlar da müxtəlifdir. Odur ki, hansı şəraitdə, hansı yaşda folklor nümunələrinin hansından istifadə edilməsi məsələsinə həmişə fikir verilmişdir.

Azərbaycan xalq pedaqogikası çox zəngin və rəngarəngdir. Bunların içərisində uşaq folkloru özünəməxsus yer tutur. Uşağı necə böyütməli, boya-başa çatdırmalı, ona nəyi, necə öyrətməli və s. xalqımızın çoxəsrlik şifahi yaradıcılığının mühüm bir hissəsi olan uşaq folklorunu təşkil edən məsələlərdir. Uşaq folkloru onların maraq dairəsini əhatə edən materiallarla zəngindir. Burada onların bütün yaş mərhələlərinə aid tələbləri və ehtiyacları müəyyən mənada ödənilir.

Uşaq folkloru nümunələri həm ideya və məzmun, həm də forma cəhətdən uşaqların yaş xüsusiyyətləri və anlama səviyyələri nəzərə alınmaqla yaranmışdır. Deməli, uşaq folkloru uşaqlar üçün yaradılan əsərlərdir ki, onun əsas əlamətləri uşaqların yaş xüsusiyyətlərinə uyğun olması, onların daxili, mənəvi aləmini əks etdirməsidir. Bu nümunələr uşaq aləminə, onların şüur və düşüncəsinə yaxın olduğuna görə, onun vasitəsilə tərbiyə daha səmərəli və faydalı olmuşdur.

Uşaq folkloru iki istiqamətdə:


Yüklə 39,17 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə