Plan yüksəkmolekullu birləşmələr haqqında ümumi məlumat,alınma üsulları



Yüklə 2,61 Mb.
səhifə1/8
tarix21.06.2022
ölçüsü2,61 Mb.
#89835
  1   2   3   4   5   6   7   8
15-3



M Ü H A Z İ R Ə - 15

Yüksək molekullu birləşmələr texnologiyası.

PLAN
1.Yüksəkmolekullu birləşmələr haqqında ümumi məlumat,alınma üsulları
2.Polietilen istehsalı
3.Polistirolun alınması
4.Plastik kütlələr texnologiyası,plastik kütlələrdən məmulatların hazırlanması
5.Kauçuk və rezin məmulatları.Rezin qarışıqlarından məmulatların hazırlanması
6.Liflər texnologiyası.Akrilnitril istehsalı

Polimer sözu iki yunan sözundən ibarət olub, poli-çox, meros-hissə deməkdir.


Az sayda atomlardan əmələ gələn maddələrə kiçikmolekullu birləşmələr deyilir. Kiçikmolekullu birləşmələrin böyük bir qismi öz aralarında və başqa kiçikmolekullu birləşmələrlə birləşərək yüksəkmolekullu birləşmələr əmələ gətirir. Yüksəkmolekullu birləşmələr əmələ gələn zaman minlərlə, yüz minlərlə kiçikmolekullu birləşmələr (monomerlər) öz aralarında birləşir. Bu yolla alınan birləşmələrə makromolekullar və ya polimerlər deyilir. Polimerlərin molekul kütləsi bir neçə yüz mindən, bir neçə milyona qədər olur.
Polimer maddələr üç böyük qrupa bölünür:
1) Təbii polimerlər. Bu qrup polimerlər sırasına yun, kətan, ipək, pambıq, təbii kauçuk, kəhrəba və s. daxildir
2)Süni polimerlər, Bu qrup polimerlər təbii polimerlərin kimyəvi emalından alınır.
3)Sintetik polimerlər. Sintetik polimerlərin alınma tarixi 1835-ci ildən başlayır. Renye təsadüfi olaraq vinilxloridin günəş şuası təsirindən polimerləşməsini müşahidə etmişdir.
Polimerlərin sənaye miqyasında sintetik üsulla alınması 1909-cu ildən başlanmışdır.
Bir-biri ilə birləşən monomerlərin quruluşundan asılı olaraq polimerlərin quruluşu da müxtəlif olur.
1. Əgər polimer zəncirində hər bir quruluş elementi iki qonşu quruluş elementi ilə əlaqədar olarsa, bu cür quruluşu polimerlərlə xətti quruluşlu polimerlər deyilir.
–A–B –A –B –A –A –B –A –B –
Xətti polimer
2. Polimerin əsas zəncirində şaxələnmə olarsa belə quruluşlu polimerlərə şaxəli polimerlər deyilir.

Polimer orta molekul kütləsi artdıqca onun mexaniki möhkəmliyi,elastikliyi, bərkliyi, temperatura davamlılığı müəyyən qədər artır.



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə