Plastik kartlar



Yüklə 18,2 Kb.
tarix17.10.2017
ölçüsü18,2 Kb.

  1. Plastik kartlar.

PIN-kod yalnız Sizin üçün nəzərdə tutulmuş məxfi məlumatdır.

  1. Bank kartını və içində PİN-kod olan zərfi aldıqda, zərfin möhürlənmiş olduğuna əmin olmanız xahiş olunur.

  2. Heç kimə (həmçinin Bankın əməkdaşlarına) kartın PİN-kodunu və ya onun CVV-kodunun bildirməyin.

  3. İnternet və ya telefon vasitəsi ilə mal və xidmət sifariş edərkən PİN-kod tələb olunmur. Əks təqdirdə Sizi aldadırlar!

  4. Bank heç vaxt şəxsi məlumatları (kartın PİN-kodunu, hesab nömrəsini, kartın nömrəsini, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini) e
    -poçt ünvanı, internet və ya mobil telefon vasitəsi ilə tələb etmir. Əgər Siz Bankın adından login və parolunuzun daxil edilməsi barədə e
    -poçt ünvanına məktub və ya SMS gəldikdə müştəri xidmətlərinə məlumat verin (SMS və ya elektron məktubda göstərilən nömrəyə yox, Bank kartının üzərində göstərilən nömrəyə zəng vurun). Təkcə Bankın rəsmi domenindən (@vtb.az) göndərilən məktubları açın.

  5. Heç vaxt heç kimə öz PİN-kodunuzu bildirməyin. Heç vaxt öz PİN-kodunuzu kartın üzərinə yazmayın. Sadəcə bu məlumatı yadda saxlamağa çalışın.

  6. Xaricdə kartlardan istifadə edərkən ehtiyat tədbirlərinə riayət edin. Kartlardan nağd pul vəsaiti çıxarmaq üçün yalnız bankların ərazisində yerləşən bankomatlardan istifadə etmək tövsiyə olunur. Asiya və Sakit okean regionunun bir sıra dövlətləri (Əfqanıstan, Pakistan, Malayziya, Tailand, Filippin, Sinqapur), Cənubi və Mərkəzi Amerika (Kuba, Meksika, Braziliya, Argentina, Peru, Cili, Venesuella), həmçinin, Yaxın Şərq (İraq, İran, Suriya, İsrail) və Avropa (Albaniya, Andorra, Ukrayna), həmçinin Afrika ölkələriYüksək risk qrupu ölkələri sırasına daxildir.

  7. Sizə Bankın "SMS Bildiriş" xidmətinə qoşulmağı tövsiyə edirik. Hesabla hər hansı bir əməliyyat zamanı Sizə aparılmış əməliyyatı göstərən bildiriş gələcək.

Kart itirildikdə, oğurlandıqda və ya Sizin PİN-kodunuzun kənar şəxslərə məlum olduğuna dair şübhələr yarandıqda, bu barədə dərhal (24 saat): (+99 412) 986 və ya (+99 412) 4920080 telefonları vasitəsi ilə Bankın Müştərilərə yardım xidmətinə məlumat verin və kartı bloka salmağı xahiş edin. Unutmayın ki kart vaxtında bloka salınmadıqda Bank Sizin kartınızla aparılan əməliyyatlara görə məsuliyyət daşımır.

2.Bankomatlar.

  1. Bankomatlardan istifadə etməzdən əvvəl (Bankın və onun filiallarının ərazisində yerləşən bankomatlar istisna olmaqla) bankomatın onun konstruksiyasına uyğun olmayan və PİN-kodun yıxılması və kartın qəbul edildiyi yerdə (məsələn, klaviaturada kənar qurğu) yerləşmiş əlavə qurğuların olub-olmamasını yoxlayın. Hər hansı bir şübhə yarandığı təqdirdə Bankla əlaqə saxlayın.

  2. PİN-kodu daxil edilməsi ilə əməliyyat aparılarkən HƏMİŞƏ, məsələn, boş əlinizlə klaviaturanı örtün. Bu fırıldaqçılara Sizin PİN-kodunuzu görməyə və ya video kameraya çəkməyə imkan verməyəçəkdir.

  3. Kartdan nağd pul çıxardarkən kənar şəxslərdən kömək istəməyin.



3. Kredit alarkən təhlükəsizlik tədbirləri

  1. Banka bilavasitə, vasitəçilərin köməyi olmadan müraciət edin. Vasitəçilər kreditin verilməsi haqqında qərara heç cür təsir edə bilməz. Əgər, kimsə Sizə kreditin alınmasında mükafat müqabilində yardım edəcəyinə söz verirsə, bilin Sizi aldadırlar. Bankda tətbiq edilmiş çoxmərtəbəli qərar qəbulu sistemi qərarın bir nəfər tərəfindən qəbulunu mümkünsüz edir və Sizə mükafat müqabilində yardım edəcəyinə söz verən həmin şəxs sadəcə Sizin vasitənizlə asan qazanc əldə etmək istəyir. Sizin kimdənsə belə təklif aldığınız təqdirdə, dərhal yardım xidmətinə zəng etmənizi xahiş olunur.

  2. Əgər Sizi 3-cü şəxslər üçün kredit almaq üçün müraciət etməyə vadar edirlərsə, xahiş edirik bu barədə sifariş doldurarkən Bankın əməkdaşına və ya əvvəlcədən telefon vasitəsi ilə xidmət mərkəzinə məlumat verin. Əgər Siz əvvəlcədən müraciət edə bilməmisinizsə, kredit sifarişini doldurduqdan sonra Bank tərəfindən Sizin əlaqə nömrələrinə zəng vurulduqda bu barədə məlumat vermənizi xahiş edirik.

  3. Banka saxta sənədlərlə müraciət etməyin. Saxta sənədlərin hazırlanması və istifadəsi cinayətdir.



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə