Poetika anlayışı ədəbiyyatşünaslığın hansı şöbəsinə aid edilir? A ədəbiyyat tarixçiliyi b ədəbi tənqid



Yüklə 175,8 Kb.

tarix22.07.2018
ölçüsü175,8 Kb.


1

Poetika anlayışı ədəbiyyatşünaslığın hansı şöbəsinə aid 

edilir? A) ədəbiyyat tarixçiliyi  B) ədəbi tənqid 

C) ədəbiyyat nəzəriyyəsi D) hər üç şöbəyə aid edilə bilər 

E) poetika ədəbiyyatşünaslığın müstəqil şöbəsidir 

2

Bədii əsərdə müəllif tendensiyası dedikdə nə başa 



düşülür? A) müəllifin  təqdim etdiyi hadisə və 

personajlara münasibəti B) yazıçının təhkiyə tərzi 

C) müəllifin süjet qurmaq məharəti D) müəllifin seçdiyi 

əsas mövzu E) bədii əsərin tərbiyəvi əhəmiyyəti 

3

Çağdaş ədəbi prosesin dəyərləndirilməsi 



ədəbiyyatşünaslığın hansı şöbəsinə aid edilir?

 A) ədəbiyyat tarixçiliyi  B) ədəbiyyat nəzəriyyəsi 

 C) ədəbi tənqid D) hər üç şöbəyə aid edilə bilər 

E) ədəbi prosesin tədqiqi ədəbiyyatşünaslığın eyniadlı 

müstəqil şöbəsidir 

4

“İrq, mühit və moment nəzəriyyəsi” ədəbiyyatşünaslıqda 



hansı məktəb üçün xarakterikdir? A) mədəni-tarixi 

metod  B) tarixi-müqayisəli metod  C) sosioloji metod 

D) bioqrafik metod E) formal metod

5

Ədəbiyyatşünaslıqdakı  tarixi-müqayisəli metod belə də 



adlandırılır: A) formalizm  B) strukturalizm 

C) komparativizm D) dekadentizm E) dadaizm

6

İ. Ten, V. Şerer, A. N. Pıpin ədəbiyyatşünaslıqda hansı 



metoda mənsubdurlar? A) mədəni-tarixi metod B) tarixi-

müqayisəli metod C) formal metod 

D) bioqrafik metod E) sosioloji metod

7

Hansı ədəbiyyatşünaslıq məktəbi müxtəlif xalqların 



ədəbiyyatının, mədəniyyətinin irqi, regional fərqlərdən 

asılı olmayaraq eyni qanunauyğunluğa tabe olması  

ideyasına istinad edir? A) formal məktəb B) antropoloji 

məktəb  C) psixoloji məktəb  

D) bioqrafik məktəb E) mifoloji  məktəb

8

Ədəbiyyatşünaslıqdakı sosioloji metod üçün daha 



səciyyəvi oilan prinsip: A) ”Sənət gələcək üçündür” 

B) ”Sənət sənət üçündür” C) ”Sənət şöhrət üçündür” 

D) ”Sənət həyat üçündür”  E) ”Sənət sənəti başa 

düşənlər üçündür”




9

T. Benfey, C. Develop, E. Taylor, V. Jirmunski, A. 

Veselovski hansı ədəbiyyatşünaslıq metodunu təmsil 

edirlər? A) mədəni-tarixi metod B) tarixi-müqayisəli 

metod C) formal metod D) bioqrafik metod E) sosioloji 

metod


10

Bədii ədəbiyyatın özünəməxsusluğunu, bədii inikas 

qanunlarını şərh edən ədəbiyyatşünaslıq şöbəsi : 

A) ədəbi tənqid B) ədəbiyyat nəzəriyyəsi C) ədəbi 

əlaqələr  D) ədəbi metod  E) heç biri

11

“Poeziyanın növlərə və janrlara bölünməsi” əsərinin 



müəllifi kimdir? A) Aristotel B) Hegel         C) Lessinq    

D) V.Q.Belinski   E). M. F.Axundzadə

12

Ədəbiyyatşünaslıq  elmində  “mimesis” (təqlid) və  



“katarsis” (təmizlənmə) terminlərini irəli sürüb 

əsaslandıran mütəfəkkir kimdir? A) Sokrat B) Platon

C) Bualo  D) V.Q.Belinski E)Aristotel     

13

“XI əsrdə dil və ədəbiyyat üzrə nəinki Azərbaycanda, 



eləcə də bütün Yaxın və Orta Şərq ölkələrində ən məşhur 

alim  ...  idi” . Burada kimdən bəhs olunur? A) Qətran 

Təbrizi  B) Ömər Gənci         C) Yusif Xoylu     D) Xətib 

Təbrizi    E) Şeyx Mahmud Şəbüstəri  

14

Ədəbiyyat nəzəriyyəsinin inkişafında mühüm  rolu olan  



XVIII əsr alman alimi:  A) Russo B) Didro C) Fildinq  

D) Lessinq  E) Höte 

15

Epik və dramatik əsərlərin məzmun və forma vəhdəti 



haqqında ilk dəfə kim fikir söyləmişdir?  

 A)Xətib Təbrizi   B) Platon C) Bualo D)Aristotel            

E) V.Q.Belinski   

16

Bədii ədəbiyyatda “yalana bənzəyən doğrudansa, 



doğruya bənzəyən yalan daha yaxşıdır”,- deyən 

Azərbaycan şairi kimdir?  A)Nizami   B)  Füzuli           

C) Nəsimi E) Xətayi E) Qazi Bürhanəddin

17

Azərbaycanda XIX əsrdə ədəbi-bədii meyarların yeni 



şərhi, ədəbi-nəzəri fikrin sistemli inkişaf dövrü kim ilə 

başlayır? A) Məhəmməd Tağı Sidqi B) Seyid Əzim 

Şirvani C) Mirzə Fətəli Axundzadə                              D) 

Xurşidbanu Natəvan E) Abdulla Sur




18

Peyzaj nədir? A) təbiətə həsr olunan şeir janrıdır           

B) baharın təsviridir C) bədii əsərdə təbiət təsviridir   D) 

lirik şeirdir E)məişət təsviridir

19

İnsanın daxili aləmini, hiss və duyğularını verən bədii 



lövhələrə nə deyilir? A)ritorika  B) klassika           C) 

poetika D) patetika E) lirika    

20

İctimai inkişafın əsas qanunauyğunluqlarını kamil ifadə 



edən, insan xarakter və taleyini ümumiləşdirən surətlər 

necə  adlanır?  A) obraz         B) tip C) xarakter  D) 

prototip  E) surət

21

Bədii ədəbiyyatda xalq mənafeyinin ifadəsi, xalqın 



ruhuna yol tapan əsərlər yazmaq hansı anlayışa daha 

yaxındır?  A) ənənəvilik  B) yenilikçilik                 C) 

xəlqilik, millilik  D) haqqpərəstlik E) reallıq

22

Bədii ədəbiyyatda forma anlayışına daxil deyil : 



A) vəzn  B) süjet C) mövzu D) kompozisiya E) rədif

23

Müəllifin bədii əsərdə  oxucuya çatdırmaq istədiyi 



başlıca fikir nədir? A) məzmu B) fabula C) ideya           

D) mövzu  E) süjet

24

Aristotelin işlətdiyi  “fabula”  termini müasir 



ədəbiyyatşünaslıqda hansı anlayışa uyğun gəlir ?

A) kompozisiya  B) ideya C) mövzu  D) forma                  

E) süjet      

25

M. F. Axundzadə məzmun və forma vəhdətindən 



danışarkən bu əsərləri  həm məzmunca, həm də formaca 

gözəl nümunə kimi xatırlatmışdır: 

A) Firdovsinin “Şahnamə”si, Nizaminin “Xəmsə”si      

B)Xaqaninin və Qaaninin şeirləri

C) Hafiz Şirazının divanı; Sədinin “Gülüstan”ı 

D) Cəlaləddin Ruminin “Məsnəvi”si   E) Əbül-üla 

Gəncəvinin və Xaqaninin qəsidələri

26

Ədəbiyyatda söz və ifadələrin, faktların və epizodların, 



surətlərin müəyyən ahəngdar, məntiqi, məqsədəuyğun və 

münasib şəkildə tərtibi, quruluşudur:  A) süjet  B) fibula 

C) kompozisiya      D) konflikt  E) xarakter

27

Bədii əsərdə hadisələrin inkişaf xəttidir:   A) süjet   B) 



kompozisiya C) forma D) məzmun E) konflikt


28

Bədii dildə dialekt sözləri verilə bilər :

A) müəllif təhkiyəsində  B) dramların remarkalarında C) 

peyzajlarda  D) hər məqamda      E) obrazların 

danışığında    

29

Göz yaşını bəs ki, tökdü hər su, Hər məhəllədən axıtdı 



min cu” – beytində hansı bədii ifadə vasitəsi işlənmişdir 

(nəzərə almalı ki, “cu” - “çay” deməkdir) A) litota B) 

mübaliğə   +C) təzad  D) epitet                         E) 

sinekdoxa

30

 “Camalın günəşdir, qəmərdir üzün” misrasında işlənmiş 



məcaz   A) təşbeh B) mübaliğə  C) metafora D) epitet   

E) simvol 

31

”Nədir, nə deyirsən , vəfalı yarım? -misrasında 



işlənmişdir    A)kinayə  B) litota C) təşbeh D) epitet  E) 

sinekdoxa

32

“Dolanıram hər tərəf odlara düşmüş mar tək” misrasında 



işlənmiş məcaz  A) inversiya  B) epitet  C) sinekdoxa  D) 

təşbeh və inversiya  E) təşbeh    

33

Döydü yağış məni, döydü qar məni,



Bir qarışqa minsəm, aparar məni,-  misralarında işlənmiş 

bədii ifadə vasitəsi hansıdır?  A) bədii sual  B) litota C) 

təşbeh D) epitet  E) simvol

34

“Qıratın yalında qıvrılıb yatan,... Yağıya gözdağı, bizə 



şan qılınc” – misralarında işlənmişdir : 

A) təkrir

B) sinekdoxa

C) metonomiya

 D) metafora və litota

 E) metafora    

35

Hansı ədəbi növ üçün göstərmə əsasdır? 



A) epik 

B) lirik 

C) dramatik     

E) epik və lirik 

E) lirik və dramatik

36

Lirik növ  üçün ən  səciyyəvi olan xüsusiyyət A)təqlid  



B) tənqid  C) tərənnüm  D) təsvir  E)göstərmə


37

Hansı ədəbi növ üçün təhkiyə əsasdır? A) epik             B) 

lirik C) dramatik  E) hamısı üçün E) heç biri üçün

38

Lirik növün nəsrlə yazılan janrı   A) qoşma B) roman C) 



melodram D) təmsil E) mənsur şeir   

39

“Qəsidə”, “qəzəl”,  “nət”, “minacat”, “ballada”; 



“fəxriyyə”, ”qoşma”, “tərci-bənd”, – məntiqi baxımdan 

sıranı pozan janrları ayırın   A) 1-ci və 5-ci   B) 5-ci və 7-

ci    C) 2-ci və 7-ci   D) 1-ci və 8-ci  E) 1-ci və 4-cü

40

Mürəbbe – tərbi ; Müxəmməs – təxmis ; Müsəddəs - ...?.  



Hansı söz buraxılıb?  A) təcnis  B) tərxis                   C) 

tədsis  D) təsdis  E)hədis

41

“Münacat”, “nət”, “mədhiyyə”, “mərsiyə”, - klassik 



lirikada bu janrlar hansı janrın mövzuca fərqlənən 

nümunələri idi?   A) qəzəlin   B) məsnəvinin              C) 

rübainin  D) qəsidənin E) müstəzadın

42

Altılıq – müsəddəs;  yeddilik – müsəbbe ; səkkizlik - ... ? 



Düzgün olanı seçin     A) mürəbbe  B) müəşşər  C) 

müsəmmən  D) müəmma  E) müstəzad

43

Mövzuca bir-birinə bağlı müxtəlif  bəndlərdən qurulur. 



Birinci bəndin final beyti sonrakıların hamısında 

təkrarlanır. Bəndlərdə misraların sayı 10-12, bəzən artıq 

da olur. Bu əlamətlər hansı janra aiddir? A) müstəzad  B) 

divani  C) tərci-bənd  D) tərkib-bənd E) müsəmmən 

44

”Girizgah” nədir? A) poemanın sonluğudur                B) 



məsnəvinin girişidir C) qəsidənin girişidir             D) 

pişrovun başqa adıdır  E) bunların heç biri deyil

45

 Hər bəndi 10-12 misradan ibarətdir. Bəndin sonunda bir 



final beyti verilir ki, həmin beytin qafiyələri sonrakı 

bəndlərin final beytində də təkrar edilir  A) müstəzad B) 

tərkib-bənd  C) tərci-bənd  D)müsəmmən E) müləmmə



46

“Mən gələndə gilənarlar gül idi,

Güllər açdı, bağçaları bürüdü”, – misralarındakı bölgünü 

tapın   A) 4 + 7  B) 4 + 4+ 3 C) 6 + 5  D) 3+4+4  E) 6 + 

47

“Qafiyə”, “rədif”, “misra”, “remarka”, “bölgü”, “bənd”, - 



məntiqi baxımdan hansı söz çıxıla bilər?

A) 1-ci   B) 5-ci  C) 6-cı  D) 4-cü E) 1-ci və 3-cü

48

Qafiyə,  vəzn, ölçü, bölgü , - bu əlamətlər nəyə aiddir?  



A) yalnız poemaya B) yalnız məsnəviyə C) poeziyaya    

D) mənsur şeirə E) hamısına

49

Ədəbiyyatşünaslıqda “bölgü”  termininin sinonimidir A) 



təqti  B) vəzn C) ölçü  D) vurğu               E) rədif

50

Əsas qafiyədən sonra işlənir  A) təkrir  B) rədif            



C) bölgü  D) xitab E) heç biri

51

Heca vəzninin aşıq poeziyasında daha geniş yayılmış 



ölçüləri   A) 8, 10 və 11 heca  B) 7, 8 və 11 heca           

C) 7, 8 və 12 heca D) 5, 8 və 11 heca  E) yalnız 8 heca 

52

Biri klassik lirikamızda işlənməyib   A) qəzəl                



B) mürəbbe  C) himn  D) tuyuq E) müəşşər

53

Əruz vəzninin ilk dəfə elmi şərhini verən ədəbiyyatşünas 



kimdir? A) Xətib Təbrizi   B) Yusif Xoylu  C) Əhdi 

Bağdadi  D) Xəlil ibn Əhməd                E) Lətifi

54

Əruzun bəhrləri neçə dairədə birləşir?  A) dörd          B) 



beş C) altı  D) iki  E) yeddi

55

Azərbaycan poeziyasında əruzun neçə bəhri işlənir?



 A) on beş B) on altı C) on D) on dörd  E) on bir   


56

Aşağıdakı beyt  əruz vəzninin hansı bəhrində və 

təfiləsindədir :

 Nalədəndir ney kimi avazeyi-eşqim bülənd,

 Nalə tərkin qılmazam ney tək kəsilsəm bəndü bənd.

A) səri bəhri, failAtün fAilAtün məfUlu  B) müzare 

bəhri, fAilAtün fAilAtün fAilAtün  C) rəməl bəhri,  

fAilAtün fAilAtün  fAilAtün  fAilAt  D) mütədarik 

bəhri, fAilAtün  fAilAtün  fAilAtün məfUlu  E)rəməl 

bəhri, fAilAtün  fAilAtün  fAilAtün fAilün   

57

Bu şeirləri birləşdirən ortaq xüsusiyyət hansıdır: 



S.Vurğun “Raport”, R. Rza “Sizə kimdən deyim”, 

N.Hikmət “Salxım söyüd” ?  A) hamısı təbiət 

mövzusundadır  B) hamısı satirik şeirdir   C) hər üçü 

qoşmadır  D) hər üçündə monoloq və dialoqlar var  E) 

hər üçü sərbəst şeirdir  

58

Hansı poema daha çox  lirik xarakterdədir?



A) S.Vurğun “Komsomol poeması” B) C.Cabbarlı “Qız 

qalası”  C) Nizami Gəncəvi “İsgəndərnamə”          D) R. 

Rza “Qızılgül olmayaydı”  E) heç biri

59

Azərbaycan poeziyasında sərbəst şeirin ustadı sayılır  A) 



Səməd Vurğun  B) Əliağa Vahid   C) Rəsul Rza              

D) Mirvarid Dilbazi  E) hamısı

60

İlk dəfə məsnəvi formasından Şərqdə nə zaman istifadə 



olunub? A) 7-ci əsrdə  B) 8-ci əsrdə  C)10-cu əsrdə D) 9-

cu əsrdə  E) 13-cü əsrdə

61

Təmsil janrının əsas məziyyəti nədir? A) şeirlə yazılması  



B) alleqoriya əsasında yaranması C) lirik növə aidliyi  

D)yalnız Şərq ədəbiyyatına aidliyi           E) yalnız Qərb 

ədəbiyyatına aidliyi 

62

“Azərbaycan ədəbiyyatında romanın əhəmiyyəti 



haqqında ilk sözü  ... söyləmişdir”. Nöqtələrin yerinə 

kimin adı yazılmalıdır?  A) M. S. Ordubadi          B) Y. 

V. Çəmənzəminli  C) M.F.Axundzadə                    D)  N. 

Nərimanov  E)İ.Qutqaşınlı

63

Biri  janr baxımından fərqlidir    A)”Səyahətnameyi-



İbrahim bəy”  B) “Dumanlı Təbriz” C) “Qılınc və 

qələm”  D) “Qızlar bulağı”  E)”Rəşid bəy və Səadət 

xanım”   



64

“Quruluşca o qədər də mürəkkəb olmur. Xarakterik bir 

hadisə, yığcam bir süjet, ümumiləşdirici bir mətləb, 

müxtəsər söyləmə üsulu burada əsasdır”. Yazılı 

ədəbiyyatın hansı janrından danışılır?

 A) lətifə    B) rəvayət   C) povest   D) qəzəl  E) hekayə     

65

Gözlənilməz sonluqla bitən epik janr   A) faciə               



B) hekayə  C) novella  D) melodram  E) nağıl

66

Faktiki materialın bədiiliklə verildiyi  epik janr           A) 



oçerk  B) təmsil  C) fars  D) qəsidə  E) heç biri

67

Bu sırada  ədəbi növə aidlik baxımından  hansı janr  



artıqdır?  A) təmsil B) hekayə C) lətifə D) roman            

E) qəsidə   

68

Dramatik növün dram janrı dünya ədəbiyyatında nə 



zaman formalaşıb? A) antik dövrdə  B) XX əsrdə       C) 

XV əsrdə  D) XVI əsrdə  E) XVII əsrdə   

69

Yalnız mütaliə üçün yazılan dramlara verilən ad           



A) melodrama  B) monodram   C) lezedram  D) vodevil   

E) fars 


70

Faciə janrına  ilk dəfə mükəmməl elmi təhlil vermişdir     

A) Aristofan B) Sofokl C) Esxil                  D) Aristotel   

E) Evripid

71

Dram əsərlərində geniş yer tutmur     A)monoloq     B) 



dialoq C)remarka D)müəllif  təhkiyəsi                     E) 

monoloq və dialoq

72

Hansı janrın adı “şən kütlə” və “nəğmə” mənalarını 



bildirən iki sözün birləşməsindən yaranmışdır? 

A) tragediya B) komediya C)tragikomediya                D) 

melodram  E)lətifə

73

Sovet dövrü ədəbiyyatımızda komediya ustadı kimi 



şöhrətlənmişdir?  A) Səməd Vurğun B) İlyas Əfəndiyev 

C) Sabit Rəhman D) Yusif  Vəzir Çəmənzəminli E) heç 

biri  

74

Faciə ilə komediya arasında ortaq mövqe tutan janr 



hansıdır? A) lətifə B) dram C) melodram  D)tragediya E) 

heç biri



75

Kiçik həcmli şən və məzəli komik əsərlər necə adlanır? 

A) vodevil   B) melodram C) tragikomediya D) 

komediya E) hailə 

76

Komediyalar mahiyyətcə iki cür olur A) vəziyyətlər 



komediyası və xarakterlər komediyası                            

B) vəziyyətlər komediyası və  əyləncələr komediyası C) 

regional komediya və milli komediya                          D) 

xarakterlər komediyası və sürprizlər komediyası  E) belə 

təsnifat yoxdur

77

“Almaz”, “Nadanlıq”, “Keçmişdə qaçaqlar” əsərlərinin 



janrı   A) tragikomediya  B) dram                     C) vodevil 

D) faciə  E) fars

78

Mahiyyətcə faciəyə daha yaxın olan  dramatik janr A) 



mərsiyə  B) ağı C) melodram  D) monodram          E) 

hamısı yaxındır

79

Dram əsərinin hansı komponentinin mənası “işarə, qeyd” 



anlamını bildirir?  A) dialoq B) zapiska            C) 

zarisovka D) remarka    E) kompozisiya

80

Eyni dramatik janra müraciət baxımından biri bu sırada 



artıqdır    A)Aristofan  B)Molyer                         C) M. F. 

Axundzadə  D)S.Rəhman   E) H. Cavid     

81

Dramatik növün bu janrı xalq mərasimlərinin və 



oyunlarının əsasında yaranmışdır.Burada daha çox 

insanların zooloji-fiziki cəhətləri gülüş hədəfinə çevrilir    

A ) komediya B) vodevil  C) məzhəkə  D)səhnəcik  E) 

fars    


82

Gülüşün bu növünün adı yunanca “rütubət”,               “ 

yumşaqlıq” mənasını bildirir   A) yumor   B) sarkazm C) 

qrotesk  D) satira   E) parodiya

83

“ ...   yazıçının əsərlərini başqa yazıçıların əsərlərindən 



aydıncasına fərqləndirən ideya və forma 

özünəməxsusluğudur”. Buraxılmış söz hansıdır?  A) 

metod   B)janr C) mövzu  D)vəzn                   E) üslub  

84

Surəti fərdiləşdirmək üçün dildən bir vasitə kimi daha 



geniş, əhatəli şəkildə istifadə olunur                    A) 

romantik əsərlərdə B) realist əsərlərdə C) həm romantik, 

həm də realist əsərlərdə  D) modernist əsərlərdə E) heç 

birində



85

Bədii yaradıcılıq tipləri necə adlanır ? A) ədəbi üslub B) 

bədii metod  C) ədəbi məktəb D) ədəbi cərəyan          E) 

manera


86

Orta əsrlər ədəbiyyatımız üçün hansı metod əsasdır? 

A)realist  metod B) satirik metod                        C) 

tənqidi realist metod D) romantik metod  E) heç biri

87

17-ci əsrdə ilk dəfə Fransada  yaranmış ədəbi cərəyan   



A) klassisizm   B) romantizm  C) realizm    D) futurizm  

E)sentimentalizm 

88

Bu ədəbi cərəyanın nümayəndələri  antik ədəbiyyata tez-



tez müraciət edirdilər  A) sentimentalizm             B) 

romantizm C)realizm D) futurizm E)klassisizm    

89

Klassisizmin məşhur nəzəriyyəçisidir  A) Didro          B) 



Russo  C) Bualo D) Mönteskyö  E) Molyer

90

Hansı ədəbi cərəyanın prinsiplərinə görə, bədii əsərlərdə 



hadisələr bir əsas xətt üzrə qurulmalı idi?  

A) sentimentalizm   B) romantizm C)realizm               D) 

klassisizm   E) futurizm 

91

Faciə janrına ardıcıl müraciət edən klassisizm 



nümayəndələri    A) Rasin, Kornel  B) H. Cavid, M. 

Hadi C) H. Cavid, A. S. Puşkin D) Molyer, N. Vəzirov 

E) heç biri

92

Klassisizm nəzəriyyəsinə görə,  dramaturgiyada  “üç 



vəhdət”  prinsipinin pozulması nə ilə nəticələnərdi? 

A) həqiqətəuyğunluq azalar, şərtilik çoxalardı           B) 

əsər maraqsız olardı   C) ümumiləşdirmə olmazdı  D) 

bədiilik olmazdı  E) heç nə baç verməzdi

93

“Üç vəhdət”  prinsipi bütövlükdə aiddir  A) faciəyə B) 



komediyaya  C) klassisizmə D) naturalizmə  E) odaya

94

Hansı ədəbi cərəyanın prinsiplərinə görə, bədii əsərlərdə 



hadisələrin başvermə müddəti 24 saatdan çox olmamalı 

idi? A) sentimentalizm  B) romantizm C)realizm D) 

futurizm E)klassisizm    

95

Hansı ədəbi cərəyan sənətkarı müəyyən prinsiplər 



əsasında məhdudluğa salırdı? A) sentimentalizm   B) 

romantizm C)realizm D)klassisizm D) futurizm 




96

Hansı ədəbi cərəyanın prinsiplərinə görə, bədii əsərlərdə 

hadisələrin baş verdiyi məkan əsasən dəyişməməli idi? 

A) sentimentalizm   B) romantizm C)realizm D) futurizm 

E)klassisizm  

97

İnsan hissiyyatının təcəssümünə hansı ədəbi cərəyan 



daha geniş yer verirdi?  A) klassisizm           B) 

romantizm C)realizm D) sentimentalizm  E)futurizm 

98

Kəndin şəhərə qarşı qoyulub üstün tutulduğu ədəbi 



cərəyan    A) klassisizm B) romantizm C)realizm 

D)modernizm E) sentimentalizm   

99

Avropada klassisizmi əvəz etmiş ədəbi cərəyan       A)  



maarifçi realizm  B) sentimentalizm  C)modernizm  D) 

naturalizm  E) tənqidi realism

100

Bu ədəbi cərəyan üçün melodramlar, gündəlik və məktub 



şəklində yazılmış povestlər daha səciyyəvi idi   A) 

sentimentalizm   B) romantizm                            C) 

ekzistensializm D) maarifçi realizm E) heç biri 

101


A. Divanbəyoğlunun “Can yanğısı” romanı necə əsərdir?   

A) romantik  B) maarifçi realist                           C) 

sentimentalist D) naturalist  E) tənqidi realist 

102


Bu əsərlər hansı ədəbi cərəyanı təmsil edir : “Klarissa 

Qarlou”, “Pamela”, “Bədbəxt Liza” , “Can yanğısı”, 

“Natalka Poltavka”? A)  maarifçi realizm  B) 

sentimentalizm C)klassisizm D) naturalizm               E) 

futurizm

103


Bu ədəbi cərəyan üçün hissiyyat kultu əsasdır              A) 

klassisizm B) romantizm C)realizm                                 

D) sentimentalizm  E)modernizm

104


C. Cabbarlının “Solğun çiçəklər” pyesi necə əsərdir? 

A) romantik  B) maarifçi realist  C) sentimentalist  D) 

naturalist  E) tənqidi realist  

105


Təbiətin cəmiyyətə qarşı qoyulub üstün tutulduğu ədəbi 

cərəyan  A) klassisizm B) romantizm C)realizm D) 

sentimentalizm   E)futurizm 



106

Bu əsərlərdən biri çağdaş postmodernist roman 

nümunəsi sayıla bilər    A)  Anar  “Beşmərtəbəli evin 

altıncı mərtəbəsi” B) İsa Hüseynov “Yanar ürək”        C) 

Fərman Kərimzadə “Çaldıran döyüşü” D)Kamal Abdulla 

“Yarımçıq əlyazma”  E) Elçin “Ağ dəvə”

107

Təbiət əhvali-ruhiyyəni ifadə etmək üçün bu ədəbi 



cərəyanda  daha çox fon rolunu oynayırdı                     

A) klassisizm B) romantizm  C)realizm                          

D) sentimentalizm  E)modernizm 

108


Sadə adamlar, onların dərin hissiyyatı  ədəbiyyatın 

diqqət mərkəzinə çəkildi   A) klassisizmdə                        

B) modernizmdə  C)sentimentalizmdə  D) maarifçi 

realizmdə  E) hamısında

109

Azərbaycan ədəbiyyatında sentimentalizmin 



nümayəndəsidir  A) A. Divanbəyoğlu    B) M. Hadi C) 

Ə. Qəmküsar D) N. Nərimanov E) hamısı

110

Abdulla Şaiqin hansı əsərində sentimentallıq aparıcı 



mövqedədir? A)  “Araz” B) “Gözəl bahar” C) İki 

müztərib, yaxud əzab və vicdan”  D) “İblisin hüzurunda”  

E) hamısında

111


C. Cabbarlının hansı əsərlərində sentimentallıq 

aparıcıdır? A) satirik şeirlərində B)”Yaşar” pyesində C) 

“Almaz” pyesində D) ilk pyeslərində  E) son 

hekayələrində

112

Bu ədəbi cərəyan üçün xəyal kultu əsasdır                  A) 



klassisizm   B) romantizm  C)realizm                           D) 

sentimentalizm  E)modernizm 

113

Bu cərəyanın nümayəndələri gah keçmişə baxır, 



“itirilmiş səadət”ə göz yaşı tökür, gah da gələcəyə 

yönələn ümid və xəyallarını qələmə alırdılar                 

A) maarifçi realizm  B) sentimentalizm  C)romantizm  

D) naturalizm E) futurizm

114

Novalis, V. Hüqo, A. Mitskeviç, H. Cavid. Bu 



sənətkarları birləşdirən əsas ortaq cəhət hansıdır?  

A) simvolik dram yazmışlar  B) sonet yazmışlar  C)XIX 

əsrdə yaşamışlar D) romantizmə aiddirlər             E) 

ortaqlıq yoxdur




115

Bir zamanlar “mütərəqqi” və “mürtəce” olmaqla iki yerə 

ayırırdılar  A) klassisizmi B) romantizmi             C) 

naturalizmi D) tənqidi realizmi  E) modernizmi

116

Azərbaycan romantizminin ilk sistemli tədqiqatçısı 



kimdir? A) Məmməd Cəfər Cəfərov   B) Həmid Araslı 

C) Feyzulla Qasımzadə D) Yaşar Qarayev                           

E) Məmməd Arif

117


Rəmzi, mövhumi surətlər, ideal qəhrəmanlar yaratmağa 

meylli idilər  :      A) qəzəlxanlar                 B) 

sentimentalistlər  C) faciə yazanlar D) romançılar  E) 

romantiklər     

118

Hansı romantik ədibin yaradıcılığında fəlsəfi lirika daha 



qüvvətlidir?  A) A. Səhhət   B) A. Şaiq                             

C) Ə. Nəzmi D) M. Hadi  E) C. Cabbarlı

119

İngiltərədə bu ədəbi cərəyanı Ç.Dikkens, V.Tekkerey 



təmsil edir   A) klassisizm B) romantizm C) tənqidi 

realizm   D) naturalizm  E) maarifçi realizm

120

Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanı nə 



zaman təzahür etmişdir? A)XIX əsrin əvvəllərində  B) 

XIX əsrin ortalarında C) sovet dövründə D) XX əsrin ilk 

onilliklərində                                E) Cümhurüyyət 

dövründə


121

M. Hadi, A. Şaiq, Ə. Hüseynzadə hansı ədəbi cərəyana 

aiddir?  A) maarifçi realizm                               B) 

sentimentalizm C) romantizm    D) naturalizm        E) 

simvolizm

122


Höte, Şiller, A. Mitskeviç, H. Cavid üçün ortaq ədəbi 

cərəyan    A) maarifçi realizm B) sentimentalizm 

C)romantizm  D) naturalizm  E)heç biri

123


H. Cavidin simvolik obrazlı dram əsəri  A) “Ana”      B) 

“Maral” C) “Şeyx Sənan”  D) “İblis”  E) heç biri

124

A.S. Puşkin, M. Y. Lermontov üçün ortaq ədəbi cərəyan   



A) maarifçi realizm  B) sentimentalizm C)romantizm   

D) naturalizm  E)futurizm

125

Bədii yaradıcılıq prosesinə aid  edilə bilməz                       



A) rasionallıq B) intuitivlik C) ümumiləşdirmə             

D) neqativlik  E) fərdiləşdirmə




126

Fransada bu ədəbi cərəyanı O.Balzak, Gi de Mopassan, 

Flober  təmsil edir    A) klassisizm              B) romantizm   

C) naturalizm  D) tənqidi realizm         E) modernizm

127

Ədəbiyyatımızda maarifçi realist dramaturgiyanın 



banisidir A) N. Vəzirov  B) Ə. Haqverdiyev                 C) 

M. F. Axundzadə  D) S. Ə. Şirvani   E) heç biri

128

Şahlıq üsuli-idarəsini ifşa edən maarifçi realist nəsr əsəri   



A) “Hacı Qara”  B) “Mürafiə vəkillərinin hekayəti”  C) 

“Aldanmış kəvakib”  D) “Padşahın məhəbbəti”  E) heç 

biri

129


Füzuli qəzəllərinə satirik nəzirələr yazmış tənqidi realist 

şair   A) Vazeh  B) Zakir  C) Hadi  D) Seyid Əzim 

Şirvani  E) Sabir   

130


Dram və nəsr əsərləri yazmış bu ədibin əsərlərində gülüş 

göz yaşı ilə yoğrulmuşdur      A) Sabir  B) Cavid  C) 

Hadi  D)Mirzə Cəlil   E)Mirzə Şəfi

131


Tənqidi realist dramaturgiya nümunəsidir                 A) 

“Hacı Qara”  B) “Mürafiə vəkillərinin hekayəti”   C) 

“Ölülər”  D) “İblis”  E) heç biri

132


Azərbaycan tənqidi realistlərinin cəmləşdiyi mətbuat 

orqanı          A) “Füyuzat”  B) “Yeni füyuzat”  C) “Molla 

Nəsrəddin”  D) Şəlalə”  E) “Əkinçi”

133


Yaradıcılığında tənqidi pafos daha dərin ictimai 

mündəricə daşıyan şairimiz : A)Cavid   B) Zakir                 

C) Hadi  D) Seyid Əzim Şirvani  E) Sabir    

134


Tarixi mövzuda nəsrlə yazılmış dram əsəri                   A) 

“Qaçaq Nəbi”  B) “Mürafiə vəkillərinin hekayəti”  C)  

“Vaqif”  D) “Nadir şah”  E) hamısı

135


Bu romantik  ədib öz  qəhrəmanlarını  daha çox ölkə 

xaricindən seçirdi :  A)A. Səhhət  B) A. Şaiq                  

C) Ə. Nəzmi  D) M. Hadi   E)H.Cavid   

136


O.Balzak, Gi de Mopassan, Flober, Ç.Dikkens, 

L.Tolstoy, A.P.Çexov, C.Məmmədquiuzadə, M.Ə. Sabir 

– bu ədibləri birləşdirən ortaq cəhət nədir?

A) maarifçi realist olmaları   B) komediya yazmaları  C) 

tənqidi realist olmaları  D) roman yazmaları  E) heç biri



137

A. Bakıxanov, M. Ş. Vazeh, İ. Qutqaşınlı üçün ortaq 

cəhət   A) şair olmuşlar  B) dramaturq olmuşlar           C) 

tənqidi realist olmuşlar  D) romantizmin baniləridir  E) 

ilk Azərbaycan maarifçiləridir     

138


Azərbaycan romantiklərinin cəmləşdiyi mətbuat orqanı    

A) “Füyuzat”  B) “Arı”  C) “Molla Nəsrəddin”  D) 

Şeypur”  E) “Əkinçi”

139


Azərbaycan romantizminin əsas ideoloqu kim idi? 

A) A. Səhhət  B) A. Şaiq C) Ə.Hüseynzadə                    

D) H. Zərdabi  E) F. Köçərli

140


Görkəmli ədiblərin yaradıcılıq ənənələrinin davam 

etdirilməsi, ardıcıllarının yetişməsi nəticəsində 

formalaşır   A) bədii metod  B) bədii üslub C) ədəbi 

məktəb  D) ədəbi janr  E) ədəbi tənqid

141

XIX əsrin məşhur rus ədəbiyyat nəzəriyyəçisi  idi:      



A)Q. Pospelov  B) Qoqol C) Lessinq D). Lomonosov E) 

V.Q.Belinski   

142

C.Məmmədquiuzadə, M.Ə. Sabir, Ə. Nəzmi, Ə. 



Qəmküsar – bu ədibləri birləşdirən ortaq cəhət nədir?  

A) maarifçi realist olmaları  B) komediya yazmaları C) 

tənqidi realist olmaları  D) yalnız satira yazmaları  E) 

qəzəl yazmaları 

143

Yazıçının həyat faktlarına, təsvir etdiyi bədii materiala 



və problemlərə yanaşma prinsiplərinin məcmusudur  A) 

bədii metod B) bədii üslub             C) ədəbi cərəyan  D) 

ədəbi janr  E) ədəbi məktəb

144


Tənqidi gülüşün daha kəskin növüdür    A) lətifə       B) 

yumor B) satira D) heç biri  E) hamısı

145

Sovet dövründə Azərbaycanda   ədəbiyyat nəzəriyyəsinin 



inkişafında böyük rol oynamış ədəbiyyatşünas kimdir?  

A)Firudin bəy Köçərli  B) Abbas Zamanov C) Yaşar 

Qarayev  D) Yəhya Seyidov E) Seyid hüseyn

146


Həm nəzm, həm də nəsrlə yazıla bilir      A) dram           

B) qəsidə  C)mənsur şeir  D)qoşma  E) heç biri




147

Bu janrda faciəviliklə komiklik vəhdət təşkil edir       A) 

komediya  B) vodevil C) tragikomediya   D) fars  E) heç 

birində 


148

Komediya sözünün sinonimi kimi də işlənir              A) 

məzhəkə   B) lətifə  C) hailə   D) vodevil  E) satira

149


Təşbehin dörd elementindən yalnız bənzəyən və 

bənzədilənin  iştirak etdiyi bənzətmə necə adlanır? 

A) mükəmməl təşbeh B) müfəssəl təşbeh                    C) 

müsəddəs təşbeh D) adi təşbeh E) yarımçıq təşbeh

150

Ərşə çıxdı ahü vayım sübhü şam, - misrasında işlənmiş 



bədii ifadə vasitəsi  A) təşbeh B) mübaliğə C) litota  D) 

kinayə  E) bədii sual

151

Anafora nədir? A) təşbehin növüdür B) əvvəldə gələn 



təkrirdir C) sonda gələn təkrirdir D)ortada gələn təkrirdir 

E) bunlardan heç biri deyil

152

”Biz komediyalarında onu bir maarifçi kimi görürük”. 



Bu fikri hansı ədibin yaradıcılığına  aid etmək olar?  A) 

C. Məmmədquluzadə                            B) Ə. 

Haqverdiyev  C) M. F. Axundzadə D) S. Ə. Şirvani  E) 

hamısı


153

Hansı tənqidi realist dramaturgiya nümunəsində xalqa 

fayda verməyən, onun dərdinə yanmaq əvəzinə, boş-boş 

işlərlə məşğul olan ziyalılar tənqid olunmuşdur?  A) M. 

Ə. Sabir “Nədamət və şikayət”   B) M. F. Axundzadə  

“Hekayəti-Molla İbrahimxəlil kimyagər” C) Y. V. 

Çəmənzəminli “Həzrəti-Şəhriyar” D) C. 

Məmmədquluzadə  “Ölülər”                                   E) C. 

Məmmədquluzafdə “Anamın kitabı”     

154


Rusiyada bu ədəbi cərəyanı N.V.Qoqol, A.P .Çexov və 

s.təmsil edirdi   A) klassisizm B) romantizm             C) 

naturalizm   D) tənqidi realizm  E) maarifçi realizm

155


Heca vəznli şeirdə misraların hissələrə ayrılması  nə 

adlanır?  A) ölçü  B) bölgü C) rədif  D)rəcəz  E) təqti

156

Şeirin ilk beyti, yaxud misrası  necə  adlanır?            A) 



təqti B) mətlə  C) məqtə D) rədif E)ahəng 


157

Təşbehin dörd elementinin hamısının iştirak etdiyi 

bənzətmə necə adlanır?  A) mükəmməl təşbeh             B) 

müfəssəl təşbeh  C) müsəddəs təşbeh D) adi təşbeh E) 

yarımçıq təşbeh

158


Fəda olsun sənə canım, nə dersən? - misrasında işlənmiş 

bədii ifadə vasitəsi  A) təşbeh B) bədii sual  C) litota D) 

kinayə  E) təkrir

159


Epifora nədir? A) təşbehin növüdür  B) əvvəldə gələn 

təkrirdir  C) sonda gələn təkrirdir  D)ortada gələn 

təkrirdir  E) bunlardan heç biri deyil

160


“Sən atlısan, mən piyada,

 Öldürəcək bu qəm məni, - misralarının bölgüsünü tapın    

A) 4+4  B) 3+5 C) 5+3   D) 2+6  E) 3+3+2

161


Uzun və qısa hecaların düzülüş sisteminə əsaslanan şeir 

vəzni  A) heca B) əruz C) sərbəst şeir D) əruz və heca E) 

yalnız heca

162


Əmək nəğmələrinə aid lirik janrdır    A) ağılar            B) 

oxşamalar C) holavarlar D)tuyuqlar  E) hamısı

163

Sovet yazıçıları ən çox  istinad edirdilər :                      



A) romantizmə  B) yalnız klassik ənənələrə                 C) 

sosialist realizminə  D) həyatın bəzəksiz təsvirinə E) 

bunların hamısına 

164


Şeirin ən dolğun beytinə deyilir : A)qafiyəsiz beyt  B) 

mətlə beyt C) məqtə beyt D) rədifli beyt E) şah beyt    

165

Orta əsrlərdə şairlərimizin poeziyasında hansı vəzn daha 



çox işlənib? A) heca B) əruz  C) sərbəst şeir           D) 

əruz və heca E) yalnız heca

166

Azərbaycan alimi Əkrəm Cəfər hansı vəznlə bağlı 



dəyərli tədqiqat aparıb?   A) heca B) sərbəst şeir         C) 

bütün vəznlər D) əruz   E) heç biri

167

Türkdilli ədəbiyyatda əruz vəznində dövrümüzə çatmış 



ilk nümunə    A) “Kutadqu-bilik”  B) “Dastani-Əhməd 

Hərami” C) “Töhfətül-İraqeyn” D) Nəsiminin şeirləri E) 

Xətayinin şeirləri



168

“Oxu, tar.oxu , tar,

        Səni kim unudar?!” – misraları ədəbiyyatda kimlərə 

etiraz kimi ortaya çıxmışdı? 

A) heca vəznində yazanlara B) əruzda yazanlara        C) 

tar haqqında şeir yazmayanlara D) ədəbi ənənəni, klassik 

irsi bəyənməyənlərə  E) zəif şairlərə  

169


Qoşmanın son bəndi necə adlanır?  A) qıfılbənd       B) 

məqtə bənd C) möhürbənd  D) şah bənd E) cığa  bənd 

170

Sovet dövrü ədəbiyyatımızda qəzəl ustadı kimi 



tanınmışdır:  A) S. Vurğun B) S. Rüstəm C) R. Rza           

D) M. Müşfiq E) Ə. Vahid   

171

Qəzəllə qəsidənin ortaq xüsusiyyəti nədir? 



A) həcmi B) heca ölçüsü C) qafiyə quruluşu D) hər 

ikisinin yalnız məhəbbət mövzusunda yazılmaları     E) 

ortaq xüsusiyyətləri yoxdur

172


Klassik poemaların əvvəlində gələn dini məzmunlu hissə      

A) münacat və nət  B) qəsidə və mədhiyyə  C) qəzəl E) 

girizgah E) bahariyyə və fəxriyyə

173


M.F. Axundzadənin “Aldanmış kəvakib” əsərinin janrı   

A) sənədli oçerk B) tarixi roman C) povest      D) hekayə   

E) dram  

174


Məfkurə istiqamətinə, estetik meyarına görə oxşar  

mövqedə dayanan sənətkarların konkret tarixi şəraitdəki 

yaradıcılıq birliyidir :           A) bədii metod  B) bədii 

üslub  C) ədəbi cərəyan D) ədəbi janr   E) ədəbi məktəb

175

Biri şeir vəzni deyil     A) əruz B) heca C) sillabik           



D) tonik  E) qotik     

176


Avropa poeziyasına aid  şeir vəznidir :    A) sillabik B) 

stilistik C) somatik D) kritik E) kanonik

177

Əruz vəzni sahəsində qiymətli tədqiqatlar aparmış 



Azərbaycan alimi   A)Məmməd Cəfər  B) Əkrəm Cəfər 

C) Məmməd Arif   D) Həmid Araslı  E) Feyzulla 

Qasımzadə



178

“Söhbətül-əsmar”. “Ağacların bəhsi”. “Bəngü Badə” 

üçün ortaq əlamət:   A)romantik  əsərdir B) nəsrlə 

yazılıb C) hamısı təmsildir  D) hamısı alleqorik əsərdir  

E) ortaqlıq yoxdur

179


Qəsidənin məzmunca fərqlənən növlərinə aid deyil A) 

münacat B) nət C) mədhiyyə D) fəxriyyə E) qitə    

180

Ömər Xəyyam və Məhsəti Gəncəvi üçün ortaq janr 



hansıdır? A) qəzəl B) rübai  C) qitə D) qoşma E)tuyuq

181


Bu janrı bəzən qarışıq janr da sayırlar :A) qəzəl             

B) nağıl C) poema D) əsatir E)komediya

182

Təbiət qüvvələrinin daha çox ilahiləşdirildiyi epik 



folklor janrı :    A) əfsanə B) əsatir C) nağıl D) dastan E) 

lətifə


183

Bu ədəbi cərəyanın nümayəndələri  bədii 

ümumiləşdirməyə o qədər də meyl göstərmirdilər 

A)naturalizm B) maarifçi realizm  C) tənqidi realizm D) 

neorealizm E)  bunların hamısı

184


Folklordakı hansı epik janrın daxilində həmişə şeir 

parçaları da işlənir? A) nağılda B) dastanda  C) lətifədə               

D) rəvayətdə E) heç birində

185


Vəzn baxımından fərqli olan mənzum əsər hansıdır? 

A) M. P. Vaqif  “Pəri” qoşması   B) S. Vurğun “Dağlar” 

gəraylısı C) Aşıq Ələsgər “Dağlar” qoşması D) M.P. 

Vaqif  “Görmədim” müxəmməsi                         E) 

folklordakı bayatılar 

186


Əruz vəzninin bəhri deyil   A) rəməl B) həzəc                

C) rəcəzD) kamil E) rabil    

187

Ədəbiyysatşünaslığın bu tədqiqat metodu bədii əsərlərin 



sənətkarlıq tərəfini öyrənməyə daha çox fikir verirdi      

A)formal metod  B) komparativist metod  C) mədəni-

tarixi metod D) sistemli təhlil metodu  E) bioqrafik 

metod


188

Bədii ədəbiyyafda fikrin cavab tələb olunmayan sorğu 

formasında ifadəsi necə adlanır?  A) bədii nida B) bədii 

sual  C) bədii təzad D) təkrir  E) təşbeh




189

Epik növün janrları sırasına aid deyil    A)povest         B) 

təmsil C) roman D)mənsur şeir   E) novella

190


aaaaaa  bbbbaa  ccccaa .... kimi qafiyələnən klassik lirika 

janrı hansıdır?  A) müxəmməs B) müstəzad C) mürəbbe 

D) müsəddəs  E) müsəmmən 

191


Ədəbi növə aidlik  baxımından fərqlənən əsər hansıdır?  

A) “Od gəlini”  B) “Vaqif”  C) “Müsibəti-Fəxrəddin”  

D) “Nadir şah”  E) “Aldanmış kəvakib”    

192


“Qızılı udsa da qara torpaqlar,

  Yenə qiymətini özündə saxlar, -  beyti haqqında düzgün 

fikir:    A)atalar sözüdür B) məsəldir C)aforizmdir   D) 

bayatıdır E) hər misra on hecalıdır

193

Sərbəst şeir üçün xarakterikdir    A)tribunluq, coşqunluq  



B) sabit qafiyə quruluşu C) sabit heca ölçüsü D) 

poeziyamızda  üç əsrlik tarixi olması            E) yazılı 

ədəbiyyatımızda əruzdan qədim olması

194


Bədii ədəbiyyat haqqında səhv fikir     A) həyatın obrazlı 

inikasıdır  B)şifahi və yazılı formada olur  C)söz 

sənətidir  D) tərbiyəvi əhəmiyyəti var  E)incəsənətin 

digər növləri ilə tam eyniyyət təşkil edir    

195

Orta əsrlərdə Şərqdə , o cümlədən Azərbaycanda 



ədəbiyyatşünaslıq nümunəsi kimi geniş yayılmışdı A) 

təzkirələr  B) girizgahlar C) cünglər D) məsnəvilər  E) 

müsəddəslər

196


Lirika haqqında səhv fikiri tapın     A) bu ədəbi növ üçün 

tərənnüm əsasdır B) yazılı ədəbiyyatımızın doğma dildə  

dövrümüzə çatan ən qədim nümunələri lirik şeirlərdir  C) 

lirika üçün  təhkiyə əsas deyil   D)lirikada hiss-həyəcan 

ifadəsi mühüm yer tutur   E) lirikada tənqidi pafos 

həmişə qüvvətli olur    

197

Tarixi poetikanın tədqiqinə xüsusi fikir verir:             A) 



sosioloji metod  B) mədəni-tarixi metod               C) 

tarixi-müqayisəli  metod  D) bioqrafik  metod    E) 

formal metod

198


Sosioloji ədəbiyyatşünaslıq hansı dövrdə daha geniş 

yayılmışdı?  A) intibah dövründə B) XIX əsrdə C) XX 

əsrin sonlarında  D) maarifçilik dövründə  E) sovet 

dövründə    




199

Çağdaş ədəbiyyatşünaslıqdakı bu tədqiqat metodunun 

metodoloji qaynaqları Praqa, Kopenhagen, Amerika, 

ingilis dilçilik məktəbləri ilə bağlıdır:   A) formalizm  B) 

dadaizm                                     C) komparativizm  D) 

klassisizm  E) strukturalizm   

200

Bu tədqiqat metodu ədəbi əsərləri həm tematika və 



problematika, həm də sənətkarlıq baxımından hərtərəfli 

şəkildə, vəhdətdə araşdırmağı vacib sayır:  A) mədəni-

tarixi metod  B) formal metod                  C) sistemli təhli 

metodu   D) bioqrafik metod              E) antropoloji 

məktəb

201


Ədəbiyyat tarixini “xalq həyatının güzgüsü” sayan 

ədəbiyyatşünas kimdir? A) Aristotel  B) V.Q.Belinski C) 

Lessinq D) Bualo E)M.F.Axundzadə

202


Ədəbiyyatşünaslığın hansı şöbəsi digərləri üçün 

istiqamətverici rol oynayır? A) heç biri B) ədəbiyyat 

nəzəriyyəsi  C) ədəbiyyat tarixi D) biri digərinə möhtac 

deyil E) ədəbi tənqid

203

“ ... müasir ədəbi prosesin yol yoldaşıdır, bu prosesin 



içində inkişaf edir, onun təcrübəsini ümumiləşdirir”. 

Nöqtələrin yerinə hansı bənddəki cavab yazılmalıdır? 

A)  bədii ədəbiyyat  B) ədəbiyyat nəzəriyyəsi  C) ədəbi 

tənqid    D) ədəbiyyat tarixi  E) poeziya                                                                                                                                 

204

Ədəbiyyatın keçdiyi inkişaf yolunu öyrənən 



ədəbiyyatşünaslıq şöbəsi  A) ədəbiyyat nəzəriyyəsi B) 

ədəbi tənqid C) ədəbiyyat tarixi  D) ədəbi əlaqələr E) 

poetika

205


Bədii ədəbiyyatı “ insanşünaslıq” sayan ədib kimdir?

A) V.Q.Belinski B) Lessinq C) Hegel D) M. Qorki  E) 

Aristotel

206


“Elmsiz şeir özülsüz divara bənzər”  fikri kimindir?                  

 A) Nizami B)  Füzuli   C) Nəsimi E) Xətayi  E) Vaqif

207

Bu ədəbi terminin adı yunanların musiqi alətinin adından 



götürülüb: A) satira B) yumor C) litota D) lirika  E) 

simvol        

208

“Araz gəldi, yan axdı, 



Dibində min can axdı”, - misralarının bölgüsü:

 A) 2+2+3   B) 4+3  C) 3+4  D) 5+2   E) 3+ 3+ 1




209

M.Füzulinin aşağıdakı misralarında hansı məcaz 

işlənmişdir?

Səhraya düşüb, günəş misali,

Tənha yürür oldu laübali.

A) metafora  B)təşbeh   C) inversiya D) sinekdoxa E) 

epitet

210


Müxtəlif  həyat materiallarının, əhvalatların  bədii əsərdə 

inikası nə adlanır? A) məzmun  B) forma C) tərənnüm 

D) təhkiyə E) ideya

211


Bu ədəbiyyatşünaslardan biri klassisizm ədəbi 

cərəyanının nümayəndələrinin obrazları donuq, dəyişməz 

verdiklərini tənqid etmişdir: A) Aristotel  B) Lessinq  C) 

Bualo D) Horatsi E) M.F.Axundzadə

212

Bu ölçü əruz vəzninin hansı bəhrinə aiddir: FAilAtün  



FAilAtün FAilAtün  FAilün? A) rəməl  B) həzəc C) 

rəcəz D) müzare E) səri

213

Süjetin inkişafında yekun mərhələ necə adlanır? A) 



ekspozisiya B) zavyazka C) kulminasiya  D) razvyazka   

E) final 

214

Bədii əsərin müqəddiməsi necə adlanır? A) epiqraf  B) 



epiloq C) sərlövhə D) başlıq E) proloq  

215


“Hər bir xalqa onun azadlıq və şərəfini qoruyan oğullar 

lazımdır, azadlıq mübarizəsi fərdi yox, ümumi mənafeyə 

xidmət tələb edir , insan xurafat buxovundan xilas 

olmalıdır”. Bu ideya hansı əsər üçün səciyyəvidir? A) S. 

Vurğun “Muğan”  B)  C. Cabbarlı “Od gəlini”   C) H. 

Cavid  “Ana”   D) M. F. Axundzadə “Hacı Qara”   E) 

hamısı üçün 

216


Süjetin inkişafının düyün nöqtəsi necə adlanır? A) 

ekspozisiya B) zavyazka  C) kulminasiya D)razvyazka E) 

final

217


Süjetin inkişafının zirvə nöqtəsi necə adlanır? A) 

ekspozisiya B) zavyazka C) kulminasiya   D) razvyazka 

E) final

218


Bədii dildə zərurət olmadan işlədilən alınma sözlər necə 

adlanır? A) vulqarizm B) evfemizm C) tabu D) 

varvarizm   E) provinsializm

219


Bədii dildə işlədilən hikmətli kəlamlar  necə adlanır? A) 

varvarizm B) evfemizm C) aforizm  D) neologizm E) 

provinsializm



220

Bədii əsərlərin dilində işlədilən yeni sözlər necə adlanır? 

A) neologizm   B) evfemizm  C)tarixizm  D) arxaizm E) 

provinsializm

221

Obrazın iç üzünü açmaq üçün onun dilində işlədilən 



kobud sözlərə nə deyilir? A) vulqarizm   B) evfemizm C) 

tabu D) varvarizm  E) dialektizm

222

Bədii dildə işlədilən dialekt və şivə sözləri necə adlanır? 



A)arxaizm  B) evfemizm C) tabu D) jarqonizm E) 

provinsializm 

223

“Qəm evində zar olalı, Eşqə giriftar olalı” – misralarında 



işlənmişdir: A) təkrir B) sinekdoxa C) metonomiya D) 

metafora və litota E) metafora 

224

Məcazın hansı növünün adı  “fərzetmə”  mənasını 



bildirir? A) təşbeh B) epitet C) metafora  D) metonimiya 

E) sinekdoxa 

225

Hansı məcaz növündə bir əşyanın əlaməti digərinin 



üzərinə köçürülür? A) təşbeh B) epitet C) metafora  D) 

metonimiya E) sinekdoxa

226

Cansızların bədii əsərdə şəxsləndirilməsi necə adlanır? 



A) sarkazm  B) alleqoriya  C) qrotesk D) təsdis E) satira

227


Alleqoriya hansı janr üçün daha səciyyəvidir? A) təmsil  

B) satira C) lətifə D) novella E) təxmis

228

Hadisə, fakt və ya şəxsə istehzalı münasibət hansı bədii 



ifadə vasitəsinə aiddir? A) tənə B) kinayə  C) zarafat D) 

təkəbbür E) təşəxxüs

229

M. Ə. Sabirin : “Doğrudan da, Məmdəli, qeyrət halal 



olsun sənə” misrasında işlənmişdir:  A)kinayə   B) litota 

C) təşbeh D) epitet E) təzad

230

Dörd misralı, hər misrası yeddi hecalı, aaba kimi 



qafiyələnən lirik janr: A) bayatı  B) qoşma C) mürəbbe 

D) qəzəl E) divani

231

“Dodaqdəyməz”, “qıfılbənd”, “ustadnamə” kimi 



şeirlərdə ən çox hansı janrın formal xüsusiyyətləri 

saxlanılır? A) gəraylı  B) təcnis  C) qoşma   D) bayatı  E) 

divani

232


“ ...  səfabəxşi- əhli- nəzər,

       ... güli- bustani- hünər” ,-    misralarında buraxılmış 

sözü tapın. A) əşardır  B) qitədir  C) nəzmdir D) qəzəldir  

E)şeirdir

233

Bu folklor janrı yazılı ədəbiyyatdakı mərsiyələrə 



bənzəyir: A) ağı B) layla C) oxşama D) holavar E) 

sayaçı sözləri




234

Cinas qafiyələr əsasında qurulur: A) qoşma B) gəraylı C) 

ustadnamə D) vücudnamə  E) təcnis 

235


Klassik lirikanın ən geniş yayılmış janrı : A) qəzəl  B) 

tərkibbənd C) müstəzad  D) mürəbbe E) müsəmmən

236

Həm də bayatı formasında yaradıla bilən lirik janr : A) 



tapmaca  B) atalar sözü  C) ağı    D) pişrov   E) gəraylı

237


Şeirin mənaca bitkin olan iki misrasına nə deyilir? 

A)dübeyti  B) bənd C)kuplet  D)müfrəd  E) beyt 

238

Azərbaycan poeziyasında əruzun neçə bəhri işlənir? A) 



on beş B) on altı C) on D) on dörd E) on bir 

239


Əsas fikir son iki misrada ifadə olunur : A) tuyuqda  B) 

rubaidə C) qoşmada  D) təcnisdə  E) bayatıda 

 

 

240



Cəlil Məmmədquluzadənin “Xatiratım” əsərinin janrı : 

A) memuar B) oçerk C) felyeton D) novella E) hekayə

241

Daha çox avtobioqrafik səciyyə daşıyan janrdır:   



A)memuar B) libretto C) şikvaiyyə D) lezedram E) 

bunların hamısı  

242

“Səhər”, “Qızlar bulağı”, “Pərvanə”, “Məhşər”, -  bu 



əsərlərin janrını tapın. A) povest  B) epopeya  C) 

dilogiya  D) roman    E) trilogiya

243

Hansı faciənin əsas obrazı müsbət xarakterli deyil? A) 



“Vaqif” B) “Od gəlini” C) “Müsibəti-Fəxrəddin” D) 

“Ağa Məhəmməd şah Qacar”  E) “Hamlet”

244

Şərq ədəbiyyatında faciə janrındakı əsərlər belə də 



adlandırılırdı: A) tragediya B) hailə  C) tragikomediya 

D) melodrama E) mərsiyə

245

Faciə ustadı saymaq olmaz: A) Esxil b) Sofokl C) 



Evripid  D) Şekspir  E) Aristofan   

246


Azərbaycan ədəbiyyatında faciə janrının ilk nümunəsi 

hansı əsərdir? A) “Hacı Qara”  B) “Bəxtsiz cavan” C) 

“Müsibəti-Fəxrəddin”   D) “Ağa Məhəmməd şah Qacar”  

E) “Dağılan tifaq”

247

Tənqidi gülüşün üstünlüyü ilə yaranan dramatik  janr:  



A) lətifə B) komediya  C) dram D) yumor E) heç biri 

248


Opera, balet, operetta əsərlərinin dramaturji mətninə nə 

deyilir : A) ssenari B) kinossenari C) operssenari  

D)libretto   E) telelibretto

249


Əruz vəzninin hansı bəhrinin adının mənası “xoş avaz, 

ürəyəyatan səs” deməkdir? A) rəməl  B) rəcəz C) həzəc  

D) kamil E) xəfif



250

H.Cavidin simvolik obrazlı dram əsəri A) “Ana” B) 



“Maral” C) “Şeyx Sənan” D) “İblis”  E) heç biri

: public html -> files -> uploader -> Imtahan -> Tarix
Tarix -> Azərbaycanlıların Soyqırımı haqqında
Tarix -> Test-Pedaqoji fakültənin II kurs Bədən Tərbiyə və İdman ixtisası yüngül atletika fənni üçün nəzərdə tutulmuşdur
Tarix -> İ.Şıxlının 1984-cü ildə çap olunmuş kitabı necə adlanır? A ayrılan
Tarix -> Xvi əsrin əvvəllərində Fransanın: a şimal torpaqları ingilislər
Tarix -> Avropada romantizm ədəbi cərəyani nə vaxt yaranmişdır?
Tarix -> Şahbuz rayonu ərazisində tarixi abidə
Tarix -> Naxçıvan neçənci əsrlərdə çox sayda görkəmli şəxsiyyətlərin vətəni kimi tanınmışdır? A X-XI b XI-XII c IX-X d V-VI
Tarix -> Ömər Xəyyam adı ilə məhşur olan mütəfəkkir: a əbu Reyhan Biruni Əl-Xarəzmi b məhəmməd İbn Musa Əl-Xarəzmi c
Tarix -> "Biblioqrafiya" sözünün hərfi mənası nədir: a "biblion" kitab


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə