Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə24/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   20   21   22   23   24   25   26   27   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
57 
kimi də təqdim olunur. 
Nərmin  Kamal  «Aç,  mənəm» [17]  əsərində  əsərin  qəhrəmanı  haqqında  ön 
sözündə  oxucusuna  məlumat  verir:  «Darıxmaq  hekayəsinin  sonunda  isə  elə  təsəvvür 
yaranır  ki,  bütün  bu  hekayələri  qəhrəmanın  fotosuna  baxan  ayrı-ayrı  adamlar  deyil, 
romanın  qəhrəmanı  olan  Azərbaycanın  özü  danışır...».  Gənc  yazar  Nərmin  Kamalın 
hekayələr  romanı  adlandırdığı  «Aç,  mənəm»  baş  qəhrəmanı  Azərbaycandır.  Ayrılmış 
valideynlərin  övladı  olan  Azərbaycan,  şərqlə  qərb  arasında  böyüməyə  məcbur  qalır. 
Buna səbəb isə anasının Qərbi, atasının isə Şərqi seçmələri olur. 16 yaşına qədər bu cür 
həyat  sürməyə  məhkum  olan  Azərbaycan  yetkinlik  yaşına  çatan  kimi  valideynlərinin 
yolları ilə getməkdən vaz keçir. Özünə yepyeni bir yol seçir ki, bu yol əsərin qəhrəmanı 
Azərbaycanı  Azərbaycandan  keçirir.  Nərmin  xanım  bu  üsulla  oxucunu  rəmzi  mənada 
təsvir etdiyi Azərbaycanına yaxınlaşdırır. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Anar. Ağ qoç, qara qoç. Bakı, «Azərnəşr», 2003. 
2.
 
Fəhmi İ. Akvarium. Bakı, «Qanun», 2012. 
3.
 
Welsch W. Unsere postmoderne Moderne. 7. Auflage, AkademieVerlag GmbH, 
Berlin, 2002. 
4.
 
Kamal A. Yarımçıq əlyazma. Bakı, «XXI YNE», 2004. 
5.
 
Fəhmi İ. Qarğa yuvası. Bakı, «Yurd» NPB, 2008. 
6.
 
Böyükçöl K. Çöl. Bakı, «Qanun», 2010. 
7.
 
Ağayar Ş. Haramı. Bakı, «Qanun», 2011. 
8.
 
Əkbər Ə. Amneziya. Bakı, «Qanun», 2010. 
9.
 
Yenisey A. Göləqarğısancan. Bakı, «Qanun», 2009. 
10.
 
Cəbrayıl P. Yad dildə. Bakı, «Qanun», 2009. 
11.
 
Karslı Ş. 2087-ci il. Bakı, «MHS-poliqraf», 2012. 
12.
 
Rüstəmxanlı S. Göy Tanrı. Bakı, 2005. 
13.
 
Бичурин Н.Я. Собрание сведений о народах, обитавших в Средней Азии в 
древние времена. М.-Л., 1950. 
14.
 
Fəhmi İ. Akvalanq. http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=1595. 
15.
 
Sadiq Ş. OdƏrlər. Bakı, «Hədəf Nəşrləri», 2013. 
16.
 
Kamal A. Sehrbazlar dərəsi. Bakı, «Mütərcim», 2006. 
17.
 
Kamal N. Aç, mənəm. Bakı, «Qanun», 2010. 
 
Salidə Şərifova 
 
AZƏRBAYCAN POSTMODERN ROMANININ OBRAZLARI 
 
XÜLASƏ 
Obraz  bədii  əsərdə  müəllif  ideyalarının  və  bədii  təfəkkürünün  təzahür  forma-
larından biridir. Obraz varlığın mahiyyətini, əşyaların vəziyyətini və ya mövcud 
üsullarını, əşyaların dinamikası və ya bir qrup əşyaların bir-birilərinə qarşılıqlı 
meyil  etməsini  ifadə  edir.  Obrazı  yaratmaq  üçün  müəllif  müəyyən  qrup 
insanlara,  əşyalara  və  proseslərə  xas  xüsusiyyətlərin  ümumiləşdirilmiş  şəkildə 
əks  etdirilməsinə  cəhd  edir.  Obraz  fərdi  cizgiləri  ilə  başqa  obrazlardan  fərqli 
cəhət və fərdi xüsusiyyətlərini əks etdirməlidir. Obraz anlayışı məhdud və geniş 
mənada  işlənir.  Obraz  məhdud  mənada  konkret  və  eyni  zamanda 


______________________________________________________ Poetika.izm 
  
 
58 
ümumiləşdirilmiş  şəxs  bildirir,  yalnız  konkret  personajları  və  ya  ədəbi  qəhrə-
manları  əks  etdirir.  Bizim  fikrimizcə,  «bədii  obraz»ın  belə  anlaşılması  bu 
terminin daralmasıdır. Obrazın  geniş  mənada  işlənməsini  isə  mənfi  və  müsbət 
obrazlarda, insan obrazında, əşya obrazında və s. rast gəlirik. 
Obraz  anlayışının  geniş  məna  kontekstində  bədii  əsərdə  hər  bir  hadisə,  yaradıcı 
şəkildə  bədii  obraz  hesab  edilə  bilər.  Postmodern  romanda  obraz  konkret  insan  məf-
humundan  kənara  çıxaraq,  həyat  hadisələrinin  və  insan  həyatının  inikası  kimi  çıxış  edə 
bilər.  Postmodern  romanlara  xas  obrazlardan  bəhs  etmək  təbii  ki,  bir  qədər  çətindir. 
Əsərin quruluşu, əsərin tərkib hissələrinin düzülüşü, əsərdəki surətlərin əlaqə və müna-
sibətlərinin təşkili, bir-biri ilə bağlı olan, başlanğıcdan nəticəyə qədər ardıcıl surətdə in-
kişaf edən və həyat hadisələrinin təsviri qaydaları postmodern romanlarda özünü başqa 
aspektdə göstərir. Bununla belə qeyd etmək lazımdır ki, postmodern romanlarda obrazlar 
bədii məkanın formalaşdırılması zamanı geniş istifadə olunur. Postmodernizmdə dekon-
struksiya  olunmuş  tarixi  şəxsiyyətlərin  obrazlarından,  həmçinin  mifik  obrazlardan  və 
arxetiplərdən  geniş  istifadə  edilir.  Postmodern  romanların  əksəriyyətində  ənənəvi  həyat 
və  dəyərlər  sisteminin  böhranı  fonunda  marginal  sosial  dairələrə  aid  mənfi  obrazlar 
yaradılır.  Postmodern  romanlarda  obrazların  açıqlanması  zamanı  metanəsrdən  («meta-
fiction»)  istifadə  edilir.  Bəzi  hallarda  obrazlar  vasitəsilə  digər  bədii  nümunələr  ilə 
intertekstual əlaqələr açıqlanır. 
 
Salida Sharifova 
 
CHARACTERS OF AZERBAIJANI POSTMODERN NOVELS 
 
SUMMARY 
 
Character is one of the manifestation forms of author’s ideas and literary thinking 
in  the  literary  work.  The  character  expresses  the  essence  of  existence,  the  situation  or 
objective  manners  and  the  dynamics  of  the  things  or  manifesting  of  group  things  each 
other  mutually.  In  order  that  to  create  the  image  the  author  tried  to  reflect  the 
characteristics of certain group of people, objects and processes generally. The character 
should  reflect  unlike  feature  and  individual  features  with  its  individual  forms.  The 
concept of the image is used in a limited and expanded meaning. The image declares a 
concrete  and  generalized  character  in  a  limited  meaning  and  reflects  only  specific 
personages or literary hero. In our opinion perceiving of “artistic image” like this is the 
contraction  of  this  term.  We  find  the  usage  of  image  in  an  expanded  meaning  in  a 
negative and positive images, image of human, thing and so on.    
The  concept  of  character  in  an  expanded  meaning  context  can  be  considered 
every  event  of  literary  work  and  literary  character  in  an  innovative  form.  In  the 
postmodern novel the character can step out of human concept and appear as a reflection 
of vital events and human life. It is difficult to dispute about the images of postmodern 
novels  naturally.  The  frame  of  the  creation,  the  ordination  of  component  part,  the 
forming of character’s relation and attitude in the work and the descriptive rules of life 
event  which  is  closed  with  each  other  and  increased  systematically  from  start  to  the 
result show oneself as a different aspect in a postmodern novels. However, it should be 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə