______________________________________________________ Poetika.izm
34
dialoqa girir. Paralel mətnlər vasitəsilə dialoqda olan bu iki mətn arasında
ayrı anlamlarla bərabər, oxşar elementlərin də olması göz önündədir.
Yazıçı bunu ustalıqla işləyərək, “Dədə Qorqud” mətninə postmodern ruh-
la yanaşaraq oxucunun ixtiyarına verir.
Romanın digər bir hissəsi Şah İsmayıl Xətai dövrü ilə bağlıdır. Ro-
manda Azərbaycan tarixində müstəsna yeri olan Şah İsmayıl Xətai bədii
obraz kimi postmodern düşüncə tərzində yenidən işlənmişdir. Yazıçı Şah
İsmayılın obraz olaraq mistifikasiyasını yaratmışdır. Bəzi tədqiqatçıların
fikirləri bədii nəsrdə də öz əksini tapmış olur. Belə ki, bir sıra tədqiqat-
çılar qeyd edirlər ki, Şah İsmayıl Xətai öz oxşarını saraya gətirmişdir.
Beləliklə, onun barəsində belə bir mistifikasiya formalaşmışdır ki, onun
oxşarı şeirlər yazmış, xəttatlıqla məşğul olmuşdur. Bu barədə geniş mü-
zakirələr, hətta mübahisəli diskussiyalar da olmuşdur. Bu kimi tarixi-bədii
problemi Kamal Abdulla “Yarımçıq əlyazma”ya gətirmişdir. Romanda
Şah İsmayıl Xətai dövrü iki yerə bölünür: Çaldıran döyüşünə qədərki və
Çaldırandan sonrakı, görkəmli sərkərdə, cəngavər padşah obrazı və şair
Xətai.
Romanın Şah İsmayıl Xətai ilə bağlı hissəsində digər mistifikasiya
yaradan obrazlardan biri də Hüseyn bəy Lələdir. Onun mistifikasiyası
Çaldıran döyüşündən sonrakı dövrlə səsləşir. Əsərdə məlum olur ki,
Hüseyn bəy Lələ sağdır və şahın hüzuruna gəlir. Rəhim yüzbaşı gec də
olsa onu tanıyır. Lələ bəy Hüseyn şahla görüşür. Görüş Lələnin istədiyi
kimi nəticələnmir. Hüseyn bəy Lələ qarşısında igid cəngavər Şah İsmayılı
gözləyirdi, lakin o, şair Xətaini gördü. Bu zaman o mənən öldü. Özünün
də mənən öldüyü kimi, “Lələ kəmərinin arasında gizlətdiyi balaca bir
qəməni çıxarmağı ilə Xızırın ürəyinə saplamağı bir oldu” [2, s. 264]. Hü-
seyn bəy Lələ otaqdanca taxtın yanındakı “gizli yoldan” yox olub itdi.
Sonradan
məlum oldu ki, əslində bu bir “yuxu” imiş.
“– Amma yanında Şahın... bir şəxs var idi... Hüseyn bəy Lələ... Hə,
əlbəttə ki, Hüseyn bəy Lələ. O idi Şahın yanında. Bə bu hara itdi? – Yüz-
başı ətrafa boylandı.
– Nəmənə? Sənin əqlin çaşdı, gədə? Burda bizdən savayı adam var?
Qapı – bir, pəncərə – dəmir qəfəsli... Hüseyn bəy Lələ kimdi? Bəli, bəli,
bir beləsi var idi. Vaxtilə Şahımızın lələsi olmuşdu, hörmətli bir zat idi.
Çaldıran eşitmisən. O Lələ Çaldıranda həlak oldu, şəhid oldu” [2, s. 267].
Rəhim yüzbaşının Hüseyn bəy Lələni görməsi bir paranoyadır. Əs-
lində onun gördüyü Lələ mistikaya çevrilmişdir. Rəhim yüzbaşının mistik
durumu ilə Şah İsmayılın mistik durumu, səhər Taclı xanımın gördüyü
yuxu arasında əlaqə vardır. Əgər bu yolla düşünmüş olsaq, belə çıxır ki,
Şah İsmayılın ölümü bu əlaqənin əsasında onun özünü öldürməsinə gə-
tirib çıxarır. On ilin fikri, düşüncəsi, bu zaman ərzində Şah İsmayılın
əsərdə verilməyən, lakin romanın görünməyən tərəflərindən səsləyən pa-
______________________________________________________ Poetika.izm
36
Təyyar SALAMOĞLU
Filologiya üzrə elmlər doktoru
Azərbaycan Dövlət Pedaqoji Universiteti
SATİRA DİALOJİ MÜNASİBƏTLƏR KONTEKSTİNDƏ
Açar sözlər: satira, tənqidi realizm, milli varlıq, sosial təbəqə, millət
Key words: satire, critical realism, national being, social layer, nation
M.Ə.Sabir Azərbaycan tənqidi realizminin iki böyük nümayəndə-
sindən biri sayılır. Tənqidi realizm ədəbiyyatşünaslıqda maarifçi realizm-
dən sonrakı inkişaf mərhələsi və realizmin yeni tipi kimi dərk və qəbul
edilir. Realizmin yeni mərhələsində və tipində tənqidi gülüşün mahiyyət-
cə maarifçi realizmdəkindən fərqlənməsi və inqilabi demokratik dünya-
görüşünə əsaslanması fikri önə çəkilir.
Bununla belə, realizmin mərhələ təsnifatının və tipoloji bölgüsünün
müəyyən mənada şərtiliyi də xüsusi şəkildə vurğulanır. Realizmin bir
mərhələsindən o birinə keçid prosesində “saf və büllur metod”dan (Y.Qa-
rayev) danışmağın mümkünsüzlüyü qeyd olunur. Ədəbiyyatşünaslıqda
maarifçi və tənqidi realizmlərin “genetik əlaqələr”indən (Y.Qarayev) söh-
bət açılır.
Şübhəsiz, burada bir estetik cərəyanın
doğuluşunda özündən əv-
vəlkinin iştirakından söhbət gedir. Yeninin prinsiplərinin müəyyənləşmə-
sində ənənənin rolu təsdiq edilir. Bunun ədəbi qanunauyğunluq olması
həqiqətindən çıxış edilir.
Azərbaycan realizminin tipoloji təsnifatını verən prof. Y.Qarayev
doğru olaraq tənqidi realizmdə maarifçiliyin iştirakını yalnız estetik prin-
siplərin bir-birindən doğulması və dialektik inkişaf mənasında bir-birini
inkar etməsilə məhdudlaşdırmır. O, tənqidi realizmin realizmin yeni bir
mərhələsi və tipi kimi meydana çıxmasında “maarifçi realizmin nailiyyət-
ləri” ilə bərabər “maarifçi fikrin” də mühüm rolu üzərində dayanır. Bu,
artıq tənqidi realizmdə maarifçiliyin bir dünyagörüş səviyyəsində iştira-
kını təsdiq etmək deməkdir. Lakin ədəbiyyatşünaslıq maarifçiliyin tənqidi
realizmdə müstəqil bir dünyagörüş kimi iştirakından çox, ona inqilabi
dünyagörüşünün formalaşmasına təkan verən vasitə, üsul kimi yanaşmağa
daha artıq üstünlük verir. Maarifçilik tənqidi realizmdə inqilabi dünya-
görüşünə yiyələnmək üçün keçilməsi zəruri olan bir mərhələ kimi dərk
edilir. Buna görə də tənqidi realizmdə inkar pafosu onun estetik prinsip-
lərini müəyyənləşdirən əsas şərt kimi qəbul edilir. Beləliklə, estetik
idealın inkar yolu ilə təsdiqi tənqidi realizmin əsas qanunauyğunluğu
hesab edilir. Milli realizmin yeni inkişaf mərhələsi üçün bu prinsiplərin