Polipropilenoksid (ppo) propilen oksidinin polimerləşməsindən alınır, bu zaman quruluşuna görə fərqlənən iki tip zvenoların əmələ gəlməsi mümkündür. Anion polimerləşmədə əsasən β



Yüklə 19,69 Kb.
tarix11.05.2022
ölçüsü19,69 Kb.
#86666
sadə ploiefie


Polietilenoksid [-CH2CH2O-]n etilen oksidinin anion, kation və ion-koordinasion mexanizm üzrə polimerləşməsi yolu ilə alınır. Onu, həmçinin aktivator kimi suyun iştirakı ilə etilen oksidi tsiklinin açılması üsulu ilə də almaq mümkündür. Alınma üsulundan asılı olaraq müxtəlif molekul kütləli polietilenoksid alınır. Polietilenoksid, sıxlığı 1160-1300 kq/m3, suda və karbohidrogenlərdə həll olan mumaoxşar yaxud bərk maddədir. Polietilenoksid toxuculuq sənayesində, latekslərə özüllülük əlavələri, yuyucu vasitələrin komponenti kimi, kosmetik kompozisiyaların hazırlanmasında və başqa məqsədlər üçün istifadə edilir.

Polipropilenoksid (PPO) propilen oksidinin polimerləşməsindən alınır, bu zaman quruluşuna görə fərqlənən iki tip zvenoların əmələ gəlməsi mümkündür. Anion polimerləşmədə əsasən β-qırılma ilə əlaqədar zvenolar əmələ gəlir. Metal-üzvi katalizatorlar iştirakı ilə izotaktik PPO alınır. O, yüksək dərəcədə kristallaşma qabiliyyətinə malikdir. Kristal PPO-in sıxlığı 1157 kq/m3-dir. Onun molekul kütləsi bir neçə milyona çatır. PPO heksanda, asetonda və izooktanda həll olur. Aşağı molekul kütləli (510 min) PPO uc zvenolarda hidroksil qrupu saxlayır və poliuretanların sintezi üçün istifadə olunur.

Polifenilenoksidlər. Bu tip polioksibirləşmələrin ən mühüm nümayəndələri polifenilenoksid və poli-2,6 dimetilfenilenoksiddir. PFO halogenfenolyatların benzofenonda yod iştirakı ilə, yaxud halogenfenolların nitrobenzolda susuz potaş və mislə qızdırılmasından alınır. Radikal mexanizm üzrə gedən bu reaksiyalar nəticəsində molekul kütləsi 1300-9000 olan oliqomerlər əmələ gəlir. Onun kimyəvi və termiki davamlığı yüksəkdir. PFO və PDFO termiki davamlı yağlar, izolyasiya materiallar, nasos və turbin hissələri və s. hazırlanması üçün istifadə edilirlər.
Yüklə 19,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə