Politoloq və ekspertlərin fikrincə, avqustun 8-də Bakıda



Yüklə 45,23 Kb.

tarix21.06.2018
ölçüsü45,23 Kb.


Politoloq və ekspertlərin 

fikrincə, avqustun 8-də Bakıda 

Azərbaycan, Rusiya və İran 

prezidentlərinin ilk üçtərəfli gö-

rüşü və həmin görüşdə müzakirə 

edilən "Şimal-Cənub" nəqliyyat 

dəhlizi layihəsi Azərbaycanın 

beynəlxalq aləmdəki nüfuzunu 

daha da artıracaq. Onlarca ölkəni 

birləşdirəcək həmin nəqliyyat 

dəhlizi bu gün dövlətlərin inki-

şafının, onların sabitliyinin və 

təhlükəsizliyinin təmini üçün çox 

böyük addımdır.

 Ölkəmizin bu il atdığı ən 

böyük siyasi addımlar barədə isə 

Prezident İlham Əliyevin sədrliyi 

ilə keçirilən Nazirlər Kabinetinin 

2016-cı ilin birinci yarısının sosi-

al-iqtisadi inkişafının yekunlarına 

və qarşıda duran vəzifələrə həsr 

olunmuş iclasında danışılmışdır. 

Orada söylənilən bütün fikirlər 

müasir Azərbaycan həqiqətlərinin 

dilə gətirilməsi baxımından 

xüsusi əhəmiyyət kəsb edir. 

Çünki 2016-cı ildə Ermənistanın 

növbəti təxribatı Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ 

münaqişəsinin həllində çox ciddi 

fəsadlara gətirib çıxarmışdı. 

Yəni Ermənistan regiondakı bəd 

niyyətlərindən əl çəkmir. Onlar 

danışıqları müxtəlif yollarla 

pozmaq istəyirlər və görəndə ki, 

beynəlxalq vasitəçilər tərəfindən 

onlara təzyiq artır, növbəti 

təxribatlara əl atırlar. Elə fakt-

lardan biri də aprelin əvvəlində 

baş vermiş silahlı təxribat idi. 

Həmin təxribat zamanı ermənilər 

mövqelərimizə silahlı hücum 

təşkil etmiş və Azərbaycan Ordu-

su düşmənə layiqli cavab vermiş, 

əks-hücum əməliyyatı keçirərək 

işğal altındakı torpaqların bir 

hissəsini - 2 min hektar torpağı 

düşməndən azad etmişdi.

Bütün bunlar haqqında 

məlumat verən dövlət başçımız 

yada salır ki, münaqişə tezliklə 

öz həllini tapmalıdır. Əgər 

belə olmasa, heç kim təminat 

verə bilməz ki, bu təxribatlar 

təkrarlanmayacaq. Çünki 

Ermənistanın niyyəti münaqişəni 

dondurulmuş vəziyyətdə sax-

lamaqdır. Onlar fikirləşirlər ki, 

bizə qarşı edilən təxribat onla-

rın qələbəsi ilə nəticələnəcək. 

Ancaq onlar acı məğlubiyyətə 

uğrayıblar. Azərbaycan dövləti 

böyük hərbi qələbə qazanmışdır: 

"Aprel döyüşləri bir daha onu 

göstərir ki, status-kvo tezliklə 

dəyişdirilməlidir. Bunu artıq bu 

məsələ ilə məşğul olan vasitəçilər 

də dəfələrlə bəyan ediblər. 

Status-kvonun dəyişdirilməsi 

işğal edilmiş torpaqların azad 

edilməsi deməkdir. Əminəm 

ki, aprel döyüşlərinin nəticələri 

Ermənistan üçün dərs olacaq, on-

lar lazımi nəticələr çıxaracaqlar 

və danışıqlar prosesində kons-

truktiv mövqe ilə çıxış edəcəklər. 

Belə ümidlər var. Çünki bir daha 

demək istəyirəm ki, son bir-iki ay 

ərzində danışıqlar prosesində çox 

böyük fəallıq var".

Prezident qətiyyətlə bəyan 

edir ki, Ermənistan-Azərbaycan, 

Dağlıq Qarabağ münaqişəsinin 

həlli bizim üçün prioritet 

məsələdir: "Bu məsələnin 

tezliklə beynəlxalq hüququn 

norma və prinsipləri əsasında, 

Azərbaycanın ərazi bütövlü-

yü çərçivəsində həll edilməsi 

bizim üçün əsas vəzifədir. Bu 

münaqişənin həllinin başqa yol-

ları yoxdur. Azərbaycanın ərazi 

bütövlüyü bərpa edilməlidir, 

status-kvo dəyişdirilməlidir, 

işğala son qoyulmalıdır. Nəinki 

BMT, bütün digər təşkilatlar da 

bizim mövqeyimizi dəstəkləyir. 

Dünən NATO-nun Zirvə 

görüşündə qəbul edilmiş yekun 

sənəddə də Azərbaycanın suve-

renliyi və ərazi bütövlüyü ilə bağlı 

çox ciddi məqamlar öz əksini 

tapıbdır. Azərbaycanın suverenli-

yi, müstəqilliyi, ərazi bütövlüyü 

tanınır və münaqişə bu prinsiplər 

əsasında öz həllini tapmalıdır".

2016-cı ilin ölkəmiz üçün 

çox ciddi siyasi hadisələrlə 

zəngin olduğunu yada salan 

Prezident xatırladır ki, Türkiyədə 

iki beynəlxalq tədbirdə iştirak 

etmişəm. İslam Əməkdaşlıq 

Təşkilatının Zirvə görüşü keçiril-

mişdir və orada aprel döyüşləri 

ilə bağlı Azərbaycanın mövqeyi 

tam dəstəklənmişdir. Yekun 

bəyannamədə Azərbaycanın 

ərazi bütövlüyü məsələləri əks 

olunmuşdur və münaqişənin 

bu prinsiplər əsasında həlli 

qeyd edilmişdir. Bununla 

bərabər, münaqişə ilə bağlı 

İslam Əməkdaşlıq Təşkilatı 

çərçivəsində kontakt qrupu 

da yaradıldı. Bu da bizim bö-

yük diplomatik uğurumuz-

dur. Türkiyədə digər mötəbər 

beynəlxalq tədbirdə – Dünya 

Humanitar Sammitinin işində 

Azərbaycan çox fəal iştirak 

etmişdir. Bu səfərlərlə yanaşı, 

ikitərəfli formatda bir neçə səfər 

təşkil edilmişdir – Birləşmiş 

Ərəb Əmirliklərinə, İran İslam 

Respublikasına, Türkiyəyə və 

Almaniyaya.

Təbii ki, bütün bu beynəlxalq 

tədbirlər və Azərbaycanın 

o tədbirlərdə fəal iştirakı 

ölkəmizin beynəlxalq aləmdəki 

önəmini göstərir, eyni zaman-

da, bizim üçün yeni imkanlar 

açır. Prezident yada salır ki, 

hər bir beynəlxalq tədbirdə 

Azərbaycanın mövqeyi səslənir, 

Ermənistanın yalanları artıq heç 

kimə təsir göstərmir. İndi artıq o 

dövr arxada qalıb. Həqiqət ondan 

ibarətdir ki, Azərbaycan haqlıdır 

və beynəlxalq hüququn normaları 

bu münaqişə ilə bağlı tam şəkildə 

tətbiq edilməlidir.

Sevindirici haldır ki, son 

üç-dörd ay ərzində danışıqlar 

prosesində bəlkə də tarixdə 

görünməyən fəallıq müşahidə 

olunur. Aprel hadisələrindən 

sonra əvvəlcə Amerika 

Birləşmiş Ştatlarının təşəbbüsü 

ilə Vyanada prezidentlərin 

görüşü keçirilmişdi. Doğrudur, 

Ermənistan tərəfi həmin  görüşün 

keçirilməsi üçün bir neçə şərt 

irəli sürmüş, özlərini bir daha 

gülünc vəziyyətə qoymuşdu-

lar. Onlar unudurlar ki, əgər 

danışıqlar prosesi pozularsa və 

Ermənistan yenə də öz təxribatçı 

fəaliyyətini davam etdirərsə

vəziyyət dəyişə bilər. Bunun nə 

demək olduğunu apreldə başa 

düşüblər. Vyana görüşündə 

Azərbaycan tərəfindən hər hansı 

bir sənəd, yaxud da ki, bəyanat 

nə imzalanıb, nə də qəbul edilib. 

Sadəcə, həmsədr ölkələr bəyanat 

qəbul ediblər. İkinci görüş 

Rusiyada olub. İyun ayında 

Rusiya tərəfinin təşəbbüsü, Pre-

zident Putinin dəvəti ilə Sankt-

Peterburqda görüş keçirilib. 

Dövlət başçımız həmin görüşü 

də çox müsbət qiymətləndirir. 

Çünki görüşün nəticəsində birgə 

bəyanat qəbul edilib. Mətbuatın 

yazdığına görə Azərbaycan 

dövlətinin mövqeyi o bəyanatda 

kifayət qədər geniş yer alıbdır. 

Ermənilərin aprel təxribatından 

sonra Azərbaycan Prezidentinin 

üçüncü görüşü Fransa Prezidenti 

Fransua Ollandla olub. Məlum 

olduğu kimi, Fransa da həmsədr 

ölkə olaraq münaqişənin həlli 

üçün çalışır. Tərəflər, əslində, 

Minsk qrupunun fəallığını 

müşahidə edir. Həm Amerika, 

həm Rusiya, indi də Fransa Pre-

zidenti bu məsələ ilə çox ciddi 

məşğuldur. Belə bir vəziyyətdə 

ermənilər status-kvonun saxla-

nılması üçün variantlar axtarır, 

Azərbaycan tərəfi isə tələb 

edir ki, danışıqlar prosesi artıq 

fəal mərhələyə keçməlidir və 

Ermənistan konstruktiv mövqe 

nümayiş etdirməlidir. Yəni, artıq 

məsələnin mərhələli yollarla 

həlli bütün həmsədr dövlətlər 

tərəfindən, ATƏT tərəfindən 

qəbul edilir.

Aparılan danışıqların indi-

ki mərhələsini qiymətləndirən 

Azərbaycan Prezidenti demişdir: 

" Biz həmişə demişik və deyirik, 

bunun başqa yolu yoxdur. Məsələ 

mərhələli yolla həll edilməlidir. 

Azərbaycanın ərazi bütövlüyü 

təmin edilməlidir. İkinci erməni 

dövləti yaradıla bilməz. Dağlıq 

Qarabağa heç vaxt müstəqillik 

verilə bilməz. Bunu artıq 

beynəlxalq ictimaiyyət qəbul 

edir."


Münaqişənin ədalətli 

şəkildə həllinin başqa bir 

yolunu Azərbaycanın hərbi 

qüdrətinin artırılmasında görən 

Prezident İlham Əliyev dün-

ya ictimaiyyətinə, xüsusən, 

münaqişənin həllində vasitəçilik 

etmək üçün mandat verilmiş 

şəxslərə üzünü tutaraq deyir: 

"Bununla bərabər, təbii ki, biz 

hərbi potensialımızı gücləndiririk 

və gücləndirəcəyik. Aprel 

döyüşləri bir daha onu göstərib 

ki, biz düzgün siyasət aparır-

dıq və aparırıq. Bu gün hər kəs 

görür ki, Azərbaycan Ordusu 

həm texniki təchizat, həm döyüş 

qabiliyyəti baxımından dün-

ya miqyasında güclü ordular 

sırasındadır. Bu gün Azərbaycan 

Ordusu istənilən hərbi vəzifəni 

icra edə bilər. Biz, sadəcə ola-

raq, hələ də ümid edirik ki, bu 

münaqişə sülh yolu ilə həll oluna 

bilər və ümidlərimiz bir qədər 

artıb. İndi əsas məsələ bundan 

ibarətdir – həmsədr ölkələr və 

ATƏT Ermənistana ciddi təzyiq 

göstərməlidir ki, onlar təklif 

olunan məsələ ilə bağlı müsbət 

cavab versinlər".

İttifaq MİRZƏBƏYLİ, 

"Xalq qəzeti"

Ermənistana ciddi təzyiq göstərməlidir

TƏSİSÇİ:  AZƏRBAYCAN  RESPUBLİKASI  PREZİDENTİNİN  İŞLƏR  İDARƏSİ  VƏ  QƏZETİN  REDAKSİYA  HEYƏTİ

№ 186 (28279)  26 avqust 2016-cı il, cümə

Qəzet 1919-cu ildən nəşr edilir

www.xalqqazeti.com

Sabirabad rayonunun Suqovuşan-Qaralar-

Qəfərli-Əhmədabad-Nərimankənd-

Həşimxanlı avtomobil yolunun tikintisi ilə 

bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konsti-

tusiyasının 109-cu maddəsinin 32-ci 

bəndini rəhbər tutaraq qərara alıram:



1. İyirmi min nəfər əhalinin 

yaşadığı 10 yaşayış məntəqəsini 

birləşdirən   Suqovuşan-Qaralar-

Qəfərli-Əhmədabad-Nərimankənd-

Həşimxanlı avtomobil yolunun tikin-

tisinin başa çatdırılması məqsədi ilə 

Azərbaycan Respublikasının 2016-cı il 

dövlət büdcəsində “Avtomobil Yolları” 

Məqsədli Büdcə Fondunda nəzərdə 

tutulmuş vəsaitdən 6,2 milyon (altı 

milyon iki yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının 

Maliyyə Nazirliyi və “Azəravtoyol” 

Açıq Səhmdar Cəmiyyəti 

busərəncamın 1-ci hissəsində nəzərdə 

tutulan məbləğdə maliyyələşməni 

və tikinti işlərini müəyyən olunmuş 

 qaydada təmin etsinlər.

İlham ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 avqust 2016-cı il

2016-cı ildə bizim xarici siyasətimiz 

çox fəal olmuşdur. İlin birinci yarısında 

Azərbaycana  10-dan çox dövlət və hökumət 

başçısı səfər  etmişdir. Mənim çoxsaylı xari

-

ci səfərlərim beynəlxalq əlaqələrimizi daha 

da möhkəmləndirib. Mən ilin əvvəlindən 

bəri bir neçə beynəlxalq tədbirdə  iştirak 

etmişəm. Davos Ümumdünya İqtisadi  Forumu 

– bu, dünya miqyasında birinci beynəlxalq 

tədbirdir. Orada həm iqtisadi, həm siyasi 

məsələlər gündəlikdədir. Ondan sonra Münxen 

Təhlükəsizlik Konfransı – bu da dünya miqya

-

sında Davos Forumu ilə eyni səviyyədə olan 

beynəlxalq tədbirdir. Orada da Azərbaycanın, 

xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qara

-

bağ münaqişəsi ilə bağlı mövqeyi səsləndi.

İlham ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti

 

ˆ

Azərbaycanın yeritdiyi uğurlu xarici siyasət 



təkcə regionda deyil, eləcə də, bütün dünyada ictimai 

-siyasi xadimlər tərəfindən yüksək qiymətləndirilir. 

Xüsusən, dövlət başçımızın təşəbbüsü ilə yaradıl-

mış üçtərəfli formatlar – Azərbaycan-İran-Rusiya 

və Azərbaycan-Türkiyə-Rusiya formatları yaşadı-

ğımız regionda sülh və sabitliyin, bərabərhüquqlu 

tərəfdaşlığın daha da möhkəmləndirilməsinə xidmət 

edəcəkdir. Eyni zamanda, bu addımların Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli 

həllinə kömək edəcəyi də şübhəsizdir. Ona görə də 

ölkəmizin apardığı daxili və xarici siyasət öz uğurlu 

nəticələrini verdikcə, beynəlxalq aləmdəki dostlarımız 

da, bədxahlarımız da fəallaşırlar. Dostlarımız Dağlıq 

Qarabağ münaqişəsinin həlli istiqamətində uğur-

lu addımların atılması, ölkəmizdə demokratiyanın 

möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının 

daha yüksək səviyyədə qorunmasının təmin edilməsi, 

eləcə də idarəetmənin təkmilləşdirilməsi məqsədilə 

keçiriləcək referendumun xalq tərəfindən böyük 

dəstəklə qarşılanmasını yüksək qiymətləndirir, sülhü 

və sabitliyi sevməyən bədxahlarımız isə ciddi şəkildə 

narahat olduqlarını gizlətmirlər.

Prezident İlham ƏLİYEV:

 

Həmsədr ölkələr və ATƏT



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə