Положение мяса животных


Nəcasət Yeyən Heyvanın Yeyilməsi Qadağandır



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə14/32
tarix22.10.2018
ölçüsü1,12 Mb.
#75444
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

 

27 


Nəcasət Yeyən Heyvanın Yeyilməsi Qadağandır 

İbn  Ömər  –  radıyallahu  anhu  -  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  nəcasət  yeyən  heyvanların  ətini  yeməyi  və 

südünü içməyi nəhy (qadağan) etmişdir”. Əbu Dvaud 3719, Tirmizi 1825, 

Həkim.  İbn  Ömər  –  radıyallahu  anhu  -  rəvayət  edir  ki,  Peyğəmbər  – 

sallallahu  aleyhi  və  səlləm  –  pis  (təmiz  olmayan)  bir  şeyi  yeyən  dəvəyə 

minməyi belə qadağan etmişdir”. Əbu Davud 2558,3769, Nəsəi 4337.  

Bura  həmçinin  yeyilməsi  halal  olan  digər  heyvanlar:  Dəvə,  İnək,  At, 

Toyuq, Qoyun və s. aiddir. Bu cür nəcis yeyən heyvanları minikdə istifadə 

etmək,  yemək,  satmaq  olmaz  onlar  təmiz  yem  yeyib  təmizlənənə  qədər. 

Toyuğun  təmizlənməsi  üç  gün  toyuq  hinində  saxlanmaqla  olur.  Necə  ki, 

bunu İbn Ömər – radıyallahu anhu – edirdi. İbn Əbi Şeybə 4660. Böyük 

mal-qara heyvanlarına gəldikdə isə onların təmizlənməsi qırx gün ərzində 

olur. “Səhih Fiqh Sunnə” 2/344.  

 

Satılması  Qadağan  Olunan  Hər  Bir  Şeyin  Yeyilməsi 



Də Qadağandır 

Əbu Zubeyr – radıyallahu anhu – deyir ki, Cabir – radıyallahu anhu – 

dan  it  və  pişiyin  satışı  barəsində  soruşdum”.  O:  “Peyğəmbər  –  sallallahu 

aleyhi və səlləm – bunu qəti olaraq qadağan etdi”.Müslim 1569.  

Cabir  b.  Abdullah  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Məkkənin 

fəthi  günü  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  Məkkədə  idi  və  o 

buyurdu:  “Həqiqətən  Allah  və  Rəsulu  içkini,  murdar  (ölmüş)  heyvanın 

(leşini),  donuzun  və  bütlərin  satışını  haram  etmişdir”.  Buxari  2236, 

Müslim  3/71,  Səhih  Əbu  Davud  977.  Peyğəmbər  –  sallallahu  aleyhi  və 



səlləm  –  buyurdu:  “Allah  bir  şeyi  haram  etdikdə  (onun  satışını)  ondan 

gələn gəliri də haram edir”. Səhih Əbu Davud 3488, Daraqutni 3/7.  

 

Açıq-Aydın  Bədənə  Ziyanı  Olan  Hər  Bir  Şeyin 

İstifadə Edilməsi Də Qadağandır 

“Ey  iman  gətirənlər!  Qarşılıqlı  razılıqla  edilən  alış-veriş  müstəsna 

olmaqla,  bir-birinizin  mallarını  haqsız  bəhanələrlə  (haqsız  yerə) 

yeməyin  və  özünüzü  öldürməyin!  Həqiqətən,  Allah  sizə  qarşı 

mərhəmətlidir!”.  (ən-Nisa  29).  Ubadə,  İbn  Abbas,  Abu  Səid,  Aişə,  Əbu 

Hureyrə  və  Cabir  –  Allah  onlardan  razı  olsun  –  rəvayət  edirlər  ki, 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Özünə  və 

başqalarına zərər vurma”. Əhməd 5/326, İbn Məcə 2340, Təbərani 1/163, 

əl-Albani səhih.  



 

28 


İmam İbn Həzm – rahmətullahi aleyhi - deyir ki: “Nə ki, açıq-aydın 

sağlamlığa zərərdi qadağandır və nə ki, sağlamlığa zərəri yoxdur istifadəsi 

icazəlidir”. “Muhəllə” 7/430.  

 

Nəcis Sayılan Hər Bir Şeyin İstifadəsi Qadağandır 

İbn Həzm – rahmətullahi aleyhi - deyir ki: “Alimlər ittifaq ediblər ki, 

nəcis  olan  hər  bir  şeyin  yeyilməsi  və  içilməsi  qadağandır”.  “Maratibul 

İcma” 39. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: “Nəcis olan hər 

bir  şeyin  yeyilməsi  qadağandır,  lakin  nə  ki,  qadağan  olunmuşsa  onların 

hamısı nəcis deyildir”. “Məcmuu Fətava” 21/542.  

 

Heyvanla Yaxınlıq Edən 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Kim  heyvanla 

yaxınlıq edərsə onu da, heyvanı da öldürün”. Buluq əl-Məram 1214, Əbu 

Davud 4464, Tirmizi 1455, İbn Məcə 2564, Həkim 4/355, Beyhəqi 8/274, 

Musnəd 1/269.  

 

Zərurət Halında (Ehtiyaci Ödəyənə Qədər) Haram 

Olan Şeylərin Yeyilməsinə Rüxsət Verilməsi 

(Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan 



başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram 

etmişdir.  Lakin  naəlac  qaldıqda  (başqasının  malını)  zorla 

mənimsəmədən  və  həddi  aşmadan  (zəruri  ehtiyacı  ödəyənə  qədər) 

bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah 

bağışlayandır,  mərhəmətlidir!”.  (əl-Bəqərə  173).  Bu  və  digər  ayələrdən 

belə  nəticə  çıxır:  əd-Darura  Tubihul  Mahzurat  –  zərurət  qadağanı  icazə 

verilən  edir.  Lakin  hər  bir  zərurət  də  ehtiyac  sayılmır.  İbn  Munzir  – 

rahmətullahi  aleyhi  -  deyir  ki:  “Alimlər  ittifaq  ediblər  ki,  zərurət  halında 

ölü (leş) heyvanı yemək belə icazəlidir”. “İcma” 102.  

AbdurRahman  əs-Sədi  –  rahmətullahi  aleyhi  -  bu  ayəsinin  təfsirində 

deyir  ki:  “Allah  bu  ayədə  haram  olan  şeyləri  sadalıyaraq  insanlığa 

rəhmətini  göstərmiş  və  onları  zərərdən  qorumuşdur.  Lakin  buna 

baxmayaraq  insan  zərurət  halında  (yemək  olmadığı)  halda  aclıq  zamanı, 

məcburiyyət  qarşısında  qalaraq  bu  şeyləri  yeyərsə  bunda  günah  yoxdur. 

Lakin  bu  halda  o,  haramı  arzu  etməməli,  zəruri  ehtiyacını  ödədiyindən 

artıq  yeməməli,  israf  etməməlidir.  Buna  görə  də  insana  qadağan 

edilmişdir  özünü  aclığa  məruz  qoyaraq  əziyyət  verməsi  və  həlak  etməsi. 

Vacibdir  ki,  aclığını  ödəsin.  Əgər  özünü  aclıqla  ölüm  həddinə  çatdırarsa 

bu zaman özünə qəsd etmiş sayılar...”. “Taysirul Kərimul Rahmən” 68.  




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə