Положение мяса животных



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə2/32
tarix22.10.2018
ölçüsü1,12 Mb.
#75444
1   2   3   4   5   6   7   8   9   ...   32

 



 




 



ÖN SÖZ 



XUTBƏTUL-HACƏ 

Həmd  ancaq  Allahadır,  Ona  həmd  edir,  Ondan  yardım  və  məğfirət 

diləyirik.  Nəfslərimizin  şərindən  və  pis  əməllərimizdən  Allaha  sığınırıq. 

Allah  kimi  hidayətə  yönəltmişsə,  onu  heç  kəs  azdıra  bilməz,  kimi  də 

azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, 

Allahdan  başqa  ibadətə  layiq  haqq  məbud  yoxdur,  O,  təkdir,  şəriki  də 

yoxdur və şəhadət edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.  

“Ey  iman  gətirənlər!  Allahdan  lazımınca  qorxun.  Yalnız  müsəlman 

olduğunuz halda ölün”. (Ali İmran 102).  

“Ey  insanlar!  Sizi  tək  bir  şəxsdən  (Adəmdən)  xəlq  edən,  ondan 

zövcəsini  (Həvvanı)  yaradan  və  onlardan  da  bir  çox  kişi  və  qadınlar 

törədən  Rəbbinizdən  qorxun.  (Adı  ilə)  Bir-birinizdən  (cürbəcür  şeylər) 

istədiyiniz  Allahdan,  həmçinin  qohumluq  əlaqələrini  kəsməkdən 

qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir”. (ən-Nisa 1).  

“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər 

belə  etsəniz)  Allah  əməllərinizi  islah  edər  və  günahlarınızı  bağışlayar. 

Hər  kəs Allaha  və  Peyğəmbərinə  itaət  etsə,  böyük  bir  səadətə  (Cənnətə) 

nail olar”. (əl-Əhzab 70-71)

1

. 



Şübhəsiz  ki,  sözlərin  ən  doğrusu  Allahın  kəlamı,  yolların  ən  xeyirlisi 

Muhəmməd  –  sallallahu  aleyhi  və  səlləm  –  in  yoludur.  Əməllərin  ən  pisi 

sonradan  uydurulanlardır.  Sonradan  uydurulub  dinə  salınan  hər  bir  əməl 

(iş) bir bidət, hər bir bidət isə zəlalətdir (sapıqlıqdır), hər bir (sapıqlıq) isə 

                                                

1

 Xutbətul-Hacə  -  adı  ilə  məşhur  olan  bu  duanı,  cümə  və  s.  Xütbələrdə 



Peyğəmbər  oxumuşdu.  Səhabələrinə  də  bunu  əmr  etmiş  və  özü  də  onları 

öyrətmişdir. Hədisin ilk hissəsini bizə: Əhməd 1/392,293,432, Əbu Davud 2188, 

Tirmizi 1105, Nəsəi 3/104,105, 6/69, və “Əməlil Yəum vəl Leyl” 488, İbn Məcə 

1892, Darimi 2202, Tayalisi “Musnəd” 1557, AbdurRazzaq “Musənnəf” 10449, 

Bəzzar  “Musnəd”  –  “Kəşful  Əstar  1/314,  Əbu  Yəla  “Musnəd”  5233,5234,5257, 

Tahavi “Şərhul Muşkilil Asar” 1-3, Təbərani “Məmuul Kəbir” 10/10079, Həkim 

“Mustədrək”  2744,  Beyhəqi  “Sunnənul  Kubra”  3/214,215,  Bəğavi  “Şərhus 

Sunnə”  2268  İbn  Məsud  –  radıyallahu  anhu  -  yolu  ilə,  Muslim  “Şərhu  Nəvəvi”  

6/156-158,  Əhməd  1/302,350,  Nəsəi  6/89,90,  İbn  Məcə  1893  və Tahavi  “Şərhul 

Muşkilil  Asar”  4  –  İbn  Abbas  –  radıyallahu  anhu  -  yolu  ilə,  Təhavi  “Şərhul 

Muşkilil  Asar”  5,  Beyhəqi  “Sunnənul  Kubra”  3/215  –  Nubeyt  b.  Şərit  – 

radıyallahu anhu - yolu ilə, Əbu Yəla “Musnəd” 7221, Nəsəi “Sunnənul Kubra” 

bax: “Tuhfetul Əşraf” 6/472 H. 9148 – Əbu Musa əl-Əşari yolu ilə.  




 

oddadır



2



“Ey  Rəbbim!  Köksümü  açıb  genişlət,  işimi  yüngülləşdir,  dilimdəki 



düyünü aç ki, sözümü yaxşı anlasınlar”. (Ta ha 25-28).  

Möhtərəm  müsəlman  bacı  və  qardaşlarım!  İlk  öncə  hamınızı  Allahın 

salamı  ilə  salamlayıram.  Allahın  Kitabı  Rəsulullah  in  yoluna  uyaraq  öz 

risaləmi  “Bismilləh”  ilə  başlayıram.  Çünki  Allah  Rəsulu  –  sallallahu 



aleyhi  və  səlləm  –  də  öz  məktublarını  “Bismilləh”  ilə  başlamış  və 

buyurmuşdu:  “Hər  mühüm  bir  işə  “Bismilləh”  ilə  başlanılmazsa  o,  işin 

sonu kəsikdir”

3



Allahdan  qorxmayan  kimsələr  pulu  necə  qazandıqlarına  və  hara 

xərclədiklərinə  fikir  vermirlər.  Onlar  bütün  arzu  və  istəkləri  yalnız  var-

dövlətlərini nə yolla olursa-olsun artırmaqdır. Oğurluq, rüşvət, saxta sənəd 

düzəltmək, haram şeyləri satmaq, sələmçilik, yetim malını yemək, musiqi, 

falçılıq,  fahiş  işlər,  başqalarının  pulunu  mənimsəmək,  ehtiyacı  olmadığı 

halda dilənmək  və s. Sonradan bu pulları yeyib-içir, geyinib-keçinir və s. 

işlərə  sərf  edirlər.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 

“Haramla  bəslənən  hər  bir  bədən  ancaq  Cəhənnəm  oduna  layiqdir”. 

Təbərani “Kəbir” 19/136, əl-Albani “Səhihul Cəmi” 4495. Əbu Hureyrə – 

radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm  –  buyurdu:  “İnsanların  üzərinə  elə  bir  vaxt  (zaman)  gələcək  ki, 

artıq  insanı  qazancının  halal  və  ya  haram  yolla  olması  maraqlandır-

mayacaq”.  Buxari  2059.  (O  Peyğəmbər)  onlara  yaxşı  işlər  görməyi 

buyurar,  pis  işləri  qadağan  edər,  təmiz  (pak)  nemətləri  halal,  murdar 

(napak) şeyləri haram edər...”. (əl-Əraf 157).  

                                                

2

 Hədisin  Ikinci  Hissəsini  –  Muslim  “Şərhu  Nəvəvi”  6/153-156,  Əhməd  3/319, 



371,  Nəsəi  3/188,189,  Beyhəqi  “Sunnənul  Kubra”  3/214,  -  Cabir  b.  Abdullah  – 

radıyallahu  anhu  -  yolu  ilə.  Bu  ləfz  Nəsainin  ləfsizid.  Hədisi  Əhməd  3/371  və 

Muslim “Sözlərin ən doğrusu” ləfzi yerinə: “Sözlərin ən xeyirlisi” ləfsiylə rəvayət 

etmişdir.  İmam  Əhmədin  digər  rəvayətlərində  3/319  –  “Sözlərin  ən  gözəli” 

şəkilindədir.  Müslim:  “Sonradan  uydurulub  dinə  salınan  hər  bir  əməl  (iş) 

bidətdir”ləfsi  yerinə:  “Hər  bir  bidət  bir  zəlalətdir  (sapıqlıqdır)”  ləfsiylə  rəvayət 

edilmişdir. Bu beş səhabədən başqa hədisi: Aişə – rahmətullahi aleyhi - , Səhl b. 

Sad – rahmətullahi aleyhi  - mərfu olaraq. Hədis səhihdir. Muhəddis Muhəmməd 

Nəsrəddin əl-Albani  –  rahmətullahi  aleyhi  - hədisin  bütün rəvayətlərini  bir  yerə 

toplayaraq “Xutbətul Həcə” isimli bir kitab yazmışdır. İstəyənlər bu kitaba baxa 

bilərlər.  Ayrıca  bax:  əl-Albani  “Muxtəsər  Səhih  Muslim”  409,  “Mişkətul 

Məsabih” 3149,5860.  

3

 Əbu Davud.  




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə