Положение мяса животных



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə3/32
tarix22.10.2018
ölçüsü1,12 Mb.
#75444
1   2   3   4   5   6   7   8   9   ...   32

 

Təmiz  və  faydalı  şeylər  halal,  pis  və  zərərli  şeylər  isə  haram  edildi



4

Bir  şeyi  halal  və  haram  etmək  Allaha  aiddir.  Peyğəmbər  –  sallallahu 



aleyhi və səlləm – in bir şeyi halal və haram etməsi yenə də Allahın halal 

və  haram  etməsilədir.  Quran  və  Sünnəni  bilən  elm  sahiblərindən  başqa 

heç kimsənin halal və haram haqqında danışması (bu halaldı, bu haramdı) 

deməsi  caiz  deyildir.  Allah  Halal  və  haram  barəsində  elmsiz  danışanları 

şiddətli  olaraq  qınamışdı.  “Diliniz  (bizə  belə  əmr  edildiyi  deyə)  yalana 

vərdiş  etdiyi  üçün  (dəlilsiz-sübutsuz):  “Bu  halaldır,o  haramdır!”  – 

deməyin,  çünki  (bununla)  Allaha  iftira  yaxmış  olursunuz.  Allaha  iftira 

yaxanlar  (axirət  əzabından)  nicat  tapmazlar!”.  (ən-Nəhl  116).  “Yoxsa 

(müşriklərin)  Allahın  dində  izin  vermədiyi  bir  şeyi  onlar  üçün  qanuni 

(halal) edən şərikləri vardır”. (əş-Şura 21).  

Allaha həmd olsun ki, haramlığı qəti bəli olan şeylər barəsində Quran 

və  Sünnə  bizə  xəbər  vermişdir.  Ölü  (kəsilmədən  ölüb  murdar  olmuş) 

heyvan,  qan,  donuz  əti,  Allahdan  başqasının  adı  ilə  (bismillah 

deyilmədən)  kəsilmiş,  boğulmuş,  (küt  alət  və  ya  silahla)  vurulmuş,  (bir 

                                                

4

 Fərz  (Vacib)  – Qəti olaraq gələn əmr fərz sayılır. Ona  - Allah əmr edib deyə - 



əməl  edən  savab  qazanır.  Biri  oruc  tutur  Allahın  əmridir  deyə,  digəri  isə  oruc 

tutur arıqlamaq və s. məqsədlər üçün. İkisi də ac qalır, lakin Allahın əmridir deyə 

oruc tutan savab qazanır, digəri isə yox. Onu tərk edən isə əzaba layiqdir. Çünki 

Allahın istəyinə bağlıdır. İstəsə əzab verər, istəsə bağışlayar. Məs: Namaz, oruc 

və s. əməllər kimi.  

Haram – Qəti qadağa haram adlanır. Bunu - Allah qadağan edib deyə - tərk edən 

savab qazanır. Ona əməl edən isə cəzaya layiqdir. Məs: Zina, içki və s. Biri içki 

içmir ki,  ziyandır,  digəri isə içki  içmir  Allahın  əmri  olduğu  üçün.  Allahın  əmri 

olduğu üçün içkini tərk edən savab qazanır, digəri isə yox.  



Müstəhəb – Bəyənilən əməl. Əgər əmr qəti olmazsa müstəhəb sayılır. Müstəhəb 

də əmrin altına girir. Ona görə də deyilir ki, əmr vacibliyə dəlalət edir nə qədər ki, 

onu müstəhəbliyə  çevirən  bir  dəlil  gəlmədikcə.  Müstəhəbi edən  savab,  onu  tərk 

edən isə günah qazanmır.  



Məkruh  –  Bəyənilməyən  əməl.  Əgər  qadağa  güclü  olmazsa  məkruh  sayılır. 

Məkruh da qadağanın altına girir. Müs: Məscidə sol ayaq ilə daxil olmaq.  



Mübah  –  Nə  əmrə,  nə  də  qadağana  daxil  deyildir.  Mübah  özlüyündə  ibadət 

deyildir.  Lakin  başqasına  görə  ibadət  ola  bilər.  Elm  öyrənmək,  namaz  qılmaq 

özlüyündə ibadətdir. Lakin yemək, içmək, yatmaq və s. kimi  əməllər özlüyündə 

ibadət deyildir. Bu əməllər başqasına görə ibadət ola bilər. Məs: “Yemək yeyirsən 

ki, elm öyrənməyə taqətin olsun, tez yatırsan ki, sübh namazını ayıq başla qılasan. 

Bu əməllər sadəcə niyyətin düzgünlüyünə görə insana savab gətirir. Ona görə də 

deyilir ki, səfdə iki nəfər yanaşı durar, lakin onların arasında göylə-yer arası qədər 

fərq olar.  




 



yerdən)  yıxılaraq  ölmüş,  (başqa  bir  heyvanın  buynuzu  ilə)  vurulub 



gəbərmiş,  vəhşi  heyvanlar  tərəfindən  parçalanıb  yeyilmiş  -  canı 

çıxmamış  kəsdiyiniz  heyvanlar  müstəsnadır  -  dikinə  qoyulmuş  daşlar 

(bütlər  və  ya  Kəbənin  ətrafındakı  bütpərəst  qurbangahlar)  üzərində 

kəsilmiş  heyvanlar  və  fal  oxları  ilə  pay  bölmək  sizə  haram  edildi”.  (əl-

Maidə  3).  “Bir-birinizin  mallarını  haqqınız  olmadığı  halda  yeməyin. 



Xalqın  malının  bir  qismini  (onun sizə haram olduğunu) bilə-bilə  günah 

yolu  ilə  yeməyiniz  üçün  onu  (malınızı)  hakimlərə  (rüşvət)  verməyin!”. 

(əl-Bəqərə  188).  “Bunlar  (bu  hökmlər)  Allahın  hədləridir,  bunları 



aşmayın! Allah (insanlara) hökmlərini bu cür bildirir ki, bəlkə, müttəqi 

olsunlar!”.  (əl-Bəqərə  187).  “Sələm  (müamilə,  faiz)  yeyənlər  (Qiyamət 

günü)  qəbirlərindən  ancaq  Şeytan  toxunmuş  (cin  vurmuş  dəli)  kimi 

qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” 

–  dedikləri  üzündəndir.  Halbuki,  Allah  alış-verişi  halal,  sələm  (faiz) 

almağı isə haram (qadağan) etmişdir…”. (əl-Bəqərə 257). “Ey insanlar! 

Yer  üzündəki  qidaların  təmiz,  halal  olanlarını  yeyin,  Şeytanın  izi  ilə 

getməyin!  Həqiqətən,  o  (Şeytan)  sizinlə  açıq-açığına  düşməndir”.  (əl-

Bəqərə  168).  “Sizə  nə  olub  ki,  üstündə  Allahın  adı  çəkilmiş 



(heyvanların)  ətindən  yeməyəsiniz?  Halbuki  məcburiyyət  qarşısında 

(yeməli)  olduğunuz  şeylər  istisna  edilməklə,  sizə  haram  buyurduqların 

artıq  O  (Allah)  müfəssəl  şəkildə  sizə  bildirmişdir.  Şübhəsiz  ki,  çoxları 

(şəriəti)  bilmədiklərindən  nəfslərinin  istəklərinə  uyaraq  (xalqı)  düz 

yoldan azdırarlar. Rəbbin həddi aşanları ən yaxşı tanıyandır! Günahın 

aşkarından  da,  gizlisindən  də  əl  çəkin!  Günah  qazananlar  etdikləri 

əməllərə görə cəzalandırılacaqlar!”. (əl-Ənam 119-120). (Ya Rəsulum!) 

De:  “Gəlin  Rəbbinizin  sizə  nələri  haram  etdiyini  deyim:  Ona  heç  bir 

şərik  qoşmayın;  ata-anaya  yaxşılıq  edin;  kasıblıq  üzündən  uşaqlarınızı 

öldürməyin.  Sizin  də, onların  da ruzisini Biz  veririk.  Açıq  və  gizlin  pis 

işlərə  yaxın  düşməyin.  Allahın  (qətlini)  haram  buyurduğu  cana 

qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə öldürməyin)(Allah) 

bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!”. (əl-Ənam 

151). Əbu Sələbə əl-Xuşəni Cursum b. Nəşr – radıyallahu anhu – rəvayət 

edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allah bir çox 

fərzlər müəyyən edib, buna görə də onlara laqeyidlik göstərməyin. Bir çox 

sərhədlər  müəyyən  edib,  onları  aşmayın.  Bəzi  şeyləri  haram  etmişdir, 

onları  aşmayın.  Bəzi  şeylər  haqqında  unutduğundan  deyil,  sizin  üçün 

rəhmət  olsun  deyə  susmuşdur.  Onları  öyrənməyə  çalışmayın”.  Daraqutni 

4/184,  əl-Albani  “İrva”, “Ğayrətul  Məram”  17-19,  zəif  hədis.  Peyğəmbər 



–  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Allah  içkini,  murdar  (ölmüş) 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə