Положение мяса животных



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə4/32
tarix22.10.2018
ölçüsü1,12 Mb.
#75444
1   2   3   4   5   6   7   8   9   ...   32

 

heyvanın (leşini), donuzun və bütlərin satışını haram etmişdir”. Səhih Əbu 



Davud  977.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Allah 

bir  şeyi  haram  etdikdə  ondan  gələn  gəliri  də  haram  edir”.  Səhih  Əbu 

Davud  3488,  Daraqutni  3/7.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  – 

buyurdu:  “Uca  Allah  doğru  və  düz  yolu  misal  çəkdi.  Bu  yolun  hər  iki 

tərəfində  açıq  qapıları  olan  divar,  qapıların  üzərindən  isə  endirilmiş 

pərdələr  vardır.  Yolun  qapısı  üzərində  bir  dəvətçi  səsləyərək:  “Ey 

insanlar! Birlikdə doğru yolla gedin. Ayrılığa düşməyin” deyir. Yolun üst 

tərəfində olan digər dəvətçi isə bu açıq qapılardan içəri girmək istəyən hər 

bir  kəsi  səsləyərək:  “Vay  sənin  halına!  O,  qapını  açma.  Əgər  onu  açsan 

ora  girəcəksən”  deyir.  Bu  doğru  yol  İslamdır.  Ətrafda  olan  divarlar 

Allahın sərhədləridir. Açıq  qapılar isə Allahın haramlarıdır. Yolun qapısı 

üzərində  olan  dəvətçi  Allahın  kitabıdır.  Yolun  üst  tərəfində  olan  dəvətçi 

isə  hər  bir  müsəlmanın  qəlbində  olan  nəsihətçidir”.  İmam  Əhməd 

«Musnəd» 4/182-185, 5/435, əl-Albani səhih.  



Hər  kəs  Allaha  və  Peyğəmbərinə  itaət  etməyib  Onun  hədlərini 

aşarsa,  (Allah  da)  onu  həmişəlik  Cəhənnəmə  daxil  edər.  Onu 

rüsvayedici  əzab  gözləyir”.  (ən-Nisa  14).  Əbu  Abdullah  ən-Numan  b. 

Bəşir – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi 



və  səlləm  –  in  belə  buyurduğunu  eşitdim:  “Şübhəsiz  ki,  halal  da  bəllidir, 

haram da. Lakin bu ikisinin arasında (müştəbihat

5

) bəzi xüsuslar vardır ki, 



insanların  bir  çoxu  bunların  (hökmünü)  bilməzlər.  Hər  kim  bu  şübhəli 

şeylərdən  qaçarsa  öz  dinini  və  şərəfini  qorumuş  olar.  Hər  kim  də  bu 

şübhəli  şeylərə  düşərsə,  harama  düşmüş  olar.  Necə  ki,  qadağan  olunmuş 

bölgənin  ətrafında  öz  (qoyunlarını)  otaran,  lakin  o  qadağan  bölgəsinə  öz 

(qoyunlarını)  buraxmayan  çoban  kimi.  Həqiqətən  hər  bir  hökmüdarın 

qadağan  bölgəsi  vardır.  Allahın  qadağan  bölgəsi  isə  onun  haramlarıdır. 

Bunu da bilin ki, insan bədənində elə bir ət parçası var ki, əgər o, sağlam 

olarsa bütün bədən sağlam olar, yox əgər o, xəstə olarsa onda bütün bədən 

xəstə  olar.  Bilin  ki,  bu  qəlbdir”.  Buxari  52,  Müslim  1599.

 

Əbu  Hureyrə, 



AbdurRahman b. Saxr – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – 

sallallahu  aleyhi  və  səlləm  –  in  belə  buyurduğunu  eşitdim:  “Sizə  nəyi 

qadağan  edirəmsə  ondan  uzaq  olun,  nəyi  sizə  əmr  etmişəmsə  ondan 

bacardığınız  qədər  istifadə  edin.  Şübhə  yox  ki,  sizdən  əvvəlki  ümmətləri 

                                                

5

 Müştəbihat  –  İmam  Nəvəvi  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  «Müştəbihatın 



mənası halal və haramlığı bəlli olmayan deməkdir».  


 

çox  sual  vermələri  və  Peyğəmbərlərinə  müxalif  olmaları  məhv  etdi”



6

Həsənul Bəsri – rahmətullahi aleyhi - deyir ki: “Adəm oğlu, sənin Allahın 



sənə qarşı açdığı savaşa gücün çatacağmı? Çünki kim Allaha üsyan edərsə 

o, kimsə Allaha qarşı savaş açmışdır. Günah nə qədər çirkin olarsa Allaha 

açılan savaş da ondan min qat çirkin olar”. Camiul Ulum s. 315.

 

Sauban – 



radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm  –  buyurdu:  “Mənim  ümmətimdən  bir  qrup  insanlar  olacaq  ki, 

Tiham  dağı  boyda  xeyirli  əməllərlə  gələcəklər.  Lakin  Allah  onların 

əməllərini puç edəcəkdir. Sauban: “Ya Rəsulallah! Onları bizə vəsf et ki, 

onlardan  olmayaq”  dedim.  Peyğəmbər:  “Onlar  sizin  qardaşlarınızdır, 

dəriləri də sizin dəriləriniz kimidir. Lakin onlar Allahın qadağaları ilə tək 

qaldıqda onları pozarlar”. Səhih İbn Məcə 3423. Əli b. Əbu Talibin oğlu, 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in  (qızı  Fatimə  –  radıyallahu 

anhə  –  nin  oğlu)  və  xoş  iyli  Reyhanı  Əbu  Muhəmməd  əl-Həsən  – 

radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm – in belə buyurduğunu eşitdim: “Səni şübhəyə salan şeylərdən uzaq 

dur, səni şübhələndirməyən şeylərə tərəf isə yönəl”

7

.  


İtaətkar kimsə haramları tərk etməklə ləzzət duyar. Allah üçün bir şeyi 

tərk  etdiyi  üçün  Allah  da  ona  daha  xeyirlisi  ilə  əvəz  edər  və  o,  kimsə 

qəlbində  imanın  ləzzətini  duyar.  “Ey  iman  gətirənlər!  Sizə  verdiyimiz 

rüzilərin (təmiz və) halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, (bu 

nemətlərə görə) Ona şükür edin!”. (əl-Bəqərə 172).  

Qadağan olunmuşun (haramın) qidada istifadə edilməsi iki qismdir:  

1  –  İnsan  qidalanır  o,  məhsullarnan  hansı  ki,  özüldə  icazəlidir 

(halaldır).  Lakin  bu  məhsulların  əldə  edilməsi  qadağan  edilmiş  yollarla 

olur.  Məs:  Faizdən,  Rüşvətdən,  oğurluqdan,  quldurluqdan,  qadağan 

olunmuş şeylərin satışından (içki, donuz) və s. yollarla.  

2  –  İnsan  qidalanır  o,  məhsullarla  hansı  ki,  özüldə  haramdır 

(qadağandır).  Donuz,  içki,  caynaqlı  və  azı  dişli  heyvanlar  və  s.  hansı  ki, 

                                                

6

 Buxari 7288, Müslim 1337  – Bu hədisin əvvəli belədi: Peyğəmbər – sallallahu 



aleyhi və səlləm – buyurdu: “Ey insanlar! Allah üzərinizə Həcc etməyi fərz qıldı, 

artıq  siz  də  Həcc  edin”.  Bir  nəfər:  “Ey  Allahın  Rəsulu!  Hər  il  Həcc  edək?”. 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  susdu.  Həmin  şəxs  sualını  bir  neçə 

dəfə  təkrarladı.  Peyğəmbər:  “Əgər  mən  hə  desəm,  sizə  hər  il  Həcc  etmək  vacib 

olardı. Sizin də buna gücünüz çatmazdı...”.  

7

 Tirmizi 2520, Nəsəi 5711, əl-Albani “Səhihul Cəmi” 3372-ci hədis. Bu hədisin 



sonu  belədir:  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Həqiqətən 

doğruluq sakitlikdir, yalan isə şübhədir”.  




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə