Положение мяса животных



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə5/32
tarix22.10.2018
ölçüsü1,12 Mb.
#75444
1   2   3   4   5   6   7   8   9   ...   32

 

özüldə  qadağan  edilmişdir.  Hətta  bu  kimi  şeylər  halal  yolla  əldə  edilmiş 



pulla alınarsa belə.  

Allahın  xalqlara,  ümmətlərə  göndərdiyi  hər  Nəbi  və  Rəsuluna  yaxşı 

işlər  görməyi  və  təmiz  (halal)  nemətlərdən  yemək  əmr  edilmişdir.  Nə 

qədər  ki,  qida  halal  yolla  olarsa  əməllər  də  saleh  olar.  Haram  ilə 

qidalanmağın  ziyan  və  təhlükəsi  cəza  olaraq  bu  dünyada  əməllərin  və 

duaların  qəbul  olunmamasıdır,  axirətdə  isə  buna  görə  cəza  vardır.  İbni 

Kəsir  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Halal  ilə  qidalanmaq  duanın  və 

ibadətin  qəbul  olunması  üçün  səbəbdir.  Haram  ilə  qidalanmaq  isə  duanın 

və ibadətin qəbul olunmasına maneədir”. Əbu Hureyrə – radıyallahu anhu 

-  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 

“Şübhəsiz  ki,  Allah  pakdır  (və  nöqsansızdır)  və  pak  olanı  da  qəbul  edir. 

Allah  Peyğəmbərlərinə  əmr  etdiyi  şeyin  eynisini  möminlərə  də  əmr 

etmişdir.  Allah  buyurur:  “Ey  Peyğəmbərlər!  Təmiz  (halal)  nemətlərdən 



yeyin və yaxşı işlər görün!”. (əl-Muminun 51). “Ey iman gətirənlər! Sizə 

verdiyimiz rüzilərin (təmiz və) halalından yeyin!”. (əl-Bəqərə 172). Sonra 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Saçı-saqqalı  bir-

birinə  qarışmış,  üst-başı  toza  bulaşmış  halda  uzun  səfər  etmiş,  yediyi 

haram,  içdiyi  haram  və  haram  ilə  bəslənən  birisini  xatırladaraq,  bu  kişi 

əllərini səmaya qaldıraraq ya Rəbbim! Ya Rəbbim deyə dua etsə necə ola 

bilər  ki,  onun  duası  qəbul  olunsun”.  Müslim  1015.

 

Belə  ki,  bu  kimsə 



duanın  qəbul  olunması  üçün  bütün  səbəbləri  götürmüşdür:  Səfərdə  idi, 

Əllərini  səmaya  qaldırmışdı,  zəlil  bir  görkəmdə  idi.  Lakin  haram  ilə 

qidalandığı üçün bunların heç biri ona fayda vermədi.  

Bir gün insanlar Cundub – radıyallahu anhu - ya: “Bizə vəsiyyət et!” 

deyə xahiş etdilər. O: “İnsanın (öldükdən) sonra ilk çürüdüyü orqanı onun 

qarnıdır.  Hər  kim  (şübhəli  qazanclardan  çəkinib)  yalnız  halal  loxma  ilə 

keçinməyə  gücü  çatarsa  bunu  etsin.  Hər  kimdə  özü  ilə  Cənnət  arasına 

(haqsız  yerə) tökdüyü bir ovuc  qanla ayırmamasını  istəyirsə bunu  etsin”. 

Buxari 7152.  

Zeyd  b.  Ərqam  –  radıyallahu  anhu  -  rəvayət  edir  ki,  Əbu  Bəkr  – 



radıyallahu  anhu  -  nun  bir  qulluqçusu  var  idi.  Onunla  şərt  kəsmişdi  ki, 

özünü satın alıb azad edəcəkdir. Hər dəfə o, bir şey gətirdikdə Əbu Bəkr – 



radıyallahu  anhu  -  ondan  soruşardı:  “Haradandır  bu?”.  Əgər  cavab  onu 

qane  edərdisə  yeyərdi,  qane  etmədikdə  isə  yeməzdi.  Oruclu  günlərin 

birində  qulluqçusu  ona  yemək  gətirdi.  Əbu  Bəkr  –  radıyallahu  anhu  - 

yeməyin  haradan  olduğunu  soruşmağı  unudaraq  yeməkdən  bir  loxma 

ağzına qoydu. Xatırladığı zaman: “Bu yemək haradandır?” deyə soruşdu. 

O:  “Cahiliyyə  vaxtı  mən  kahinliklə  (gələcəyi  xəbər  verən)  məşğul  idim. 




 

10 


Həqiqətdə  isə  bu  belə  deyildi  və  mən  sadəcə  (insanları)  aldadırdım.  Bu 

yeməkdə  (həmən  işin)  əmək  haqqıdır.  Əbu  Bəkr:  “Sənin  etdiyin  əməl 

necədə  pis  bir  işdir.  Məni  həlak  edəcəkdin?”.  Sonra  yediyini  qusmağa 

çalışdı.  Lakin  bacarmadı.  Ona  su  ilə  çıxacağını  dedilər.  O,  da  su  içərək 

qaytarmağa  başladı.  Mədəsində  olan  hər  bir  şeyi  qaytarmaqla  təmizlədi. 

Ona:  “Sən  bütün  bunları  bir  loxmaya  görə  edirsən?”  dedilər.  Əbu  Bəkr: 

“Əgər  bu  məndən  canımla  birlikdə  çıxsaydı  belə  mən  bunu  edərdim. 

Həqiqətən  mən  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  belə 

buyurduğunu  eşitdim:  “Cəhənnəm  oduna  ən  layiq  bədən  haram  ilə 

qidalanandır”. Əbu Nuym 1/31, Beyhəqi 5760, əl-Albani “Səhih”.  

Azərbaycan  dilinə  tərcümə  olunmuş  bu  kitabın  əsası  kimi  istifadə 

olunmuşdur: «О

 

 

н



н

е

е



о

о

б



б

х

х



о

о

д



д

и

и



м

м

о



о

с

с



т

т

и



и

 

 



у

у

п



п

о

о



т

т

р



р

е

е



б

б

л



л

е

е



н

н

и



и

я

я



 

 

в



в

 

 



п

п

и



и

щ

щ



у

у

 



 

д

д



о

о

з



з

в

в



о

о

л



л

е

е



н

н

н



н

о

о



г

г

о



о

 

 



и

и

 



 

п

п



о

о

л



л

о

о



ж

ж

е



е

н

н



и

и

я



я

 

 



с

с

в



в

я

я



з

з

а



а

н

н



н

н

ы



ы

е

е



 

 

с



с

 

 



з

з

а



а

к

к



а

а

л



л

ы

ы



в

в

а



а

н

н



и

и

е



е

м

м



 

 

ж



ж

и

и



в

в

о



о

т

т



н

н

ы



ы

х

х



»

»

 



 Серия  статей  «ад-

Да’уату-Ссаляфия»  часть  3,  Каир  2006г.  Həmçinin  də  özüm  tərəfin-

dəndə bir çox əlavələr edilmişdir.  

İlk növbədə Allahdan bu çalışmamın dolğun, düzgün şəkildə tərcümə 

edib  başa  çatdırılmasını  diləyirəm.  Allahdan  əməlimi  onun  üçün  ixlaslı 

olmasını,  məndən  qəbul  edib  onunla  müsəlmanları  faydalandırmasını 

diləyirəm.  Əgər  hardasa  xəta  etmişəmsə  bu  nəfsimdən  və  şeytandandır. 

Burda  düzəldilməzi  mühüm  olan  yerləri  tapdıqdan  sonra  mənə  öyüd-

nəsihət verməkdən çəkinməyəcəyinizi ümid edirəm.  

Güvəndiyim Allahdır, işlərimi Ona həvalə edirəm və Ona arxalanıram. 

Həmd  və  nemət  yalnız  Onadır.  Müvəfəqiyyət  bəxş  edən  və  xətalardan 

qoruyan odur. “Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni 



yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O, şəfa 

verir.  Məni  öldürəcək,  sonra  dirildəcək  də  Odur  və  Qiyamət  günü 

xətamı  bağışlayacağına  umid  etdiyim  də  Odur!  Ey  Rəbbim!  Mənə 

hikmət  bəxş  et  və  məni  salehlərə  qovuşdur!  Sonra  gələnlər  arasında 

mənə  yaxşı  ad  qismət  et!  Məni  Nəim  Cənnətlərinin  varislərindən  et!”. 

(əş-Şüəra 78-85).  

Allahın  salat  və  salamı  Onun  Peyğəmbəri  Muhəmməd  –  sallallahu 



aleyhi və səlləm – ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər 

onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun!  



Bitirdim: Hicri 1430-cu il Məhərrəm 16 

Miladi 2009-ci il Yanvar 13 

Həmd olsun aləmlərin Rəbbi olan Allaha (Yunus 10) 

 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə