Положение мяса животных


YEMƏKDƏ İSTİFADƏSİ QADAĞAN OLUNANLAR



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə6/32
tarix22.10.2018
ölçüsü1,12 Mb.
#75444
1   2   3   4   5   6   7   8   9   ...   32

 

11 


YEMƏKDƏ İSTİFADƏSİ QADAĞAN OLUNANLAR 

Qayda:

  1.  Allahın  dinində  əsas  (təməl)  ondan  ibarətir  ki,  istənilən 

əməl hansı ki, Allah və Rəsulu əmr etməyib qadağandır. Yəni ibadətin əsli 

haramdır. Quran və Sünnədən  dəlil olmadıqca ibadət etmək  olmaz. Məs: 

Bir  nəfər  3  rükət  sübh  namazını  qılır.  Sən  ona  deyirsən  ki,  olmaz  belə 

etmək.  O,  da  deyir  ki,  sübut  et.  Sən  nə  edəcəksən?  Gedib  dəlil 

axtaracaqsan? Xeyr, o dəlil gətirməlidir ki, bu şəriətdə var.  

2.  O,  ki  qaldı  məişətdə  (yaşayışa)  aid  olan  yemək,  içmək,  geyim, 

maşın,  ev  və  s.  əsl  odur  ki,  halaldır  onun  qadağan  olunmasına  Quran  və 

Sünnədən dəlil gəlməyənicə. Yəni nə istəyirsən ye, iç, geyin və s. Allahın 

qadağan etdiklərindən başqa.  

Bu da Allahın öz qullarına olan Rəhmətidir. Allah bir çox fərzlər təyin 

etmiş,  bir  çox  sərhədlər  və  haramlar  təyin  etmişdir  ki,  bunları  aşmaq 

olmaz.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Allah 

kitabında halal etdiyi (icazə verdiyi) şeylər halal (icazəli), haram etdiyi isə 

haramdır  (qadağandır).  O,  ki  qaldı  susduğu  şeylərə  onlar  bağışlanmışdır. 

Allahdan olan bu bağışlanmağa razı olun. Çünki Allah unutqan deyildir”. 

Bundan  sonra  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  ayəni  oxudu: 



“Sənin  Rəbbin  unutqan  deyildir”.  (Məryam  64).  Həkim  2/375,  Bəzzar 

123, əl-Albani «Ğayrətul Məram» s. 14 həsən hədis. 

Bütün bunlar qida məhsullarına da aiddir: Şəriətlə qadağan olunmayan 

hər bir şeyin yeyilməsi icazəlidir. Yeməkdə istəfadəsi qadağan olunanlara 

və  ümumiyyətlə  haramlara  gəldikdə  Allah  bunun  səbəbini  belə  açıqlayır: 

....(O  Peyğəmbər)  onlara  yaxşı  işlər  görməyi  buyurar,  pis  işləri 

qadağan  edər,  təmiz  (pak)  nemətləri  halal,  murdar  (napak)  şeyləri 

haram edər....”. (əl-Əraf 157). Bu ayə açıq-aydın dəlildir ki, Allah yalnız 

(insanların  istifadəsi)  üçün  ziyanlı  və  murdar  olan  şeyləri  qadağan  edir. 

Bu da istər yemək və içməkdə olsun, istərsə də digər şeylərdə.  

 

QURAN VƏ SÜNNƏDƏ GÖSTƏRİLƏN 



QADAĞALAR 

Ölü (Leş), Donuz, Qan, İçki 

“Ölü  (kəsilmədən  ölüb  murdar  olmuş)  heyvan,  qan,  donuz  əti, 

Allahdan başqasının adı ilə (Bismillah deyilmədən) kəsilmiş, boğulmuş, 

(küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir 

heyvanın  buynuzu  ilə)  vurulub  gəbərmiş,  vəhşi  heyvanlar  tərəfindən 

parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - 

dikinə  qoyulmuş  daşlar  (bütlər  və  ya  Kəbənin  ətrafındakı  bütpərəst 

qurbangahlar) üzərində  kəsilmiş  heyvanlar  və  fal  oxları  ilə  pay  bölmək 


 

12 


sizə haram edildi”. (əl-Maidə 3). Bütün bunların yeyilməsini Allah haram 

etmişdir.  



Həmçinin:  Ölü  (Leş  -  kəsilmədən  ölüb  murdar  olmuş)  heyvan:  Bura 

ölmüş  və  ya  şəriət  qaydası  ilə  kəsilməmiş  heyvanlar  da  daxildir

8

.  «(Ya 



Rəsulum!)  De:  “Mənə  gələn  vəhylər  içərisində  murdar  olduqları  üçün 

ölü  heyvan,  axar  qan,  donuz  əti  və  ya  Allahdan  başqasının  adı  ilə 

(Bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, 

hər  hansı  bir  kəsin  yediyi  yeməklər  içərisində  haram  buyurulan  bir  şey 

görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi 

aşmadan,  zəruri  ehtiyacını  ödəyəcək  qədər  (bunlardan  yesə,  Allah  ona 

cəza  verməz)”.  Çünki  sənin  Rəbbin,  həqiqətən,  bağışlayandır,  rəhm 

edəndir!”. (əl-Ənam 145).  

Həmçinin: (Yeyilməsi icazə verilən heyvanın) sağ ikən ondan kəsilib 

ayrılmış  müəyyən  üzvü  də  ölü  (leş)  sayılır  və  yeyilməsi  qadağandır. 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sağ ikən heyvandan 

kəsilərək ayrılmış üzvü ölü (leş - kəsilmədən ölüb murdar olmuş) sayılır”. 

Əbu  Davud  2841,  İbn  Məcə  3216.

 

İbn  Ömər  –  radıyallahu  anhum  - 



rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  canlı 

heyvandan  sağ  ikən  hansısa  bir  üzvü  kəsib  götürən  insanları 

lənətləmişdir”. Buxari 5515.  

 

Qan: Qan Özü İki Qismə Bölünür 

a) Murdar: Bura ön və arxa ifrazat çıxışlarından gələn qan, axar qanı 

olan  və  ətinin  yeyilməsi  haram  buyurulmuş  heyvanın  qanı,  ölmüş  və  ya 

şəriət qayda-qanunu ilə kəsilməmiş heyvanın qanı daxildir. 

b) Təmiz: Bura insan qanı, balıq qanı, axar qanı olmayan həşəratların 

qanı  (Axar  qanı  olmayan  milçək,  ağcaqanad,  mətbəx-böcəyi,  əqrəb  və 

digər  həşəratlar

9

),  şəriət  qayda-qanunu  ilə  kəsilmiş  heyvanın  cəsədində 



qalan qan daxildir.  

Ey  iman  gətirənlər!  Şərab  da  (içki  də),  qumar  da,  bütlər  də,  fal 



oxları  da Şeytan  əməlindən  olan  murdar bir  şeydir. Bunlardan  çəkinin 

ki,  bəlkə,  nicat  tapasınız!  Şübhəsiz  ki,  Şeytan  içki  və  qumarla  aranıza 

ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə 

son  qoyacaqsınızmı?”.  (əl-Maidə  90-91).  Peyğəmbər  –  sallallahu  aleyhi 

və səlləm – buyurdu: “Bütün sərxoş edici şeylər içkidir və sərxoş edici nə 

varsa haramdır”. Müslim 3/1587. Az və ya çox olmasından aslı olmayaraq 

                                                

8

 Qeyd etmək lazımdır ki, əti yeyilməyən heyvan şəriət qayda-qanunu ilə kəsilmiş 



olsa da belə cəmdəyi murdar sayılır.  

9

 «əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi» 1/534. 




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə