Положение мяса животных



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə7/32
tarix22.10.2018
ölçüsü1,12 Mb.
#75444
1   2   3   4   5   6   7   8   9   10   ...   32

 

13 


ağılı  dumanlandıran  və  sərxoş  edən  hər  bir  şey  haramdır.  Peyğəmbər  – 

sallallahu aleyhi və səlləm – buyurdu: “Sərxoş edici şeylərin azı da, çoxu 

da  haramdır”.  Səhih  Əbu  Davud  3128.  İbn  Ömər  və  Əbu  Hureyrə  – 



radıyallahu  anhum  -  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm  –  buyurdu:  “Hər  kim  dünyada  ikən  şərab  içər  və  bu  günahdan 

tövbə  etməzsə  Axirətdə Cənnət şərabından  məhrum  olar və ondan içməz 

(Başqa rəvayətdə: Hər Xamr haramdır). Müslim 2002,2004.  

 

Ölü (Leş) Dəniz Heyvanları İcazə Veriləndir 

Suda,  yalnız  suda  nə  yaşayırsa  yeyilməsi  icazə  veriləndir.  Istər  ölü 

(leş) olsun, istərsə də diri. Əbu Hureyrə – radıyallahu anhu - rəvayət edir 

ki, bir kişi  gəlib Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşdu: 

“Ey Allahın Rəsulu! Biz dənizə çıxdığımız zaman özümüzlə az miqdarda 

su götürürük. Onunla dəstəmaz alarıqsa, içməyə suyumuz qalmaz. Elə isə 

dəniz suyu ilə dəstəmaz ala bilərikmi?”. Peyğəmbər – sallallahu aleyhi və 



səlləm  –  buyurdu:  “Dənizin  suyu  təmizdir  və  içərisində  ölmüş  su 

heyvanları  da  halaldır”.  Əbu  Davud  1/83,  Tirmizi  1/69,  Nəsəi  1/176, 

«Muvatta» 1/22 – 12-ci hədis, «Müsnəd» 2/237, “İrvaul-Ğalil” 1/42–9-cu 

hədis.  İmam  əs-Sənani  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Bu  hədisdən  də 

göründüyü  kimi,  dənizdə  yaşayan  su  heyvanlarının  ölüsü  (leş)  belə 

halaldır  (icazə  verilən).  Hətta  zahirən  belə  onlar  itə  və  donuza 

oxşasalarda”. “Subus Salam” 1/23.  

Timsaha  gəldikdə  isə:  Alimlər  timsahın  yeyilməsini  qadağan  ediblər. 

Çünki o, suda yaşadığı kimi, quruda da yaşayır. “Təfsir İbn Kəsir” 3/197.  

Ölmüş  heyvanlardan  aşağıdakılar  təmiz  hesab  olunur:  Balıq

10

 və 


çəyirtkə: İbn Ömər – radıyallahu anhu - demişdir: “İki leş və İki qan bizə 

halal edilmişdir. İki leş balıq və çəyirtkədir, iki qan isə ciyər və dalaqdır”. 

İbn  Məcə,  Həkim,  Beyhəqi,  «Müsnəd»  2/97;  İrvaul-Ğalil,  8/164–2526-cı 

hədis, “Səhihul Cəmi” 210.  

Şəriət  qayda-qanunu  ilə  kəsilmiş  heyvanın  cəsədində  qalan  qan  da 

təmiz  sayılır.  “Səhih  Fiqhu  Sunnə”  2/338.  Rəvayət  edilir  ki,  Aişə  – 



radıyallahu  anhə  -  şəriət  qayda-qanunu  ilə  kəsilmiş  heyvanın  cəsədində 

qalan qanda və ətin qızartılığında bir problem olmadığını görürdü”. Təbəri 

8/71.  

 

Ölü (Leş) Heyvanların Yağı (Piyi)



 

Ömər  -  radıyallahu  anhu  –  Səmuranın  şərab  satdığını  eşidincə  dedi: 

Allah  Səmuraya  lənət  etsin.  Məgər  o,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

                                                

10

 Suda-quruda yaşayanlar bura daxil deyildir. 




 

14 


səlləm  –  in  nə  buyurduğunu  eşitməyibmi?  «Allah  lənət  edib  Yəhudilərə 

hansı  ki,  onlar  ölmüş  heyvan  yağlarının  haram  olunmasına  baxmayaraq 

onları  əritdilər  və  satardılar».  Fəthul  Bəri  6/496,  Müslim  159/81,1582. 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah bir qövmə bir 

şeyin yeyilməsini haram etdikdə ondan gələn gəliri də haram edir ». Səhih 

Əbu  Davud  3488,  Səhihul  Cəmi  5107.  Cabir  b.  Abdullah  -  radıyallahu 



anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  – 

buyurdu:  “Allah  içkini,  murdar  (ölmüş)  heyvanın  (leşini),  donuzun  və 

bütlərin  satışını  haram  etmişdir”.  Orada  olanlar:  "Ya  Rəsulullah!  Ölü 

heyvanın  iç  yağı  (piyi)  barəsində  nə  deyirsən?  Onunla  gəmiləri  boyayır, 

dəriləri  yağlayır  və  insanlar  ondan  şam  yandırarlar"  deyə  soruşdular. 

Peyğəmbər:  "Xeyr,  o  haramdır.  Allah  lənət  etsin  Yəhudilərə  hansı  ki, 

onlar ölmüş heyvanın iç yağının (piyinin)  haram olunmasına baxmayaraq 

onları  əritdilər  və  satıb  gəlirini  yedilər".  "Fəthul  Bəri"  6/496,  Müslim 

1581, Səhih Əbu Davud 977. İbn Abbas - radıyallahu anhu – rəvayət edir 

ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  məsciddə  idi.  Baxışlarını 

səmaya  dikti  və  gülümsəyərək  buyurdu:  “Allah  Yəhudilərə  lənət  etsin, 

Allah  Yəhudilərə  lənət  etsin,  Allah  Yəhudilərə  lənət  etsin.  İzzət  və  Cəlal 

sahibi olan Allah onlara ölü heyvanın yağını haram etdi. Lakin onlar buna 

baxmayaraq onu satdılar və gəlirini də yedilər. Allah bir qövmə bir şeyin 

yeyilməsini  haram  etdikdə  ondan  gələn  gəliri  də  haram  edir”.  Səhih  Əbu 

Davud  3488,  Beyhəqi  "Sünən"  6/13,  Daraqutni  3/7.  Ölü  heyvanın 

satılmsına gəldikdə isə istər öz əcəli ilə ölsün, istərsə də halal olmayan bir 

yolla kəsilmiş  olsun  ölü  heyvan (leş)  olaraq adlandırılan bütün cinslər bu 

bölümə daxildir. İbn Qeyyim – rahmətullahi aleyhi - deyir ki: Peyğəmbər 

–  sallallahu  aleyhi  və  səlləm  –  in  sözü:  Xeyr,  bu  haramdır  –  sözü  satış 

üçünmü, yoxsa yağ ilə etdikləri işlər üçün də söylənilmişdir? Şeyxim (İbn 

Teymiyyə)  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  "Bu  söz  satış  üçündür" 

demişdir.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  "Ölü 

heyvanın  yalnız  yeyilməsi  haramdır".  Buxari.  Onlar  deyirlər  ki:  Haram 

olan şey yalnız yeməkdə və geyimdə olduğu kimi pis olan bir şeyə zahiri 

və  batini  olaraq  toxunmaqdır.  Bu  şeylər  olmada  istifadə  etmək  nə  üçün 

haram olsun? Nəcasəti yandıraraq odun kimi istifadə etmək haram olmaz. 

İslam alimləri kənd təsərüfatında nəcis olan heyvan peynini gübrə olaraq 

istifadə edilməsini caiz görürlər. Onlardan istifadə etmək caiz olsa da belə 

satışları  haramdır.  Beləcə  bir  şeyin  satışının  haram  olmasına  baxaraq 

ondan istifadə etməyin haram olduğuna hökm verilməz.  

Lakin  Hənbəli  və  digər  fiqh  alimləri  qadağanın  bütün  işlər  üçün 

olduğunu da söyləmişlər. Yəni ölü heyvan yağına və onunla edilən bütün 




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə