Положение мяса животных



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə9/32
tarix22.10.2018
ölçüsü1,12 Mb.
#75444
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

 

17 


qoymayıb)»  deyə  buyurdu

20

.  Əbu  Hureyrə  -  radıyallahu  anhu  –  rəvayət 



edir ki,  Peyğəmbər –  sallallahu aleyhi  və  səlləm –  buyurdu: «Xamr  -  bu 

iki ağacdandır. Xurma və üzüm»

21

. Cabir  b. Abdullah  - radıyallahu  anhu 



– rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – quru üzümlə 

xurmanı  və  (köhnə)  xurma  ilə  təzə  xurmanı  qarışdıraraq  (şərab) 

düzəltməkdən  nəhy  etdi»

22

.  İbn  Abbas  -  radıyallahu  anhu  –  rəvayət  edir 



ki,  AbdulQeys

23

  heyəti  Rəsulullah  –  sallallahu  aleyhi  və  səlləm  –  in 



hüzuruna  gələrək  dedilər:  «Ya  Rəsulullah!  Bizlər  Rabia  qəbiləsindənik. 

Səninlə  bizim  aramızda  Mudar  kafirlərindən  ibarət  bir  qəbilə  maneə 

olmuşdur. Buna görə  də sənin  yanına yalnız Haram  aylarda

24

  gələ  bilirik. 



Buna görə də bizə qəti bir əmr ver ki, onu yerinə yetirək və həm də geridə 

qalanlara onu dəvət edək Cənnətə girək. Rəsulullah – sallallahu aleyhi və 



səlləm  –  onlara  dörd  şeyi  əmr  etdi  və  dörd  şeydən  də  çəkindirdi. 

Rəsulullah  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Bir  və  tək  olaraq 

Allaha  iman  etməyinizi  əmr  edirəm.  Bir  və  tək  olaraq  Allaha  iman 

etməyin  nə  olduğunu  bilirsinizmi?»  Onlar  Allah  və  Rəsulu  daha  gözəl 

bilir!».  O,  buyurdu:  «Allahdan  başqa  ibadətə  layiq  haqq  ilah  olmadığına, 

Muhəmmədin  onun  Rəsulu  olduğuna  şəhadət  etmək,  namaz  qılmaq,  zəkat 

vermək  və  qənimətin  1/5-ni  verməkdir.  Sizləri  Dubbadan,  Hantemdən, 

Nakirdən və Muzzafərdən çəkindirirəm»

25

.  


                                                

20

 Müslim 1984.  



21

 Müslim 1985. 

22

 Müslim 1986.  



23

  Bu  heyət  Hudeybiyyə  sülhündən  sonra  Məkkə  fəthindən  bir  az  əvvəl 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gəlmişlər. Heyətin böyüyü 

Munziru b. Aiz əl-Əsəri idi. Munzirin üzündə qılınc və ya bıçaq izi olduğu üçün 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – onu əl-Əşəcc diyə ləqəbləndirmişdir. 

Bundan sonra o, kimsə AbdulQays Əşecci ləqəbi ilə şöhrət tapmışdır. Heyəti sayı 

barəsində bir çox rəqəmlər vardır. 14, 40, 50 nəfərə qədər olduğu da söylənilir.  

24

  Haram  Aylar  –  «Həqiqətən  Allah  yanında  ayların  sayı  göyləri  və  yeri 



yaratdığı  gündən  bəri  Allahın  kitabında  on  ikidir.  Onlardan  dördü  (Rəcəb, 

Zülqədə, Zülhiccə və Məhərrəm) haram aylardır. Bu doğru dindir. Ona görə də 

həmən aylarda özünüzə zülm etməyin. Müşriklərin hamısı sizinlə vuruşduqları 

kimi siz də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir!». (ət-Tövbə 36). 

Bu aylarda döyüşlər etmək, hücum etmək, ozünə zülm etmək qadağan edilmişdir. 

Məhz buna görə də bu ayları haram aylar adlandırırlar.  

25

 Bu adları çəkilən dörd kəlimə o, qövmün içərisində şərab düzəltdikləri qabların 



adlarıdır.  Dubba  –  içi  ovulmuş  balqabaqdır,  Hantem  –  saxsıdan  düzəldilmiş 

qabdır, Nakir – içi ovulmuş ağac parçasıdır ki, içərisinə kiçik xurmalardan atır. 




 

18 


İstənilən Növ Pendirin Yeməkdə İstifadə Edilməsi 

Alimlər  heyvanların  mədəsindən  götürülərək  pendirə  qatılan  qursağın 



“İnfaxa”  yeyilməsində  fikir  ayrılığıdadırlar.  Bir  çox  alimlər  (çoxluq) 

qeyd  edirlər  ki:  Müsəlmanların  və  Kitab  Əhlinin  hazırladıqları  pendiri 

yemək  olar,  çünki  qeyrilərnin  (kafirlərin,  bütpərəstlərin  və  s.)  kəsdikləri 

heyvanların  ətləri  ölü  (leş)  sayıldığı  üçün  hazırladıqları  pendirləri  də 

yemək olmaz.  

İkinci qrup alimlər: Əbu Hənifə və Hənbəlilərdən bəziləri müşriklərin 

belə  hazırladıqları  pendirin  yeyilməsinə  icazə  vermişlər.  Onlar  qeyd 

edirlər ki: Ölü (leş) sayılan heyvanın qursağı və südü nəcis sayılmır

26

. Bu 


                                                                                                           

Sonra  içərisinə  su  tökərdilər.  Bir  müddətdən  sonra  onu  şərab  olaraq  alırdılar. 



Muqayyər – qır sürtülən qabdır. Buxari, Müslim. 

26

 Həmçinin: Ölü (leş) heyvanın Sümüyü, buynuuz, dırnağı, yunu, tükləri – canlı 



(ruhu)  olmayan  bütün  qisimləri  nəcis  sayılmaz.  Çünki  onlar  ölü  heyvan 

hökmündə  olmadığı  kimi,  heyvan  həyatda  ikən  də  canlı  (ruhu)  olan  bir  şey 

deyildir.  Bu  zaman  onların  satışına  da  icazə  vardır  (Aşlandıqdan  sonra  Dəri). 

İbnul Qasım, İmam Məlik – rahmətullahi aleyhi - rəvayət edir ki: "Sümüyün nə 

satılmasını, nə də alınmasını caiz bilmirəm. Filin dişləri (buynuzları) da eynilə. 

Ticarətinin edilməsi caiz deyildir. Fil dişindən düzəldilən daraqlar, yağ qabı kimi 

istifadə  etmək  olmaz.  Ölü  heyvanın  parçası  olan  sümükdən  düzəldilmiş  yağ 

qabına  necə  yağ  dökülür,  sümükdən  düzəldilmiş  daraqla  necə  saqqal  daranır? 

Digərləri isə İbn Vəhb – rahmətullahi aleyhi - və s. Suda qaynadıldıqdan sonra 

caiz  görmüşlər.  Dəri  aşılanması  kimi.  İbn  Qeyyim  "Zədul  Məad".  Doğrusunu 



Allah Bilir. Lakin əti, qanı,  dərisi – canlı olduğu  üçün nəcis sayılır. Bütün  elm 

əhli bu görüşdədirlər: İmam Məlik, Əbu Hənifə, İmam Əhməd, Əvzai, Davud, 

İbnul Munzir, Muzəni, Həsənul Bəsri, İbn Sirirn – Allah Onlardan Razı Olsun - 

və  s.  "Allah  evlərinizi  sizə  məskən  (yaşayıb  dincəlmə  yeri)  etdi,  heyvanların 



dərilərindən həm köç vaxtı, həm də bir yerdə qaldığınız zaman (daşınması) sizin 

üçün yüngül (asan) olan evlər-çadırlar düzəltdi, onların yunundan, tükündən 

və  qılından  müəyyən  vaxta  qədər  (ömrünüzün  sonuna  kimi  və  ya  onlar 

köhnələnədək) istifadə edəcəyiniz ev  əşyası (pal-paltar, xalça-palaz)  (satlıq) 

mal  verdi".  (ən-Nəhl  80).  İbn  Abbas  –  radıyallahu  anhu  -  rəvayət  edir  ki, 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – Meymunə – radıyallahu anhə - yə aid 

ölmüş  bir  qoyunun  yanından  keçirdi.  Dedilər:  "Dərisindən  faydalanın".  Orada 

olanlar:  "Necə  olur,  o  ölü  (leş)  bir  heyvan"  dedilər.  Peyğəmbər:  "Haram  olan 

ancaq onun ətidir" deyə buyurdu. İmam Əhməd "Musnəd". Bu hədis ətdən başqa 

digər  orqanların  təmiz  olduğunu  bildirməkdədir.  Yalnız  İmam  Şafii  – 



rahmətullahi aleyhi  - bu qisimlərin də nəcis olduğunu söyləmişdir. Dəlil olaraq 

əl-Adi "əl-Kamil" adlı əsərində İbn Ömər – radıyallahu anhu - dan mərfu olaraq 

əsər rəvayət edir ki: Dırnaqları, qanı və tükünü basdırın çünkü onlar ölüdür (leş)". 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə