Pos-intellekt pərakəNDƏ TİcarəT ÜÇÜn kompleks həLL



Yüklə 82,8 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü82,8 Kb.
#1801


POS-İNTELLEKT – PƏRAKƏNDƏ TİCARƏT 

ÜÇÜN KOMPLEKS HƏLL

   Alıcı davranışının idarə olunması

   Müştəri axınına nəzarət

   Əməliyyat effektivliyinin artırılması

   Oğurluq və dələduzluğun qarşısının alınması

   Əmlak, personal və alıcıların etibarlı müdafiəsi



3

2

POS-İNTELLEKT – PƏRAKƏNDƏ TİCARƏT ÜÇÜN KOMPLEKS HƏLL

3

2

1

QEYD EDƏK Kİ, VEB-HESABATLARDAN İSTƏR VAHİD MONİTORİNQ MƏRKƏZİNİN 

OPERATORLARI, İSTƏRSƏ DƏ TİCARƏT ŞƏBƏKƏSİNİN MENECERLƏRİ, TƏHLÜKƏSİZLİK 

XİDMƏTİ VƏ RƏHBƏRLİYİ DİSTANSİON GİRİŞLƏ ZƏRURİ STATİSTİK İNFORMASİYANI 

ALMAQ ÜÇÜN İSTİFADƏ EDƏ BİLƏRLƏR. 

«POS-İntellekt»in  daha  bir  üstünlüyü  artıq  ticarət  nöqtəsində  mövcud  olan,  istər  analoq,  istərsə  də  IP-

avadanlığına əsaslanan videomüşahidə sisteminə tətbiq edilə bilməsidir ki, bu da sifarişçi-şirkətin büdcəsinin 

məhdud  olduğu  halda  çox  vacibdir.



TƏHLÜKƏSİZLİK VƏ MARKETİNQ  

BİR FLAKONDA 

POS-İNTELLEKT MAĞAZANIN İŞİNİ OPTİMALLAŞDIRMAĞA, 

MƏNFƏƏTİ MAKSİMALLAŞDIRMAQ VƏ XƏRCLƏRİ AZALTMAĞA 

NECƏ KÖMƏK EDİR?



«POS-İntellekt»  —  ticarət  nöqtəsinin  təhlükə-

sizliyinin  təmin  edilməsi  texnologiyası  və  mar-

ketinq  informasiyasının  toplanması  üçün  xidmət 

edən intellektual video təhlil alətlərini birləşdirən 

kompleks  çevik  həldir. 

   «POS-İntellekt» müxtəlif hadisələrə avtomatlaşdırıl-

mış reaksiya texnologiyaları və intellektual video təhlil 

alətlərinin  tam  kompleksindən  istifadə  edir,  eləcə  də 

təhlükəsizlik sistemində işə salınmış serverlər və uzaq 

məsafədə yerləşən iş yerlərinin sayını məhdudlaşdırmır.  

Bütün bunlar ticarət nöqtəsi və ya pərakəndə satış şə-

bəkəsinə ideal adaptasiya olunmuş müdafiə kompleksi 

qurmağa imkan verir.

   «POS-İntellekt» riteyler şirkətlərinə strateji və qısa-

müddətli planlaşdırmada aktual marketinq informasi-

yasını tətbiq etməyə imkan verir; xərclərin azaldılma-

sını,  investisiyanın  geri  qayıtmasını,  eləcə  də  şirkətin 

resurslarının güclü idarəetmə sistemini və gəlir artımı-

nı təmin edir.

«POS-İntellekt» hansı vəzifələri həll edir?

- kassa əməliyyatlarına nəzarət;

- videoinformasiyanın istər onlayn rejim, istərsə 

də arxivdə axtarış rejimində effektiv təhlili ilə 

videomüşahidə; 

- növbənin idarə olunması;

- müştərilərin sayının hesablanması;

- daha çox müştəri toplayan mazağa 

zonalarının müəyyən edilməsi.

İlk iki texnologiya sırf təhlükəsizliyin təmin edilməsinə xidmət edir: kassaya yönəldilmiş kameranın video-

yazısını kassa terminalının məlumatları ilə sinxronlaşdırmağa imkan verir, həmçinin alıcılar və mağaza əməkdaş-

ları, tədarükçülər tərəfindən oğurluq və dələduzluq hallarının, eləcə də personalın səhvlərinin qarşısını almağa 

kömək edir.



Son üç texnologiya pərakəndə ticarət nöqtəsinin 

1)

 mal ehtiyatlarının effektiv menecmenti;



 2)

 personala 

düşən yükün düzgün bölüşdürülməsi sayəsində keyfiyyətli servis; 

3)

 mağaza məkanının və mal yerləşdirilməsinin 

optimallaşdırılması kimi marketinq vəzifələrinin həllini təmin edir. 

«POS-İntellekt»in  mühüm  üstünlüyü  —  pərakəndə  satış  şəbəkəsinə  daxil  olan  hər  bir  ticarət  nöqtəsinin 

hadisələrinin monitorinq və təhlilini mərkəzləşdirilmiş şəkildə aparılması mümkünlüyündən ibarətdir. İnternet 

şəbəkəsinə qoşulmuş istənilən kompüterdən adi veb-brauzer vasitəsilə aşağıdakıları həyata keçirməyə imkan 

verən  veb-hesabatlar  sistemi  buna  xidmət  edir:

   kassa terminalı hadisələri üzrə hesabatlara, bu hadisələrin videoyazıları və çeklərin mətnlərinə baxmaq; 

   ticarət nöqtəsinin müştərilərinin fəallığı haqqında «qaynar» və «soyuq» zonalar detektoru ilə qeydə alınmış 

informasiyanı almaq;

   müəyyən müddət ərzində ticarət nöqtəsi və ya mağazanın konkret şöbələrinə neçə nəfər müştərinin gəlməsi 

haqqında informasiya almaq;

   kassalarda növbələrin uzunluğu haqqında informasiya almaq;

   hesabatları çap etmək və elektron poçtla göndərmək.

   alıcı məmnunluğu səviyyəsinin əhəmiyyətli dərəcədə artması;

   keçirilmiş promo-aksiyaların effektivliyinə dair məlumatlara əsasən satışın stimullaşdırılması imkanlarının 

genişləndirilməsi;

   oğurluq və dələduzluq hallarının 

azaldılması;

   növbənin avtomatlaşdırılmış 

idarə olunması, «pik saatlarının» 

planlaşdırılması;

   mağaza məkanının 

optimallaşdırılması;

   malın maksimum effektiv 

yerləşdirilməsi.



VƏ BUNUN NƏTICƏSI 

OLARAQ: MAĞAZANIN 

IŞ GÖSTƏRICILƏRININ 

YAXŞILAŞDIRILMASI VƏ 

MƏNFƏƏTIN ƏHƏMIYYƏTLI 

DƏRƏCƏDƏ ARTIRILMASI.

«POS-İntellektə» əsaslanan təhlükəsizlik sisteminin tətbiqinin 

nəticələri: 



5

4

POS-İNTELLEKT – PƏRAKƏNDƏ TİCARƏT ÜÇÜN KOMPLEKS HƏLL

1

2

Müştərilərin sayının hesablanması detektorunun tətbiqi:

MÜŞTƏRİLƏRİN SAYININ HESABLANMASI 

DETEKTORU

MARKETİNQ AKSİYALARI VƏ PERSONALIN YÜKÜNÜN EFFEKTİV PLANLAŞDIRILMASI



   Ticarət nöqtənizin müştərilərinin sayının müntəzəm hesabını aparırsınızmı?

   «Pik saatları» — ticarət nöqtəsinə maksimal müştəri axını vaxtlarını 

bilirsinizmi?

   Ticarət nöqtəsinə gələn müştərilərin statistikasından personalın yükünün və 

satışın stimullaşdırılması aksiyalarının optimal planlaşdırılması üçün istifadə 

edirsinizmi?

«POS-İntellekt»  sisteminin  müştərilərin  sayının  videoinformasiya  əsasında  hesablanması  detektoru 

ticarət  nöqtəsinin  giriş  və  çıxışlarında  və  mağaza  daxilində  konkret  zonada  olan  insanların  sayını 

hesablayır.

   müştərilərin sayının hesabını aparmağa, mağazaya 

nə qədər insanın və hansı saatlarda gəldiyini 

toplamağa, daha sonra isə bu informasiyan təhlil 

etməyə;

   effektiv planlaşdırma və marketinq aksiyaları üçün 



həftənin müxtəlif günlərində müştəri sayı haqqında 

məlumatların müqayisəli təhlilini aparmağa;

   «pik saatlarından» asılı olaraq personalın yükünün 

savadlı planlaşdırılması sayəsində alıcılara xidməti 

yaxşılaşdırmağa;

   ticarət nöqtəsinə gələn müştəri sayı 

haqqında kompleks statistik hesabatlar əsasında 

şirkətin uzunmüddətli və qısamüddətli strateji 

planlaşdırılmasını həyata keçirməyə;

   bir ticarət şəbəkəsi çərçivəsində ticarət nöqtələrinin 

effektivliyini müqayisə etməyə;

   ticarət məntəqəsinin müştərilərinin mal alıcısına 

«konversiyası» göstəricisinin müəyyən edilməsi üçün 

müştəri sayı haqqında məlumatları kassa əməliyyatları 

haqqında məlumatlarla kompleksdə tətbiq etməyə 

imkan verir.



«Qaynar» və «soyuq» zonalar detektorunun tətbiqi:

«QAYNAR» VƏ «SOYUQ» ZONALAR DETEKTORU

ALICI DAVRANIŞININ BAŞA DÜŞÜLMƏSİ



   Ticarət nöqtəsinin hansı zonalarının daha çox sayda müştəri toplaması 

haqqında məlumatınız varmı?

   Müştərilərin mağazanın hansı zonalarında daha çox vaxt keçirdiyini 

bilirsinizmi? 

   Ticarət nöqtəsinin ən cəlbedici zonaları haqqında informasiyaya əsaslanaraq 

promo-aksiyalar və merçandayzinq planlaşdırırsınızmı?

Mağazanın  «qaynar/soyuq»  zonalar  detektoru  ticarət  məkanının  müəyyən  zonaları  —  stendlər, 

vitrinlər,  rəflər,  reklam  yerlərinin  və  s.  müştərilər  üçün  cəlbediciliyinin  müəyyən  edilməsi  üçün 

nəzərdə  tutulmuşdur. 

Kameralardan daxil olan videotəsvirlərdə detektor müştərinin dayandığı nöqtəni, eləcə də insanların bu 

nöqtələrdə dayanma müddətini müəyyən edir. Maraqlandıran nöqtədə dayanmaların ümumi müddətinin 

bütün müşahidə dövrünə nisbəti bu nöqtədə müştərilərin fəallığını əks etdirir.

   birbaşa reklamın — displeylərdəki reklam çarxları, bukletlər, reklam plakatları, tabloların və s. 

effektivliyini müştərilərin bu obyektlərin qarşısında keçirdiyi vaxtın ölçülməsi və reklama sərf olunmuş 

investisiyaların geri qayıtması göstəricisinin hesablanması yolu ilə qiymətləndirməyə (ROI);

   satışın stimullaşdırılması aksiyalarının məhsuldarlığını müəyyən etməyə: 



1)

 müəyyən mal üçün 

müəyyən müddət ərzində keçirilmiş aksiyaların müqayisəli təhlilini aparmağa; 

2)

 mağaza zonasının ən 

perspektivli event- və promo-aksiyalarını müəyyən etməyə; 

   ticarət nöqtəsinin ən çox insan toplaşan zonaları haqqında məlumatlar əsasında istər «butulka 

boğazı», istərsə də çox insan toplaşan zonaları ləğv etməklə, mağaza məkanını optimallaşdırmağa; 



7

6

POS-İNTELLEKT – PƏRAKƏNDƏ TİCARƏT ÜÇÜN KOMPLEKS HƏLL

1

2

3

   mal istehsalçıları üçün optimal qiymət təklifi işləyib hazırlamaq üçün malın yerləşdirilmə effektivliyini 

müəyyən etməyə;

   eyni malın mağazanın müxtəlif zonalarında yerləşdirilməsinin effektivliyinin müqayisəli təhlilini 

aparmağa; 

   mağaza məkanının təşkili, mal yerləşdirilməsi və satışın stimullaşdırılması aksiyaları sahəsində uğurlu 

təcrübədən pərakəndə satış şəbəkəsinin digər nöqtələrində istifadə etməyə; 

   ticarət personalının yükü və dislokasiyasını düzgün bölüşdürməyə; 

   mağazanın işinin ümumi effektivliyi və ticarət sahələrinin yüklülüyünü qiymətləndirməyə imkan verir.

Növbə uzunluğu detektoru:

    real  vaxt  rejimində  kassa  qovşaqlarının 

yüklənməsi haqqında informasiya almağa və 

bundan asılı olaraq: 



1)

 personalın iş qrafikini 

optimallaşdırmağa; 

2)

 zəruri olduqda binala-

rın  təkrar  planlaşdırılması  haqqında  qərarlar 

qəbul etməyə; 



3)

 zəruri sayda stasionar xid-

mət nöqtələrini (kassa terminallarını) hesab-

lamağa;


    kassa  zonasında  şəraitin  dəyişdirilməsinə 

operativ reaksiya və işə əlavə kassa terminal-

larının qoşulması sayəsində alıcı məmnunlu-

ğunu  artırmağa;

  müəyyən  zaman  kəsiyi,  mövsüm,  həftənin 

günləri  və  s.  ərzində  kassa  terminallarının 

yüklənməsi  haqqında  məlumatlar  əsasında 

insan  resurslarının  təkcə  situativ  deyil,  həm 

də uzunmüddətli idarəetməsini həyata keçir-

məyə  imkan  verir.



NÖVBƏ UZUNLUĞU DETEKTORU

ƏMƏLİYYAT EFFEKTİVLİYİNİN YÜKSƏLDİLMƏSİ



Növbə uzunluğu detektoru alıcılara xidmət məntəqələri —

kassa terminallarının yüklənməsinin qiymətləndirilməsi üçün 

nəzərdə tutulmuşdur. Detektor növbəyə yönəldilmiş kameradan 

daxil olan videoinformasiya əsasında işləyir.

   Ticarət nöqtənizdə kassa terminallarına növbələrin uzunluğunu 

izləyirsinizmi?

   Alıcı axınının öhdəsindən gəlmək üçün «pik saatlarında» əlavə kassa 

terminallarını vaxtında işə salırsınızmı?

   Növbələrin uzunluğuna dair məlumatlardan biznes proseslərinin  

effektivliyi və alıcı məmnunluğunun artırılması üçün istifadə edirsinizmi?

   Kassa terminallarındakı təhlükəli və ya şübhəli vəziyyətlər haqqında avtomatik 

xəbərdarlıq alırsınızmı?

   Alış anında oğurluq və dələduzluq hallarının qarşısını almağa imkan verən 

alətlər tətbiq edirsinizmi?

   Alıcılarla mübahisəli vəziyyətlərin effektiv həlli sisteminiz varmı?

«POS-İntellekt» sisteminin kassa əməliyyatlarına nəzarət texnologiyası kassa terminalından daxil 

olan informasiyanı kassaya yönəldilmiş videokameradan daxil olan videotəsvirlə sinxronlaşdırmağa 

imkan verir. 

Kassa aparatından daxil olan məlumatlar təhlükəli hadisələr, oğurluqlar, dələduzluqların və s. baş verməsi baxı-

mından təhlil olunur. Oğurluq təhlükəsindən xəbər verən vəziyyətlərin siyahısı istənilən ticarət nöqtəsi rəhbərinə 

məlumdur. Onlardan ən çox yayılanlarını qeyd edək:

   kredit və diskont kartları ilə fırıldaqlar; 

   qalıq adı altında nağd pulun oğurlanması; 

   çek və ya malın bir hissəsinin kassaya vurulmaması;

   kassa çekinin məzmununun kassirin xeyrinə dəyişdirilməsi;

   bahalı malın ştrix-kodunun daha ucuzlu malın ştrix-kodu ilə əvəz olunması;

KASSA ƏMƏLİYYATLARINA NƏZARƏT 

ZƏRƏRLƏRİN QARŞISININ ALINMASI VƏ XİDMƏT KEYFİYYƏTİNİN YÜKSƏLDİLMƏSİ



0%

40%

60%

100%


9

8

POS-İNTELLEKT – PƏRAKƏNDƏ TİCARƏT ÜÇÜN KOMPLEKS HƏLL

Real vaxt rejimində müşahidə zamanı və arxivdəki videoyazıya baxarkən operator monitorun ekranında 

kassada alıcı ilə hesablaşmanın videotəsviri və mətn şəklində informasiyanı — titrləri görür. Bu informasi-

yaya çekin və kassa terminalı hadisəsinin çekdə əks olunmayan mətni — məsələn, pul qutusunun açılması 

və ya malın kodunun əllə daxil edilməsi daxildir. Bu cür yanaşma kassada baş verən hadisələrin tam mən-

zərəsini tərtib etməyə imkan verir. 



Lakin  yadda  saxlamaq  lazımdır:  real  vaxt  rejimində  çoxsaatlıq  müşahidə  zamanı  operatorun  gözləri 

«dumanlanır» və o təhlükəli hadisəni görməyə bilər! «POS-İntellektin» mühüm üstünlüyü — çevikliyi, daha 

dəqiq desək, müəyyən hadisələrə reaksiya ssenarilərinin yaradılması yolu ilə sistemdəki bir sıra prosesləri 

avtomatlaşdırmaq imkanı bu problemi həll etməyə kömək edir. 

Bu cür reaksiya, məsələn, kassa qovşağında şübhəli hadisənin yarandığı təqdirdə operatorun monito-

runda təhlükə xəbərdarlığının çıxması ola bilər. Yeni dələduzluq sxemləri yarandıqda sistemə yeni potensial 

təhlükəli hadisələr daxil etmək və onlara reaksiyaları müəyyən etmək olar ki, bu da mağazanın təhlükəsizlik 

xidmətinin onlara vaxtında reaksiya verməsi və zərərlərin qarşısını almasına imkan verəcək.



Kassa əməliyyatlarına nəzarət texnologiyasının funksiyaları

TİTRLƏR  ÜZRƏ  AXTARIŞ.

  «POS-İntellekt»  vide-

oarxivdə  yazıları  titrlər  üzrə  axtarmağa  imkan  verir. 

Axtarış çekdə əks olunan istənilən mətn informasiya-

sı üzrə həyata keçirilir. Bu malın adı, «endirim» sözü, 

kassirin nömrəsi, çekin məbləği və s. ola bilər.



YAVAŞIDILMIŞ  VƏ  KADR-KADR  BAXIŞ. 

Video-


arxivdə yazının təhlili zamanı baxış sürətini tənzim-

ləmək, həmçinin bu və ya digər malın kassaya vurul-

masına  dair  ayrı-ayrı  kadrlara  baxmaq  mümkündür 

ki, bu da mühüm detalları qaçırmamağa imkan verir. 



SORĞULAR ÜZRƏ AXTARIŞ VƏ HESABATLARIN 

ÇIXARILMASI.

  Çeklər  üzrə  zəruri  informasiyanı 

axtarmaq  üçün  hazır  sorğulardan  istifadə  etmək, 

eləcə  də  şəxsi  sorğularını  yaratmaq  mümkündür. 

Nəticə  ekrana  tapılmış  çeklərin  siyahısı  şəklində 

çıxır. Daha sonra seçilmiş çekə müvafiq olan titrli videoya baxmaq, çekin mətnini və seçilmiş çek sətrinə 

müvafiq stop-kadrı çap etmək və ya faylda yadda saxlamaq olar. Sistemdə mövcud olan hazır sorğular 

dəstinə  daxildir:

«POS-İntellekt» dələduzluqların qarşısını almağa necə kömək edir?

SƏTİRLƏRİN  RƏNGLƏ  QEYD  OLUNMASI.

  Operatorun  diqqətini  müəyyən  hadisələrə  cəlb  etmək  üçün 

xüsusi pəncərəyə mətn daxil edilə bilər ki, bu mətnin titrlərdə peyda olduğu halda sətir seçilmiş rəngə bo-

yanacaq. Bu mətn, məsələn, hər hansı bir malın adı və ya «ləğv edildi» sözü ola bilər. Bu funksiya real vaxt 

rejimində videomüşahidənin effektivliyini artırmağa imkan verir.



Kassa əməliyyatlarına nəzarət texnologiyası:

 

  malların siyahısı üzrə axtarış;



  malın geri qaytarılması üzrə axtarış;

  çekin yekunu üzrə;

  çekdəki malların sayı üzrə;

  endirimin həcmi üzrə;

  göstərilmiş diapazonda çekin ümumi məbləği  

üzrə sorğu;

  bütün mallar üzrə hesabat;

  ləğv edilmiş malların axtarışı;

  kassirin nömrəsi, soyadı, bütün kassalar üzrə  

eyni zamanda axtarış;

   «Endirim» əməliyyatının sanksiyalaşdırılmamış istifadəsi;

   müştəri ilə əlbir olma və bunun nəticələrindən biri — malın əlbir şəxs tərəfindən qeyri-qanuni çıxarılması;

   alıcı ilə hesablaşmadan sonra çekin ləğv edilməsi (əqdin ləğvi) və pulların mənimsənilməsi;

   geri qaytarılan malın kassa üzrə geri qaytarılma əməliyyatı aparılmadan qəbul edilməsi və mənimsənilməsi;

   kredit kartı ilə ödənişi təsdiq edən saxta çeklərin istifadəsi;

   malın qaytarılmasının saxtalaşdırılması.

  çekin nömrəsi, malın adı, kodu üzrə axtarış; 

  çekdə eyni zamanda bir neçə malın olması üzrə;

  çekdə daxil edilmiş mallardan birinin olması üzrə;

  malın qiyməti üzrə;

  malın çəkisi üzrə;

  malın dəfələrlə kassaya vurulması üzrə;

  endirim həcmi üzrə sorğu;

  malın artikulu üzrə axtarış;

  dövr ərzində bütün çeklərin siyahısı;

  satışın ləğvi üzrə;

  kredit, diskont kartları üzrə bütün çeklər;

  çekin ləğv edilməsi (mənfi məbləğlə); 

  çek ləğvetmələrinin siyahısı (çeklərin  

nömrələrini verir); 

  kassaya iki dəfə vurulmuş mallar;

  on ən çox satılan mal;

  dövr ərzində satış;

  ləğv edilmiş pozisiyalı çeklər;

  satılan malların satış məbləği üzrə reytinqi;

  satılan malların satış sayı üzrə reytinqi;

  bütün təxirə salınmış çeklərin siyahısı.

   təhlükəsizlik sisteminin potensial təhlükəli 

vəziyyətlərə reaksiya ssenarisini yaratmaqla, itkiləri 

minimallaşdırmaq;

   real vaxt rejimində təhlükəli vəziyyətlərə vaxtında 

reaksiya verməklə, oğurluq və dələduzluqların 

qarşısını almaq və bununla da zərərləri azaltmaq;

   personalı effektiv idarə etmək, kassirlərin işinə 

nəzarəti yaxşılaşdırmaq;

   alıcılara xidmət keyfiyyətini yüksəltmək;

   alıcılarla yaranan mübahisəli vəziyyətləri effektiv 

həll etmək.




10

POS-İNTELLEKT – PƏRAKƏNDƏ TİCARƏT ÜÇÜN KOMPLEKS HƏLL

2

1

«POS-İntellekt» istər analoq, istərsə də IP-kamera və IP-videoserverləri — müxtəlif istehsalçıların 1500-

dən  artıq  modelini  dəstəkləyir  (inteqrasiya  olunmuş  avadanlığın  siyahısı  daima  artır).  Bu  zaman  «POS- 

İntellekt» ONVIF sahə standartlarını, eləcə də MJPEG, MPEG-4 və H.264 videokompressiya alqoritmlərini 

dəstəkləyir. Bu: 

1)

 yüksək həllə malik bahalı IP-kameralardan yalnız həqiqətən də zəruri olduğu yerlərdə, 

məsələn, kassa əməliyyatlarına nəzarət etmək üçün istifadə etməklə, videomüşahidə sisteminə ayrılan və-

saiti səmərəli şəkildə sərf etməyə; 



2)

 «POS-İntellekti» ticarət nöqtəsində artıq quraşdırılmış videokamera-

larla inteqrasiya etməklə, təhlükəsizlik sisteminə xərcləri azaltmağa imkan verir. 

«AĞILLI» VİDEOMÜŞAHİDƏ

TİCARƏT NÖQTƏSİNİN SUTKADA 24 SAAT MÜDAFİƏ VƏ TƏHLÜKƏSİZLİYİ



   Videomüşahidə sisteminin imkanlarından oğurluq, xuliqanlıq və arzuolunmaz 

insidentlərin qarşısının alınması üçün istifadə edirsinizmi?

   Mağazanın qeyri-iş saatlarında xidməti binalar və ticarət zalında baş 

verənlərə nəzarət edirsinizmi?

   Təhlükəsizlik sisteminizdə insan faktorunun təsirini minimallaşdıran alətlər 

mövcuddurmu?

«POS-İntellekt» qeyri-məhdud sayda videokameralar, videoserverlər, operator və administra-

torların iş yerlərini əhatə edən videomüşahidə sistemi yaratmağa imkan verir. Avadanlıq videoser-

verlərə istər lokal şəbəkə, istərsə də İnternet vasitəsilə qoşulur. Distansion müşahidə və idarəetmə 

imkanı ticarət şəbəkəsinin bütün mağazalarından informasiyanın daxil olacağı vahid monitorinq 

sistemi yaratmağa imkan verir.

İntellektual videotəhlil alətləri ilə videomüşahidə sistemi:

  Oğurluqlarla, qeyri-qanuni davranışla mübarizə üçün vaxtında qabaqlayıcı tədbirlər görmək, eləcə də 

personalın işinə effektiv nəzarət etmək məqsədi ilə vitrinlər, rəflər və ticarət nöqtəsinin digər zonaların-

da hər hansı bir səbəb olmadan və ya şübhə doğuracaq dərəcədə çox dayanan müştəri və əməkdaşları 

müəyyən etməyə;

  Ticarət nöqtəsinin sahələrində, eləcə də onun yaxınlığında qeyri-tipik aktivliyi qeydə almağa və  

qeyri-qanuni daxilolma, oğurluq və xuliqanlıq hallarının qarşısını vaxtında almağa; 

  Nəqliyyat vasitələrinin malların yüklənmə/boşaldılma zonasında həddindən artıq dayanması hallarını 

qeydə almağa;

  Sahibsiz və tərk edilmiş əşyaları aşkar edərək, bununla da terakt təhlükəsinin qarşısını almağa;

  Kameraların cinayətkarların potensial qeyri-qanuni hərəkətlərindən xəbər verən sıradan çıxması  

hallarını qeydə almağa imkan verir.



VİDEOANALİTİKA

TƏHLÜKƏLƏRƏ OPERATİV REAKSİYA VƏ HADİSƏLƏRİN EFFEKTİV POSTANALİZİ



Videomüşahidə  sisteminin  işinin  avtomatlaşdırılması  və  «insan  amilinin»  rolunun  azaldılması 

üçün «POS-İntellekt»də zəngin videoanalitika funksionalı gerçəkləşdirilmişdir. 10-dan artıq intellek-

tual detektorun köməyi ilə istənilən çətinlikdə reaksiya ssenarisi yaratmaq olar ki, bu da gələcəkdə 

ticarət nöqtəsində müxtəlif təhlükəli vəziyyətləri qeydə almağa imkan verəcək. Servis detektorları 

isə operatoru videokameradan daxil olan təsvirin dəyişməsi haqqında xəbərdarlıq edir və hadisələ-

rin keyfiyyətli qeydiyyatına mane olan müxtəlif maneələri qeydə alır. Həmçinin «POS-İntellekt» ən 

müxtəlif istehsalçıların IP-kameralarının quraşdırılmış videoanalitikasını dəstəkləyir.

Bundan  başqa,  «POS-İntellekt»  fərdi  kompüterdə,  eləcə  də  Android  və  iOS  əməliyyat  sistemlərini 

dəstəkləyən müxtəlif qurğulardakı veb-brauzer vasitəsilə distansion videomüşahidə və videoarxivə baxışı 

həyata keçirməyə, eləcə də fırlanan kameraları idarə etməyə imkan verir. «İntellektual axtarış» texnologi-

yası kadrda obyektlərin müəyyən davranış parametrlərinə müvafiq olan videoyazıları praktik olaraq dərhal 

tapmağa kömək edir ki, bu da arxivlə işin effektivliyini daha yüksək keyfiyyət səviyyəsinə qaldırır.



İNTEQRASİYA

TİCARƏT NÖQTƏSİNİN XƏRCLƏRİNİN OPTİMALLAŞDIRILMASI VƏ TƏHLÜKƏSİZLİK 

SİSTEMİ KOMPLEKTASİYASININ GENİŞ İMKANLARI

«POS-İntellekt» təhlükəsizlik sisteminə videomüşahidə və kassa əməliyyatlarına nəzarət sistemləri ilə 

yanaşı girişə nəzarət sistemi, eləcə də mühafizə və yanğın siqnalizasiyası sistemlərini daxil etməyə imkan 

verir. Şirkətinizin istifadə etdiyi sistemlərin aşağıda verilmiş siyahıda olmadığı halda, AxxonSoft sizin 

sorğunuz əsasında onun inteqrasiyasını həyata keçirə bilər.

  Aloha Technologies

  NCR Real POS

  Retalix

  Borlas Retail

  Dresser Wayne AB

  FIT

  IBS


  IPS

  POSitouch

  SystemGroup

  Tendo


  TillyPad

  Scheidt&Bachmann

  UCS

  VIMAS Technologies



  Wincor Nixdorf

  «Ares-Kompani»

  «Atol»

  «İKS-Market»

  «KKS»

  «Pilot»



  «Servis Plyus»

  «Softbalans»

  «Ştrix-М»

  «Elektron pul»

  Versiya-Т

«POS-İNTELLEKT» SİSTEMİ İLƏ İNTEQRASİYA OLUNMUŞ AVTOMATLAŞDIRILMIŞ TİCARƏT 

SİSTEMLƏRİ İSTEHSALÇILARI

Banknot sayğacı

Ethernet 

Kassa


Çek printeri

Kassa


COM port 

(Y-splitter)

İşçi stansiyası

«POS-İntellekt» Server



«POS-İNTELLEKT» HƏLL SXEMİ


AxxonSoft

Bolgariya. Sofiya şəhəri. Hristo Botev küçəsi 3.



www.axxonsoft.com

«POS-İNTELLEKT» SİSTEMİNİN TEXNİKİ 

XARAKTERİSTİKALARI

Videokameralar

  IP-kameraların dəstəklənməsi: 1500-

dən artıq qurğunun dərin inteqrasiyası.

  ONVIF-in dəstəklənməsi.

  Analoq kameralarının: aparat və ya 

proqram kompressiyası ilə videogiriş 

platasının dəstəklənməsi.

  Analoq və şəbəkə fırlanan kamerala-

rının dəstəklənməsi (PTZ)

  Kodeklərin dəstəklənməsi: MJPEG, 

MPEG-4, H.264, Motion Wavelet 

  Hibridlik: müxtəlif tip kameraların 

eyni sistemdə və hətta eyni serverdə 

birləşdirilməsi.

Videoarxivin həcmi Məhdudlaşdırılmayıb

Yazı sürəti

25 k/s-dək – analoq və 30 k/s-dək –  

IP kameralar

Əks etdirmə sürəti

25 k/s-dək – analoq və 30 k/s-dək – 

IP kameralar

Arxivləşdirmə 

(rezerv surət)

NAS, SAN, DAS, lokal və şəbəkə diskinə, 

CD-RW, DVD-RW-mexaniki və (və ya) 

avtomatik

Məlumatların 

ötürülməsi 

protokolu

TCP/IP, UDP, RS232

Distansion giriş 

növləri


LAN, Dialup, ISDN, Internet

Məlumat 


bazalarının 

dəstəklənməsi

MS SQL 2008R2, MS SQL 2012

Əlavə funksiyalar

  İnformasiyanın çap olunması

  Fraqmentlərin avi-yə, kadrların jpg-ə eksportu

  Mikrofonların qoşulması

  Ticarət zalı, anbar, dayanacağa videomüşahidə

  Mühafizə və yanğın siqnalizasiyası

  VEB hesabatlar sistemi: ticarət şəbəkəsinin bütün mağazalarından statistikanın mərkəzləşdirilmiş 

şəkildə alınması

  İş vaxtının uçotu

  İstilik kartları, axına nəzarət

  Dayanma vaxtı, müştərilərin sayının hesablanması

  Növbənin idarə olunması

  V-dial — təhlükəli hadisələr zamanı müxtəlif telefon nömrələrinə avtomatik zəng və müvafiq 

məlumatların səsləndirilməsi

  E-mail Sender — təhlükəli kadr və videofraqmentlərin əlavə olunduğu elektron məktubların 

göndərilməsi

Videoyazı rejimləri

  Fasiləsiz yazı

  Çekin başlanması/sonu üzrə yazı

  Kadrlar üzrə yazı

  İnterval ərzində yazı

  Hərəkət detektoru üzrə yazı

  Videoyazıdan öncə və sonra  

10 saniyədək yazı

Sorğu redaktoru

  Əvvəlcədən müəyyən edilmiş hazır 

hərəkətlər dəsti

  SQL-sorğuların seçilməsi, qadağan 

olunması, dəyişdirilməsi, şəxsi SQL-

sorğuların yaradılması

Proqramlaşdırma 

elementləri

Əlavə avtomatlaşdırılmış hərəkətlərin 

hadisə-reaksiya prinsipi üzrə 

proqramlaşdırılmasının mümkünlüyü

Kassa terminalı  

ilə əlaqə

  Kassa terminalının «POS-İntellekt» 

serverinin ardıcıl portuna qoşulması

  «POS-İntellekt» serverinin ticarət 

sisteminin lokal şəbəkəsi və ya şəbəkə 

vasitəsilə kassir yerinin FK-na qoşulması

Sorğular 

  Titrlər üzrə sürətli axtarış

  VƏ, VƏ YA dəyişəni ilə geniş 

dərin axtarış (istənilən mürəkkəblik 

dərəcəsinə malik sorğular)

  Əvvəlcədən müəyyən edilmiş 

hadisələr üzrə axtarış



Yüklə 82,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə