Potensial təSİRİ “Pİsa 2006” -nin vacib məqamlari



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə21/21
tarix01.07.2018
ölçüsü1,64 Mb.
#52592
1   ...   13   14   15   16   17   18   19   20   21

ki, universitet səviyyəsində biz çox vaxt fənn üzrə bilik‐

lərin inkişafına tədris və öyrənmə metodları əvəzində

daha çox üstünlük veririk. Nədənsə düşünürük ki,

yetkinlik yaşına çatmış şəxslərə, hətta universitetdə ox‐

uyanlara dərs keçən zaman biz fənni necə tədris edəcəy‐

imizə diqqət yetirmirik, ancaq nəyi tədris etdiyimizə

əhəmiyyət veririk. Bu, həm ABŞ, həm də Azərbaycan

üçün səciyyəvi xüsusiyyətdir. Ancaq mənim 2007‐2008‐ci

illər ərzində Azərbaycanda dövlət və özəl universi ‐

tetlərdə mühazirəçi kimi işləməyim, tədris prosesinin nə

dərəcədə mühüm olduğunu bir daha xatırlatdı. 

Bakıda mənim çox gözəl tələbələrim var idi. Yad‐

daşlarında çoxlu əzbərlənmiş məlumatın olmasına bax‐

mayaraq, onların bu faktların yeni fikirlərin,

təsəvvürlərinm yaradılması üçün sistematik şəkildə isti‐

fadəsi haqqında təsəvvürləri az idi. Məsələn, bəziləri

Con Steynbekin bütün əsərlərinin adlarını və nəşr olun‐

duğunu tarixləri bilir, lakin onun kitablarının birini də

oxumayıblar, nə də ki, sərbəst şəkildə onun əsərlərini

təhlil edərək esse yazmamışlar. Bir çoxları bütün

ölkələrin paytaxtını bilirlər və hətta tarix kitablarının

bütün fəsillərini sözbəsöz əzbərləmişlər, lakin onların,

millətlərin formallaşdırılmasına təsir edən tarixi proses‐

lər barədə təsəvvürləri çox az idi. Çoxları ingilis dilinin

qrammatik “qaydalarını” bilir, ancaq bir çoxu bu dildə

çətinliklə danışa və yaza bilir. Mən, işlədiyim dövlət uni‐

versitetində dərs deyəndə dördüncü kurs tələbələrinə

Amerika ədəbiyyatının bəzi nümunələri üçün qısa ədəbi

təhlil, esse yazmağı tapşırdım. Aydın idi ki, onların heç

biri heç vaxt bu cür təhlil yazmamışdılar. Yetmiş

nəfərdən yalnız beşi bunun öhdəsindən gəlməyi bacardı.

Sözün qısası, mənim azərbaycanlı tələbələrimin çoxu

biliyi yaradan deyil, biliyi əldə edən sayılırdılar. Bəs

onlar bunu harada öyrənirlər? Bizdən, öz  müəllim‐

lərindən.

2008‐ci ilin yanvar və fevral aylarında mən, dil və

ədəbiyyat müəllimləri üçün tədris metodları üzrə bir

həftəlik təkmilləşdirmə seminarı təşkil etdim. Biz, bir

həftə üçün bəlkə də çox görünən böyük sayda mövzu‐

lara toxunduq: güclü tədris proqramının (syllabus) tərtib

olunması (Azərbaycanda bu nadir hallarda müəllimin

məsuliyyəti idi, lakin bu dəyişəcək), internet

texnologiyaları və internet müzakirə forumlarının isti‐

fadəsi, tələbələrdə tənqidi düşüncə və səlist yazı

bacarığının inkişafı və qiymətləndirmədə ənənəvi “imta‐

han” formatından başqa yeni strategiyaların geniş isti‐

fadəsi. Məni seminarda heyran edən, bir çox

müəllimlərin öz tələbələrinə oxşamaq istəyi oldu: otur‐

maqları, dinləməkləri, məlumatın qəbul olunması və

otaqdan çıxmaları. Bir neçə nəfər nisbətən fəal, lakin

narazı idi. Çünki onlar mənim tərəfimdən onlara aid hər

bir sahə üzrə hazır, yeni əla dərs proqramlarını verəcəy‐

imi güman edirdilər. Azlıq təşkil edən digər qrup daha

fəal idi, onlar materialla işləyib və dərhal dərsdə necə tət‐



Alison Mandaville fəlsəfə dok‐

toru, Pacific Lutheran Universitetinin

müəllimi, 2007‐2008‐ci il Fulbrayt

təqaüdçüsü kimi Amerika ədəbiyyatı,

etnik araşdırmalar aparmış, tənqidi

nəzəriyyə üzrə bir neçə Azərbayan

universitetlərində dərs keçmişdir. O,

ədəbiyyat, qadın məsələləri, təhsil kimi

mövzularda təqdimatlar etmiş və

məqalələr nəşr etdirmişdir. Uşaqlıqda

türk dilini, hal‐hazırda isə azərbaycan

dilini öyrənir; Bakıdakı əməkdaşları ilə

birlikdə Azərbaycan şeir nümunələrini

və qısa hekayələrin ABŞ‐da nəşri üçün

tərcümə etmişdir. Elmi fəaliyyətindən

əlavə, Alison həmçinin şairədir və

ABŞ‐da on ikidən çox jurnalda onun

şerləri nəşr olunmuşdur. 

Rüblük Jurnal

37



biq edəcəklərini müzakirə edirdilər. Mənim azərbaycanlı

tələbələrim kimi, bu müəllimlər də seminar materialları

üzrə bir‐birinin şərhlərini dinləmək həvəsində deyildilər.

Bir müəllim seminarın materialı üzrə danışanda, onlar

adətən öz şərhlərini yalnız mənə ünvanlayırdılar. Digər

müəllimlər isə öz həmkarlarının danışığına etina et‐

məyərək öz aralarında söhbət edirdilər – mənim

tələbələrimdən heç də fərqlənmirdilər! Aydın idi ki, bu

müəllimlərin əksəriyyəti təkmilləşdirmə seminarlarına

mənim onlara verdiyim “birbaşa təlimat” modeli kimi

baxırdılar. Әksinə, mən iştirakçıları strukturlaşdırılmış

şəkildə, lakin əməkdaşlıq edərək müzakirələr aparmaq

və birlikdə öyrəndiklərini sınayan mühitiə cəlb etməyə

çalışırdım. Müəllimlərin əksəriyyəti özlərinə bilik, tədris

metodu yaradıcısı kimi baxmırlar 

3

.  



Müəllimlər özlərini nəinki mənim tələbələrim kimi

aparırdılar, onlar həmçinin yazmaq istəməməklərilə də

tələbələrimə oxşayırdılar. Mən müəllimlərə seminar za‐

manı qeyd aparmaq, müəyyən məsələlər üzrə fikirlər

irəli sürmək və ya fikir mübadiləsi aparmağı xahiş

edəndə (mən onlara fikirlərini rahat ifadə edəcəkləri

dildə yazmaq imkanı verdim), sanki onlara ağır bir fiziki

iş tapşırırdım. Həqiqətən də, yalnız bir neçə nəfər bütün

həftə ərzində qeydlər aparırdı. Bu, savadlı müəllimlər

qrupu idi; onların əksəriyyəti öz mövzuları ilə açıq şək‐

ildə maraqlanır və bu mövzular haqqında bilikləri çox

idi. 


Peşəkar danışıqlarda həm söhbət, həm də yazı va‐

sitəsilə iştirak etmək, pedaqoji heyətin inkişafının əsası

olan əməkdaşlıq üçün çox mühümdür. Bir‐birilə danış‐

madan və bir‐birini dinləmədən Azərbaycan müəllimləri

özlərinin  ən zəngin ehtiyatı olan həmkarlarından tədris

bacarıqlarının gücləndirilməsində istifadə edə bilmirlər.

Azərbaycan müəllimləri yazıdan həm tədqiqat, fikirlərin

istifadəsi, həmçinin üzbəüz ünsiyyətdən də irəli gedərək

ideyaların bölüşməsi üçün bir alət olaraq istifadə et‐

mədən, tələbələrə dünyanın daimi dəyişən şəraitinə və

tələblərinə uyğunlaşmağa yardım etmək üçün öz tədris‐

lərini inkişaf etdirə bilmirlər. Təklikdə dərs demək təcrid

olunmuş vəziyyətdə tədqiqat aparmaq kimidir; bu halda

heç bir yenilik ola bilməz.

Çətinliklərə baxmayaraq, Azərbaycanda pedaqoji

heyətin təkmilləşdirilməsi olduqca mümkündür. Mənim

işlədiyim özəl universitetdəki tələbələrimin timsalında,

az bir zamanda, tələbələr buna vərdişli olmasalar belə,

sinif otağında dinamik öyrənmə modelinin inkişafında

nailiyyətlər əldə etməyin mümkünlüyünü görmək olar.

Tədris ilinin əvvəlində mən tələbələrimə yuxarıda qeyd

etdiyim qısa bir ədəbi esse tapşırığı verdim. İşlədiyim

dövlət universitetində olduğu kimi, özəl universitetdə

də təyin olunmuş tarixdə çox az sayda esse aldım. Hər

iki universitetin tələbələri bir‐birinə çox oxşayırdı. Bəs nə

etməli? Mən, dərhal yazılı tapşırığın strukturunu dəy‐

işdim. Tələbələrin universitet şəhərciyində kompüter

laboratoriyasından istifadə etmək imkanının və onların

çoxunun elektron ünvanının olduğunu bilərək, mən on‐

layn “google qrup” yaratdım və hər həftə dərsdən qabaq

verilmiş oxu materialına qısa, analitik cavab yazmağı

tapşırdım. Həmçinin, bir‐birilərinin yazdıqlarını oxumaq

və qısa cavab yazmaq tapşırığı verdim. Tələbələrə hər

həftənin yazılarının qiymətləndiriləcəyini və yekun

qiymətin böyük hissəsinin məhz bu işin nəticələri təşkil

edəcəyini demişdim. Təəcüb doğuran odur ki, əvvəllər

buna oxşar bir şey etmədiklərinə baxmayaraq, birinci se‐

mestrin sonuna qədər tələbələrin 90%‐i bu tapşırıqda

iştirak edirdi və bu işin öhdəsinən yaxşı səviyyədə

gəlmişdi. Universitetin digər müəllimləri də bu strate‐

giya ilə maraqlanmağa başladılar və növbəti semestrdə

daha iki müəllim bu metodu sınaqdan keçirdi. Bu meto‐

dun necə uğulu olması təkmilləşdirmə problemlərinin

cavablandırılması barədə bizə nə deyə bilər?    

İlk öncə, bu strategiya ona görə uğurlu alındı ki, o,

tələbələrin yaxşı bacardığı ünsiyyət qurmaq bacarıqları

üzərində qurulmuşdu. Onlar bir‐biriləri ilə söhbət et‐

məyi xoşlayırlar. Sadəcə tələbələr bundan oxu

tapşırıqlarının təhlili və müzakirəsi üçün istifadə etməyə

öyrəncəli deyildilər. “Google qrupu”onlara yazı va‐

sitəsilə öz bacarıqlarını artırmağa və bir‐birilərinin

sözünü kəsmədən danışmaq və dinləmək imkanı üçün

daha strukturlu imkan yaratdı. İkincisi, mən mətnin

sinifdə oxunub təhlil edilməsi modelini tətbiq etməyə

çalışdım. Həmçinin, öz ideyalarımı səsləndirərək, on‐

ların fikirlərini dinləyirdim. Mən bunu dərs zamanı qru‐

plar şəklində edirdim. Nəticədə, həm mənim onlardan,

həm də onların məndən öyrənə biləcəkləri şəraiti

yaradaraq tələbələrlə münasibətlərin qurulmasına,

qarşılıqlı hörmətin artmasına və əlverişli dinamik

öyrənmə mühitinin yaranmasına nail oldum.

İşlədiyim dövlət universitetində işi tam həyata keçir‐

mək üçün bir çox tələbəni internetlə təmin etməyə nail

olmadığıma görə, özəl universitetdə dövlət universetilə

müqayisədə layihə daha uğurlu alındı. Bunun səbəbləri

müxtəlif idi. Birincisi, işlədiyim özəl universitetdə sinifdə

30 nəfər var idisə, dövlət universitetində tələbələrin sayı

70 idi. İkincisi, ola bilsin sosial‐iqtisadi səbəblərə görə,

demək olar ki, özəl universitetdə bütün tələbələrim üçün

kompüter istər universitetdə, istərsə də evdə əlçatan idi.

Әn önəmlisi, özəl universitetdə mənim qiymətləndirmək

səlahiyyətim daha çox idi. Dərs dediyim fakültənin

dəstəyilə tədris proqramının (curricular) seçimində və

qiymətləndirmədə son söz mənə məxsus idi. Kafedraya

bu məsələlərlə müraciət edən tələbələrə mənə müraciət

etmələri bildirilirdi. Buna görə də tələbələr bilirdilər ki,

qiymət almaq üçün onlar məndən keçməlidirlər və

qiymət almağın yeganə yolu tapşırığı yerinə yetir‐

məkdir. Düzü, bir neçə tələbə mənim qiymətləndirməm

nəticəsində kursdan natamam alaraq, sonradan yay ses‐

siyasında iştirak etməli və ya növbəti ilə qalmalı oldular.

www.aaa.org.az



AZӘRBAYCANDA PEDAQOJİ HEYӘTİN TӘKMİLLӘŞDİRİLMӘSİ: ÇӘTİNLİKLӘR VӘ İMKANLAR

38



Bu təcrübə tədrisin inkişafı üçün çox güclü dərs ola bilər.

O mənada ki, müəllim üçün institusional dəstək ol‐

malıdır, əks halda tələbələr təhsil strategiyasında baş

verən dəyişikliklərə ehtiramla yanaşmayacaqlar.

Tələbələr bilsələr ki, onlar qiymət və ya tapşırığa yenidən

nəzərdən keçirilməsi üçün müraciət edə bilərlər və ya

hansısa yolla onu dəyişdirə bilərlər, görməli olduqları

işin əhəmiyyəti kəskin sürətdə azalacaq. Tələbələr müəl‐

limləri üçün gördükləri işin əhəmiyyətinin böyük ol‐

masına ehtiramla yanaşmalı və inanmalıdırlar. 

Bu, həmçinin müəllimlərə də aiddir. Bəzi Azərbaycan

müəllimləri keçirdiyim seminarda iştiraka görə “serti‐

fikat” almaq üçün mənə müraciət edəndə təəccüblən‐

mişdim. Baxmayaraq ki, biz ABŞ‐da bəzən iştirak üçün

sertifikat veririk, bu universitet səviyyəsində pedaqoji

heyətin təkmilləşdirilməsi proqramları üçün ümumi

qayda deyil. Lakin ABŞ‐da bütün tədris səviyyələrində

müəllimlər ixtisasartırma proqramında iştirakları üçün

kredit əldə edir və bununla peşəkar həyatlarında vəzifə

və əmək haqqıı artımı imkanı əldə edirlər. Təhsil müəs‐

sisələrində çalışan pedaqoji heyətdən öz karyerası boyu

tədris inkişafı proqramlarında iştirakı gözlənilir.

İşlədiyim özəl universitetdə tələbələrin cavab yazmaları

ilə əlaqəli keçirdiyim layihəmin uğurlu olmağının əsas

səbəbi institutun dəstəyi olduğu kimi, eyni zamanda

pedaqoji heyətin inkişafı proqramı olmuşdur. Dövlət

universitetinin müdiriyyəti seminarda kimin iştirak

edib‐etmədiyini izləyirdi və mən əminəm ki, buna görə

daha fəal iştirak təmin olunurdu. Gələn dəfə mən serti‐

fikat da təklif edəcəyəm.   

Halbuki, sertifikatsız da belə, həftənin sonuna yaxın

düzgün qaydada iştirak edən müəllimlər hələ də qru‐

plarda işləməyi arzulayırdılar və birlikdə seminarda əldə

etdikləri məlumat və təcrübəni istifadə etməklə öz yeni

dərs ideyalarını planlaşdırmağa başlamışdılar. Məsələn,

İngilis dilinin praktikası fənnini tədris edən bir müəllim

cari hadisələrin öyrənilməsi üçün yeni hekayələrdən isti‐

fadə edən, tələbələrin sosial‐siyasi lüğətini genişləndirən

və müzakirə qabiliyyətlərini inkişaf etdirən tədris kursu

planlaşdırmışdı. Digər bir müəllim, tələbələrin təcrübə‐

siz olması problemini həll etmək üçün onlara müasir in‐

gilis dilli mətnlər vasitəsilə dilin öyrənilməsi metodunun

(o cümlədən güzgü qarşısında ucadan ingilis dilli jurnal‐

ların oxunması və ingilis dilli televiziya verilişlərinin di‐

aloqlarından istifadə) tədrisini nəzərdə tuturdu. Həmin

müəllimlər özlərini şəxsi effektiv kurrikulumun və tədris

strategiyalarının yaradıcıları kimi görməyə başladılar.

Mən tədris metodunda illik elmi konfrans ərzində daha

fəal və dinamik müəllimlər hazırlanacağını təsəvvür edə

bilirəm. 

Azəbaycanda universitet müəllimlərinin ixtisas‐

artırma proqramı, mövcud olan və hazırda istifadə olu‐

nanlar əsasında qurulmalıdır. Mən bir çox sahələrdə

böyük işlər görən müəllimlərlə rastlaşmışam‐

Rüblük Jurnal

39



tələbələrdə, mühitdə və materiallarda baş verən dəyişik‐

liklərə əsaslanaraq hər gün dərslərdə yeniliklər edən;

tələbələrin nə vaxt maraqlandığını bilən; nə vaxt cavab

vermək istədiyini bilən; təhlil etməyi və öz ixtisasları

üzrə bilikləri tətbiq etməyə hazır olan tələbələr yetişdirən

müəllimlər. Azərbaycanda müəllimlər öz tədrislərinə

fikir verməyə başlamalıdırlar və müəllimlərin öz tədris

metodlarını bilməsi və məsuliyyət daşımaları üçün ən

yaxşı yol bu tədris metodunu başqalarına izah etmək və

əməkdaşlarına göstərməkdir. Әməkdaşlıq olmadan, heç

kəs bölüşmədən qarşılıqlı dəstək olmayacaq və hətta

yaxşı tədris də zaman‐zaman yox olacaq. Әməkdaşlıq ol‐

madan davamlı məsuliyyət də olmayacaq və pis tədris

davam edəcək. 

Mənim birinci həftə “əsl” müəllim kimi iştirak et‐

diyim elmi konfrans yadınızdadır? Tədris digər müəl‐

limlər tərəfindən aparılırdı və seminarda həm gənc, həm

yaşlı müəllimlər iştirak edirdi; bu, yaxşı tədqiqat kon‐

fransına bənzəyirdi və heç kəsi sizin titulunuz maraq‐

landırmırdı və hər kəs yalnız öz adı və peşəkarlığı ilə

seçilirdi. Bu, hamımıza “professor” və “mühazirəçi” və

ya “ekspert” və “həvəskar”lara bölünməyən peşəkar tə‐

dris cəmiyyəti olduğumuzu hiss etdirdi. Burada

keçirdiyim seminarın iki günündən sonra bir sıra yaşlı

müəllimlər seminara gəlməyi dayandırdılar, ola bilsin

onlar fikirləşiblər ki, onlardan cavan olan (məndən) bir

kəsdən çox şey öyrənə bilməyəcəklər, ola bilsin onların

qrupda olan digər cavan seminar yoldaşları ilə işləməyə

hövsələləri çatmırdı. Onlar anlaya bilmədilər ki, mən on‐

lardan bizim birgə işimizdə məlumatın qəbul edicisi

deyil, yaradıcısı olmağı gözləyirdim. 

Әgər müəllimlər öz seçdikləri sahədə tədris etmək

üçün özlərini ekspert‐yardımçı kimi görsələr, həmçinin,

universitetlər tərəfindən dəstək alsalar və nəhayət,

əməkdaşlıq şəraitində bir‐birilərinin ən uğurlu

təcrübələrini istifadə edə bilsələr, onda Azərbaycanda

pedaqoji heyətin təkmilləşdirilməsi prosesi uğurlu ola‐

caq. Azərbaycanda tədris prosesində pedaqoji heyətin

təkmilləşdirilməsi işinin qarşısında bir çox çətinliklər

mövcuddur. Lakin mənim müşahidələrim əsasında

deyə bilərəm ki, davamlı əməkdaşlıq, universitetlər və

AAA kimi bir sıra təşkilatlar tərəfindən güclü institu‐

sional dəstək vasitəsilə onları həll etmək olar. Azərbay‐

can müəllimləri və tələbələri sözsüz ki, buna hazırdır.

www.aaa.org.az

40

AZӘRBAYCANDA PEDAQOJİ HEYӘTİN TӘKMİLLӘŞDİRİLMӘSİ: ÇӘTİNLİKLӘR VӘ İMKANLAR

1

Bu məqalə “Tədris keyfiyyətinin yaxşılaşdırılması: ehtiyac və maneələr” mövzusunda



məruzəyə əsaslanır (Beynəlxalq konfrans, Bakı, Azərbaycan, 10 aprel 2008).

2

Mən bütün fənləri (riyaziyyat, fizika, dil və s.)  hər gün bir sinifə tədris edirdim. Bu



təcrübə ABŞ‐da 6 və 7‐ci sinifə (12 yaş) qədər tətbiq olunan təcrübədir.

3

Azərbaycanda olan müasir təhsil şəraitinə əlavə, müəllimlərin biliyin/məlumatın



hazırlanmasından uzaq olmasının tarixi səbəbləri var. Məsələn, tədqiqatın təhsil müəs‐

sisələrindən ayrılması və SSRİ dövründə tənqidi işinin bir sıra sahələrinin sıxışdırılması.





Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə