Potensial təSİRİ “Pİsa 2006” -nin vacib məqamlari



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə3/21
tarix01.07.2018
ölçüsü1,64 Mb.
#52592
1   2   3   4   5   6   7   8   9   ...   21

ildir: şəhər ərazisində qadın respondentlərin 89%‐i

(kişilərin 93%‐i) və kənd ərazilərində qadınların 83%‐i

(kişilərin 89%‐i) əsas təhsili və yaxud daha yuxarı təh‐

sili bitirmişdir 

11

.   


Yuxarıdakı təhlil bizə hamını əhatə edən 11 illik

icbari təhsilin Azərbaycanda tam təmin olunmadığını

iddia etməyə imkan verir və qadınlar, xüsusilə yoxsul

ailələrdə və kənd yerlərində yaşayan qadınlar, bun‐

dan ən çox zərər çəkən təbəqədir. Digər bir deyimlə

Azərbaycandakı qadınlar “ikiqat zərərçəkən” sta‐

tusundadırlar 

12

. Qeyri‐bərabərliyi göstərən rəqəmlər



həmçinin qızların təhsilinə olan münasibətlərə

baxdıqda da təsdiqini tapır. Kişilərin təqribən 2/3‐i

qeyd edib ki, əgər ailələri maliyyə çətinliyi ilə üzləşsə

və onlar seçim qarşısında qalsalar, qızlarını yox,

oğlanlarını məktəbə göndərməyə üstünlük verəcəklər.

Yanlız dörddə biri qızlara üstünlük verəcəyini qeyd

edib 

13

.  Təhsildən yayınma məsələsi “2008‐2015‐ci



illər üzrə Yoxsulluğun Azaldılması və Davamlı

İnkişaf üzrə Dövlət Proqramı”nda  (YADİDP) da öz

əksini tapmışdır. Proqramda maliyyə problemlərinin

tam orta təhsil almaq üçün uşaqların imkanlarına

mənfi təsir göstərdiyi vurğulanaraq təhsildən

yayınma hallarının kənd yerlərində daha çox olduğu

qeyd edilmişdir. Bu fakt daha çox uşaqların kənd

təssərrüfatına və erkən nikahlara cəlb olunması ilə

bağlıdır. Uşaq nikahları son vaxtlarda daha çox

nəzərəçarpan haldır. Təxminən hər səkkiz qızdan biri

18 yaşından erkən ailə qurur 

14

.



QADINLARIN TӘHSİL ALMASI 

NӘ QӘDӘR VACİBDİR?

Faktiki baş verən halların yeni təhsil qanununun

qüvvəyə minməsi ilə qanuniləşməsinin qızların

təhsili nə mənfi təsir edəcəyi təxmin edilə bilər. Bu

səbəbdən, qəbul edilmiş qanunun ciddi əsaslara malik

olub‐olmadığını, yoxsa onbirillik təhsil saxlansa və

icbariliyi təmin edilsəydi, ölkəyə daha faydalı olub‐ol‐

mayacağını dəyərləndirmək vacibdir.

Mən burada reqressiv təhlil aparmıram, AzDSS‐in

məlumatları əsasında qadın və ana respondentlərin

təhsil səviyyəsi əsasında 13 seçilmiş göstəricilərin

nəticələrini müqayisə edirəm. Qeyd etmək lazımdır

ki, bu göstəricilər maddi rifah səviyyəsi və yaşayış

ərazisinin növü də daxil olmaqla bir çox bir‐biri ilə

bağlı olan faktorların nəticələridir və müstəsna olaraq

təhsilin nəticəsi kimi göstərilə bilməz.  



İCTİMAİ SAĞLAMLIQ

Təhsilin sağlamlığa təsiri tam qəbul olunmuşdur.

Lakin bu təsirin necə baş verdiyi istiqamətində müxtəlif

nəzəriyyələr mövcuddur: daha çox təhsil yaxşı işə

malik olmaq və daha çox maliyyə vəsaitləri əldə etmək

imkanı verir; təhsil biliyi və qərar vermə qabiliyyətini

inkişaf etdirir ki, bu da sağlamlığa müsbət təsir edir;

təhsil digər davranışlara təsir edir ki, əvəzində sağlam‐

lıq ilə bağlı yaxşı nəticələrin

15 


əldə olunmasına şərait

yaradır. İbtidai pillədən sonar təhsilin davam et‐

dirilməsi evlilik yaşı, kontraseptivlərdən istifadə,

hamilə qadınların antenatal qayğı alma və təhlükəsiz

doğuş həyata  keçirmə və uşaq xəstələnən zaman

həkimə müraciət  etmə ehtimalını artırır ki, bütün bun‐

lar uşaq və ana ölümlərini azaldır

16

.  “Cədvəl 1”də təh‐



silin içtimai sağlamlığa təsirinin müxtəlif aspektləri

AzDSS‐in məlumatlarından istifadə olunaraq təsvir

edilmişdir. 

5 yaşından aşağı uşaqlar arasında çəki azlığı

(mülayim


və kəskin səviyyədə) ‐ Tam orta təhsil almış anaların

uşaqları az çəkili olma ehtimalı əsas və ya bundan daha

az təhsil almış anaların uşaqlarına nisbətən 1.4 dəfə

azdır. Orta ixtisas təhsilindən (əsasən texnikumlardan)

məzun olan analar üçün fərq daha böyükdür: 3.6 dəfə.   

5 yaşından aşağı  uşaqlar arasında yaşa görə qısaboyluluq

(mülayim və kəskin səviyyədə) ‐ uşaqlar arasında

xroniki pis qidalanmanın göstəricisidir. Dəlillər göstərir

ki, qısaboylu uşaqlar məktəbə daha gec başlayır, mək‐

www.aaa.org.az

İCBARİ TӘHSİL MÜDDӘTİNDӘ EDİLMİŞ DӘYİŞİKLİYİN QADINLARIN VӘZİYYӘTİNӘ POTENSİAL TӘSİRİ

6

CӘDVӘL 1. QADINLARIN TӘHSİLİ VӘ İCTİMAİ SAĞLAMLIQ



Göstərici  

Təhsil

Uşaqlar arasında

çəki azlığı

Uşaqlar arasında

qısaboyluluq

Peyvəndləmə

Antenatal qayğı

QİÇŞ haqqında

ətraflı biliklər

Vərəm haqqında

biliklər

15‐19 yaşlı qadın‐

lar arasında

hamiləlik

Әsas və ya

daha aşağı

təhsil

14.2


43.5

56.5


63.8

0.9


68.1

6.4


Tam orta 

təhsil

10.3


42.7

60.2


75.7

2.6


77.8

3.0


İxtisaslaşmış

(peşə) orta təhsil 

3.9


21.7

75.7


89.5

6.1


82.9

0.0


Ali təhsil

2.4


16.9

93.5


21.1

91.3


0.0

Mənbə: AzDSS


təbdə sinifdən‐sinifə daha çətin keçirlər və ümu‐

miyyətlə daha aşağı təhsil nailiyyətlərinə malik olurlar.

79 ölkədən toplanılan dəlillərin araşdırılması nəticəsinə

belə bir qənaətə gəlinib ki, “qısaboyluluqda hər bir 10

%‐lik artım, ibtidai təhsilin son sinfinə çatan uşaqların

nisbətini 7.9 % aşağı salır”

17

. Azərbaycanda, 5 yaşdan



aşağı hər dördüncü uşağın boyu öz yaşına görə qısadır.

9 və 11‐ci sinfi başa çatdıran anaların uşaqları arasında

alçaqboyluluğun səviyyəsi demək olar ki, eynidir.

Ancaq, orta ixtisas məktəblərindən və ya ali təhsildən

məzun olma bu göstərici baxımından böyük fərq

yaradır.    



18‐19 aylıq uşaqların qızılca xəstəliyi əleyhinə peyvənd

olunması

uşaqlar arasında ölüm hallarının azaldılması

istiqamətindəki inkişafı ölçmək üçün əsas göstəri‐

cilərdən biridir. Tam orta təhsil almış anaların

uşaqlarının 60%‐i, əsas təhsil almış anaların uşaqlarının

57%‐i qızılcaya qarşı peyvənd olunmuşlar. Әgər biz

qəbul olunmuş bütün əsas peyvəndlərlə əhatəni

nəzərdən keçirsək, bu fərqin daha da artdığını görərik

(62% ‐ə qarşı 55%).  

15‐49 yaşlı qadınlara antenatal (doğuşdan əvvəl) qayğı

bu göstərici digərlərindən daha çox maliyyə vəziyyəti,



xidmətlərin əlyetərliliyi, həmçinin məlumatlı və bilikli

olmaqdan da asılıdır. Tam orta təhsil alan qadınların

3/4‐dən çoxu və ibtidai təhsil alan qadınların 2/3‐ndən

daha az qismi hamiləlik dövründə bu tip qayğıdan

yararlanıb.

15‐24 yaş qrupuna məxsus gənclər arasında QİÇŞ

haqqında ətraflı biliklər

18

‐  QİÇŞ haqqında bilikər ölkədə



hələ də məhduddur. Belə ki, 15‐24 yaş qrupu arasındakı

qadın və kişilərin yalnız 5%‐i bu epidemiya haqqında

məlumatlıdır. Әsas təhsil alan, yəni 9‐cu sinifi bitirmiş

qadınlar arasında bu göstərici 1% və tam orta təhsil

alanlar arasında isə bu rəqəm 2.6%‐dir. 

Vərəm haqqında məlumatlılıq

‐ Yeni vərəm hallarının

Rüblük Jurnal

7

CӘDVӘL 2. QADIN TӘHSİLİ VӘ QADININ SӘLAHİYYӘTLӘNMӘSİ / AİLӘDӘ ZORAKILIQ



Göstərici  

Təhsil

Məşğulluq

Kütləvi informasiya

vasitələrindən məh‐

dud istifadə

Qərar qəbul etmədə

iştirak etməmə

Həyat yoldaşının

döyülməsinə olan

münasibət

Әrin nəzarəti

Fiziki zorakılıq

Әsas və ya daha

aşağı  təhsil

10.2


14.5

29.4


58.0

41.5


18.4

Tam orta təhsil

14.3


7.4

19.3


53.5

32.3


12.8

İxtisaslaşmış

(peşə) orta təhsil 

34.8


2.7

11.1


42.8

30.4


11.2

Ali təhsil

39.9


0.5

7.9


22.5

26.7


8.9

Mənbə: AzDSS


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə