Potensial təSİRİ “Pİsa 2006” -nin vacib məqamlari



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə6/21
tarix01.07.2018
ölçüsü1,64 Mb.
#52592
1   2   3   4   5   6   7   8   9   ...   21

www.aaa.org.az

“PİSA 2006”‐NIN VACİB MӘQAMLARI: AZӘRBAYCANLI ŞAGİRDLӘRİN İLK BEYNӘLXALQ PROQRAMDA NÜMAYİŞ ETDİRDİKLӘRİ BACARIQ

10

“PİSA 2006”‐NIN VACİB MӘQAMLARI:



AZӘRBAYCANLI ŞAGİRDLӘRİN İLK BEYNӘLXALQ

PROQRAMDA NÜMAYİŞ ETDİRDİKLӘRİ BACARIQ


Cavabdehlikdə və şagird nailiyyətlərinin daim yük‐

səldilməsində maraqlı olan təhsil sistemləri məktəbdaxili,

milli və beynəlxalq səviyyədə qiymətləndirmənin müxtəlif

növlərindən istifadə edirlər.  Milli qiymətləndirmə Təhsil

Nazirliyinə şagirdlərin məktəb sistemində müxtəlif yaş

qrup larında və sinif səviyyələrində ayrı‐ayrı fənlər üzrə

həmyaşıdları ilə  müqayisədə necə oxuduqlarını müəyyən

etməyə imkan verir. Bu qiymətləndirmə maraqlı tərəfləri,

yəni valideynləri, müəllimləri və təhsil strategiyasını hazır‐

layan mütəxəssisləri təhsil sisteminin keyfiyyəti ilə bağlı

məlumatla təmin edir. Bu cür məlumatlar şagirdlərin öz

ölkələrinin iqtisadiyyatına səmərəli şəkildə töhfə vermələrini

və cəmiyyətin fəal vətəndaşına çevrilmələrini təmin etmək

məqsədilə lazım olan zəruri bilik və bacarığa malik ol‐

malarını yoxlamaq baxımından həyati əhəmiyyət kəsb edir. 

2005‐ci ilədək Azərbaycanda şagirdlərin nümayiş et‐

dirdikləri bacarıq sistemli şəkildə dəyərləndirilməyib. Azər‐

baycanda milli qiymətləndirmə ilk dəfə 2006‐cı ildə həyata

keçirilmiş və ümumtəhsil məktəblərinin 4 və 9‐cu sinif şa‐

girdlərindən seçilmiş qrup  arasında imtahan aparılmışdır.

Şagirdlərin bilik və bacarığı iki fənn üzrə müəyyən

edilmişdir: dil və riyaziyyat. Testlər üzrə nümayiş etdirilən

bacarıqlara görə əldə edilən məlumatlardan əlavə, bu

araşdırma, həmçinin, şagird və müəllimlərin doldurduqları

müxtəlif sorğu vərəqələri vasitəsilə bir çox mühüm

məlumatların toplanmasına imkan yaratmışdır.



AZӘRBAYCAN NӘ ÜÇÜN BEYNӘLXALQ

QİYMӘTLӘNDİRMӘLӘRDӘ İŞTRAK EDİR VӘ

BEYNӘLXALQ QİYMӘTLӘNDİRMӘLӘRLӘ NӘLӘR

MÜӘYYӘN EDİLİR?

Milli qiymətləndirmələrdən fərqli olaraq, beynəlxalq

səviyyədə qiymətləndirmə bizə öz şagirdlərimizin göstəri‐

cilərini digər ölkələrin şagirdlərinin nümayiş etdirdikləri

bacarıqlarla müqayisə etməyə unikal imkan yaradır. Bu,

həm də bizə şagirdlərimizin beynəlxalq səviyyədə necə qa‐

biliyyət nümayiş etdirdiklərini görməyə, digər ölkələrin təh‐

sil sistemində istifadə olunan müxtəlif yanaşmaları

öyrənməyə və bizim məktəblər üçün müvafiq sayıla biləcək

yeni təcrübə və siyasəti müəyyənləşdirməyə yardım edir.

Bizim gənc ölkəmiz şagird nailiyyətləri üzrə formalardan və

beynəlxalq konteksdə təlimi müəyyən edən həlledici amil‐

lərin təhlilindən çox şey öyrənə bilər. 

Ölkələr arasında şagirdlərin qabiliyyətini yoxlayan və

müqayisə edən bir çox beynəlxalq qiymətləndirmələr

mövcuddur. Bunlar Şagird Nailiyyətlərinin

Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram (PİSA),

Beynəlxalq Oxu Bacarığında İnkişaf üzrə Araşdırmalar

(PİRLS), Riyaziyyat və Təbiət Elmlərində Beynəlxalq Meyllər

(TİMSS)‐dir. İqtisadi Әməkdaşlıq və İnkişaf Təşkilatının

(İӘİT) layihəsi olan PİSA hər üç ildən bir həyata keçirilir və

üç bacarıq sahəsi üzrə qiymətləndirmələr (Oxu, Riyaziyyat

və Təbiət Elmləri) aparır. 4‐cü sinif şagirdləri arasında Təhsil

Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq



Turqut Mustafayev Dünya

Bankının Azərbaycan ofisində

Təhsil məsləhətçisi vəzifəsində

çalışır. O, Azərbaycan Dillər Uni‐

versitetinin linqvistika üzrə

bakalavr dərəcəsinə və Pensel‐

vaniya Universitetinin Təhsil

siyasəti üzrə magistr dərəcəsinə

malikdir. Turgut 2003‐cü ildə ABŞ

Dölət Departamentinin Edmund S.

Muski Təhsil Proqramının işti‐

rakçısı olmuşdur. O, həmçinin,

2002‐ci ildə Demokratiya Təhsil

mübadiləsi Proqramı nəznində

Amerika Forumu qrantının qalibi

olmuş və 2005‐ci ildə Açıq

Cəmiyyət İnstitutunun Təhsilə

dəstək Proqramının və Kolumbiya

Universitetinin təqaüdçüsü olmuş‐

dur.

Rüblük Jurnal

11



Assosia siya (TNQBA) tərəfindən aparılan PİRLS oxu

bacarıqlarını qiymətləndirmək üçün ən əhatəli və ən dəqiq

müqayisəli araşdırmadır. TİMSS də TNQBA tərəfindən

təşkil olunur, 4 və 9‐cu sinif şagirdlərinin riyaziyyat və təbiət

elmləri üzrə bacarıqlarını müəyyənləşdirir. Azərbaycan artıq

2006‐cı ildən PİSA‐da iştirak edib.  Ölkəmiz 2009‐cu ildə

PİSA‐da, 2011‐ci ildə PİRLS‐də və TİMSS‐də iştirak edəcək.

“PİSA 2006”‐NIN TANIŞLIQ MӘLUMATI

Azərbaycan 2006‐cı ildə PİSA‐da iştirak etmiş 57 ölkədən

biridir.  Bu ölkələrdən 30‐u İӘİT‐nin üzvüdür.

Qiymətləndirmədə iştirak edən dövlətlərin iqtisadiyyatı

dünya iqtisadiyyatının demək olar ki, 90%‐ni təşkil edir. 57

ölkədə orta məktəbə gedən 20 milyondan artıq 15 yaşlı şa‐

girddən 400,000‐i nümunə kimi seçilmişdir. Bu şagirdlər iki

saatlıq testdə iştirak etdikdən sonra sorğuları cavablandmış ‐

dır. Bu dəfə “PİSA 2006”‐nın əsas hədəfi təbiət elmləri

olmuş dur.  Məlumat üçün bildirm ki, “PİSA 2000” və “PİSA

2003” müvafiq olaraq oxu və riyaziyyatı hədəf seçmişdi. 

TӘBİӘT ELMLӘRİNDӘ ŞAGİRDLӘRİN NÜMAYİŞ

ETDİRDİKLӘRİ QABİLİYYӘT SӘVİYYӘSİ 

“PİSA 2006” şagirdlərin təbiət elmləri ilə bağlı tapşırıqları

yerinə yetirmək bacarığını müxtəlif istiqamətlər üzrə

müəyyənləşdirmişdir. Bu istiqamətlərə real situasiyalar və

elmlə bağlı daha geniş, qlobal məsələlər daxil edilmişdir. Üç

əhatəli elmi kompetensiya aparılan araşdırma tərəfindən

qiymətləndirilmişdir. Bunlar elmi məsələlərin müəyyən‐

ləşdirilməsi, elmi cəhətdən əsaslandırılması, nəticə çıxarmaq

üçün elmi dəlillərdən istifadə olunmasıdır.  Həm nümayiş

etdirilən qabiliyyətin xallarını, həm də  sualların çətinliyini

göstərmək üçün altı bacarıq səviyyəsi müəyyən edilmişdir.

Altıncı səviyyə ən yüksək çətinlik səviyyəsi idi ki, burada şa‐

girdlər müxtəlif mürəkkəb situasiyalarda elmi biliklərdən

ardıcıl olaraq istifadə edir, onları açıqlayır, qabaqcıl elmi

təhlilləri izah etmək etmək üçün dəlillər gətirirdilər. İӘİT

ölkələrini təmsil edən şagirdlərin cəmi 1.3%‐i 6‐cı səviyyənin

suallarına cavab verə bilmişdir. Ümumilikdə doqquz

ölkənin 2%‐dən çox şagirdi ən yüksək səviyyədə cavab ver‐

məyi bacarmışdır. 

Təəssüf ki, Azərbaycandan heç bir şagird bu qabiliyyətin

ən yüksək səviyyəsinə çata bilməmişdir. Onların əksəriyyəti

(95%) 2‐ci səviyyəyə müvafiq və ya ondan aşağı xal

yığmışdır. Testdə iştirak edənlərin yarıdan çoxu 1‐ci

səviyyəyə uyğun, təxminən beşdə biri 1‐ci səviyyədən aşağı

xal toplamışdır.  Onların 22.4%‐i isə 2‐ci səviyyədə xal

yığmışdır. Qeyd edək ki, bu səviyyədə, şagirdlər elmi,

texnoloji situasiyalarda aktiv iştirakı təmin edəcək elmi

bacarıqları nümayış etdirməyi öyrənirlər. 

Hər bir iştirakçı ölkə bütün şagirdlərin bacarığını nü‐

mayiş etdirən orta xala malikdir. Araşdırma əsasında

ölkələrin böyüklüyü‐kiçikliyi və şagirdlərin qabiliyyətinin

orta həddi arasında heç bir əlaqə tapılmamışdır. Finlandiya

563 xalla ən yüksək göstəriciyə sahib oldu ki, bu, İӘİT

ölkələrinin orta balından 63 xal çoxdur. Finlandiyanı orta xalı

530  xaldan artıq olan 6 ölkə izləyirdi: Kanada, Yaponiya,

Yeni Zellandiya, Honq Konq‐Çin, Çin‐Taypey və Estoniya.

Azərbaycan 55‐ci sırada yer aldı, yanlız 382 xal topladı ki, bu

göstərici yalnız Qətər (349) və Qırğızıstanın göstəricisindən

(322) yüksək idi. 

Bəzi ölkələrin təbiət elmlərilə bağlı bilik üzrə göstəriciləri

elmi biliklərlə bağlı göstəricilərdən kifayət qədər yüksək

oldu. Birincilərə  elmi araşdırmaların səbəbləri və təbiəti ilə

bağlı biliklər daxildir. İkincilər isə daha çox təbii dünya ilə

bağlıdır.  Bunlara da müxtəlif təbiət elmlərində rast gəlmək

olur.  Bir çox Şərqi Avropa ölkələrində olduğu kimi, Azər‐

baycanda da şagirdlər yüksək elmi bilik nümayiş etdirdilər

ki, bu da tədris proqramında xüsusi elmi biliklərin

ötürülməsi təcrübəsinin daha güclü olması ilə əlaqədardır.

Bizim şagirdlər elmi biliklərlə bağlı olan suallar üzrə 20 xal

çox topladılar.



ŞAGİRDLӘRİN TӘBİӘT ELMLӘRİNӘ  MÜNASİBӘTİ 

“PİSA 2006”, həmçinin, şagirdlərin elmi araşdırmalara

verdiyi dəstək üzrə məlumatları, elmə olan maraqları, elm

www.aaa.org.az



“PİSA 2006”‐NIN VACİB MӘQAMLARI: AZӘRBAYCANLI ŞAGİRDLӘRİN İLK BEYNӘLXALQ PROQRAMDA NÜMAYİŞ ETDİRDİKLӘRİ BACARIQ

12



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə