Potensial təSİRİ “Pİsa 2006” -nin vacib məqamlari


NӘTİCӘLӘRIN TӘHLİLİ VӘ MÜZAKİRӘSİ



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə8/21
tarix01.07.2018
ölçüsü1,64 Mb.
#52592
1   ...   4   5   6   7   8   9   10   11   ...   21

NӘTİCӘLӘRIN TӘHLİLİ VӘ MÜZAKİRӘSİ  

“PİSA 2006”‐nın nəticələri göstərmişdir ki, Azər‐

baycan, eyni iqtisadi inkişaf göstəricilərinə malik olan

digər ölkələrlə müqayisədə riyaziyyat testləri üzrə ki‐

fayət qədər yaxşı nəticə əldə etmişdir (57 ölkə arasında

35‐ci yer). Buna baxmayaraq, Azərbaycan oxu və

təbiət elmləri üzrə göstərdiyi nəticələrə görə, digər

ölkələrdən açıq‐aydın şəkildə geri qalmışdır. Faktiki

olaraq, Azərbaycan yeganə ölkədir ki, riyaziyyat və

oxu xalları arasında bu qədər yüksək fərq mövcuddur

(123 xal). Azərbaycanı qeydə alınan ən yüksək fərqlər

sırasında Çin və Rusiya (sadəcə 20 xal) izləməkdədir.



Diaqram 1: Azərbaycanda PİSA xalları üzrə

Riyaziyyata qarşı Oxu fərqi  “PİSA 2006”da ən yük‐

sək fərq kimi qeydə alınıb.

Mənbə: Dünya Bankı, PİSA 2006 məlumatlarından

istifadə edən müəlliflər

Bu qədər fərqin ortaya çıxmasının bir çox səbəbi

ola bilər. Birinicisi, testlərin çətinlik səviyyəsində açıq‐

aydın fərqlərin olması ilə bağlıdır. Universitetə qəbul

imtahanları şagirdlərdən daha çox yaddaş və faktların

xatırlanmasını tələb etdiyi halda, PİSA‐nın oxuya aid

sualları yüksək təfəkkür qabiliyyəti və daha çətin

mətnlər üzərində işləməyi tələb edir. İkincisi, testlərin

məqsədi kifayət qədər fərqlidir. Həm universitetlərə

qəbul imtahanları, həm də milli qiymətləndimə şa‐

girdlərin məktəbdəki təlim proqramını nə dərəcədə

mükəmməl qavradığını yoxlayır. Ancaq PİSA şa‐

girdlərin ümumi bacarığını yoxlamaq üçün tərtib olu ‐

nub və ədəbiyyata yenilikçi yanaşmaya kömək

etməklə yanaşı, ölkənin coğrafi məkanından daha

geniş ərazini əhatə edir. Hazırda, Dünya Bankı Azər‐

baycandakı bu nadir halın əsas səbəbləri üzrə key‐

fiyyət əsasında araşdırmanı  həyata keçirir

(Riyaziyyatda yüksək nəticə göstərildiyi halda, oxuda

pis nəticənin qeydə alınması).  



“PİSA 2006”‐NIN NӘTİCӘLӘRİ AZӘRBAYCANIN

TӘHSİL SİYASӘTİ HAQQINDA NӘ DEYİR?

Azərbaycan, 2006‐cı ildə oxu və təbiət elmləri üzrə

şagirdlərinin böyük bir hissəsinin aşağı nəticə

göstərdiyi iştirakçı ölkələr arasında olmuşdur. Bu cür

aşağı nəticələr, təlim standartlarının inkişaf et‐

dirilməsini, məsələn, tədris planının (kurrikulumun)

əhəmiyyətli səviyyədə təkmilləşdirilməsini tələb edir.

Hazırda, Azərbaycandakı tədris planı daha çox faktiki

biliyin xatırlanması və mexaniki əzbərləməni ifadə

edən yaddaş qabiliyyətinin inkişaf etdirilməsini hədəf

seçmişdir. Bu ciddi problemi həll etmək üçün

hökumət, Milli Kurrikulum adı ilə də tanınan Ümumi

Təhsil Konsepsiyasını 2006‐cı ildə təsdiqləyib ki, bu

Konspesiya müəllim və şagirdlər üçün yeni rolları

nəzərdə tutur. 

Bundan əlavə, Təhsil Nazirliyi 2008‐ci ildə ibtidai

səviyyə üçün kurrikulum və 1‐ci sinif üzrə bütün

ölkədə həyata keçiriləcək yeni kurrikulumu hazır‐

lamışdır. Kurrikulum Mərkəzi, yuxarı siniflər üçün

kurrikulumların layihəsini yekunlaşdırıb. Yeni kur‐

rikulum mühüm həyati bacarıqları və öyrədilmiş bilik‐

lərin tətbiqini və araşdırma proseslərinə cəlb

olunmalarını dəstəkləyir. Eləcə də, şagirdləri müstəqil

və ciddi şəkildə özlərini nümayiş etdirməyə sövq edir.

Nazirlik yuxarı siniflər üçün yeni kurrikulumun tət‐

biqini  sürətləndirməli və növbəti 5‐6 il üçün ümumi

təhsili tamamilə əhatə etməlidir.  

Həmçinin, “PİSA 2006”‐nın sorğularının nəticələri

göstərdi ki, Azərbaycan təhsil resurslarının çatış‐

madığı ölkələr arasındadır  və bu, təlim prosesinə

böyük maneə yaradır.  Ölkənin çox az sayda uzaq

kənd məktəblərində bəzi fənlər üzrə müəllimlər is‐

tisna olmaqla, ümumilikdə müəllim çatışmazlığı ilə

bağlı heç bir ciddi problemi yoxdur. Faktiki olaraq,

Azərbaycandakı sistem dünyada ən aşağı şagird‐

müəllim nisbətinə malik sistemlərdəndir. Buna bax‐

mayaraq, məktəblərdə keyfiyyətli təhsil resurslarının

çatışmazlığı, şagirdlərin nəticələrinə mənfi təsir

göstərir. 

Bundan əlavə, Azərbaycandakı məktəb kitab ‐

xanaları son on ildə cox cüzi inkişaf edib, onların ək‐

səriyyəti çox kiçikdir və kitab oxumaq üçün kifayət

qədər yerləri yoxdur. Həmçinin, kitabxanadakı

kitabların əksəriyyəti roman, povestdən ibarətdir, bu‐

rada geniş səpkidə kitab ehtiyatı yoxdur. Yeni kurriku‐

lumun tətbiqi üçün, həmçinin, vacib resursların

ayrılması tələb olunur. Bura böyük, sərbəst girişli

məktəb kitabxanalarının yaradılması daxildir. Bu tip

kitabxana, şagirdlərin 5‐10 faizi üçün çalışma ərazisi

və geniş resurs mərkəzi kimi xidmət göstərə bilər. 

Yeni kurrikulum müstəqil, axtarışa meylli, şagird

mərkəzli öyrənməni dəstəkləyir, konseptual baxımdan

tamamilə fərqli olan yeni təlim‐tədris materiallarının

hazırlanmasını tələb edir və müxtəlif bacarıq səviyyəsi

üzrə yeni tədris planının tələblərini ödəyir. Ancaq

qeyd etmək lazımdır ki, bundan əlavə, böyük çeşiddə

müxtəlif istinadlara, metodiki dəstəyə və geniş materi‐

allara da ehtiyac olacaq.   Dünya Bankının və Təhsil

Nazirliyinin birgə layihəsinin 2‐ci fazası məktəb

kitabxanalarının inkişaf etdirilməsi üzrə fəaliyyətləri,

eləcə də yeni tədris və təlim metodlarının hazırlan‐

masını dəstəkləyəcəkdir.



İstinadlar:

(PİSA 2006) ‐ Sabahın Dünyası üçün Elmi bacarıqlar 

ISBN: 9789264040007

Dərc olunma tarixi: 04/12/07

Qeyd: Bu məqalədə ifadə edilən fikirlər müəllifin şəxsi fikirləridir və

heç bir halda Dünya Bankının fikirlərini və siyasətini təmsil edə

bilməz.

Rüblük Jurnal



15


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə