Potensial təSİRİ “Pİsa 2006” -nin vacib məqamlari



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə9/21
tarix01.07.2018
ölçüsü1,64 Mb.
#52592
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

Son illər  Azərbaycanın ali təhsil müəssisələrində bir sıra

islahat tədbirlərinin  həyata keçirilməsinə başlanılmışdır.

Bəzi ali məktəblərimiz  Avropanın, Amerikanın ayrı‐ayrı

universitetlərinin təcrübəsindən yararlanmağa çalışır.

Lakin bir sıra mütəxəssislər bu sahədə ən optimal və

əlveriş li  yolu universitetlərimizin bilavasitə   Boloniya

Bəyannaməsinin bütün şərtlərinə və tövsiyələrinə  ciddi

əməl etməsində görürlər.  Azərbaycan Respublikasının

əməkdar müəllimi Asif Cahangirovla müsahibəmiz də

məhz bu yanaşma ilə bağlıdır.



‐ Asif müəllim, Boloniya prosesinin gündəmə

gəlməsinin əsas səbəblərini nədə görürsünüz?

‐  Zahirən monolit görunən sosialist sistemi  ötən əsrin

80‐90‐cı illərində dağıldıqdan sonra Avropa Şurası

genişləndi və  bu da Avropa qitəsində bir sıra inteqrasiya

proseslərinin  məntiqə uyğun şəkildə sürətlənməsini

şərtləndirdi: maliyyə, iqtisadi, siyasi, mədəni sahələrdə

vahid məkanlar yarandı, Şenqen sazişi qəbul edildi, Avro

valyutası milli valyutaları və dolları üstələdi.  Bunlarla

yanaşı Avropada yeni əmək bazarının formalaşması, xü‐

susən də yüksək texnoloji istehsal sahəsində  xeyli   iş yer‐

lərinin açılması daha hazırlıqlı  kadrlara tələbatı artırdı. Və

www.aaa.org.az



BOLONİYA BӘYANNAMӘSİ: GERİLӘMӘYӘ HAQQIMIZ YOXDUR!

16

BOLONİYA BӘYANNAMӘSİ





GERİLӘMӘYӘ HAQQIMIZ YOXDUR!

Asif Cahangirov: “Mümkün qədər tez bir za‐

manda Boloniya prosesinin  bütün istiqamətləri

üzrə ciddi addımlar  atılmasının vacibliyini  anla‐

madan  Azərbaycanın ali təhsilindəki  problem‐

lərdən    uzaqlaşa bilməyəcəyik,  yenə də sovet

dövrünün ətalətlər məkanında qalacağıq”


bunun   nəticəsində   diplomlu mütəxəssislərin bir ölkədən

digərinə gediş‐gəlişi, sərbəst hərəkəti problemi  də aktual‐

laşdı.   Avropa İttifaqında açıq sərhədlər  şəraitinə və işçi

qüvvəsinə olan ehtiyaca baxmayaraq, xarici vətəndaşların

maneəsiz işə qəbul edilməsi  çətin bir məsələyə çevrildi,

çünki ali təhsil   diplomları hətta qonşu ölkələrdə  də tanın‐

mırdı. Belə bir vəzyyətdə təhsil sahəsində   avrointeqrasiya

meylləri  gücləndi, bütün bunların qanunauyğun nəticəsi

isə Boloniya prosesi oldu.

Boloniya Bəyannaməsinin imzalanmasında 29 ölkənin

təhsil sahəsində səlahiyyətli rəhbər işçiləri iştirak etmişdi.

Hazırda isə həmin prosesə qoşulmuş ölkələrin sayı 46‐ya

çatmışdır. Bəyannaməyə əsasən, ali təhsil üzrə vahid

Avropa məkanının (zonasının) formalaşması  2010‐cu

ilədək başa çatdırılmalıdır.

Demək olar ki, Boloniya Bəyannaməsinin əksər müd‐

dəaları müxtəlif Avropa ölkələrində onilliklərlə toplanmış

təcrübəyə əsaslanır. Prosesin başlanğıcı  isə 1988‐ci ildə

Avropada ən qədim ali təhsil ocaqlarından biri olan

Boloniya Universitetinin 900 illiyinin qeyd olunması

dövrünə təsadüf edir. Elə o zaman  da Avropanın  bir sıra

aparıcı ali təhsil ocaqlarının rektorları tərəfindən qəbul

olun muş “Magna Carta Universitatum” xartiyası qəbul

edilmiş, üçüncü minillikdə universitetlərin rolunun xeyli ar‐

tacağı  proqnozlaşdırılmış və həmin ali təhsil müəs‐

sisələrində muxtariyyət  trendi, universitetlərin müstəqil

fəaliyyəti  fundamental amillər kimi tanınmışdır.  

“Magna Carta”nın müddəalarına əsaslanaraq  1997‐ci

ildə “Avropa regionunda ali təhsilə aid ixtisasların tanın‐

ması haqqında” Lissabon Konvensiyası qəbul edilmişdir.

Hörmətli oxucuları əlavə məlumatla yükləməmək üçün

yalnız onu qeyd etmək istərdim ki, Konvensiyada “nostri‐

fikasiya” və “ekvivalentlik” kimi anlayışlardan imtina

edilmiş, onlar vahid “tanınma” termini ilə əvəz olunmuş‐

dur. Ali təhsil haqqında diplomların tanınmasının əsasını

artıq ali təhsil ocaqlarının kurikulumlarındakı oxşarlığın və

ya fərqlərin araşdırılması deyil, ilk növbədə  hər hansı təhsil

müəssisəsi məzununun biliklər  məcmusunun, onun yeni,

daha yuxarı pillədə təhsilini davam etdirmək üçün hazır‐

lığının müəyyənləşdirilməsi təşkil edir.   

Әslində Boloniya prosesinin başlıca prinsipləri Parisin

Sorbonna Universitetinin yaranmasının ildönümü münasi‐

bətilə keçirilən tədbirlərdə iştirak edən  Fransa, Almaniya,

İtaliya və Böyük Britaniyanın təhsil nazirləri tərəfindən

1998‐ci ildə  işlənib hazırlanmışdır.  Və həmin mühüm

müddəalar “Ali təhsilin Avropa sistemi memarlığının har‐

monizasiyası haqqında” Sorbonna Deklarasiyasında əks

olun muşdur. İstərdim ki, oxucularımızın diqqətini yuxarı‐

dakı  “memarlığın harmonizasiyası” ifadəsinə yönəldim.

Zənniimcə, bu ifadə Boloniya prosesi fəlsəfəsinin konsep‐

tual əsasını təşkil edir.  Deklarasiyada ilk dəfə olaraq  “Bilik‐

lər Avropası” anlayışı strateji mahiyyət daşıyan mühüm bir

məfhum kimi səsləndirilmiş, eyni zamanda Avropa

qitəsinin inkişafında məhz universitetlərin əsas rol  oynaya‐



Asif Cahangirov 

Azərbaycan Respublikasının fəxri müəllimi

Asif Cahangirov 1948‐ci ildə

Xankəndi şəhərində anadan ol‐

muşdur. 1971‐ci ildə Azərbaycan

Dövlət Universitetini kimya müəl‐

limliyi ixtisaı üzrə bitirmişdir.

1972‐75‐ci illərdə Sumqayıtda

müəllim işləmişdir. 1985‐ci ildən

2001‐ci ilə qədər Bakı Baş Təhsil

İdarəsinin müdiri vəzifəsində

çalışmışdır. 2001‐ci ildə o Azər‐

baycanın Fəxri Müəllimi adına

layiq görülmüşdür. Asif Ca‐

hangirov təhsil sahəsində islahat‐

lardan bəhs edən çoxlu məqalə

müəllifidir. 

Rüblük Jurnal

17



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə