Pr o c eed in g s o f a zerb a ija n national a cadem y o f sciences n a k h ch IV a n branch o ffic e



Yüklə 156,4 Kb.

tarix08.03.2018
ölçüsü156,4 Kb.


AZƏRBAYCAN M IL L I ELM LƏ R  A K ADEM İYASI N .\XÇIV.4N BÖLMƏSLNİN XƏBƏRLƏRİ 

ictimai və humanitar elmlər seriyası, 2017, Xs 3

И ЗВ ЕС ТИ Я  НАХЧЫ ВА11СКОГО О Т Д Е Л Е Ш Ш  R M IH O H vV T bH O fi A R V ^ E M ID I НЛУТС А ^ Е Р Б М Щ Ж .Ш А  



Серия общественных и гуманитарных наук, 2017, Xs 3

PR O C EED IN G S O F A ZERB A IJA N  NATIONAL A CADEM Y O F SCIENCES N A K H CH IV A N  BRANCH O FFIC E  



The series o f social sciences and humanities. 2017, ЛЬ 3

t a r ix

İSMAYIL HACIYEV

AMEA Naxçıvan Bölməsi 

E-mail:  ismayil_haciyev@yahoo.com

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 

DAXİLİ VƏ XARİCİ SİYASƏTİNDƏ NAXÇIVAN

Məqalədə Azərbaycan Xalq  Cümhuriyyətinin fəaliyyətində Naxçıvan  məsələsinə xüsusi  əhəmiyyət 

verməsi faktlarla göstərilmiş,  Cümhuriyyət hökuməti  və parlamentinin fəaliyyətində Naxçıvanla bağlı  bir 

sıra məsələlərə diqqət yetirilməsi,  bölgənin ermənilər tərəfindən tutulmasına imkan verilməməsi üçün ona 

siyasi,  hərbi, maddi və mənəvi kömək göstərilməsi əsaslandırılmışdır.

Burada həmçinin Müsəlman Milli Komitəsinin Naxçıvanı qorumaq uğrunda fəaliyyəti,  erməni daş­

naklarına qarşı mübarizəsi.  Osmanlı dövləti ilə yaratdığı  əlaqələr,  bölgədə yaradılan Araz-Türk Respub­

likası, Rusiyanın,  İngiltərənin və ABŞ-ın Naxçıvanla bağlı siyasətləri araşdırılmışdır.  Tədqiqat nəticəsin­

də  belə  bir yekun  nəticə çıxarılmışdır ki,  yerli  əhalinin  Lstifadə etdiyi  müxtəlif vasitələr,  xüsusilə naxçı­

vanlıların inadlı mübarizələri Naxçıvanı Azərbaycanın tərkibində qoruyub .saxlamışdır.

Açar  sözlər:  Azərbaycan Xalq  Cümhuriyyəti,  naxçıvanlılar,  türklər,  Rusiya,  İngiltərə,  ABŞ,  Araz- 

Türk Respublikası,  ermənilər.

Azərbaycan Respublikasının Prezidenti  cənab  İlham  Əliyev  16  may  2017-ci  il  ta­

rixdə “Azərbaycan Xalq  Cümhuriyyətinin  100  illik yubileyi  haqqında”  Sərəncam  imza­

lamışdır.  Eləmin  Sərəncamda deyilir:  “ 1918-ci  il  may  ayının  28-də  Azərbaycanın  müs­

təqilliyini  bəyan  edən İstiqlal  bəyannaməsi qəbul  edildi.  Yeni qurulan Azərbaycan Xalq 

Cümhuriyyəti  öz üzərinə  götürdüyü  çətin  tarixi  vəzifəni  imkanlarının  ən  son  həddində 

çalışaraq  şərəflə yerinə yetirdi.  Azərbaycanın ilk parlamenti və hökuməti,  dövlət aparatı 

təşkil edildi,  ölkənin sərhədləri müəyyənləşdirildi,  bayrağı,  himni və gerbi yaradıldı, ana 

dili  dövlət  dili  elan  edildi,  dövlət  quruculuğu  sahəsində  ciddi tədbirlər  həyata  keçirildi. 

Ölkənin  ərazi  bütövlüyü  və  milli  təhlükəsizliyi təmin  edildi,  qısa  müddətdə yüksək dö­

yüş qabiliyyətli  hərbi  hissələr yaradıldı,  milli tələblərə və  demokratik prinsiplərə uyğun 

dövlət  orqanları  quruldu,  maarifin  və  mədəniyyətin  inkişafına  xüsusi  diqqət  yetirildi, 

Azərbaycanın  ilk  universiteti  təsis  olundu,  təhsil  milliləşdirildi,  xalqın  sonrakı  illərdə 

mədəni  yüksəlişi  üçün zəmin  hazırlayan,  ictimai  fikir tarixi  baxımından  müstəsna  əhə­

miyyətli işlər görüldü”  [11, 2017,  17 may].

1918-ci ilin mayında müsəlman şərqində ilk dəfə yaradılmış yeni suveren dövlət -  

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) çətin və mürəkkəb şəraitdə 23  ay yaşayıb fəaliy­

yət  göstərdi.  Bu  Cümhuriyyət  Rusiya  ilə  yanaşı  dünyanın  böyük  dövlətlərinin  -   ABŞ, 

İngiltərə və Fransanın siyasi,  iqtisadi siyasətlərinin məngənəsində mübarizə aparmalı ol­

du,  öz  suverenliyini  qoruyub  saxlamaq  üçün bütün  vasitələrə əl  atdı,  bu  yolda  çox  mü­

rəkkəb problemlərlə üzləşdi.  Bu dövlətlərin təzyiqi  altında  1918-ci il  mayın 29-da Azər­



baycan  Milli  Şurası  Azərbaycan-Ermənistan  arasındakı  sərhəd  problemini  müzakirə 

edərkən öz  suverenliyini  qoruyub  saxlamaq  naminə İrəvanın  ermənilərə verilməsi  qəra­

rını çıxarmağa məcbur oldu və bu qərarı ürək ağrısı  ilə “tarixi zərurət”, “labüd bəla” he­

sab etdi  [1, 



V. 

51].


Azərbaycan Xalq Cümhuriyyəti dövründə qonşu ölkələr Azərbaycana qarşı bir sıra 

ərazi iddiaları  irəli  sürürdü.  Bu zaman  Azərbaycanın ərazisi  113.9 min  kv.  km idi.  Onun 

97.3  min  kv.  km-i  mübahisəsiz,  16.6  min kv  km-i  mübahisəli  zonaları  əhatə edirdi  [10, 

s.  461].

Azərbaycan  Xalq  Cümhuriyyəti  ölkənin  ərazi  bütövlüyünü  və  suverenliyini  qoru­

yub  saxlamaq  üçün çox  çətin  şəraitdə  mübarizə aparır,  bütün  imkanlardan  istifadə edir, 

taleyüklü məsələlərin həllinə çalışırdı.

Azərbaycan  tarixşünaslığmda  Azərbaycan  Xalq  Cümhuriyyətinin  daxili  və  xarici 

siyasəti,  Antanta  ölkələri  ilə  əlaqələri,  qonşu  ölkələrlə  münasibətləri,  daxili  regionlarla 

əlaqələrin inkişaf etdirilməsi kimi  məsələlər bir sıra tarixçilər tərəfindən öyrənilmişdir.

Azərbaycan  Xalq  Cümhuriyyəti  ilə Naxçıvanın  əlaqələrindən tədqiqat  əsərlərində 

bəhs  edilsə  də  problemin  bütün  tərəfləri  öyrənilməmişdir.  Hətta  bu  problemlə  bağlı 

müxtəlif fikirlər  mövcuddur.  Azərbaycan  sovet  tarixşünaslığmda  belə  bir  fikri  əsaslan­

dırmağa  çalışmışlar ki,  guya  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti ayrı-ayrı  bölgə­

lərin  ərazi  toxunulmazlığını  və  onların  əhalisinin  təhlükəsizliyini  nəinki  təmin  edə  bil­

məmiş,  hətta  buna  cəhdlər  belə  göstərməmişdir.  Lakin  arxiv  sənədləri,  obyektiv  araş­

dırmalar bu mövqeyin həqiqətə uyğun olmadığını  göstərir.  Azərbaycan Xalq Cümhuriy­

yətinin  “rəhbərliyi  və  yerli  hakimiyyət  orqanları  imkanları  daxilində  bu  problemlərə 

diqqət  yetirmiş,  torpaqlarımızın  bütövlüyü  və  suverenlik  məsələlərində  daxili-xarici 

düşmən qüvvələrə qarşı barışmaz  mövqe tutmuşlar”  [17,  s.  142].  Azərbaycan Xalq  Cüm­

huriyyətinin  hökuməti  və parlamenti  öz  fəaliyyətində,  daxili  və xarici  siyasətində Nax­

çıvanla bağlı bir  sıra  məsələlərə diqqət yetirmiş,  bölgənin  ermənilər tərəfindən tutulma­

sına imkan verməmiş və ona siyasi,  hərbi,  maddi və mənəvi köməkliyini göstərmişdir.

Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaradılması  ilə  əlaqədar  Naxçıvan  ətrafında 

yeni  konkret  tarixi  şəraitdə  sosial  və  ictimai-siyasi  qüvvələrin  yeni  nisbəti  yaranmışdı. 

Cümhuriyyətin fəaliyyət göstərdiyi  dövrdə baş  vermiş  sosial  və  siyasi  proseslər bir-biri 

ilə  çox sıx əlaqəli  inkişaf edirdi.  Bu proseslər daxili və xarici  amillərin mürəkkəb  qarşı­

lıqlı təsirini əks etdirən bir mənzərə yaratmışdı.

RSFSR  çar  Rusiyasından  miras  qalmış  millətçilik  ideologiyasını  hər  vəchlə  mü­

dafiə və  inkişaf etdirərək  çox  mürəkkəb  şəraitdə  müsəlman  aləmini  parçalamaq,  bu  re­

gionda  ona  arxa ola  biləcək  xristian  dövləti  -   Ermənistan  Respublikası  yaratmaq  məq­

sədi  ilə  cəhdlərini  daha  da  genişləndirirdi.  Rusiya  Türkmənçay  müqaviləsi  əsasında 

Azərbaycandan qoparıb imperiyaya birləşdirilmiş ölkəmizin tarixi torpaqlarının -  İrəvan 

quberniyasının,  həmin  əraziyə tabe edilmiş Naxçıvan diyarının,  Şərur-Dərələyəz  və Or­

dubad qəzalarının süni  surətdə yaradılmış Ermənistana birləşdirilməsini elan etmişdi.

Həmin  illərdə Naxçıvan  məsələsi  həm  daxildə,  həm  də beynəlxalq  aləmdə müxtə­

lif mənafelərin  toqquşduğu,  ziddiyyətlərin  kəsişdiyi  düyün  nöqtələrindən  birinə  çevril­

mişdi.  Bu  dövr  Naxçıvanda  hakimiyyətin  tez-tez  dəyişilməsi  illəri  olmuşdur.  Bu  müd­

dətdə Ermənistan Respublikası,  Xüsusi  Zaqafqaziya Komitəsi,  müsavatçılardan və daş­

naklardan ibarət  yaradılmış Milli  Komitələr,  ABŞ,  İngiltərə,  Türkiyə arasında Naxçıva­

na yiyələnmək uğrunda ardı-arası kəsilməyən mübarizə getmişdir.

Ermənistan Respublikasının  Naxçıvana  hücumları,  hakimiyyət  çəkişmələri  bu  öl­

kəni  daha çıxılmaz vəziyyətə  salmışdı.  Əhalinin  xeyli  hissəsi  qaçqına çevrilmişdi,  aclıq 

hökm sürürdü.




Naxçıvan  diyarına  1828-30-cu  illərdə  köçürülmüş  və  orada  məskunlaşmış  erməni 

əhalisi  diyarda  vəziyyətin  daha  da  mürəkkəbləşməsinə  çalışırdı.  Naxçıvandakı  erməni­

lərə.  xarici  silahlı  (jüvvələrə  arxalanan  Ermənistan  Respublikası  Naxçıvan  divarına  yi- 

vələnınək  iıçün  öz ləaliyyətlərini daha da genişləndirirdi.  ABŞ,  İngiltərə.  Fransa,  Rusiya 

döviətləi'i  Ermənistan  Respublikasına  hərtərətli  yardım  göstərirdilər,  Naxçıvan  erməni­

ləri  divarın  təkləndiyindən  və  daxiidəki  ziddiyvətiər,  habelə  hakimiyyətsizlik  məngənə­

sində boğulduğundan  istifadə edərək  Na.xçıvanın  ən  yaxın  vaxtlarda Ermənistana birləş­

diriləcəyi  barədə  şayiələr  vayır,.  bu  yerlərin  Ermənistanın  bir  hissəsi  olduğunu  iddia 

edirdilər.  Erməni  qüvvələri  vəziyvətin  mürəkkəbliyindən,  qanşıqhqdan  i.stifadə  edərək 

“Böyük  Ermənistan"  varatmaq  üçün  ərazi  iddiaları  irəli  sürürdü  Ermənilər  torpaq  id­

diaları  ilə  bağlı  layihə  hazırlamış  və  bunu  Ənv'ər paşaya  təqdim  etmişdilər.  Bu  lavihəyə 

görə  Naxçıvan  və  Ordubadla  birlikdə  Sürməli,  .A.xalkələk.  Eçmiədzin.  İrəvan  (qəzası). 

Borçalı.  Qazax,  Şərur-Dərələyəz,  Otnabağ  və  Zəngəzur  qəzaları  Ermənistana  verilməli 

idi  [16,  s.  i  16].  Ermənilər  bu  tələblərini  onunla  əsaslandırırdılar  ki,  guya  bu  qəzaların 

əhalisinin  70  faizi  ermənilərdir  [4.  \  4].  Əslində isə  Şərur-Dərələyəz qəzasında əhalinin 

72.3

  faizini.  Naxçıvan  qəzasında  62.ə  faizini,  İrəvan  qəzasında  60,2  faizini.  Sürməlidə 

70 faizini. Qarayazıda 89 faizini  azərbaycanhiar təşkil  edirdi  [ 16,  s.  366].

.Azərbaycan  Xalq  Cümhııriyvəti  yarandığı  gündən  Naxçıv^an  divarının  əhalisi  bu 

respublika  ilə  birləşməyə  hazır  olduğunu  bildirsə  də  mövcud  siyasi  və  beynəlxalq  və­

ziyyət  Naxçıvan  əhalisinin  arzusunu  həyata keçirməyə imkan  vermirdi.

İ918-Cİ 

ilin  yayında  Naxçıvan  ikilərətli  təhlükə  ilə  rastlaşdı.  Bir  tərəfdən  Naxçı­

vana  köçürülən  \ə  burada  vaşayan  erməni  əhalisi  bu  divarın  Ermənistana  birləşdiriləcə­

yi  barədə  yayılan  şayiələrdən  ruhlanaraq  Naxçıvana  Ermənistanın  bir hissəsi  kimi  baxır 

və divarın  müxtəlif yerlərində  hər cur fitnəkarlıq  törədirdilər.  Digər tənəldən  isə daşnak­

ların  ingilislərdən  geniş  vardım  alaraq  Culfanı  öz  əlinə  keçirmiş  qaniçən  .Nndranik 

Ozanvan  Naxçıvanın  şəhər  və  kəndlərini  talan  edir,  dinc  əhalini  kütləvi  surətdə  qırırdı: 

Yavcı,  Dizə.  Diiylün,  Süst.  Çeşməbasar.  Tumbul  və  b.  kəndlər  tamamilə  dağıdılmışdı 

Lakin  bu  azğınlıqlara  baxmavaraq  nıüttəfiq  dövlətlər  -  İngiltərə  və  Fransa  daşnakların 

hərbi  ənıəiİN yatlarına  vardım  göstərdiklərini  biidirməkdə daxam  edirdilər.

Belə  ağır  vəzıyxətdə  Naxçıvan  Milli  Komitəsi  haqlı  olaraq  türklərlə  əlaqəni  daha 

da  genişləndirməyi  lazım  bildi.  Həmin  vaxtda  türklər  Şərur-Dərələvəz  və  İrəvan-Culfa 

dəmir  yolunu  oz  əllərinə  keçirərək  Naxçıxana  doğru  irəliiəvirdüər.  Kazım  Qarabəkir 

paşanın  komandanlığı  altında  olan  tıırk  dix iziyası  Şərur  qəzasına  daxıl  olduqdan  sonra 

hücumu  müvəqqəti  dayandırmış  və  beləliklə  Andranikin  Naxçıvanı  ələ  keçirməsi  üçün 

əixerişli  imkan  xaranmışdı.  Belə bır şəraitdə Naxçıxan  Milli  Komitəsi  daşnakların  sayca 

üstün  qüvvələri  ilə  döyüşə  girmədən  geri  çəkilməyi  məqsədəuyğun  sayırdı.  Bununla 

belə  bütün  xalq  öz  torpaqlarının  nıüdalləsı  üçün  avağa  qalxmışdı.  Nehrəm  kəndində 

qonşu  kəndlərin  nümayəndələrinin  iəa!  iştirakı  ilə  xaiq  qoşun  dəstələn  yaradıldı  Xaltj 

qoşunu  1918-ci  i!  iyunun  axııiarında  Nehrəm  kəndi  yaxınlığında  .Andranikin  quldur 

dəstəsi  ilə  qarşılaşaraq  onu  əzdi,  .Andranik  rüsxayçılıqla  (larabağ  dağlarına  qaçmağa 

məcbur  oldu.  Bu  hadisələrdən  sonra,  veni  daşnak  talanlarına  vol  xermənıək  məqsədilə 

türk  qoşunları Naxçıvana,  Ordubada və  Culfava daxil  oldular.  Türklərin  daşnaklara qar­

şı  dövüşdə  kifayət  qədər  qətiyyətli  olmaması  Naxçıvan  Milli  Komitəsi  ilə  onların  ara­

sında  soyuqluq  yaratmışdı.  Türklər  Naxçıxana  daxıl  olan  vaxt  ilk  sıvasi  tədbir  kiırıı 

Naxçıvan  Milli  Komitəsini  və  milli  hissələri  buraxmışdılar  Xəlil  bəy  isə  Naxçıvanın 

generai-qubernatoru  təyin  olunmuşdu  ( !4,  s.  36].  r.akin  vəziyyət  uzun  sürmədi.  Tezliklə 

Naxçıvan  Milli  Komitəsinin  və  onun  silahlı  dəstələrinin  fəaliyyəti  bərpa  edildi.  1918-ci 

ilin  ikinci  yarısında  müharibə  cəbhələrində  Türkiyənin  vəziyyəti  çətinləşdikcə  o,  Nax-

7



çi\anci;ı  daha  giıclü  ' ə  sabi!  verh  hakimivvətin  varadılnıa'.ma  mey!  göstərirdi.  Elə  yeri i 

hakimiyvət  ki.  daşnakların  hucıimuna  davam  gətirsin  və  diyan  heç  vaxt  onların  tapdağı 

ahına  qovmasın  l'ürkivə  Mudros  müqaviləsinin  şənlərinə  uyğun  olaraq  qoşunlarını

Naxçıvandan çıxarmağa  məcbur oidiı.

IdIS-cı  ilin  novabnnda  verli  əhali  .Araz-lürk  Respublikasının  müvəqqəti  müstə- 

qiilivini  elan  etdi.  Bu  respublika bir təı əfdən  erməni  iddialarını  dəf etməyə,  digər tərəf­

dən  isə  respubiikanm  bütıin  əhalisinin  həm  din,  həm  də  diİ  cəhətdən  can  atdığı  .Azər­

baycanla  birləşməni  lıa/ıriamağa cəhd  edirdi  [ !5.  s.  47J.

Araz-Türk  Re.spubükasınm  əhalisi  I  ımlvon  nəfər,  ərazisi  8,7  min  kv.  km  oimaqla 

122,  s  ,r.r| tərkibinə  Naxçıvan  və  .Şərur-Dərələyəz qəzaları,  Sərdarabad,  Uluxanlı,  Vedi- 

basar.  Kəmərli,  Mehri  və  s.  bölgələr daxil  idi  f I.  v.  9).  Respublikanın  paytaxtı  Naxçıvan 

şəhəri,  hökumətin  sədri  isə Əmir bəy  Nərimanbəvov olmuşdur  [9,  v,  7].  Araz-Türk  Res­

publikasının  silahlı  qüvvələrinin  koməvi  ilə  verli  əhalinin  fəal  müqaviməti  nəticəsində 

Ermənistanın daşnak hökumətinin  Naxçıvanı  ilhaq  etmək  siyasətinin qarşısı alındı.

Araz-Türk  Respublikasının  yaradılması  ilə  türklərin  Naxçıvan  diyarı  ilə  əlaqələri 

tamam  kəsilmirdi.  Türk  ordusunun  polkovniki  Xəlil  bəy  .Araz-Türk  Respublikasında 

səlahiyyətli  nümayəndəliyin  başçısı  təyin  olunmuşdu  [22,  s.  91],  Bundan  başqa,  türklə­

rin  Naxçıvanda  5  zabit  və 300  əsgəri  qalırdı.  .Araz-Türk  Respublikası  qısa  müddət fəaliy­

yət  göstərməsinə (1918  nov abr-!9 ! 9  mart) baxmayaraq  “bölgənin  azərbaycanlı  əhalisi­

nin  qüvvələrirnn  düşmənlərə  (.jarşı  mübarizə  üçün  birləşdirilməsinə və  bölgənin  erməni­

lərə  keçməsinə  imkan  v'ennəməkiə  onun  toxunulmaziığim  \ə  bununla  da  AXC-in  ərazi 

butöviuvünu  ləmin  etdi"  |  18.  s  76].

Naxçıvan  əhalisi  bölgənin  .Azərbaycanın  tərkib  hissəsi  kimi  qorunub  saxlanılması 

üçün  inadla  mübarizə  aparırdı.  Onlar  !919-cu  i!  yanvarın  4-də  Azərbaycan  Xalq  Cüm­

huriyyəti  Nazirlər  Şurasının  sədri  Fətəli  xan  Xoyskiyə  ünvanlanmış  müraciətdə  Naxçı­

van.  Şərur  \ə  Ordubad  qəzalarında  ermənilərin  törətdikləri  vəhşiliklər  haqqında  geniş 

məlumat  verirdi  Müraciətdə  deyilirdi;  "1917-ci  ilin  dekabr  ayından  başlayaraq  1918-ci 

iiin  iyun  ayına  qədər  erməni  hərbi  hissələri  tərəfindən  İrəvan  qubemivasmda  200-dən 

artıq  müsəlman  kəndi  vandırılmış,  əhalinin  bövük  əksərivyəti  öldürülmüş,  bir hissəsi  isə 

dağlara  qaçaraq  aclıqdan  və  soyuqdan  məhv  olmuşdur.  Müsəlmanların  kütləvi  şəkildə 

vaş.adıq!an  İi'əvan  quberniyasımn  Sürməli.  Eçmiədzin,  Şərur  qəzaları  erməni  qoşunları 

tərəfindən  tutulmağa  başladığı  vaxt  dinc  müsəlman  əhalisinin  bir  hissəsi  öldürülür,  bir 

hissəsi  də  öz  yaşayış  yerlərini  tərk  edərək  dağlara  çəkilib  iran  sərhədlərinə  keçməyə 

məcbur  olmuşdular  ki,  burada  onları  hər  dəqiqə  ölüm  gözləyirdi.  Məcburi  təmizlənmiş 

yerlərə.  'Türkiyə  Ermənistanından" qaçmış erməniləri  yerləşdirirlər"  (5,  v.  9j,

İ9İ8-Cİ  il  novabrın  4-də  İrəvan  müsəlmanları,  dekabrın  22-də  Ordubad  şəhərinin 

və  ətraf ərazinin  müsəlmanları,  yanvarın  4-də  Ordubad  qəzasının  sakinləri,  yanvarın  2- 

də  İrəvan  quberniyasının  ictimai  xadimləri  yaranmış  ağır  vəziyyətlə  bağlı  Azərbaycan 

hökumətinə  müraciət  etmiş  və tədbirlər görülməsini  xahiş elmişlər  j !  I,  1919.  .5-3i  yan­

var; 4 noyabr].

1918-ci  il  dekabrın  22-də  Ordubad  şəhərinin  və  ətraf  ərazinin  müsəlınanlanmn 

Milli  Komitəsinin  sədri  Mir  Hidayət  Seyidzadə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  hö­

kumətinə  xəbər  verirdi  ki,  “bəzi  kəndlərdə  bütün  Zəngəzur  qəzasının  Ermənistana  bir­

ləşməsi  barədə  F:nnəni.stan  hökumətinin  elanları  asılmışdır.  Onlarm  məqsədi  bundan 

ibarətdir  Əgər  bunu  etməyə  gücləri  çatmasa.  Zəngəzur,  Şərur-Naxçıvan  və  Ordubad 

cjəzalanmn  bütün  müsəlman  əhalisini qılıncdan  keçirsinlər,  bu  qəzaları  müsəlmanlardan 

təmizləsinlər  ki.  xalqların  gələcək  sülh  konfransında  özlərinin  bu  yerlərə  sahiblik  hü­

quqlarını  .sübut  etsinlər  və  həmin  əraziləri  Ermənistan  elan  etsinlər,  çünki  bütün  .xalqlar

8



müsəinıanlann  vaşamadığı  qəzaları  ennəııilərinki  hesab  edəcəklər...  Nə  va.xla  qədər bi­

zim  hökumət öz müsəlman qardaşlarınm qıniaraq  məhv edilməsinə yabançı kimi  sovuq- 

-qanlıqia  tamaşa  edəcəkdir.  Əgər  ermənilər  bu  əraziləri  müsəlmanlardan  təmizləsələr, 

sonra  gec  olacaq  Onda  bizim  toıpaqlarda  ermənilər  məskunlaşacaq  və  burada  bizim 

xalqımızın  izi  də qalmayacaq  /' fil,  1919.  14 yanvar].

1919-cu  i!  yanvarın  7-də  Azərbaycan  hökuməti  Erməni.stan  hökumətinə  nota  gön­

dərməyə  məcbur oldu.  Notada  Azərbaycan  xalqına  qarşı  zorakılığa  son  cjoyulması tələb 

olunurdu  [II,  1919,  7 yanvar].

Yanvarın  8-də  Azərbaycan  Xalq  Cümhuriyyəti  Parlamenti  vəziyyəti  müzakirə  et­

di,  qəbul  olunmuş qətnamədə hökumətə ciddi  tədbirlər görməyi  tapşırdr

Yanvann  2.5-də  Parlament "‘İrəvan  quberniyasmdakı  hadisələrə  dair"  məsələni  ye­

nidən  müzakirə  etdi.  MƏ.Rəsulzadə  bəyanatla çıxış  edərək  bildirdi  ki,  Naxçıvan  qəza­

sında ermənilər günahsız  müsəlmanların qanını  tökür.  O,  hökuməti  bir daha  kəskin  təd­

birlər görməyə çağırdı  [11.  1919,  .31  yanvar],

Azərbaycan  Xalq  Cümhuriyyətinin  hökuməti  ermənilərin  Naxçıvandakı  vəhşilik­

lərinə son qoymaq  üçün  Müttəfiqlərin Qafqazdakı  .Ali  Komissarına müraciət  etdi.

•Azərbaycan  Xalq Cümhuriyyəti  hökuməti ilə  Naxçıvan bölgəsinin əlaqələrinin  ya­

radılmasında  və  əhalinin  problemlərinin  həllində  İrəvan  quberniyasından  olan  ictimai 

xadimlərin,  onların  yaratdıqlan  müxtəlif təşkilatların  mühüm  rolu  olmuşdur.  19i9-cu 

ilin  yanvarın  2-də  !rə\an  quberniyası  ictimai  xadimlərinin  müşavirəsi keçirilmiş,  burada 

.Araz-fılrk  Respublikasmm  yaranması,  bölgədəki  vəziyyət  haqqında  məlumat  verilmiş 

və  çıxış  yollan  göstərilmişdir.  Yanvarın  5-də  Bakıda  İrəvan  quberniyasında  yaşayan 

azərbavcanlı  nümayəndələrin  fövqəladə  iclası  keçirilmiş  və  quberniya  müsəlmaniarımn 

həmyerlilər  cəmiyyəti  yaradılmışdı  [7, 

2].  Bir  gün  sonra  həmyerlilər  cəmiyvətinin

idarə heyəti  seçilmişdi:  T.Makinski.  H.Qasımov,  R.İsmayılov.  M.Ə.Sidqi,  A.Makinski.

Məmyerülər cəmiyvəri  öz  nümayəndəsi  kimi  Mirabbas  Mirbağırovu  İrəvan  quber­

niyasına  göndərdi.  Burada  əsas  məqsəd  yerlərdə  '\əziyyətiə  tanış  olmaq  və  müəyyən 

tövsiyələr  hazırlamaq  idi.  İrəvan  qubernivasından  olan  qaçqınlar  üçün  vəsait  avnldı. 

.Azərbaycan  hökumətinin  Naxçıvan  üçün  ayırdığı  900  min  manatı  P.Bayrambəyxvv  və 

Y  Qazıyevə  vermişdi  [18,  s.  92]. AXC  hökumətinin  razılığı  ilə  M.Mirbağırov  Gəncəyə 

gəlmiş,  burada  ona  12  nəfər  .Azərbaycan  zabiti  qoşulmuş  və  onlar  Ordubadda  əhali  ilə 

görüşdükdən sonra  1919-cu  il fevralın  19-da Naxçıvana çatmışlar [7.  v  2],

.M.Mirbağırov  və  onunla  gələn  heyət  yerli  hökumətin  rəhbərləri,  ingilis  general- 

qubernatoru  və  xalqın  nümayəndələri  ilə görüşləri  oldu.  Fevralın  23-də  keçirilən  yığın­

caqda  xalq  yekdilliklə  .Azərbaycana  birləşmək  arzusunda olduqlarını  bildirdilər  Nüma­

yəndələr Azərbaycanın təmsilçiləri  kimi  mövcud  yeri:  hökuməri  tamdıqlarmı  bildirdilər, 

M.Mirbağırov  könüllü  surətdə  .Azərbaycana  birləşmək  barədə  rəsmi  akt  tərtib  elməy i 

məsləhət  gördü.  Siyasi,  iqtisadi,  hərbi,  mülki  və  mədənivyət  məsəiəkərinə  dair  maddə­

lərdən  ibarət  olan  akt  hökumətin.  Milli  Şuranın  və  əhalinin  nümayəndələri  tərəlindən 

imzalandı  [18.  s.  94].  Mirabbas  Mirbağırov  (Mirbağırzadə)  1919-cu  ildə  Naxçıvanın 

.Azərbaycana  birləşməsi  haqqında  akt  qəbul  etdirmiş  ‘"Mirbağırzadə  missiyasf’nm  baş­

çısı  kimi  xatırlanır  [26]. M.Mirbağırov  Naxçıvanda olduğu  müddətdə bölgədəki  və ətraf 

yerlərdəki  siy asi-hərbi  vəziyyətlə  tanış  oldu,  əhalinin  və  ictimai  qüvvələrin  mövqelərini 

öyrəndi.  Bütün  bunlardan  sonra  .Azərbaycan  hökumətinə aşağıdakı təkliflərini  verdi:  '  i. 

Bu  mahalı  idarə etmək  üçün  müttəfiqlərin,  İran  və  Ermənistanın  təsirinə qarşı  mübarizə 

aparmağa  qabil  olan,  özgə  təsiri  altına  düşməyən  və  müəyyən  məqsədyönlü  siyasəti 

inadla  və ardıcıllıqla həyata keçirən,  habelə  iradəli,  cəsur,  qətiyyətli,  rüşvətə  meyl etmə­

yən  azərbaycanlı  general-qubernator  təvin  olunmalıdır.  2,  Bölgəvə  Hərbi  nazirlivin  yu­



xarıda sadalanan keyfiyyətlərə  malik olan  nümayəndəsi  də göndərilməlidir.  3.  Mülki  və 

məhkəmə idarələrinin  rəhbərliyinə baş  məmurlar mütləq  azərbaycanlılar təyin  edilməli­

dirlər. 4.  Yerli  hərbi  işi təşkil etmək üçün göndərilən zabitlər kifayət etmədiyindən əlavə 

zabitlər dəstəsini bölgəyə yollamaq  lazımdır.  5.  Azərbaycanın uzaq ucqarları,  məhsuldar 

torpağı,  çoxlu  məhsulu,  duzu və  digər faydalı  mineralları  olan və  müttəfiqlərin,  fars-er­

məni  diplomatiyasının  məkrli  siyasəti  ilə  üzləşən  Naxçıvan  və  Şərur  Azərbaycan  Res­

publikası tərəfindən səxavətlə təchiz olunmalıdırlar”  [18,  s. 95].

M.Mirbağırovun Naxçıvana səfəri,  Azərbaycan Xalq Cümhuriyyəti  ilə Naxçıvanın 

əlaqələrinin artırılması  sahəsindəki təkliflərinin çox böyük əhəmiyyəti oldu.  Azərbaycan 

hökuməti  Naxçıvanın  problemləri  ilə  sistematik  məşğul  olmağa  başladı.  Azərbaycan 

hökuməti  Naxçıvana  kömək  göstərilməsində  bir  sıra  addımlar  atdı.  Regional  əlaqələri 

yaxşılaşdırmaq  üçün  Ağdam-Karyagin-Naxçıvan  poçt-teleqraf  xəttinin  qaydaya  salın­

ması və mühafizə edilməsinə diqqət artırıldı  [13,  s.  61]. Ticarət və sənaye naziri M.Əsə­

dullayev  AXC  Nazirlər  Şurasına  məktubla  müraciət  edərək  Naxçıvan  bölgəsinin  neft 

məhsulları  ilə təmin  edilməsini  əsaslandırdı.  Azərbaycan  hökuməti  M.Mirbağırovun və 

Naxçıvanın  Müvəqqəti  hökumətinin  işlər  müdiri  B.Naxçıvanskinin  təklifləri  əsasında 

1919-cu  il  fevralın  28-də  Naxçıvan  general-qubernatorluğu  yaratdı  [8,  v.  2].  Bəhram 

xan Naxçıvanski general-qubernator.  Kərim xan  İrəvanski və Hacı Mehdi  Bağırov onun 

köməkçiləri  təyin  olundular.  General-qubernatorluğun  nəzdində  Şura  yaradıldı.  Yerli 

hakimiyyətin  təşkili  və  qoşun  hissələrinin  saxlanması  üçün  500  min  manat  pul  ayrıldı 

[18,  s.  96].  Bir qədər sonra -   1919-cu  il  30  mart tarixli  sərəncamla bölgədə  idarəçiliyin 

təşkilinə daha  1  milyon manat ayrıldı [8, v.  3].

1919-cu  il  martın  8-də  Araz-Türk Respublikasının  xüsusi  missiyası  Bakıya gəldi. 

Bu  missiyaya Bəhram xan Naxçıvanski rəhbərlik edirdi.  O,  yolüstü Tiflisdə və Gəncədə 

danışıqlar  aparmışdı.  Bəhram  xan  özü  ilə  yerli  Cənub-Qərbi  Azərbaycan  adı  altında 

Naxçıvanı  Azərbaycan  Xalq  Cümhuriyyətinə  birləşdirmək təklifini  də gətirmişdi.  Bəh­

ram xan  Bakıdan  eyni  zamanda maliyyə yardımı,  zabit  və başqa köməklər də xahiş etdi 

[21,  s.  161].  Məhz Bəhram xan Naxçıvanskinin Bakıya səfərindən və AXC rəhbərləri ilə 

danışıqlarından  sonra  iki  respublika  arasında  qarşılıqlı  əlaqələrin  fəallaşması  nəzərə 

çarpır.  Nümayəndə heyətinin  qaldırdığı  məsələlər Azərbaycan Parlamentinin  1919-cu  il

10 mart tarixli iclasında müzakirə olundu.

1919-cu  ilin  əvvəlində  ingilislər  Naxçıvanı  tutaraq  Araz-Türk  Respublikasını, 

Naxçıvan Milli  Komitəsini  ləğv etdilər.  İngilislər Naxçıvanı  Ermənistanın tərkibinə da­

xil etmək üçün hər cür üsul və vasitələrə əl  atır,  fəal danışıqlar aparırdılar.  Hələ  1919-cu

11  yanvarın  əvvəllərində  Böyük  Britaniya  ordusunun  mayoru  Hibbon  Naxçıvana  gəl­

mişdi.  Onun  gəlişinin  əsl  məqsədi  diyarın  iqtisadi  və  siyasi  vəziyyəti  ilə  tanış  olmaq, 

Araz-Türk Respublikası  silahlı  qüvvələrinin vəziyyətini,  bu dövlətin siyasətinə türklərin 

təsir dərəcəsini öyrənmək olmuşdur [17,  s.  56].

1919-cu  ilin  fevralında  digər bir  ingilis  komissarı  kapitan  Lautenin  başçılıq  etdiyi 

nümayəndə heyəti də Naxçıvana gəlmişdi  [19,  v.  24].  O,  Britaniya qoşun  hissəsinin Də- 

vəlidə,  Naxçıvanda,  Culfada  və  Şahtaxtıda yerləşdirilməsi,  bu  yerlərdə  bütün  məsələlə­

rin  ingilis  hakimiyyət  orqanları  tərəfindən  həll  ediləcəyi  barədə  danışıqlar  aparmışdı. 

Naxçıvan  rəhbərləri  yerli  muxtariyyəti  saxlamaq  şərtilə  ingilislərin  təkliflərini  qəbul 

etmiş  və  hətta  bir  neçə  ingilispərəst  yerli  hakimi  öz  hökumətlərinin  tərkibinə  daxil  et­

mişdilər  [19, 

V. 

26].  Əlbəttə,  Azərbaycan  Xalq  Cümhuriyyətinin  beynəlxalq  mövqeləri­

nin  kifayət  qədər  aydınlaşmadığı  bir  şəraitdə  məqbul  sayılan  bu  güzəştlər  ingilislərə 

münasibətdə məqsədəuyğun addımlar idi.  Bu  güzəştlər başqa çıxış yolunun olmamasın­

dan və növbəti daşnak təhlükəsinin yaxınlaşmasından irəli  gəlirdi.

10



Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Naxçıvan bölgəsinə dair suveren  hü­

quqlarının  bərqərar  edilməsinə  yönəldilən  tədbirlərin  həyata  keçirilməsi  ingilislər tərə­

findən  müdafiə olunmur və  müxtəlif maneələrlə qarşılaşırdı  [18,  s.  129].  Ümumiyyətlə, 

3



oik  Britaniya  komandanlığının  Naxçıvana  münasibətdə  ikiüzlü,  riyakar  siyasəti  hə­

mişə  müşahidə  olunmuşdur.  Məsələn,  M.Mirbağırovun  başçılığı  ilə  Naxçıvana  gələn 

nümayəndə  heyətinə  ingilis  valisi  “Bakının  buraya hərbi  işin  təşkili  üçün  zabitlər  gön­

dərməyə  haqqının  olmadığını”  bildirib,  onlara eşitdirdi ki,  “bu  ərazi  hələlik  Azərbayca­

nın  tərkib  hissəsi  deyil  və  məlum  deyil  ki,  kimə  çatacaq;  indi  burada  ingilis  general- 

qubernatorluğudur...  Mən  sizə  qonaq  kimi  baxıram,  necə ki,  qonaq  kimi  gəlmisiniz,  elə 

də qonaq kimi gedə bilərsiniz”  [6,  v.  3].

Başqa bir fakt;  1919-cu il  martın  10-da Ermənistanla Naxçıvan şəhərindəki daşnak 

hərbi  hissələrindən  Ermənistanın  daxili  işlər  nazirinin  adma göndərilən  məlumatda  de­

yilirdi  ki,  ingilis komandanlığı  daşnakların  Şərur qəzasının  bir sıra kəndlərini tutmasına 

etiraz  etmir.  Elə  bu  siyasətin  nəticəsi  olaraq  1919-cu  il  iyulunda  daşnak  hərbi  dəstələri 

ingilislərin  köməyi  ilə  Şərur  mahalını  tutsalar  da yerli  hərbi  qüvvələr daşnakların  hərbi 

hissələrini  buradan qovdu [22,  s. 91-92].

Yenə başqa bir misal:  1919-cu il  mayın 4-5-də ingilis generalı  Devi  Naxçıvana gə­

lərək  bildirmişdir ki,  Naxçıvan və  Şərur qəzası  Ermənistan  Respublikası  ərazisində yer­

ləşdiyinə  görə  Ermənistan  hökumətinə  tabe  olmalıdır  [20,  v.  17].  Lakin  həmin  təklif 

müsəlmanların yığıncağında müzakirə olunarkən bildirildi ki,  ermənilərin tutmuş olduq­

ları  ərazilər  tarixən  Azərbaycan  torpaqları  olduğundan  və  müsəlmanlar  yaşadıqlarına 

görə Devinin  təklifi  məqbul  sayıla bilməz.  Naxçıvan  və  Şərur qəzalarının  müsəlmanları 

özlərinin  və  yaşadıqları  ərazinin  Azərbaycan  Respublikasına  tabe  olduğunu  təsdiq  edir 

və  erməni  silahlı  hissələrini  deyilən qəzaların  ərazisinə buraxmamağı  qərara  alırlar  [12, 

1919,  16  may].  Lakin  ingilis  komandanlığı  xalqın  bu  haqlı  tələbinə  də  məhəl  qoymadı. 

Daşnaklar  ingilis  zabitlərinin  bilavasitə  köməyi  və  iştirakı  ilə  1919-cu  ilin  iyununda 

Naxçıvanın  bir  hissəsini tutsalar da, Naxçıvan Milli  Komitəsinin  hərbi  hissələri  daşnak­

ların  nizami  qoşununu  əzərək  Naxçıvan  ərazisindən  kənara  atdı  [2,  v.  3-4].  Yerlərdə 

hakimiyyət Milli  Şuranın əlində idi.  İyulun əvvəllərində ingilis qüvvələri Naxçıvanı tərk 

etdilər [24,  s.  165].  Milli  Şura əlverişli  vəziyyətdən istifadə edib,  erməni  nizami  hissələ­

rini  əzdi.  Naxçıvan və Şərur qəzalarının,  demək  olar ki,  bütün ərazilərini tutaraq, burada 

öz şəriksiz nüfuzunu bərpa etdi  [17,  s.  51-53].

İngilislərin  Naxçıvan bölgəsində  olduqları  müddətdə Azərbaycan  Xalq  Cümhuriy­

yətinin  rəhbərliyi  bu  əraziyə  dair  öz  suveren  hüquqlarını  müdafiə  etmək,  oranın  təhlü­

kəsizliyinin təminatına yardım göstərmək və azərbaycanlı əhalisinə qarşı  ermənilərin tö­

rətdikləri  vəhşiliklərin qarşısını  almaq,  ən  başlıcası  isə,  mahalı  Quzey  Azərbaycanın  di­

gər  torpaqları  ilə  birləşdirmək  sahəsində  müəyyən  tədbirləri  həyata  keçirmək  istəyirdi. 

Bir  sıra  hallarda  ingilislər bunlara  mane  olurdular.  İrəvan  quberniyası  müsəlman  əhali­

sinə  1  mln.  manat  vəsait  çatdırılması  üçün  F.Xoyski  1919-cu  il  aprelin  3-də  məktubla 

Tomsona  müraciət  etdi.  Həm  də  hökumət  komissiyasının  Naxçıvan,  Şərur və  s.  rayon­

lara getməsinə şərait yaradılmasını da xahiş etdi.  Lakin hər iki xahişə mənfi cavab verildi.

İngilislər bir  tərəfdən Naxçıvanın  Azərbaycanın  bir  hissəsi  olduğunu  tanıyır,  ma­

liyyə və  silah vəd  edir,  digər tərəfdən isə  Naxçıvanın  daşnak Ermənistanın hakimiyyəti­

nə verilməsi təklifini  irəli  sürürdülər [30,  s.  59].

Azərbaycan  Xalq  Cümhuriyyəti rəhbərliyi Naxçıvanla bağlı  hərbi  səciyyəli  müəy­

yən  işləri  görə  bilməsə  də  bəzi  diplomatik-siyasi  yollardan  istifadə  edirdi.  Bu  sahədə 

Azərbaycan hökumətinin İrəvan  və Tiflisdəki  diplomatik nümayəndələri  səmərəli  və  iş­

güzar  fəaliyyət  göstərir,  Azərbaycan  rəhbərliyini  və  Xarici  İşlər  Nazirliyini  obyektiv

11



məlumatlarla  təmin  edir,  bir  sıra  hallarda  təkliflərini  də  çatdırırdılar.  M.Təkinski  Nax­

çıvanla bağlı  AXC  hökuməti  sədrinə yazırdı ki,  əgər Ermənistan Qarabağın Azərbayca­

na keçməsinə  razılaşarsa,  ingilislər  Şərur-Naxçıvan  rayonunu  ona  verəcəklər  [3,  v.  18]. 

Onun  fikrincə,  əhalisinin  əksəriyyəti  müsəlmanlardan  ibarət  olan  Şərur  və  Naxçıvanı 

ermənilərə  vermək  olmazdı.  Naxçıvan  bölgəsində  ermənilərin  özbaşınalıqlarının  qarşı­

sının  alınmasında  da  M.Təkinskinin  böyük  əməyi  ölmüşdür  [27].  O,  bu  məsələlərlə 

əlaqədar məlumat hazırlayaraq  Xarici İşlər Nazirliyinə göndərirdi.

Bununla əlaqədar F.Xöyski  Azərbaycan  hökumətinin  məlum  mövqeyini  Tömsöna 

bildirmişdi.  Yəni,  Naxçıvan  rayönunun  idarəsi  müvəqqəti  ölaraq Ermənistana verilərsə, 

önlar bu aktla heç vəchlə razılaşmayacaqlarmı çatdırmışdı.

Naxçıvan bölgəsinin müsəlmanları özlərini  Azərbaycanın ayrılmaz hissəsi sayır və 

hökumətdən  silah-sursat  alacaqlarına  ümid  edirdilər.  Bu  dövrdə  Şərur-Naxçıvan  hissə­

sində  süvari  dəstə  və  top,  pulemyötlarla  birlikdə  6  minədək  qöşun  hissələri  ölmüşdür 

[18,  s.  143].  Bunlar  öz  döyüş  keyfiyyətlərinə  görə  ermənilərinkindən  heç  də  geri  qal­

mırdı.  Naxçıvanlılar  Baş  nazirdən  buraya  zabit  kadrları  göndərməyi  və  100  min  manat 

pul  buraxılmasını  xahiş  edirdilər  [3,  v.  30].  Azərbaycan hökuməti Naxçıvan,  Şərur,  Or­

dubad rayonları üçün Naxçıvan Milli  Şurasına 400  min  manat göndərmişdi və daha 300 

min manat göndərilməsi nəzərdə tutulmuşdu.

Azərbaycan Xalq  Cümhuriyyətinin  Baş  nazirləri  ölmuş  F.Xöyski  və N.Yusifbəyli 

imkanları  daxilində  Naxçıvana  köməklik  edir,  önun  Azərbaycan  ərazisi  kimi  qörunub 

saxlanılması üçün siyasi,  diplömatik,  maddi  və  mənəvi vasitələrdən  istifadə edir və qəh­

rəman naxçıvanlıların fəaliyyətlərini də yüksək  qiymətləndirirdilər.  F.Xöyski  parlamen­

tin  iclasında  Naxçıvan  bölgəsinin  qəhrəman  əhalisinin  Vətənə  qövuşmaq  üçün  öz  hə­

yatları  və  ailələri  ilə  risk  edərək  mübarizəyə  qalxıb  azadlığa  çıxdıqlarını  söyləmişdi. 

N . Yusifbəyli  1919-cu  il  avqustun  18-də parlamentdəki çıxışında bu  bölgə ilə bağlı  qeyd 

etmişdir ki,  Naxçıvan öz qüvvələri  ilə istilaçıları devirərək Azərbaycanla birləşməyə ha­

zır  olduğunu  bildirmişdi  [12,  1919,  10  sentyabr].  1919-cu  il  dekabrın  22-də  N.Yusif­

bəyli parlamentdəki çıxışında yenidən bu məsələyə qayıdaraq demişdir:  “İgid naxçıvan­

lılar,  şərurlular və  vedibasarhlar  bu  məsələni  özləri  həll  ediblər;  önlar  həyatlarını,  ailə­

lərinin  şərəfini  və  var dövlətlərini  riskə  qöyaraq  doğma torpağa-vətənə  qovuşmaq  üçün 

ayağa qalxıb  azad oldular və bununla da hökumətin işini asanlaşdırdılar.  Güman edirəm 

ki,  haqq  və ədalət tərəfdarları bu  qətiyyəti,  fədakarlığı  və vətənpərvərliyi görəndən sön- 

ra önlarm qanuni hüquqlarını danmayacaqlar...” [5, v.  4-5].

Göründüyü  kimi,  Naxçıvan  əhalisi  ciddi-cəhdlə  Azərbaycan  Xalq  Cümhuriyyəti 

ilə sıx  əlaqələr yaratmağa çalışmış,  önunla birləşmək üçün müxtəlif yöl və vasitələr ara­

mışdı.  Bütün bunlar  isə  AXC tərəfindən razılıqla qəbul ölunmuş,  müəyyən tədbirlər gö­

rülmüşdü.

Qeyd  etməliyik  ki,  Azərbaycan  Xalq  Cümhuriyyəti  Naxçıvanla  əlaqələrin  çətinli­

yini  nəzərə alaraq  Azərbaycan  Respublikasının  nümayəndəsi  Qarabağ general-quberna- 

törunun  Naxçıvan  bölgəsinin  idarəsi  üzrə  köməkçisi  fəaliyyət  göstərmişdir.  Bir  qədər 

sönra isə Qarabağ general-qubernatörluğu  nəzdində Naxçıvan bölgəsinə dair xüsusi tap­

şırıqlar üzrə müvəkkillik vəzifəsi yaradıldı.  Səməd bəy Cəmillinski  Naxçıvanın general- 

qubernatoru təyin edildi.  S.Cəmillinskinin  qərargahı  əvvəlcə Ordubadda yerləşmiş,  son­

ra  isə  Naxçıvana köçmüşdü.  Naxçıvan və  Ordubadda yerli  hakimiyyətin  və  silahlı  qüv­

vələrin təşkili  üçün  1919-cu ilin avqustunda  S.Cəmillinskinin sərəncamına  1  mln  manat 

vəsait ayrıldı.

1919-cu  ilin  ikinci  yarısında  Zaqafqaziya  məsələləri  üzrə  Paris  sülh  könfransı 

adından  çıxış  edən  ABŞ-m  rolu  kəskin  surətdə  artdı.  Hələ  1919-cu  ilin  əvvəllərindən

12



Azərbaycanla  ciddi  maraqianan  ABŞ  nümayəndələri  tez-tez  Bakıda  gorunməyo  başla­

mışdılar  Şübhəsiz  onların  Azərbaycana  dair  planlarında  mühüm  strateji  mövqedə  yer­

ləşən  Naxçıvan  diyarı  da  öz  əksini  tapmişdı.  Lakin  ilk  vaxtlar arnenkaldann  sıv asəti  də 

ermənipərəstlivı  ilə  ingilislərdən  az  fərqlənirdi.  I9iö-cu  ilin  vayında  Naxçıvana  gəlmiş 

ABŞ  polkovniki  Rey  evni  vaxtda  həm  müsavatçılarla,  həm  daşnaklarla,  liəm  də  türk 

zabiti  Xəlil  bəylə  danışıqlar  aparmışdı  [20.  v.  71 j. O,  Naxçnmn  Milli  Komitəsinin  baş­

çısı  Cətərqulu  xanla  apardığı  danışıqlarda  Naxçıvanda  ABŞ-m general-qubernatoriuğu- 

nu yaratmaq  ideyasını  irəli  sürmüşdü  [25.  s.  29-.30İ.

İ 9 İ 0 - C U   il 

avqustun  axırlarında  Amerika  polkovniki  Paris  sulh  konfransı  və  .An­

tantanın  ittifaq  şurası  adından  AXC  hökumətinə  bildirmişdi  ki.  Naxçıvan  və  Şərur- 

Dərəiəvəz qəzaları  xüsusi  zona  təşkil  edir və  həmin yerlərdə bütün  idarəçilik  işlərinə ca­

vab verə biləcək  Amerika general-qubernatorlugu  təşkil  olunacaqdır [17,  s.  65]

İ 9 1 9 - C U  

il  sentyabrın  !-də  Haskelin  Paris  sülh  konfransı  adından  Azərbaycan  və 

Ermənistan  hökumətlərinə göndərdiyi  “Naxçıvan  və  Şərur-Dərələyəz  qəzaları  haqqında 

əsasnamə'Alə  həmin  fikirlər  bir  daha  nəzərə  çatdırılırdı  [2İ,  v.  135|,  Əsasnaməyə  görə, 

Naxçıvan  və  Şərur-Dərələyəz  qəzalarını  əhatə  edən  rayonlar  bitərəf zona  elan  edilir  və 

burada bütün  idarəçilik  işləri  'Amerika  general-qubernatoıiuğuna tapşırılırdı  1L3,  s  300- 

301].  Bütün  hərbi  qüvvələr,  poçt,  teleqraf onun  tabeliyinə  verilir,  yerli  vəzifəli  şəxsləri 

ueneral-qubernator  ləvin  edirdi  l.akin  .ABŞ-ın  həmm  movqevı  'AXC  hökuməti  və  Nax­

çıvan  Milli  Komitəsi  tərəfindən  qəbul  edilmədi.  Çünki  20  bənddən  ibarət  Haske!  layi­

həsinin  məzmunundan  görünürdü  ki.  belə  bii  layihə  amerikanlar  tərəfindən  hazırlana 

bilməzdi.  Ekı.  müttəfiqlənn  .Ali  Komissarı  Vüyam  Haskelin  adı  ilə  elan  edilmiş  erməm 

layihəsi  idi.  Bu  layihə  Azərbaycan  hökuməti  tərəfindən  qəbul  edilmədiyi  üçün  sentyab­

rın  27-üə  V.Haskel  birincidən  o  qədər də fərqlənməyən  12  bənddən  ibarət  ikinci  layihə­

ni  .Azərbaycan  hökumətinə  göndərdi.  .Azərbavcan  xarici  işlər  naziri  sentyabr avının  29- 

da  Haskeiə  vazrrdı  ki.  onun  hökuməti  şərtlərin  bir  qisminə  etiraz  edir.  Bununla  belə 

hökumət  Naxçıvan  və  Şərur-Dərələyəz  qəzalarında  xüsusi  genetal-qubevnatorluğun  ya­

radılmasının  əlevhinə  deyildir  Azərbaycan  hökuməti  i2  bənddən  ibarət  layihə  hazırladı 

və  sentvabr  avından  polkovnik  Haskeiə  göndərdi.  Lavihədə  göstərilirdi,  ■‘Naxçıvan  və 

Şərui'-Dərəiə\mz  qəzalarında  muvəqtjəti  olaraq,  xüsusi  general-qııbernatorluq  yaradılır, 

general -qu bernatoru  .Amerika  vətəndaşları  içərisindən  polkovnik  Haskel  təyin  edir;  bu 

qəzalar  ümumi,  birbaşa,  bərabər  və  gizli  səsvermə  yolu  ilə seçilən  ver!i  Şuralar  tərəfin­

dən  idarə edilir,  vilayətlərdə bütün  hakimivvət-inzıbati,  məhkəmə,  dəmir və şose yollan, 

poçt-teleqraf  xalq  maarifi  və  sair  Şuranın  müstəsna  səlafıiş-yətinə  daxil  edilir  və  bu  işi 

general-qubernator  tənzim  edir;  Şura  tərəfindən  təyin  edilən  icra  hakimiyyəti  çoxluq 

təşkil  edən  millətin  nümayəndəsindən  olmalıdır;  bütün  general-qubernatorkıqda  mət­

buat.  vicdan,  söz  azadlığı,  şəxsiyyətin  və  əmlakın  toxunulmazlığı  elan  edilməlidir;  ge­

neral -q u bern a to r!uğun  büdcəsinə  Azərbavcan  parlamentində  baxılmalı,  çatışmayan 

nıəbləü  .Azərbavcan  xəzinəsindən  əlavə  edilnıəlıdir;  .Azərbavcan  pulu  rəsmi  pul  ’'.ahidi 

kimi  qəbul  edilməlidir;  seçkilər keçirilənə qədər  general-qubernator  Azərbaycandan  iki 

rnəsiəhətçi  dəvət  edib  onların  köməyi  ilə  qavda-qanun  varatmahdır;  nevtral  zonadan 

Bakı-Culfa  dəmir  yolunun  keçdiyi  xüsusi  zolaq  ayrılıb,  Azərbavcan  hökumətinə  veril­

məlidir;  general-qubernatorluuıiii  əhalisi  tərksilah  edilməməl idir:  general-qu bernatorlu- 

ğun bütün  ərazisində amnistiva keçirilməlidir"  [ i 2,  i 919. 23  okıvabrj.

AvHaske!  Azərbaycan  Tərəfindən  təqdim  edilən  lavıhəni  qəbul  etmədi.  Sentvabr 

avının  ortalarında  Haskel  Naxçıvan,  Şərur  və  Ordubad  nümayəndələri  Əli  Səbri  Qası­

movu  və  K.M.Əsgərovu  ((əbııl  edərək  bildirdi  kı.  Birləşmiş  Şlaiiarm  ordu  mühəndisi 

polkovnik  Ldnıund  DelH  .Naxçıvana  qubernator  təvin  edilmişdir  və  bır  aydan  sonra  öz

i 3



vəzifəsinə  başlayacaqdır.  Nümayəndələr  adından  Əli  Səbri  Qasımov  Naxçıvan  əhalisi­

nin  10 bənddən  ibarət olan tələblərini  V.Haskelə təqdim etdi.  Burada Naxçıvan əhalisi­

nin  bu  rayona  erməni  qoşunu  yeridilməsinə  razı  olmayacağı,  bu  qəzaların  əhalisinin 

Ermənistan  hökumətinə  tabe  olmayacağı  və  lazım  gələrsə,  azərbaycanlı  əhalinin  öz  is­

tiqlaliyyətini silahlı yolla qoruyacağı göstərilirdi  [12,  1919, 23 oktyabr].

1919-cu  il  oktyabrın  23-də  Müttəfiqlərin  Ali  Komissarlığından  Azərbaycan  Xalq 

Cümhuriyyəti  hökumətinə ünvanlanmış aşağıdakı məlumat alınmışdı:  “Naxçıvan və  Şə­

rur  rayonlarında  əmin-amanlıq  yaratmaq  məqsədilə  Azərbaycan  və  Ermənistan  höku­

mətləri  razılığa gəldilər ki,  bu  iki  rayon  bundan  sonra da ittifaq  səviyyəsində  idarə  edi­

lən  zonada  Amerika  qubernatorluğunun  inzibati  hakimiyyəti  altında  qalacaqdır”  [11, 

1919,  23 oktyabr].

1919-cu  il  oktyabrın 22-də Bakıda AXC-in rəsmi  orqanı olan “Azərbaycan”  qəze­

tində  Naxçıvanda  ABŞ  polkovniki  Edmund  Delli  başda  olmaqla  Amerika  general-qu- 

bernatorluğunun təşkil  olunması  haqqında əsasnamə dərc edildi  [12,  1919,  22 oktyabr]. 

Bu isə çıxılmaz vəziyyətdə  qalmış  AXC  rəhbərliyinin  həmin məsələyə qeyri-rəsmi qay­

dada razılığı  kimi  qəbul  edilə  bilərdi.  Bununla belə,  Azərbaycan hökuməti  ilə Naxçıvan 

Milli  Komitəsi arasında qardaşlıq  münasibətləri əvvəlki kimi  saxlanılırdı.  Əldə olunmuş 

razılığa  əsasən,  AXC  hökuməti  altı  min  nəfərlik  qoşun hissələrini  silahlandırmağı  Nax­

çıvan Milli Komitəsinə vəd vermişdi [11,  1919,  22 oktyabr].

Oktyabr  ayının  24-də  Ceymis  S.Rey  Naxçıvana  gəldi  və  müsəlman  Milli  Şurası 

qarşısında neytral  zona yaratmaq barədə V.Haskelin bəyanatını  elan etdi.  Bəyanatda de­

yilirdi  ki,  Şərur  və  Naxçıvan  dairəsində,  Amerika  qubernatorunun  rəhbərliyi  altında 

müttəfiq  idarəçilik  zonasının  yaradıldığını...  polkovnik  Edmund  L.Dellinin  bu  zonaya 

qubernator təyin edildiyini bildirirəm [16,  s.  374-375].  Ceymis Rey sərəncamla bəyanat­

da  qeyd  olunanları  rəsmiləşdirdi.  Lakin  Naxçıvan  Milli  Şurasının  və  bütün  Naxçıvan 

əhalisinin  təkidi  ilə  polkovnik  Delli  Naxçıvanda general-qubernator  kimi  deyil,  Ameri­

ka  Ali  Komissarın  nümayəndəsi kimi  qaldı.  Milli  Şuradan  C.Reyə  məlumat verdilər ki, 

“xalq  azərbaycanlı general-qubernatordan başqa heç kimi  tanımaq  istəmir”.  C.Rey başa 

düşürdü  ki,  neytral  zona  üçün  nəzərdə  tutulan  ərazini  Azərbaycandan  ayırmaq  qeyri- 

mümkündür.

Noyabr ayında C.Rey və E.Delli  cəhd göstərsələr də general-qubernatorluq yarada 

bilmədilər,  onların  missiyası  süquta  uğradı  və  Naxçıvanda  möhkəmlənmək  cəhdi  baş 

tutmadı.

Bunu  görən  ermənilər  1919-cu  ilin  sonlarında Naxçıvana  yenidən  hücum  etdilər. 

Ermənistanın  nizami qoşun hissələri  ilə Naxçıvan Milli  Komitəsinin  hərbi dəstələri  ara­

sında  qanlı  toqquşmalar  başlandı.  Bu  qanlı  döyüşlər  amerikalıların  ümidlərini  döğrult- 

madı.  Döyüş qabiliyyətini  itirmiş Ermənistan ordusu  heç bir əhəmiyyətli  müvəffəqiyyət 

qazanmadı.  Amerikalıların  gözlədiklərinin  əksinə  olaraq  hərbi  toqquşmalar,  azərbay­

canlı  əhaliyə  qarşı  törədilən  qanlı  cinayətlər  Naxçıvan  Milli  Komitəsinin,  müsavatçı 

Kəlbalı  xanın  hərbi,  inzibati  və  siyasi  hakimiyyətini  daha  da  möhkəmləndirdi.  O,  həm­

çinin,  xəzinəyə,  dəmir  yoluna,  poçt-teleqrafa  və  vergilərin  qoyulmasına  nəzarəti  ələ 

keçirdi.


Belə  uğurlu  vəziyyətə  baxmayaraq  amerikalılardan  yardım  alan  daşnak  Ermənis­

tanı  1920-ci  ilin  yanvarında Naxçıvanı  işğal  etmək üçün yeni  cəhd göstərdikdə,  diyarın 

müdafiəçilərinin vəziyyəti xeyli  mürəkkəbləşdi.  Azərbaycan Xalq Cümhuriyyətinin özün­

də  siyasi  böhranın  dərinləşməsi  Naxçıvana  hərbi  yardım  göstərilməsini  çətinləşdirdi. 

Düşmənin  üstün  qüvvələri  qarşısında  tək  və  zəif  qalmış  Naxçıvan  rəhbərliyi  kömək 

üçün  türklərə  müraciət  etməli oldu.  Belə cəhd öz növbəsində Naxçıvanda  Azərbaycanın

14



ino'.qeiərini  xevli  zəiflətdi,  'Təsadüfi  devi!  ki.  Iv20-ci  ilin  fe\ralında  Azərbaycan  Xalq 

Cümhuriyyəti  hökumətinin  nümayəndələri  Naxçıvanı tərk  etməvə  məcbur oldular.  Nax­

çıvanda  hərbi-siyasi  \əziyyət  xeyli  mürəkkəbləşdi,  Naxçıvan  əhalisinin  misilsiz  qəhrə­

manlığı  sayəsində  Şərur.  Ordubad,  Na-xçıvan  toıpaqlan  i920-ci  ilin  ortalarına  doğru 

tamamilə erməni  daşnaklarından təmizləndi,

Kəlbah  xan  və  onun  tərəfdarlarının  səyləri  nəticəsində  Naxçıvandakı  genera!-qu- 

bernatorlucj  !920-ci  ilin  martında  faktiki  olaraq  ləğ\  edilmiş  və  Naxçıvan  yemdən  döv­

lət  müstəqilliyi  qazanmışdı.  Təsadüfi  deyildir  ki.  o  günlərdə  Naxçıvan,  Şərur,  Ordubad 

və  Vedibasar  rayonu  nümayəndəiəıinin  iclası  'qəti  olaraq  .A.XC-Ə  birləşmək"  cəhdini 

ifadə edirdi  j  15.  s  116].

Naxçıvan  diyarının  əhalisini  erməni  qırğınından  xilas  etmək  üçün  türklərin  kömə­

yinə  ehtiyac  duyulurdu.  Yerli  əhali  nümayəndələrinin  türk  qoşunlarını  Naxçıvana dəvət 

etmək  barədə  mətbuatda  dərc  olunmuş  müraciətdə  də  həmin  reallıq  öz  ifadəsini  tap­

mışdı,  FJə  bunun  nəticəsi  idi  ki.  1920-ci  ilin  martında  Əli  Teymur  bəy  başda  olmaqla 

yeni  türk qoşun  hissəsinin  Naxçıvana gəlməsi  əhali  tərəfindən böyük  şadlıqla qarşılandı. 

Hadisələrin  sonrakı  gedişi  bir  daha  təsdiq  etdi  ki,  bu  tədbir  Naxçıvan  əhalisinin  yeni 

qırğınının  qarşisııii  almış,  diyarın  gələcək  siyasi  taleyinin  həllində,  onun  məhz  Azər- 

baycan  dövlətinin  tərkibində  muxtariyyət  əldə  etməsində  əhəmiyyətli,  bəlkə  də  miiəy- 

yənedici  rol  oynamışdır.

Beləliklə,  aydın  olur  ki.  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti  \ ə  parlamenti 

hərbi-siyasi  vasitələrdən  istifadə  edərək  ölkənin  ərazi  bütövlüyünü  qorumağa  çalışmış. 

Naxçıvanın  itirilməsinə  və  ermənilər  tərəiındən  işğal  edilməsinə  yol  verməmiş  \ə  bu 

istiqamətdə  ingilislər  və  amerikalılarla  diplomatik  danışıqlar  aparmış,  eyni  zamanda 

Naxçıvana  itərbı  və  rnaddi  köməkliklər göstərmiş,  lakin  bütun  bunlarla  yanaşı,  özlərinin 

çətin  ictimai-siyasi  və hərbi  vəziyyətlə qarşılaşdıqlarından  bir sıra hallarda məqsədlərinə 

tam  nail  ola  bilməmişlər.  Bölgə əhalisinin  igidliyi  \ə   qəhrəmanlığı  sa\ əsində  Naxçıvan 

ərazisi  .Azərbaycanın  tərkib  iıissəsi  kimi  qorunub  saxlanılmış  \.ə  nəhavət  bevnəixalq 

Moskva  və  Qars  müqavilələrinə  uv<ğun  olaraq  İ921-cı  ilin  martında  və  oktyabrında 

.Azərbaycanın  tərkibində ona  muxtarivyət  statusu verilmişdir.

Ə D Ə B I \   Y A T

iikasi  Dövlət  Arxivi  (ARDA):  к  970.  si\,  1.  iş  1.

1.  iş 42,

!.  iş  54 

10.  iş 31 

10,  iş 37.

10.  iş  76.

10,  iş 94.

!0.  iş  102.

10,  iş  17H

1900-1920-ci  illər,  Bakı;  Elm.  2008, 696  s.

1.  Azərbaycan  Respub

2.  ARDA:  F  970,  siy.

3.  ARDA:  F.  970.  siy,

4.  ARDA:  Г,  894.  siv.

5.  ARDA:  F  894,  siy.

6.  ARDA:  F  894,  siv.

7.  ARDA:  F  894,  siv,

8  ARDA:  F  894,  siy.

9  ARDA:  F.  894,  siv.

10.  Azərbavcan tarixi:  7  cilddə  V  c. 

i  1.  ".Azərbaycan”  qəzeti

12,  "А:зербапджан" qəzeti.

13.  Азербайджанская  Республика.  Документы  и  материалы.  1918-192(: гг.  Ьаку: 

Элм, 

1998,  616 



с.

14  Atmır  !  Е.  Osmanlı  vönctiminden  Sovyet vönetiınine  kadar Nahçıvan (1918-192 i 

Doktora tezi.  Erzurum,  1996.  438  s.

15



15.  Hacıyev А.  Qars və Araz-Türk respublikaları tarixindən.  Bakı;  Azərnəşr,  1994,  124 s.

16.  Həsənli C.  Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti (1918-1920).  Bakı: 

Garisma MMC, 2009,  576 s.

17.  Малахов Г.  Победа Советской власти в Нахичевани и образование Нахичеван­

ской  АССР.  Баку,  1968,  188 с.

18.  Musayev İ.  Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xa­

rici dövlətlərin siyasəti (1917-1921-ci illər).  Bakı Universiteti nəşriyyatı,  1996, 328 s.

19.  Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi (NMRDA);  F.  314,  siy.  5, iş 67.

20.  NMRDA:  F.  314,  siy.  5, iş 71.

21.  NMRDA:  F.  314,  siy.  5, iş 73.

22. Naxçıvan Muxtar Respublikası. Bakı:  Elm,  2001,  220 s.

23.  Naxçıvan tarixi atlası.  Bakı,  2010,  55  s.

24. Nəsibzadə N.  Azərbaycanın xarici siyasəti (1918-1920).  Bakı:  Ay-Ulduz,  1996,

304 s.


25.  Quliyev C., Mədətov Q., Nadirov A.  Sovet Naxçıvanı.  Bakı:  Azərnəşr,  1984,  136 s.

26.  Tahirzadə Ə.  Mirabbas Mirhüseyn oğlu  Mirbağırzadə.  “525-ci qəzet”,  2005,  19 

fevral.

27.  Paşayev A.  Məhəmməd xan Təkinski kimdir? “Xalq qəzeti”,  2010,  18 iyul.



Исмаил Гаджиев

НАХЧЫВАН  ВО  ВНУТРЕННЕЙ  И  ВНЕШНЕЙ ПОЛИТИКЕ 

АЗЕРБАЙДЖАНСКОЙ НАРОДНОЙ  РЕСПУБЛИКИ

В  статье  на  основе  фактов  показаны:  особое  значение,  придававшееся  нах- 

чыванскому  вопросу  в  период деятельности  Азербайджанской  Народной  Респуб­

лики,  некоторые  вопросы  в деятельности  республиканского  парламента и  власти, 

связанные  с  Нахчываном,  политическая,  военная  материальная  и  моральная  по­

мощь, оказанная области для предотвращения оккупации со стороны армян.

Здесь также  исследована  деятельность  Мусульманского  Национального  Ко­

митета  в  целях  защиты  Нахчывана,  борьба  против  армянских  дашнаков,  связи  с 

Османским  государством,  созданная  в  области  Аразско-Тюркская  Республика, 

политика США и Англии  в отношении Нахчывана.

В  результате  исследования  автор  пришел  к  заключению,  что  разные  сред­

ства,  использованные населением, особенно упорная борьба нахчыванцев, способ­

ствовали сохранению Нахчывана в составе Азербайджана,

Ключевые  сюва:  Азербайджанская  Народная  Республика,  нахчыванцы,  тюрки,  Россия, 

Англия,  США, Аразско-Тюркская Республика,  армяне.

İsmayil Hajiyev

NAKHCHIVAN  IN THE  INTERNAL AND FOREIGN POLICY OF THE 

PEOPLE’S REPUBLIC OF AZERBAIJAN

The  special  significance  attached  to  the  Nakhchivan  issue  during  the  activity  of 

the  Azerbaijan  People’s  Republic,  some  issues  in  the  activity  of the  republican  par­

liament  and  authorities  related  to  Nakhchivan,  political,  military  material  and  moral

16



assistance,  rendered to the area for prevention of occupation by Armenians are shown in 

the paper on the factual basis.

It  also  examined  the  activities  of  the  Muslim  National  Committee  in  order  to 

protect  Nakhchivan,  the  struggle  against  the  Armenian  Dashnaks,  relations  with  the 

Ottoman  state,  established  in  the  Araz-Turkic  Republic,  the  policy  of  the  USA  and 

England towards Nakhchivan.

As a result of this research,  the author came to the conclusion that  different means 

used  by  the  population,  especially  the  persistent  struggle  of the  Nakhchivanians,  con­

tributed to the preservation of Nakhchivan within Azerbaijan.

Key  words:  People’s  Republic  o f Azerbaijan,  Nakhchivanians,  Titrkis,  Rii, 

.iraz-Turk Republic,  armenians.

ij* ib » y e a n   SosoubliWasi Prezidentir.in( 



i^lar \d a rs si

'  PREZiDENT  KlT»\CXANASl

17



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə