PraksiS” Sosial İnkişafa Dəstək İctimai Birliyi



Yüklə 47,5 Kb.
tarix08.07.2018
ölçüsü47,5 Kb.
#54466




PRAKSİS” Sosial İnkişafa Dəstək İctimai Birliyi. Bakı şəh. Zahid Xəlilov küç.26, 554-cü məhəllə. AZ-1141 Tel/Fax: 447 57 37, URL: www.praxis.az; E-mail: office@praxis.az



_____________________________________________________________________________
PRESS RELİZ 08- 20 avqust 2007

Praksis” Counterpart İnternational tərəfindən Fizuli rayonunda yerli



özünüidarəetmə sahəsində layihə həyata keçirmək üçün seçilmişdir

“Praksis” Sosial İnkişafa Dəstək İctimai Birliyi Counterpart İnternational təşkilatının elan etdiyi Vətəndaş Cəmiyyəti Layihəsi çərçivəsində Fizuli rayonunda yerli özünüidarəetmə sahəsində layihə həyata keçirmək üçün seçilmişdir. İcra olunacaq layihənin əsas məqsədi Fizuli rayonunda yerləşən Aşağı Kürdmahmudlu və Böyük Bəhmənli kəndlərində məskunlaşmış məcburi köçkünlərin yerli özünüidarəetmə hüququndan daha səmərəli istifadənin və yerli səviyyədə qərar qəbul edilməsində iştirakının təmin edilməsindən ibarətdir.


Qeyd edilmiş məqsədə çatmaq üçün layihə çərçivəsində vətəndaşların yerli özünüidarəetmə barədə məlumatlılıq səviyyəsinin gücləndirilməsi, müxtəlif tədbirlər vasitəsilə sakinlərin, xüsusi qrupların maraqlarının öyrənilməsi və nəzərə alınması və bələdiyyə strateji planı, büdcə və qərar qəbul edilməsi prosesində şəffaflığının artırılması kimi vəzifələr müəyyən edilmişdir.
Layihənin əsas məqsəd qrupları Fizulidə yerləşən Böyük Bəhmənli (6264 sakin) və Aşağı Kürdmahmudlu (2515 sakin) kəndlərində məskunlaşmış məcburi köçkün və geri qayıdan şəxslər, eləcə də bu iki bələdiyyənin üzvlərindən (ümumilikdə 18 nəfər) ibarətdir.
Layihə fəaliyyətlərinin icrası nəticəsində seçilmiş bələdiyyələrdə əhalinin yerli özünüidarəetmə orqanlarına marağı və tələbkarlığının artacağı gözlənilir. Eyni zamanda, bələdiyyə və sakinlər arasında ünsiyyət forması geniş şəkil alacaq, bələdiyyə üzvlərinin peşəkarlığı və hesabatlılığı yüksələcəkdir. Seçilmiş bələdiyyələr həm də öz daxili sənədləşdirilməsi və proseduralarının təkmilləşdirilməsi istiqamətində layihədən bəhrələnə biləcəklər.

Məcburi köçkünlərin yerli özünüidarəetmədə iştirakının gücləndirilməsi layihəsi “Praksis” təşkilatının Fizuli rayonu üzrə fəaliyyət göstərən ofisi tərəfindən idarə ediləcəkdir. Təşkilat artıq bir neçə ildir ki, icra etdiyi layihələr çərçivəsində Fizuli rayonunda yerləşən bir çox bələdiyyələrlə əməkdaşlıq etməkdədir.



Zaur Əliyev

İctimaiyyətlə Əlaqələr Xidməti
zaur@praxis.az
Yüklə 47,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə