PraksiS” Sosial İnkişafa Dəstək İctimai Birliyi



Yüklə 81 Kb.
tarix08.07.2018
ölçüsü81 Kb.
#54467




PRAKSİS” Sosial İnkişafa Dəstək İctimai Birliyi. Bakı şəh. Zahid Xəlilov küç.26, 554-cü məhəllə. AZ-1141 TEL-FAX: 447 57 37, URL: www.praxis.az; E-mail: office@praxis.az



_____________________________________________________________________________
PRESS RELİZ 13-22 oktyabr 2007

Məcburi köçkünlərin əmlak və mülkiyyət məsələlərinə dair



hüquqi halların xülasəsi” adlı kitab çap olunmuşdur
Kitab “Praksis” Sosial İnkişafa Dəstək İctimai Birliyi Danimarka Qaçqınlar Şurasının Regional Qrantlar Proqramı daxilində “Şəhər və kənd yerlərində məskunlaşmış məcburi köçkünlərin əmlak və mülkiyyət hüquqlarının müdafiəsi” layihəsi çərçivəsində işlənib hazırlanmışdır. Bu layihə vasitəsilə təşkilat özəlləşmə və qeydiyyat sahəsində olan problemləri müəyyənləşdirmiş, məcburi köçkün və geri qayıdanların məlumatlılığının artırılması vasitəsilə əmlak və mülkiyyət hüquqlarının müdafiəsini gücləndirmişdir. Layihənin sonunda Praksis dövlət orqanları, bələdiyyələr və Dövlət Reyestr İdarəsinə əmlak və mülkiyyətin qeydiyyatında olan problemlərin aradan qaldırılması sahəsində tövsiyələr təqdim etmişdir.
Kitabda “Yeni salınmış ərazilərdə məskunlaşan məcburi köçkünlərin əmlak və sahiblik hüququnun xüsusiyyətləri”, Geri qayıtmış ərazilərdə daşınmaz əmlakların dövlət qeydiyyatı”, “Ölkə daxilində köçürülmüş şəxslərin məsələləri üzrə Rəhbər Prinsiplərdə əmlak və mülkiyyətə dair Prinsiplərin qısa icmalı”, “Milli qanunvericilik aktlarının əmlak və mülkiyyətə münasibəti”, “Qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həlli” və digər mövzular ətraflı surətdə araşdırılmışdır.
Bu vəsait vətəndaş cəmiyyətinin inkişafı, insan hüquqlarının müdafiəsi, əmlak və mülkiyyət hüquqlarının qorunması, əhalinin hüquqi maarifləndirilməsi istiqamətində çalışan yerli və beynəlxalq təşkilatlar, müvafiq hökumət və dövlət orqanlarının əməkdaşları, yerli və məcburi köçkün icmaları və müstəqil tədqiqatçıların istifadəsi üçün nəzərdə tutulmuşdur.

Zaur Əliyev
İctimaiyyətlə Əlaqələr Xidməti

Zaur@praxis.az
Yüklə 81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə