PraksiS” Sosial İnkişafa Dəstək İctimai Birliyi



Yüklə 54,5 Kb.
tarix08.07.2018
ölçüsü54,5 Kb.
#54468




PRAKSİS” Sosial İnkişafa Dəstək İctimai Birliyi. Bakı şəh. Zahid Xəlilov küç. 26, 554-cü məhəllə. AZ-1141 TEL-FAX: 4475737, URL: www.praxis.az; E-mail: office@praxis.az



_____________________________________________________________________________
PRESS RELİZ 14-29 oktyabr 2007

Fizuli rayonu Böyük Bəhmənli və Aşağı Kürdmahmudlu bələdiyyələrində iki günlük təlimlər keçirilmişdir
“Praksis” Sosial İnkişafa Dəstək İctimai Birliyi Counterpart İnternational təşkilatının elan etdiyi Vətəndaş Cəmiyyəti Layihəsi çərçivəsində Fizuli rayonunda “Məcburi köçkünlərin yerli özünüidarəetmədə iştirakının gücləndirilməsi” layihəsini davam etdirir. Oktyabr ayının 27-28-də bələdiyyələrin üzvləri üçün Vətəndaş İştirakçılığıStrateji Plan üzrə keçirilən 2 günlük təlimlərdə “Praksis”-in Fizuli rayonu üzrə əlaqələndiricisi M.Alxazova, təlimçilər F. Cəfərli və Z. Əliyev iştirak etmişlər. Seçilmiş bələdiyyələrdə GZİT təhlilinin təşkil edən təlimçilər 2008-2009 –cu illər üzrə Strateji Planın hazırlanması üzrə bələdiyyələrlə birgə həyata keçirmişlər.
Hər iki bələdiyyədə təlim zamanı 40 nəfərə yaxın bələdiyyə üzvü və vətəndaş fəal surətdə iştirak etmişlər. Təlimlərdə, eyni zamanda məhəllə komitələrinin üzvləri də iştirak etmişlər. Təlimin gedişində bələdiyyə haqda ümumi məlumatlar, yerli problemlərin müəyyənləşdirilməsi və priotetləşdirilməsi, vətəndaş iştirakçılığı, strateji planlaşdırma nədir? Strateji planlaşdırmanın bölmələri, GZİT (SWOT) analiz, fond yaratma, layihə təklifləri (priotetləşdirilmiş problemlərin həlli), yerli özünüidarəetmənin iqtisadi əsasları, bələdiyyə mülkiyyəti, bələdiyyənin maliyyə idarəetməsi, bələdiyyələrin maliyyə imkanları və digər mövzulara müraciət edilmişdir.
Qeyd edək ki, iki bələdiyyənin 2008-ci il üçün iştirakçı metod vasitəsilə büdcəsini hazırlamaqda texniki yardım edilmişdir. Eyni zamanda, 2008-ci il üzrə büdcələri vətəndaşların rəyi nəzərə alınmaqla hazırlanmışdır. Məlumat üçün bildirək ki, artıq seçilmiş bələdiyyələrdə əhalinin yerli özünüidarəetmə orqanlarına marağı və tələbkarlığının artmışdır. Vətəndaşlar arasında fəallıq göstərənlər də bələdiyyələrlə birgə təlimlərdə iştirak etmiş, strateji planın hazırlanmasında öz təklif və tövsiyələrin bildirmişlər. Vətəndaşlar əsasən yerli problemlərin həll olunması (yolların çəkilişi, su quyuları, telefon xətti, gənclərin və yaşlıların istirahət məkanlarının olmamağı və s.) istədiklərini büruzə vermiş və onların strateji plana daxil olunmasını xahiş etmişlər. Təlimlər zamanı qadın və gənclərin fəallıq nümayiş etdirməsi layihənin ən uğurlu nəticələrindən biridir. Vətəndaşlarını bələdiyyələrin önündə asılmış təkliflər qutusuna rəy və istəklərini fəal surətdə atması da müsbət hal kimi qeyd edilmişdir.
Məlumat üçün bildirək ki, “Praksis” artıq bir neçə ildir ki, icra etdiyi layihələr çərçivəsində Fizuli rayonunda yerləşən bir çox bələdiyyələrlə əməkdaşlıq etməkdədir.

Zaur Əliyev

İctimaiyyətlə Əlaqələr Xidməti

Zaur@praxis.az
Yüklə 54,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə