“praksiS” Sosial İnkişafa Dəstək İctimai Birliyi



Yüklə 199,5 Kb.
tarix01.08.2018
ölçüsü199,5 Kb.
#60296


____________________________________________________________________________________________

PRAKSİS” Sosial İnkişafa Dəstək İctimai Birliyi. Bakı şəh. Zahid Xəlilov küç.26, 554-cü məhəllə. AZ-1141 TEL-FAX:4475737, URL: www.praxis.az; E-mail: office@praxis.az


03- 22 İyun 2007

PRESS RELİZ
İŞSİZLİK PROBLEMLƏRİNİN HƏLLİNİN TAPILMASINDA

MƏLUMATSIZLIĞI ARADAN QALDIRILMASINA DAİR MÜHÜM YADDAŞ KİTABÇASININ TƏQDİMATI KEÇİRİLƏCƏK.


PRAXİS” Sosial İnkişafa Dəstək İctimai Birliyinin çap etdiyi “Əmək Hüquqluqlarının Müdafiəsi Üzrə Yaddaş Kitabçası”nın təqdimatı 27 İyun 2007-ci il tarixdə saat 11-00-da “Kitab Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətin Bakı şəhəri, Mustafa Sübhi küçəsi, 13 (TəzəPir Məscidinin yanı)-də yerləşən Mərkəzində keçiriləcək.

Vəsait özündə məşğulluq və əmək hüquqları ilə bağlı Azərbaycan Respublikasının Qanunvericiliyi, sosial müdafiə və sosial müavinətlər, işsizliyin aradan qaldırılması, peşə hazırlığı qaydaları, təqaüdlərin və işsizlik müavinətlərinin hesablanma qaydaları, ixtisasartırma, haqqı ödənilən ictimai işlərin təşkili, işsizlik müavinəti, qaçqınların və məcburi köçkünlərin statusundan məşğulluqla bağlı çıxarışlar, iş axtarmaq yolları və sənədləşmə, Bakı şəhər və rayonlarının məşğulluq orqanları haqqında məlumat, vətəndaşlar üçün kvota tətbiq edilməsi istiqamətləri, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvotaların tətbiq edilməsi qaydaları, işsizlərin qeydiyyata alınması qaydaları və digər önəmli problemləri əks etdirir.

Kitab Dünya Bankının Kiçik Qrantlar Proqramı daxilində Azərbaycan İcma İnkişafı, Araşdırmalar, Təlim və Resurs Mərkəzinin koordinasiyası ilə “Məcburi Köçkünlərin əmək hüquqları və məşğulluğu” layihəsi çərçivəsində hazırlanmışdır.

Təqdim edilmiş vəsait vətəndaş cəmiyyətinin inkişafı, yoxsulluğun azaldılması və işsizliyin aradan qaldırılması, əhalinin hüquqi maarifləndirilməsi istiqamətində çalışan bütün şəxslər və qurumlar üçün əvəzedilməz əhəmiyyət daşıyır.

Qeyd edək ki, “PRAXİS” Sosial İnkişafa Dəstək İctimai Birliyinin əsas məqsədi davamlı inkişafa nail olmaqla insan hüquqlarının təmin edilməsinə çalışmaqdan ibarətdir. Vəsaiti əldə etmək istəyənlər “PRAXİS” Sosial İnkişafa Dəstək İctimai Birliyinin ofisinə müraciət edə bilərlər.


Zaur Əliyev

İctimaiyyətlə Əlaqələr Xidməti

(+99412) 4475737

zaur@praxis.az
Yüklə 199,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə