Практикум по процессам и аппаратам пищевых производств/ С. М. Гребенюк, А. С. Гинзбург и др под ред. С. М. Гребенюка



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/44
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5626
növüПрактикум
  1   2   3   4   5   6   7   8   9   ...   44


AZƏRBAYCAN  RESPUBLİKASI  TƏHSİL  NAZİRLİYİ
QİDA  TEXNOLOGİYASININ 
PROSES  VƏ  APARATLARI
KURSU ÜZRƏ
MÜHAZİRƏ MATERİALLARI
Tərtib etdi:                                             DOS. FƏRZƏLİYEV E. B.


BAKI - 2011
Ə D Ə B İ Y Y A T
1.   Mustafayev   X.   S.   Qida   texnologiyasının   prosesləri   və   aparatları.   –   Bakı.:
“Təhsil” NPM, 2006. – 454 s.
2.  Геккер   И.   Е.   Процессы   и   аппараты   пищевых   производств.   –   М.:
Госторгиздат, 1963.
3.   Процессы   и   аппараты   пищевых   производств/   [В.   Н.   Стабников,   В.   Д.
Попов, В. М. Лысянский и др.] – М.: Пищевая промыщленностъ, 1976.
4.   Стабников   В.   Н.,   Баранцев   В.   И.   Процессы   и   аппараты   пищевых
производств. – М.: Легкая и пищевая промыщленностъ, 1983.
5.   Лабораторный   практикум   по   процессам   и   аппаратам   пищевых
производств/   Гинзбург   А.   С.,   Михеева   Н.   С.,   Бабъев   Н.   Н.   –   М.:   Пищевая
промыщленностъ, 1976.
6.   Лабораторный   практикум   по   процессам   и   аппаратам   пищевых
производств/ С. М. Гребенюк, А. С. Гинзбург и др. под. ред. С. М. Гребенюка. –
М.: Легкая и пищевая промыщленностъ, 1981.
 
2


MÖVZU 1. G İ R İ Ş. K U R S U N  Ü M U M İ
M Ə S Ə L Ə L Ə R İ – 2 SAAT. 
Qida xammallarından istifadə olunmaqla  icra edilən texnoloji emal  prosesləri,
müasir dövrdə, öz müxtəliflikləri ilə fərqlənirlər. Ona görə ki, bu emal proseslərinin
yerinə yetirilməsi zamanı, ənənəvi üsullar tətbiq edilməklə bərabər, son illər ərzində
inkişaf etmiş elektrofiziki və istilik – fiziki metodların köməyindən də istifadə olunur.
Bu isə, bilavasitə yeni texnologiyaların tətbiqinə təkan verməklə, yüksək keyfiyyətli
qida məhsulları istehsalına imkanlar yaradır. 
Müasir dövrdə ən ciddi, sosial, siyasi və iqtisadi əhəmiyyəti olan məsələlərdən
biri elmi – texniki tərəqqidən daha səmərəli istifadə edilməsidir. Elmi – texniki tərəqqi
elm  ilə  texnika  arasında  sistemli  əlaqə   yaratmaqla   onları  vahid  prosesdə  birləşdirir.
Yəni, texnikanın inkişafı daha müstəqil şəkildə deyil, əsasən elmi yeniliklərin tətbiqi
hesabına həyata keçir. 
Qida   sənayesində   elmi-texniki   tərəqqinin   müvəffəqiyyətlə   həyata   keçirilməsi
üçün onun əsas istiqamətlərindən kompleks istifadə edilməsi vacibdir. Bu istiqamətlər
arasında   istehsal   proseslərinin   mexanikləşdirilməsi   və   avtomatlaşdırılması,   qida
məhsullarının   istehsalında   sənaye   metodlarının   tətbiqi   əsas   yer   tutur.   Xammalların
emalı   və   qida   məhsullarının   istehsalı   üçün   təyin   edilmiş   yeni   növ   avadanlıqların,
mütərəqqi   texnologiyaların   işlənib   hazırlanması   və   tətbiqi   bilavasitə   aparatlarda   baş
verən fiziki – kimyəvi proseslərin qanunauyğunluqlarının tədqiqi ilə sıx bağlıdır. Bu
tədqiqatların   aparılmasında   “Qida   texnologiyasının   prosesləri   və   aparatları”   kursu
böyük  rol  oynayır.  Bununla   yanaşı   müasir   qida   sənayesi   bir   çox  müxtəlif   texnoloji
prosesləri   əhatə   edir   ki,   bunlar   emal   edilən   xammalın   və   ondan   alınan   məhsulların
xassəsinə və bu proseslərin həyata keçirilmə üsullarına görə bir – birindən fərqlənir. Bu
cəhətdən   qida   sənayesinin   emal   müəssisələrindəki   müxtəlif   qurğuların   texnoloji
sxemləri də çox müxtəlifdir. Bunların əsaslandırılmasına aid məlumatı qida məhsulları
texnologiyası kurslarında tapmaq olar. 
Lakin hər hansı qida emal müəssisəsi nəticə etibarı ilə məhdud miqdarda tipik
aparat   və   maşınlardan   ibarət   olur   ki,   müxtəlif   əsas   proseslər   və   ya   əməliyyatlar
3


(qızdırma,   kondensasiya,   absorbsiya,   qarışdırma   və   s.)   həmin   aparat   və   maşınlarda
yerinə yetirilir. Həmin əsas proseslər bu və ya digər şəkildə quraşdırılmaqla hər bir
konkret texnoloji sxemin elementlərini təşkil edir. Odur ki, emal müəssisələrində əsas
proses  və  aparatların  öyrənilməsi  və  onların hesablanma   metodları   ekoloji amillərin
nəzərə   alınması   ilə   qida   istehsalının   fasiləsizliyi,   məhsul   bolluğunun   yaradılması,
həmçinin məhsulun standartlaşdırılması üçün bazis təşkil edir. 
Emal   müəssisələrində   çalışan   mütəxəssislər   qida   sənayesinin   mexaniki   və
texnoloji tipik proses və aparatların hesablanma əsaslarına yaxşı yiyələnməlidir, çünki
bunsuz o, istər istehsalat prosesində, istərsə də yeni məhsulun alınmasının texnoloji xətt
sxemini təkmilləşdirməkdə yaradıcı kimi iştirak edə bilməz.  
Qida   məhsullarına   olan   tələbat,   onların   faydalı   xassələrinin,   yüksək   dad
xüsusiyyətlərinin, qidalıq və bioloji dəyərliyinin uzun müddət saxlanmasını tələb edir
ki, bunlar da həmin məhsullar istehsalında hansı texnoloji emal proseslərinin və hətta bu
proseslərin yerinə yetirildiyi avadanlıq və aparatların tətbiqindən xeyli asılıdır. Ona görə
də qida məhsulları istehsalı zamanı yeni texnoloji proseslərin tətbiqi ilə bağlı biliklər,
gələcək   mütəxəssislər   üçün   vacib   şərtdir.   Çünki,   qida   məhsullarının   istehsalı   və   bu
məhsulların   uzun  müddət  keyfiyyətli  saxlanmasını   tələb  edən  rejimlərin  (şəraitlərin)
tətbiqi müasir texnologiya qaydalarının gözlənilməsini,  yeni avadanlıq və aparatlardan
istifadəni tələb edir. 
Qida   məhsulları   istehsalının   artırılması   və   buraxılan   məhsulların   yüksək
keyfiyyətli olması, aşağıda qeyd olunan yollarla əldə edilə bilər:
• proqressiv, xüsusilə fasiləsiz texnoloji proseslərin tətbiqi;
• yeni, yüksək effektli və enerji sərfinə görə səmərəli aparatların yaradılması və
istehsalata tətbiqi;
• proseslərin kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması;
• proses və aparatlardan düşünülmüş və məqsədyönlü istifadə.
Bu   proseslərin   və   aparatların   müvəffəqiyyətlə   idarə   edilməsi   yüksək   ixtisaslı
mütəxəssislərin hazırlıq və bilik səviyyələri ilə səciyyələnir. 
4


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə