Практикум по процессам и аппаратам пищевых производств/ С. М. Гребенюк, А. С. Гинзбург и др под ред. С. М. Гребенюка



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/44
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5626
növüПрактикум
1   ...   6   7   8   9   10   11   12   13   ...   44

Xırdalanacaq   məhsulların   texniki   və   fiziki   –   kimyəvi   xüsusiyyətlərindən   asılı
olaraq,   valların   üzərinə   girintili   –   çıxıntılı,   bıçaqlı,   dəyənəkli,   dişli   və   s.   örtüklər
bağlamaq olur. 
Adətən, vallardan biri hərəkət edə bilən yaylı yastığın üzərinə oturdulur ki, onun
köməyi ilə vallar arasındakı məsafə nizamlanır. Vallı xırdalayıcıların iş prinsipi ona
əsaslanır ki, qarşı – qarşıya fırlanma hərəkətini yerinə yetirən valların arasına xammal
daxil   olur,   xırdalanaraq   valların   arasından   keçib   yığma   bunkerinə   tərəf
istiqamətləndirilirlər. Belə xırdalayıcıların müsbət cəhəti, onların fasiləsiz axın xəttini
təmin   etmələri   ilə   şərtləndirilir.   Vallı   xırdalayıcıların   məhsuldarlığı,   məhsulun
xırdalanma dərəcəsindən, xırdalanacaq məhsulun xüsusiyyətindən asılı olaraq, 8 ÷ 20
ton/gün arasında dəyişir. 
Un istehsalında diskli xırdalayıcılar geniş tətbiq edilir. Ümumiyyətlə, qida sənaye
müəssisələrində orta və kiçik xırdalanma proseslərini yerinə yetirmək üçün göstərilən
xırdalayıcılardan başqa, çəkicli xırdalayıcılar, dezinteqratorlar və digər xırdalayıcılar da
tətbiq edilir. 
Narın   və   kolloid   xırdalanma.  Narın   xırdalanma   prosesi   şarlı   və   titrəyişli
xırdalayıcı   maşınlarda   yerinə   yetirilir.   Belə   maşınlar   xüsusilə   quru   mayaların
xırdalanmasında və D vitamini istehsalında geniş istifadə olunur. 
Xırdalanmanın ən yüksək incəliyini almaq üçün (hissəciklərin ölçüsü 0,4 ÷ 1,0
mkm)   kolloid   xırdalayıcılardan   istifadə   olunur.   Kolloid   xırdalayıcılarda   xammalın
xırdalanması bəzən maye mühitdə, bəzi hallarda isə su əlavə edilmədən həyata keçirilir
ki, suyun əlavə edilib edilməməyi xırdalanacaq xammalın texniki və fiziki – kimyəvi
xüsusiyyətlərindən asılıdır.
8


MÖVZU 7. MATERİALLARIN SORTLAŞDIRILMASI.
SORTLAŞDIRICI MAŞINLAR – 2 SAAT. 
Materialların   ölçülərinə   və   xassələrinə   görə   qruplara   ayrılması  sortlaşdırma
adlanır.  S o r t l a ş d ı r m a – qida sənayesində geniş tətbiq olunan proseslərdəndir.
Belə   ki,   bu   proses   taxıl   emalı   müəssisələrində,   çörək   zavodlarında,   qənnadı
məmulatları, konserv məhsulları, qida konsentratları müəssisələrində və digər sənaye
sahələrində texnoloji proseslərin əvvəlində durur.
Qida sənayesi müəssisələrində aşağıdakı sortlaşdırma üsullarından istifadə edilir:
1. Hissəciklərin ölçülərinə görə sortlaşdırma;
2. Formaya görə sortlaşdırma;
3. Sıxlığa görə sortlaşdırma;
4. Maqnit və elektrostatik xassələrə görə sortlaşdırma.
Hissəciklərin ölçülərinə görə sortlaşdırma
Hissəciklərin ölçülərinə görə sortlaşdırılması ələmə və ya xəlbirləmə adlanır, bu
prosesi yerinə yetirən maşınlara isə ələklər və ya xəlbirlər deyilir. Ələmə və xəlbirləmə
xüsusən un üyütmə, qənnadı, çörək sənayesi müəssisələrində istifadə edilir. Konserv
sənayesi   müəssisələrində   marinad   istehsalı   zamanı,   xammalın   ölçülərinə   görə
sortlaşdırılmasının həyata keçirilməsi, onun doldurulacaq taraya yerləşməsi məqsədini
güdür. Bu, məsələn, xiyar, pomidor marinadları istehsalında öz əksini tapır. Bundan
başqa,   zeytun   marinadı   istehsalında   zeytunun   daha   yetkin,   daha   böyük   və   daha
keyfiyyətli fərdlərinin seçilməsi, nişasta istehsalında axın xəttinə daxil olan kartofun
satış   üçün   daha   uyğun   ölçülərə   malik   olanlarının   və   emal   üçün   ayrılacaq   fərdlərin
sortlaşdırılması istehsal texnologiyalarında vacib sayılan proseslərdəndir. Birpilləli və
çoxpilləli xəlbirləmə üsulları biri digərində fərqləndirilir. Birpilləli xəlbirləmədə yalnız
bir xəlbirdən, çoxpilləli xəlbirləmədə isə ardıcıl və ya üst – üstə düzülmüş bir neçə
xəlbirdən istifadə olunur. Bunu sxematik olaraq aşağıdakı kimi göstərmək olar:
Çoxpilləli xəlbirləmə 3 üsulla həyata keçirilir:


1. K i ç i k d ə n   b ö y ü y ə   d o ğ r u   –  bu zaman bir neçə xəlbir bir səth
üzərində ardıcıl yerləşdirilir. Bu xəlbirlərin torlarının ölçüləri başlanğıcdan sona doğru
getdikcə böyüyür (Şəkil 1).
Şəkil 1.
2. B ö y ü k d ə n   k i ç i y ə   d o ğ r u – bu zaman xəlbirlər biri digərinin altında
torun ölçülərinin azalması şərti ilə yerləşdirilir (Şəkil 2).
Şəkil 2.
2


3. K o m b i n ə   e d i l m i ş   ü s u l  - bu üsulda  xəlbirlərin bir hissəsi eyni səth
üzərində, bir hissəsi isə   biri digərinin altında, yuxarıda göstərilən qanunauyğunluqlar
daxilində yerləşdirilir (Şəkil 3).
  
    
Şəkil 3.
Göstərilən   üsulların   tətbiqində   istifadə   olunan   maşınlar   bir   sıra   müsbət   və
çatışmayan cəhətlərinə görə biri digərindən fərqlənir.
SORTLAŞDIRICI MAŞINLAR
Sortlaşdırıcı maşınların əsas işçi orqanı sayılan ələklər – toxunma və ştamplanan
ələklər şəklində olurlar. Toxunma ələkləri polad, mis və latun məftildən, eyni zamanda
ipək və kapron saplardan hazırlayırlar. Onlar, enliyi 10 ÷ 15 mm olan kvadrat və ya
düzbucaqlı gözcüklərə malikdirlər. Hər bir ələk nömrəsi və canlı kəsiyi ilə xarakterizə
olunur. Ələyin nömrəsi onun deşiklərinin ölçüləri ilə üst – üstə düşür. Məsələn, 4№ – li
toxunma ələk, tərəfləri 4 mm – ə bərabər dəliyə malik olan ələkdir. Ələyin canlı kəsiyi
isə onun bütün dəliklərinin sahələri cəminin, ələyin ümumi sahəsinə olan nisbətinin % –
lə ifadə edilmiş qiymətidir. Toxunma ələklər 70 % – ə qədər canlı kəsiyə malik olurlar. 
3


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə