Практикум по процессам и аппаратам пищевых производств/ С. М. Гребенюк, А. С. Гинзбург и др под ред. С. М. Гребенюка



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/44
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5626
növüПрактикум
1   ...   7   8   9   10   11   12   13   14   ...   44

Ştamplanmış ələklər polad, mis və ya latun təbəqələrdən hazırlanır ki, bunlar da
şahmatşəkilli   dəyirmi   və   ya   müxtəlif   formada   tələb   edilən   ölçüdə   dəliklərə   malik
olurlar. Belə ələklər 50 % – ə qədər canlı kəsiyə malik olurlar.
Qarğıdalı   nişastası   və   kartof   spirti   istehsalında   konik   barabanlı   xəlbirləyici
maşınlardan   istifadə   edirlər   ki,   bu   maşınlar   fırlanma   hərəkəti   edə   bilən   toxunma
toxunma   və   ya   ştamplanmış   metal   ələklərə   malikdirlər.   Konik   barabanlar   üfüqi
vəziyyətdə   qurulurlar,   belə   ki,   materialın   hərəkəti   barabanın   konusluluq   dərəcəsi
hesabına təmin edilir. Barabanlı xəlbirlərin dövrlər sayını təyin etmək üçün aşağıdakı
formuldan istifadə edirlər:
R
R
n
4
,
1
8
,
0


burada: R – barabanın ən böyük radiusudur. 
Ələmənin nəticəsi xammalın ələkdəki hərəkət sürətindən asılıdır. Belə ki, xammal
nə qədər kiçik sürətlə hərəkət edirsə, bir o qədər çox hissəcik ələkdən keçər və ələmənin
keyfiyyəti yüksək olar. Lakin, materialın hərəkət sürətinin azalması zamanı, barabanlı
maşınların məhsuldarlığı azalır. Məhsulun barabandakı optimal hərəkət sürəti aşağıdakı
formulun köməyi ilə təyin edilir:
2
g
r



, m/san
burada: r – hissəciklərin orta radiusu, m;
g – ağırlıq qüvvəsinin təsiridir, m/san
2
.
Hissəciklərin formalarına görə sortlaşdırılması
Bu sortlaşdırma üsulu un üyütmə sənayesində geniş istifadə edilir, məsələn, taxıl
dənlərini,   ölçüləri   eyni   olan,   lakin   formaca   taxıldan   fərqlənən   digər   qatışıqlardan
təmizləməsi bu üsulun tətbiqinə əsaslanır. Bu məqsədlə işlədilən maşınlara t r i y e r l ər
deyilir.
4


Şəkil 4. Triyer 
1 – baraban; 2 – ştamplanmış yuvalar; 3 – şnek; 4 – nov; 5 – tutucu.
Triyerlərin barabanlarının ölçüləri: diametri 350 ÷ 800 mm,  uzunluğu 1300 ÷
3000 mm – ə bərabər olur. Yavaşsürətli barabanlı triyerlərin məhsuldarlığı 0,05 kq/san,
diskli triyerlərdə isə 1 kq/san – yə bərabərdir.
Hissəciklərin sıxlığa və aerodinamik xassələrə görə sortlaşdırılması
Hissəciklərin sıxlıqlarına görə maye və hava mühitlərində ayrılmaları prosesləri,
əsasən onların G ağırlıq qüvvəsi və axının qaldırıcı P təsir qüvvəsi ilə təyin edilir. Bu
vaxt axının sürətini elə seçmək lazımdır ki, nəqletdirici axınla az sıxlıqlı və kiçik ölçülü
hissəciklər aparılsın, böyük çökmə sürətinə malik, böyük ölçülü hissəciklər isə aparatda
çöksün. Məsələn, hava axını ilə taxılın qabığından təmizlənməsi prosesində qabıq üçün
P>G, taxıl üçün isə G>P şərtlərinin ödənilməsi vacibdir. Hava axınının hissəciklərə təsir
göstərdiyi P qüvvəsinin qiyməti aşağıdakı kimi təyin edilir:
2
v
F
k
P






burada: k – hissəciklərin səthi vəziyyətindən və formasından, həmçinin axının
hərəkət rejimindən asılı olan aerodinamik əmsal;
ρ – havanın sıxlığı, kq/m
3
;
5


F – axının perpendikulyar istiqamət səthinə hissəciklərin  proyeksiya
sahəsi, m
2
;
ω
v
 – hissəciklərin axında asılı vəziyyətdə saxlayan ilişmə sürəti, m/san.
Hidravlik sortlaşdırma üsulu spirt, çuğundur şəkəri və nişasta – patkə istehsalı
sahələrində, qum, daş və digər qatışıqların kartof, çuğundur və qarğıdalı dənlərindən
ayrılması zamanı, konserv sənayesində isə yetişmə dərəcəsindən asılı olaraq, müxtəlif
sıxlığa malik qarğıdalı dənləri və göy noxudu sortlaşdırmaq üçün tətbiq edilir.
Aydındır ki, hissəciklərin G ağırlıq qüvvəsi axının qaldırıcı P qüvvəsinə bərabər
olarsa
2
v
F
k
G
P







olar. Onda hissəciklərin ilişmə sürəti aşağıdakı formulun köməyi ilə təyin edilir.
F
k
G
v





Maqnit və elektrostatik xassələrə görə sortlaşdırma
Dənəvər   materialların   polad,   dəmir   və   çuqun   hissəciklər   şəklində   qatışıqlarla
çirklənməsi hallarına qida sənaye müəssisələrində tez – tez rast gəlinir. Bu hissəciklər
xammalla birgə maşın və avadanlıqlara daxil olaraq, onların işçi orqanlarının sıradan
çıxmasına   səbəb   olurlar.   Digər   tərəfdən,   standarta   görə,   qida   məhsullarının   belə
qatışıqlarla çirklənməsi hallarına icazə verilmir. Qida xammallarını belə qatışıqlardan
təmizləmək məqsədi ilə maqnit və elektrostatik   s e p e r a t o r l a r ı n d a n   istifadə
olunur.   Bu   seperatorların   iş   prinsipi   ondan   ibarətdir   ki,   aparan   barabana   tərpənməz
bərkidilmiş sabit cərəyanla qidalandırılan elektromaqnit, nəqletdiricidə hərəkət etdirilən
xammala   qarışmış   metal   hissəcikləri   tutub   saxlayır,   xammal   isə   hərəkətini   davam
etdirərək   texnoloji   əməliyyatların   sonrakı   mərhələsinə   ötürülür.   Baraban   xüsusi
mühərrikin köməyi ilə hərəkətə gətirilir və bu zaman fırlanma tezliyi 38 dövr/dəqiqədən
çox olmamalıdır. 
Taxıl   məhsulları   belə   seperatorlarda   təmizlənərkən,   nəzərə   almaq   lazımdır   ki,
nəqletdiricidə məhsulun qalınlığı 100 mm – dən çox olmamalıdır. 
6


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə