Практикум по процессам и аппаратам пищевых производств/ С. М. Гребенюк, А. С. Гинзбург и др под ред. С. М. Гребенюка


MÖVZU 8. PRESLƏMƏ PROSESİ – 2 SAAT



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/44
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5626
növüПрактикум
1   ...   8   9   10   11   12   13   14   15   ...   44

MÖVZU 8. PRESLƏMƏ PROSESİ – 2 SAAT. 
P r e s l ə m ə  p r o s e s i n i n  f i z i k i   m ə n a s ı.       P r e s l ə m ə
dedikdə – müxtəlif materialların təzyiq altında emalı prosesi başa düşülür. Bu proses
qida sənayesinin müxtəlif sahələrində materialları sıxlaşdırmaq, formasını dəyişdirmək,
briketləmək,   maye   və   bərk   fazalarını   ayırmaq,   materialın   mexaniki   xassələrini
dəyişdirmək və s. məqsədlərlə tətbiq edilir. Presləmə prosesi adətən, yüksək təzyiqli
preslərlə həyata keçirilir.
Presləmənin əsasən aşağıdakı növləri məlumdur:
1)   Q a z o s t a t i k       p r e s l ə m ə   – yəni yüksək temperaturda tozvari
materialların yüksək təzyiq altında preslənməsi;
2)   İ z o s t a t i k   p r e s l ə m ə – yəni qapalı həcmdə tozvari materialların
yüksək təzyiqli maye ilə preslənməsi;
3)   H i d r o s t a t i k    p r e s l ə m ə – yəni metal materialların formasını
dəyişdirmək məqsədi ilə yüksək təzyiq altında maye ilə preslənməsi;
4)  İ m p u l s l u    p r e s l ə m ə – yəni mayedə partlayışla, yüksək gərginlikli
elektrik boşalması ilə presləmə.
P r e s l ə m ə   p r o s e s i n i n    n ə z ə r i    ə s a s l a r ı.   Presləmə ilə
sıxılma  prosesini  xarakterizə  edən əsas kəmiyyət işçi  təzyiqin mahiyyətindən, maye
fazanın   hüceyrə   strukturu   ilə   əlaqə   xarakterindən,   verilmiş   materialda   və   sıxılmış
qalıqda   olan   maye   fazanın   mahiyyətindən,   prosesin   baş   verdiyi   temperaturdan,
sıxılmağa məruz qalan qatın qalınlığından və prosesin davam etmə müddətindən asılı
olan   maye   çıxımıdır.   Presləmə   prosesi   bəzi   göstəricilərinə   görə   filtrləmə   prosesinə
oxşayır.   Bu   prosesi   tətbiq   edərkən,   qida   məhsullarından   çıxan   mayenin   miqdarı   V,
Puazeyl tənliyindən təyin edilə bilər. Yəni









128
4
d
P
V
                (1)
burada: ∆P – kapillyarlarda təzyiq düşgüsü;
d – kapillyarın diametri;


μ – mayenin özlülüyü;

 – kapillyarın uzunluğu.
(1)   bərabərliyinə   əsasən,  presləmə   zamanı   çıxan   mayenin   miqdarı,   təzyiq
düşküsü ∆P və kapilyarın diametrinin 4 misli ilə düz, mayenin özlülüyü və kapilyarın
uzunluğu ilə tərs mütənasibdir. 
Buna görə də, sıxılmada mayenin daha çox çıxarılması, işçi təzyiqin artırılması və
mayenin   özlülüyünün   azaldılması   ilə   şərtləndirilir.   Lakin,   təzyiqin   həddən   artıq
çoxalması,   kapilyarların  en  kəsik   sahəsinin   və  buna  müvafiq   olaraq,   məhsuldarlığın
azalmasına səbəb olur. Ona görə də, presləmə zamanı optimal işçi təzyiq, materialın
struktur  –  mexaniki  xassələri  və  preslənib   çıxardılacaq   mayenin  miqdarı,   keyfiyyəti
nəzərə   alınmaqla,   təqribi   yolla   müəyyən   edilir.   Sıxılmada   daha   çox   mayenin
çıxarılmasını təmin etmək məqsədi ilə verilmiş material xırdalanmaya və istilik emalına
məruz qoyulur, bəzi hallarda isə hətta elektrik cərəyanı ilə emal tətbiq edilir ( e l e k -
t   r   o   p   l   a   z   m   o   l   i   z   ).  Sıxılıb   çıxardılacaq   mayenin   özlülüyünü   azaltmaq   üçün
preslənəcək   materialı   texnoloji   şərtlər   daxilində   buraxılabilən   temperaturadək
qızdırırlar.   Ümumiyyətlə,   şirə   çıxımını   artırmaq   məqsədi   ilə   presləmədən   əvvəlki
rasional emal metodları tətbiq edildikdə, meyvələrdə şirə çıxımı 80 % – ə qədər çatır.
P r e s l ə y i c i    m a ş ı n l a r. İş prinsipinə görə  f a s i l ə l i  və  f a s i l ə s i z
işləyən preslər, işçi təzyiq yaratmaq üsuluna görə isə  m e x a n i k i  və  p n e v m a t i
k preslər mövcuddur. Qida sənayesi sahələrində fasiləsiz işləyən ş n e k l i  və  v a l l ı
preslər, həmçinin fasilə ilə işləyən   p n e v m a t i k   və z ə n b i l l i   preslər geniş
tətbiq   edilir.   Şərab   istehsalında,   pambıq   və   günəbaxan   toxumlarının   yağının
çıxarılmasında   h i d r a v l i k i   preslərin tətbiqi vacibdir. 
Aşağıdakı 1 – ci şəkildə hidravliki presin sxemi təsvir edilmişdir:
1 – gövdə; 2 – hərəkətsiz plitə; 3
– travers; 4 – fincan; 5 – plunjer;
6 – işçi silindr; 7 – nasos.
2


Şəkil 1. Hidravlik pres
Hidravlik preslərdə tələb edilən işçi təzyiq
f
F
p
P



9
,
0
,         N/m
2
                  (2)
formulu ilə hesablanır.
burada: P – (6) silindrində (7) nasosu vasitəsi ilə yaradılan işçi təzyiq, N/m
2
;
f – (5) – plunjerinin en kəsik sahəsi, sm
2
;
F – presləmə sahəsi (yəni 3 – traversinin sahəsi), sm
2
;
0,9 – sürtünmədə təzyiq itkisini nəzərə alan əmsal.
Hidravlik preslərin köməyi ilə kakao meyvələrindən 82 % – ə qədər kakao yağı
çıxarmağa imkan yaranır. 
Müasir   qida   sənaye   müəssisələrində   fasilə   ilə   işləyən   preslər,   fasiləsiz   iş
prinsipinə   malik   maşınlarla   əvəz  edilir.  Fasiləsiz  işləyən  preslərin   ən  sadə   və  geniş
tətbiq   edilən   nümayəndəsi   şnekli   presdir.   Şnekli   presin   1   saniyədəki   məhsuldarlığı
burumların t – addımından, valın n – dövrlər sayından və burumun həcmindən asılı
olaraq aşağıdakı kimi təyin olunur:


240
2
n
t
d
D
V





, m
3
/san                   (3)
Preslənən materialın orta həcmi kütləsi ρ, presin f.i.ə. (faydalı iş əmsalı) η və
çıxış çatının enindən asılı olan K
v
  əmsalı nəzərə alındıqda, şnekli preslərin G kütləvi
məhsuldarlığını hesablamaq üçün (3) tənliyi aşağıdakı formaya düşər, yəni 






60
/
1
4
/
2
2












v
K
n
t
d
D
G
,  kq/san  (4)
(3) və (4) tənlikləri mahiyyətcə eyni məna kəsb edir.
Preslənmiş  qalığın çıxması  və  silindrdə şnek   arasındakı   məsafənin  minimuma
endirilməsi məqsədi ilə çıxış çatının optimal qalınlığı şəraitində işləmə, şnekli preslərin
məhsuldarlığının artırılmasına imkan yaradır. 
3


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə