Практикум по процессам и аппаратам пищевых производств/ С. М. Гребенюк, А. С. Гинзбург и др под ред. С. М. Гребенюка



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/44
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5626
növüПрактикум
1   ...   9   10   11   12   13   14   15   16   ...   44

Plastik materialların formalaşdırılması və formalaşdırıcı maşınlar
F o r m a l a ş d ı r m a  –  qida sənayesi müəssisələrində plastiklik xassələrinə
malik  qida xammalları  və  yarımfabrikatlarına  xüsusi  forma  verilməsi  prosesidir.  Bu
emal   prosesi   çörəkbişirmə   sənayesində   çörəkbişirmə   mayalarını,   xəmirdən   çörək   və
çörək   –   bulka,   makaron   məmulatlarını,   qənnadı   məhsullarını   və   bir   sıra   digər
materialları   xüsusi   formaya   salmaq   məqsədi   ilə   tətbiq   edilir.   Məsələn,   xəmir   öz
xüsusiyyətlərini təsirin müəyyən həddi daxilində saxlamaq imkanına malik olan elastik
– plastik və özlü materiallara aid edilir. Bu həddən kənar qiymətlərdə xəmir özlü maye
kimi geriyə qayıtmayan deformasiya edir və axır. Bu hadisə, tətbiq edilən qüvvələrin,
plastiki sistemlərin struktur müqavimətindən yüksək olduğu hallarda baş verir. 
Materialları   formalaşdırmaq   üçün   istifadə   edilən   preslər,   iş   üslubundan   asılı
olaraq, basıb dolduran, kündələyən və ştamplayan preslərə bölünürlər. 
Basıb dolduran preslər makaron, vermişel, lapşa, çörəkbişirmə mayaları və digər
məhsulları formalaşdırmaq üçün tətbiq edilir. Belə preslər basıb doldurucu qurğudan və
lazımı ölçülü dəliklərə malik olan formalaşdırıcı matrisadan ibarətdir.
Makaron, lapşa və vermişel istehsalı üçün tətbiq edilən şnekli doldurucu presin
quruluş sxemi və iş prinsipi aşağıdakı 2 – ci şəkildə təsvir edilir:
4


Şəkil 2. Makaron hazırlayan şnekli pres
Şəkildən   göründüyü   kimi,   bu   şnekli   pres   1   –   xəmirqarışdırandan;   2   –   sıxıcı
şnekdən;   3   –   presləyici   başlıqdan   və   4   –   formalaşdırıcı   matrisadan   ibarətdir.   Belə
preslərdə formalaşdırıcı matrisalar adətən latundan və ya bürüncdən hazırlanır. Lakin
son vaxtlar belə materiallar   v t o r o p l a s t    kimi adlandırılan üzvü plastik materialla
əvəz edilir ki, bu materiala da xəmir ümumiyyətlə yapışmır. Çörək istehsalında xəmiri
kündələmək üçün kündələyici pres və ya maşınlardan istifadə edilir ki, bu da kündənin
dəyirmi formaya salınması ilə nəticələnir. Belə maşınların quruluşu aşağıdakı 3 (a)  və
3 (b) şəkillərində təsvir edilir:
      
    Şəkil 3 – a). Lentli kündələyici                 Şəkil 3 - b. Barabanlı kündələyici 
Ştamplayıcı preslər – peçenye və karamel istehsalında daha geniş istifadə edilir.
Dənəvər materialların bərkidilməsi – briketləşdirilməsi. Uyğun maşınlar. 
B r i k e t l ə m ə     p r o s e s i  – dənəvər materialların ayrı – ayrı xırda
hissələrinin birləşərək, xüsusi formaya malik böyük tikələr əmələ gətirməsi məqsədini
güdür.   Bu   proses   qida   konsentratları   sənayesində,   tikə   qənd   istehsalında,   həmçinin
qarışıq yem istehsalında tətbiq edilir. Tikə qənd istehsalında şəkər sıyığının nəmliyi
yüksək olduqda (2 – 3 % nəmlik normal qəbul olunur) tikə qənd bir o qədər möhkəm
olur.   Sıyığın   möhkəmlənmə   dərəcəsi,   aşağıdakı   tənlikdən   təyin   edilən   briketləmə
əmsalından asılıdır:
%
100
1
2
1



V
V
V

5


burada: V
1
, V
2
 – briketləmədən əvvəl və sonrakı kütlənin həcmidir.
Bu   əmsal   təzyiqdən,   materialın   xassələrindən,   presin   konstruksiyasından   və
presləmə rejimindən asılı olmaqla, tikə qənd istehsalında 28 – 30 % təşkil edir.
Əgər  G  kütləli sıyığın briketləmədən  əvvəlki həcmi  V
1
, sonrakı həcmi  isə  V
2
olarsa, onda onun sıxlığı 
briketləməyə qədər              
1
1
V
G


, kq/m
3

briketləmədən sonra isə       
2
2
V
G


, kq/m
3
   kimi olar.
Bu halda  
2
2
1
1
V
V



     və   
%
100
2
1
2







  qiymələrinə malik olur.
Belə olduqda





100
100
1
2
Briketləyici   maşınlar   qrupundan   olan   maşınların   əsas   hissəsi,   yavaş   –   yavaş
fırlanan disk və ya stoldan ibarətdir. Disk matrisalara yığılmış dəliklərə malikdir, bu
dəliklərə   qidalandırıcıdan   briketlənmək   üçün   nəm   material   daxil   olur.   Briketlənmə
prosesi aşağıdakı şəkildə təsvir edilmiş sxem üzrə təsəvvür oluna bilər:
6


I. Matrisa;        II. Puanson;          III. Məhsul;          IV. Plitə.
7


MÖVZU 9. HİDROMEXANİKİ  PROSESLƏR  HAQQINDA  ÜMUMİ
MƏLUMAT.  ÇÖKMƏ  PROSESİ. ÇÖKDÜRÜCÜLƏR – 2 SAAT.
H i d r o d i n a m i k a n ı n    ə s a s l a r ı.     Qida sənayesində tez – tez
mayeşəkilli qida məhsullarını və qazları borular, açıq kanallar və novlar vasitəsi ilə bir
aparatdan   digərinə   köçürürlər.   Maye   və   qazların   hərəkəti   zamanı   meydana   çıxan
hidravliki   hadisələr   demək   olar   ki,   bütün   proseslərlə,   o   cümlədən   istilik   və   kütlə
mübadiləsi   prosesləri   ilə   əlaqədardır.   Mayeşəkilli   qida   məhsullarını   və   ya   qazları
borularda müəyyən sürətlə hərəkət etdirmək və ya qarışdırmaq üçün maye və ya qazın
boruya   daxil   olan   yerində   mütləq   təzyiq   yaratmaq   lazımdır.   Bu   təzyiq   mayelərin
qarışdırılmasında  n a s o s  vasitəsi ilə, qazların qarışdırılmasında isə  k o m p r e s s o r
və ya     v e n t i l y a t o r     vasitəsi ilə yaradılır. Qazlar və ya mayelərin borularda
hərəkəti zamanı, təzyiq tədricən azalır. Bu təzyiq itkisi – ∆P, hərəkət edən axının biri
digərindən bir qədər aralıda yerləşən iki nöqtəsindəki təzyiq fərqi ilə təyin edilir, yəni
2
1
P
P
P



. Nəticə etibarilə bu təzyiq itkisi boruda hərəkətdə olan maye və ya qazın
h i d r a v l i k    m ü q a v i m ə t i    adlanır.
Hidrodinamika qanunlarına əsaslanaraq, maye və ya qazların hərəkət rejimindən
asılı olan hidravlik müqavimətini, axının orta sürətini, hərəkətdə olan mayenin təbiətini
və boru divarlarının qüsurlarını təyin etmək mümkündür. Əgər maye və ya qaz, çox da
böyük olmayan sürətlə, paralel axınla hərəkət edirsə, onda belə axın rejimi   l a m i n a
r  rejim   adlanır.   Əgər   maye   və   ya   qazın   hissəcikləri   böyük   sürətlə   biri   digərinə
qarışmaqla müxtəlif istiqamətlər xaotik hərəkət edərsə, belə axın rejimi  t u r b u l e n t
rejim adlanır. 
Qeyri – bircins sistemlər və onların xüsusiyyətləri
Qeyri – bircins sistem dedikdə elə sistem başa düşülür ki, o, 2 və ya bir neçə
fazadan təşkil olunsun, bu fazaların hər biri özünün ayrılma səthinə malik olsun və
mexaniki olaraq digər fazalardan ayrıla bilsin. İstənilən qeyri – bircins binar sistem
daxili (dispers) fazadan və xarici fazadan ibarətdir. Xarici fazası mayedən ibarət olan
sistem   q e y r i  –   b i r c i n s   m a y e    s i s t e m i, qazdan ibarət xarici fazaya malik
olan sistem isə    q e y r i  –  b i r c i n s    q a z    s i s t e m i    adlanır. 
1


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə