Практикум по процессам и аппаратам пищевых производств/ С. М. Гребенюк, А. С. Гинзбург и др под ред. С. М. Гребенюка



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/44
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5626
növüПрактикум
1   ...   10   11   12   13   14   15   16   17   ...   44

Fazalarının fiziki vəziyyətindən asılı olaraq aşağıdakı qeyri – bircins maye və qaz
sistemləri biri – birindən fərqləndirilir:
1. S u s p e n z i y a l a r  –  mayelər və onların daxilindəki bərk hissəciklərdən
ibarətdirlər. Bərk hissəciklərinin ölçülərindən asılı olaraq, suspenziyalar 3 əsas qrupa
bölünürlər:
I. K o b u d    s u s p e n z i y a l a r – 100 mkm – dən böyük ölçüyə malik
hissəcikləri olan suspenziyalardır. 
II. N a r ı n   s u s p e n z i y a l a r  – 0,5 ÷ 100 mkm ölçülü hissəciklərə malik
suspenziyalardır. 
III. B u l a n t ı l a r  – 0,1 ÷ 0,5 mkm ölçülü hissəciklərə malik suspenziyalardır. 
Ölçüləri   0,1   mkm   –   dən   kiçik   olan   hissəciklərə   malik   kolloid   məhlullar   –
suspenziyalarla həqiqi məhlullar arasında aralıq mövqe tuturlar. Suspenziyalara nişasta
südü və pivə horrasını misal göstərmək olar. 
2. E m u l s i y a l a r  –  iki qarışmayan və ya qismən qarışan mayelərdən təşkil
olunurlar. Emulsiyalara misal olaraq, su ilə bitki yağı qarışığı və s. göstərmək olar. 
3. K ö p ü k l ə r  –  mayelərdən və onların tərkibində olan qaz qabarcıqlarından
ibarətdirlər. 
4. T o z l a r   və   t ü s t ü l ə r  –  qazlardan və onların tərkibində olan 0,3 ÷ 50
mkm ölçülü hissəciklərdən təşkil olunurlar. Un tozu taxılın xırdalanması, unun ələnməsi
və nəql etdirilməsi zamanı meydana çıxır. Tüstü – bərk yanacağın yandırılması zamanı
əmələ gəlir. 
5. D u m a n l a r  –  qazlardan və onların tərkibində asılı vəziyyətdə olan maye
damcılarından   ibarət   olurlar.   Qida   sənayesi   müəssisələrində   dumanlar   –   buxarın
kondensləşməsi zamanı meydana çıxırlar. 
Boruların hidravlik müqaviməti
Maye və qazların borularda və ya açıq kanallarda hərəkəti zamanı axının təzyiqi
azalır. Maye təbəqələri arasındakı daxili sürtünmə qüvvəsi, həmçinin maye axınının
hərəkətdə  olduğu   boru   divarları   ilə  sürtünməsi,   axının   təzyiq  itkisi   ilə   şərtləndirilir.
2


Borunun   uzunluğu   boyunca   mayenin   sürtünməsi   zamanı   təzyiq   itkisi   laminar   və
turbulent rejimlər üçün aşağıdakı ifadədən təyin edilə bilər:
2
2








or
sür
d
L
P
,        N/m
2
                     (1)
burada: L – borunun uzunluğu, m;
d – borunun diametri, m;
ω
or
 – borudakı mayenin orta sürəti, m/san;
ρ – mayenin sıxlığı, kq/m
3
;
λ – müqavimət əmsalıdır.
Laminar axın rejimləri üçün       
Re
64


Turbulent axın rejimləri üçün     


5
,
2
Re
lg
01
,
0


Bundan əlavə, borulardakı təzyiq axının qəflətən daralması və ya genişlənməsi
nəticəsində burulğanın əmələ gəlməsindən və hərəkət istiqamətinin dəyişməsindən azala
bilir.   Boru   kəmərlərinin   aparatlara   birləşmə   yerlərində,   boruların   dirsəklərində,
ventillərdə,   tənzimləyici   qurğularda,   kranlarda,   açarlarda   və   s.   sahələrdə   boru
kəmərlərinin   yerli   müqaviməti   adlanan   müqavimət   meydana   çıxır.   Yerli   müqavimət
nəticəsində boru kəmərlərindəki təzyiq itkisi ∆P
y.m.
 aşağıdakı formuldan təyin edilir:
2
2
.
.






m
y
P
,       N/m
2
                     (2)
burada: ζ – yerli müqavimət əmsalıdır.
Axının boruya daxil olduğu yerdə daralma olan şərait üçün ζ = 0,5; düzbucaqlı
dirsəkli borular üçün ζ = 1,1; borudan çıxış yeri üçün isə ζ = 1 qəbul edilir.
Sürtünmədə və yerli müqavimətdə cəm təzyiq itkisi, boru kəmərinin hidravliki
müqaviməti adlanır və aşağıdakı tənlikdən təyin edilir:



















d
L
P
P
P
m
y
sür
m
h
2
2
..
.
.
..
..
,      N/m
2
          (3)
3


ÇÖKMƏ PROSESİ. ÇÖKDÜRÜCÜLƏR.
Ç ö k m ə   p r o s e s i n i n   m a h i y y ə t i   və  f i z i k i   m ə n a s ı.    Qida
məhsulları suspenziyalarının müəyyən aparatlarda saxlanılmaqla, bərk hissəciklərinin
xüsusi çəkisi (ağırlığı) nəticəsində ayrılması prosesinə   ç ö k m ə   p r o s e s i   deyilir.
Aparatda olan qeyri – bircins sistemin kiçik sürətlə hərəkəti və ya sabitliyi şəraitində
xüsusi çəkisinin təsiri altında tərkib hissələrinə ayrılması, bu prosesin mahiyyətini təşkil
edir.   Asılı   hissəciklərin   çökmə   sürəti   onların   sıxlığından,   dispersiya   (xırdalanma)
dərəcəsindən   və   çökdükləri   mayelərin   fiziki   xüsusiyyətlərindən   asılıdır.   Çökmə
prosesinin yerinə yetirilməsi üçün istifadə edilən aparatlara ç ö k d ü r ü c ü l ə r deyilir.
Çökdürücülərin   məhsuldarlığı   onun   hündürlüyündən   asılı   olmayıb,   yalnız   çökmə
sürətindən və çökdürücü səthin sahəsindən asılı olaraq dəyişir. 
Qida məhsulları  istehsalı  sahələrinin bir çox texnoloji proseslərində,  sonradan
ayrılması tələb edilən qeyri – bircins sistemlər əmələ gəlir. Belə ki, şəkər çuğundurunun
su   ilə   yuyulması   zamanı   qeyri   –   bircins   sistem,   yəni   torpaq   hissəcikləri   və   qumla
çirklənmiş  su əmələ  gəlir. Bu  sudan II dəfə istifadə  etmək  məqsədi  ilə istehsalatda
qumun   və   suyun   ayrılmasını   təmin   edən   çökdürmə   əməliyyatını   tətbiq   edirlər.   Və
yaxud, qənnadı məhsulları istehsalında şəkər pudrasının alınmasını təmin edən şəkər
tozunun xırdalanması zamanı otaqda havanın çirklənməsi baş verir ki, bu da şəkər tozu
hissəciklərinin havada asılı vəziyyətdə hərəkəti ilə şərtləndirilir. 
D u r u l m a.   Ağırlıq qüvvəsinin təsiri altında çökmə prosesinə   d u r u l m a
deyilir. Bu proses suspenziyalar, emulsiyalar, tozlar və tüstülərin ayrılması məqsədi ilə
tətbiq olunur. Prosesin fiziki mənası, çökmə prosesinin mahiyyəti ilə xarakterizə olunur.
Durulma prosesini xarakterizə edən əsas göstəricilərə hissəciklərin çökmə sürəti, axının
xətti sürəti, alınan fraksiyaların keyfiyyəti və s. aid edilir. 
Suspenziyalar   duruldularkən,   ağır   bərk   hissəciklər   durulducu   aparatın   dibinə
oturur və çöküntü qatını əmələ gətirirlər. Şəffaflaşan maye hissə isə, başqa bir tutuma
axıdılaraq, kənarlaşdırılır. Emulsiyalar durulma prosesində iki təbəqəyə ayrılırlar ki, bu
təbəqələrin hər biri müxtəlif sıxlığa bərabər olur. 
D u r u l m a n ı n   k i n e t i k a s ı.  Durulma prosesinin kinetikasını öyrənmək
üçün aşağıdakı misalı aydınlaşdıraq (Şəkil 1). 
4


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə