Практикум по процессам и аппаратам пищевых производств/ С. М. Гребенюк, А. С. Гинзбург и др под ред. С. М. Гребенюка



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/44
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5626
növüПрактикум
1   ...   13   14   15   16   17   18   19   20   ...   44

zibillənməsinin qarşısını almaq məqsədini güdür. Proses 0,05 MPa təzyiq altında həyata
keçirilir. Qumun zibillənməsi dərəcəsindən asılı olaraq, o, aşağıdan yuxarıya vurulan su
vasitəsilə yuyulur. 
P a t r o n l u   f i l t r l ə r – alkoqolsuz içkilər istehsalında suyu asılı hissəciklər
və   mikroorqanizmlərdən   azad   etmək   üçün   şəkər   məhlulları   və   digər   qatışıqları,
həmçinin   qazları   təmizləmək   üçün   tətbiq   olunur.   Belə   filtrin   elementləri,   patron
şəklində   məsaməli   keramikalardan,   preslənmiş   diatomitdən   və   ya   deşikli   polad
borulardan hazırlanır ki, onların da üzərində paslanmayan məftildən, aralarında təqribən
0,1   mm   məsafə   olmaq   şərti   ilə   sarğı   sarınır.   Filtrlənmə   prosesi   demək   olar   ki,   bu
sarğılaırn arasından keçən qatışığın patronun daxilinə süzülməsi ilə həyata keçir. 
Müasir   zamanda   qida   sənayesi   müəssisələrində   geniş   miqyasda   tətbiq   edilən
patronlu filtrin sxemi 3 – cü şəkildə əks etdirilmişdir. 
Şəkil 3. Patronlu filtr. 
4


D i s k l i   f i l t r – bəzi hallarda ramalı filtr presləri əvəz edir. Bu pres silindrik
gövdədən, valdan, disklərdən (24 ədəd), çöküntünü mexaniki olaraq boşaltmaq üçün
şnekdən ibarətdir. Filtr – 0,3 MPa təzyiqi altında işləyir. 
Çöküntüsünü özü boşaldan təbəqəli filtr, çox geniş şəkildə durulducu qurğuları
əvəz edə bilir. Belə ki, bu tip filtr – maşınlar şəkərli şirələri qatılaşdırmaq məqsədi ilə
tətbiq edilir. 
Fasilə ilə işləyən bir çox filtrləyici qurğular yüksək məhsuldarlığa malik olmurlar,
lakin onlardan alınan filtratlar yüksək keyfiyyətli olurlar. Belə filtrləyici qurğulardan
çöküntünün boşaldılması və qurğunun yenidən quraşdırılmasına çox vaxt sərf edilir və
bəzən də bu proses çox çətin olur. Fasilə ilə işləyən belə filtrləyici qurğuların bu tip
çatışmayan cəhətləri fasiləsiz işləyən filtrləyici qurğuların tətbiqi ilə aradan qaldırılır. 
Fasiləsiz işləyən barabanlı vakuum – filtr, çuğundur şəkəri və maya istehsalında,
bərk fazasının konsentrasiyası 16 – 18 % – dən az olmayan suspenziyaları filtrləmək
üçün çox geniş miqyasda tətbiq edilir ki, bu da yüksək keyfiyyətli filtrat almağa və
filtrləyici qurğuda çöküntü qatının tez bir zamanda yaradılmasına zəmin yaradır. 
Diskli filtrin sxemi 4 – cü şəkildə göstərilir.
5


Şəkil 4. Diskli filtr.
Çöküntünü   mərkəzdənqaçma   qüvvəsinin   köməyi   ilə   boşaldan   boşqablı   filtrin
sxemi 5 – ci şəkildə göstərilir.
Şəkil 5. Çöküntünü mərkəzdənqaçma qüvvəsinin köməyi ilə boşaldan boşqablı
filtrin sxemi. 
Mərkəzdənqaçma qüvvəsinin təsiri altında filtrləmə 
Suspenziyaların mərkəzdənqaçma qüvvəsinin təsiri altında filtrlənməsi, filtrləyici
arakəsmənin   daxilində   quraşdırılmış   fırlanan   deşikli   barabana   malik   sentrifuqalarda
yerinə yetirilir. Filtrləyici sentrifuqalar qida sənayesinin şəkər, duz, nişasta – patkə, ət
və   digər   məhsullar   istehsalı   sahələrində   geniş   tətbiq   edilir.   Filtrlənən   suspenziya
kütləsində meydana çıxan mərkəzdənqaçma qüvvəsinin təsiri altında, çöküntü qatının
müqavimətinin dəf edilməsinə sərf olunan təzyiq qüvvəsi əmələ gəlir ki, bu qüvvənin də
təsiri ilə filtrat, çöküntü qatından və filtrləyici arakəsmədən müəyyən sürətlə keçmək
üçün lazım olan kinetik enerji qazanmış olur. 
Qida sənayesində  təqribən 3000 – ə qədər ayırma  faktoruna malik fasiləli  və
fasiləsiz işləyən avtomatik və yarımavtomat filtrləyici sentrifuqalar tətbiq edilir. Valının
yerləşməsinə görə onlar    ş a q u l i    və    ü f ü q i    sentrifuqalara bölünürlər. Şaquli
sentrifuqalar   elektrik   mühərrikinin   valından   asılı   vəziyyətdə   olurlar.   Belə
6


sentrifuqalarda   suspenziya   barabanı   300   dövr   /   dəqiqə   tezliklə   fırlanan   paylaşdırıcı
boşqaba yüklənir; bundan sonra elektrik mühərriki 1000 dövr / dəqiqə tezliyinə qoşulur
və filtrləmə başlanır. Baraban fırlanan zaman suspenziya mərkəzdənqaçma qüvvəsinin
təsiri ilə divarlara çırpılır, bərk faza filtrləyici ələkdə tutulur, maye faza isə çöküntü
qatından   və   filtrləyici   arakəsmədən   süzülərək   ayrılır.   Filtrləmənin   nəticəsi   olaraq,
çöküntü qaynar su və ya buxarla yaxalanır, sonra çöküntü qurudulur, daha sonra isə
konus  qaldırılaraq,   elektrik   mühərriki   300   dövr   /dəqiqə   tezliyinə   keçirilir   və   birdən
kəskin   tormozlanmanın   nəticəsində   çöküntü   boşalır.   Sentrifuqanın   bir   iş   tsikli,
suspenziyanın   keyfiyyətindən   asılı   olaraq   3,5   –   6,0   dəqiqə   təşkil   edir.   Göstərilən
sentrifuqalardan   başqa,   qida   sənayesi   müəssisələrində   mərkəzdənqaçma   qüvvəsinin
təsiri altında fasiləsiz işləyən dozalaşdırıcı porşenə malik sentrifuqalardan da istifadə
olunur ki, bu qurğular da fırlanan rotor, üç ədəd pilləli filtrləyici arakəsmələrdən ibarət
barabandan təşkil olunur. 
7


MÖVZU 12. ƏKS OSMOS VƏ ULTRAFİLTRASİYA 
PROSESLƏRİ – 2 SAAT.
Əks   osmos   və   ultrafiltrasiya   metodları,   məhlulların   təzyiq   altında   seçilib
həlledicini buraxmaq və bu həlledicidə həll olmuş maddələrin molekullarını tamamilə
və   ya   qismən   tutub   saxlamaq   qabiliyyətinə   malik   yarımkeçirici   membranlarda
filtrlənməsi ilə səciyyələndirilir. Bu üsulların əsasını osmosun meydana gəlməsi – yəni
həlledicinin (suyun) 1 – yarımkeçirici membranından məhlula özbaşına keçməsi təşkil
edir (şəkil 1). 
Əks osmos prosesi 1 – ci şəkildə aydın təsvir edilir:
Osmos                                Müvazinət                             Əks  osmos
Şəkil 1. Osmotik proseslərin təsviri
Həlledicini membrandan keçməyə məcbur edən məhluldakı π təzyiqi  o s m o t i
k təzyiq  adlanır.  Məhlulun  səthində  osmotik  təzyiqə bərabər P
1
  təzyiqi  yaradıldıqda
osmos hadisəsi kəsilir və müvazinət vəziyyəti alınır (şəkil 1). Əgər məhlulun səthində π
osmotik   təzyiqindən   yüksək   olan   P
2
  –   artıq   təzyiqi   yaradılarsa,   onda   həlledicinin
yarımkeçirici   membrandan   keçməsi   əks   istiqamətdə   gedəcəkdir   və   bu   proses  ə   k   s
o s m o s   p r o s e s i   adlanır (şəkil 1, c).
Sadə   nəzəriyyəyə   əsasən,   məsaməli   membrandan   filtrləmə   mexanizmi   onunla
izah olunur ki, belə membranın məsamələri həlledicinin molekullarını buraxmaq üçün
kifayət qədər böyük və həll olan maddənin molekullarını buraxmaq üçün isə olduqca


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə