Практикум по процессам и аппаратам пищевых производств/ С. М. Гребенюк, А. С. Гинзбург и др под ред. С. М. Гребенюка



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/44
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5626
növüПрактикум
1   2   3   4   5   6   7   8   9   ...   44

Bu baxımdan “Qida istehsalı texnologiyalarının prosesi və aparatları” fənninin,
qida   sənayesi   sahələrində   çalışacaq   gələcək   mütəxəssislər   üçün   nə   dərəcədə   zəruri
olduğu aydınlaşır. 
KURSUN  QISA TARİXİ  İNKİŞAFI
“Qida   istehsalı   texnologiyalarının   prosesi   və   aparatları”   elmi   XIX   əsrin
sonlarında,   köhnə   SSRİ   –   də   və   ABŞ   –   da   eyni   vaxtda   yaranmışdır.   Bu   elmin   ilk
başlanğıcı Dimitriy İvanoviç Mendeleyev tərəfindən 1897 – ci ildə qoyulmuşdur. Belə
ki, “Fabrik – zavod sənayesinin əsasları” kitabında, o, ilk dəfə kimya texnologiyasının
əsas   proseslərinin   təsnifatını   çox   dəqiqliklə   formalaşdırmış   və   fasiləsiz   proseslərin
inkişafına xüsusi fikir yönəltmişdir. Sonra 1909 – cu ildə A. K. Krupski aparatların
hesablanması   məsələlərinə   həsr   olunmuş   dərs   vəsaitində,   aşağıda   ifadə   edilənlərlə
nəticələnən ümumiləşdirilmiş metodu şərh etmişdir:
1.   Böyük   miqdarda   texnoloji   proseslərdən,   qruplaşdırma   yolu   ilə   müəyyən
miqdarda əsas proseslər ayrılır;
2.   Əsas   proseslər   və   onların   ayrı   –   ayrı   qruplarının   öyrənilməsində   vahid
qanunauyğunluqlardan istifadə olunur.
Sonralar bu ideyalar A.İ. Tişşenkonun elmi işlərində öz əksini tapmışdır. 
“Proseslər və aparatlar” haqqında elm daha sonralar D.İ. Kanavalov, A.A. Kirov,
A. Q. Kasatkin, P. Q. Romankov, A. N. Planovski, N. M. Javoronkov, P. A. Rebinder,
A. V. Lukov, V. V. Qafarov və başqa alimlər tərəfindən inkişaf etdirilmişdir. 
“Qida istehsalı texnologiyalarının prosesi və aparatları” elminin inkişafında Q. M.
Znamenski, İ. İ. Çernobılski, M. A. Kiçigin, Q. N. Kostenko, A. S. Qinzburq, M. P.
Silin və digər alimlər xüsusi rol oynamışlar. 
Kursun   inkişafına   və   yaradılmasına   böyük   zəhmət   qoymuş   xarici   ölkə
alimlərindən Lyuis, Badjer, Şervud və Cililind (ABŞ), Riçardson və Kulson (İngiltərə),
Siborovski   və   Zyulkovski   (Polşa),   Şteydl   (Çexiya),   İliyev   (Bolqarıstan),   Bandek   və
Laslo (Macarıstan) və digərlərini misal göstərmək olar.
Kimya   texnologiyasının   müxtəlif   sahələrində   tətbiq   edilən   proseslərin   nəzəri
əsasları   ölkəmizin   görkəmli   alimləri   akademik   Məmmədəliyev   Y.   H.,   akademik
Şahtaxtinski H. B., akademik Əliyev A. M., akademik Mirzəcanzadə A. X., akademik
5


Nağıyev T. M., akademik Rüstəmov M. İ. və digərləri tərəfindən öyrənilmiş və müvafiq
aparatların   hesablanması   üsulları   müəyyənləşdirilmişdir.   Bununla   belə   neft   və   qaz
texnologiyasının proses və aparatları kursunun öyrənilməsində Azərbaycan Dövlət Neft
Akademiyasının əməkdaşlarının ana dilimizdə tərtib edilmiş bir sıra dərs vəsaitləri istər
tələbələr və istərsə də mühəndis – texniki işçilər üçün yardımçı olmuşdur. 
Ölkəmizdə qida texnologiyasının prosesləri və aparatları sahəsində ilk dəfə olaraq
1982 – 1995 – ci illərdə Azərbaycan Texnologiya Universitetində (Az. TU) aparılan
müxtəlif   istiqamətli   elmi   –   tədqiqat   işləri   olmuş   və   bu   işlərin   nəticələri   Moskva
şəhərinin aparıcı elm ocaqlarında müvəffəqiyyətlə müdafiə edilmişdir. 
Müəllifi   X.S.   Mustafayev   olan   qida   məhsullarının   xırdalanması   proseslərinin
mexanikləşdirilməsində tətbiq olunan aparatların işinin səmərəliliyinin yüksəldilməsinin
elmi əsasları, o cümlədən S. M. Nəzərovun rəhbərliyi altında Azərbaycan Texnologiya
Universitetinin   «Yeyinti   istehsalatının   prosesləri   və   aparatları»   kafedrasının
əməkdaşlarının apardıqları «Elektrofiziki üsullarla yerli xammal və məhsulların emal
proseslərinin nəzəri və eksperimental tədqiqi» və s. işlər bu sahənin daha da inkişaf
etdirilməsində müsbət rol oynamışdır. 
 
6


MÖVZU 2. QİDA TEXNOLOGİYASI PROSESLƏRİNİN TƏSNİFATI VƏ
XÜSUSİYYƏTLƏRİ
Proses   və   aparatlar   haqqında   elmin   inkişafı   qida   texnologiyası   proseslərinin
əsaslandırılmış elmi təsnifatının müəyyənləşdirilməsinə imkan vermişdir. Bir sıra əsas
anlayışlara diqqət yetirək:
P r o s e s  (latınca  prosessus  – gediş deməkdir) – müəyyən nəticə əldə etmək
məqsədi ilə görülən ardıcıl işlərin məcmusudur.
T e x n o l o g i y a – (yunanca “texne” və “loqos” söz birləşməsindən əmələ
gəlmişdir, “məhfum + elm” deməkdir) – müəyyən bir məqsəd naminə, yəni hər hansı bir
məhsul istehsal etmək məqsədi ilə əvvəlcədən planlaşdırılan və ardıcıl yerinə yetirilən
əməliyyatlar məcmusudur. 
T e x n o l o j i  a p a r a t – (latınca “apparatus” – “avadanlıq” deməkdir) –
texnoloji proseslərin həyata keçirilməsi üçün təyin edilmiş cihaz, qurğu, alətdir.
M a ş ı n – (latınca “machina”) – enerjini bir şəkildən başqa şəklə salmaq yolu
ilə hər hansı bir faydalı iş görən mexanizm və ya mexanizmlər toplusudur. 
Baş   vermə   xüsusiyyətlərini   xarakterizə   edən   əsas   qanunauyğunluqlardan   asılı
olaraq,   qida   məhsullarının   istehsal   prosesləri   aşağıdakı   qruplara   bölünür:  mexaniki
proseslər,   hidromexaniki   proseslər,   istilik   mübadiləsi   prosesləri,   kütlə   mübadiləsi
prosesləri, kimyəvi və biokimyəvi proseslər.  İndi də qeyd edilən bu qida məhsulları
istehsalı prosesləri ilə daha yaxından tanış olaq.
1. M e x a n i k i   p r o s e s l ə r – bərk materialların emalı ilə sıx əlaqədardır.
Bu proseslərə aşağıdakılar aid edilir:
– materialların yerdəyişməsi, yəni nəqli, daşınması  prosesi;
– xırdalanma prosesi;
– sortlara ayırma prosesi;
– dozalaşdırma prosesi;
– dənəvər materialların qarışdırılması və preslənməsi prosesi.
Mexaniki   proseslərin  hərəkətverici   qüvvəsi  mexaniki   təzyiq   qüvvəsi   və   ya
mərkəzdənqaçma qüvvəsidir.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə