Практикум по процессам и аппаратам пищевых производств/ С. М. Гребенюк, А. С. Гинзбург и др под ред. С. М. Гребенюка


 H i d r o m e x a n i k i   p r o s e s l ə r



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/44
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5626
növüПрактикум
1   2   3   4   5   6   7   8   9   ...   44

2. H i d r o m e x a n i k i   p r o s e s l ə r – qazların və məhlulların, hətta qeyri
– bircins sistemlərin emalı proseslərinə aid edilir. Bu qrup proseslərə məhlulların və
qazların   yerdəyişdirilməsi,   məhlulların   və   plastik   kütlələrin   qarışdırılması,   eyni
zamanda qeyri – bircins məhlul və qazvari sistemlərin ayrılması (durulma, filtrləmə,
sentrifuqalama,   qazların   tozlardan   təmizlənməsi   və   s.)   daxil   edilir.   Hidromexaniki
proseslərin  hərəkətverici qüvvəsi  hidrostatiki və hidrodinamiki təzyiq qüvvəsi   və ya
mərkəzdənqaçma qüvvəsidir.
3. İ s t i l i k   m ü b a d i l ə s i   p r o s e s l ə r i  – bu tip proseslər istilik
mübadiləsi ilə, yəni istiliyin bir maddədən digərinə keçməsi ilə səciyyələndirilir. İstilik
mübadiləsi   proseslərinə   qızdırılma   və   soyudulma,   aqreqat   halının   dəyişilməsi   ilə
nəticələnən proseslər, buxarlandırma, kondensləşdirmə, ərimə və bərkimə prosesləri aid
edilir.   İstilik   mübadiləsi   proseslərinin  hərəkətverici   qüvvəsi  qarşılıqlı   əlaqədə   olan
tərəflər arasındakı temperatur fərqidir. 
4. K ü t l ə   m ü b a d i l ə s i   p r o s e s l ə r i – kütlələrin diffuziya yolu ilə bir
fazadan digərinə keçməsi ilə şərtləndirilən proseslər, kütlə mübadiləsi proseslərinə aid
edilir. Bu tip proseslərə həllolma və kristallaşma (maddələrin bərk fazadan maye fazaya
və ya əksinə keçməsi), ekstraksiya (maddələrin bir maye fazadan digərinə keçməsi),
buxarlandırma və kondensləşdirmə (maddənin maye fazadan qaz fazasına və ya əksinə
keçməsi),   sublimasiya   (maddənin   bərk   fazaya   keçməsi)   aid   edilir.   Kütlə   mübadiləsi
proseslərinin  hərəkətverici qüvvəsi  qarşılıqlı əlaqədə olan fazalarda mübadilə olunan
maddənin qatılıq fərqidir.
5. K i m y ə v i   və   b i o k i m y ə v i   p r o s e s l ə r – bu proseslər maddələrin
kimyəvi çevrilməsi və yeni maddələrin (məhsulların) alınması ilə əlaqədardır. Bu qrup
proseslərə qıcqırma və kimyəvi sintez prosesləri, sintetik vitaminlərin alınması və digər
proseslər aid edilir.
Bəzi proseslər, məsələn, kristallaşdırma, buxarlandırma və s. proseslər həm istilik
mübadiləsi, həm də kütlə mübadiləsi prosesləri qrupuna daxil olurlar. Qeyd edilən bu
proseslər,   yəni   kristallaşdırma   və   buxarlandırma   prosesləri   eyni   vaxtda   həm   istilik
mübadiləsi, həm də kütlə mübadiləsi ilə müşayiət olunurlar. Belə prosesləri müxtəlif
2


qruplara yalnız prosesin ayrıca qrup kimi baxıldığı anda aid edirlər. Məsələn, istilik
mübadiləsi və ya kütlə mübadiləsi prosesinə baxılan anda. 
Ümumiyyətlə   qida   istehsalı   prosesləri  fasiləli,   fasiləsiz  və  kombinə   edilmiş
proseslər olmaqla üç qrupa bölünürlər. Fasiləli proseslərdə xammal aparata yüklənir,
burada emal edilir, istehsal edilmiş məhsul isə aparatdan boşaldılır. Bu mərhələ verilmiş
xammalın yeni porsiyasının doldurulmasından sonra davam etdirilir. Fasiləli proses bir
aparatda müxtəlif vaxtda baş verməklə, ayrı – ayrı mərhələlərdən təşkil olunur. Aparatın
hər zonasında, onun hər bir iş mərhələsində prosesin parametrlərinin – temperaturunun,
təzyiqinin, qatılığının və digər göstəricilərinin dəfələrlə dəyişməsi halı baş verir.
Fasiləsiz prosesdə xammal daim aparata daxil olur, orada emal olunur və hazır
məhsul həmçinin fasiləsiz olaraq aparatdan boşaldılır. Bütün mərhələlər (yükləmə, emal
və   boşaltma)   eyni   vaxtda   bir   aparatda   yerinə   yetirilir.   Aparatın   hər   bir   zonasında
prosesin   parametrlər   (T,   P,   C)   dəyişilməz   qalır.   Fasiləsiz   aparatlara   yüksək
məhsuldarlığa və kiçik əndazə (qabarit) ölçülərinə malik olurlar.  
Kombinə edilmiş proseslər zamanı qurğularda bir sıra aparatlar fasilə ilə, digərləri
isə fasiləsiz işləyirlər. Fasiləsiz və fasiləli işləyən aparatlar arasında, belə hallarda aralıq
tutumlar yerləşdirilir ki, istehsal xətlərində emal edilmiş məhsul yığılsın və oradan da
fasiləsiz işləyən aparatlara ötürülsün. 
Qida istehsalı  proseslərinin göstərilən təsnifatına  uyğun olaraq, bu proseslərin
yerinə yetirildiyi aparatlar da biri – birindən fərqləndirilir. Belə ki, kimyəvi, mexaniki,
istilik mübadiləsi, kütlə mübadiləsi, hidromexaniki aparatlar, eyni zamanda fasiləli və
fasiləsiz işləyən aparatlar.
 
3


MÖVZU 3.  QİDA  TEXNOLOGİYALARININ  ƏSAS  QANUNLARI
Qida texnologiyası proseslərinin öyrənilməsində fizika və fiziki – kimyanın əsas
qanunlarının tətbiqi “Qida texnologiyasının prosesləri və aparatları” kursunun nəzəri
əsasını təşkil edir. Bu qanunlar əsasında proseslərin material və enerji balansları tərtib
edilir, sistemin tarazlığı və prosesin baş vermə sürətini təyin edən amillər öyrənilir. 
Kütlələrin saxlanması qanununa əsaslanan material balansı, verilmiş xammalın
sərf normasını və ya hazır məhsul çıxımının miqdarını təyin etmək məqsədi ilə tərtib
edilir.   Kütlələrin   saxlaması   qanununa   əsasən,   emala   daxil   olan   G
1
  və   G
2
  kütləli
məhsulların  çəki  miqdarı,  emaldan   alınan  G
3
  kütləli hazır məhsulun  çəki  miqdarına
bərabər olmalıdır. Məlumdur ki, texnoloji proseslər zamanı istehsalatda müəyyən itkilər
– G
4
  baş verir. Bu itkilər də nəzərə alınmaqla, prosesin material balansını aşağıdakı
şəkildə yazmaq olar:
4
3
2
1
G
G
G
G



                                (1)
Material   balansı   nəinki   müəyyən   bir   maddə   və   ya   məhsul   üçün,   hətta   həmin
maddə   və   ya   məhsulun   istənilən   tərkib   hissəsi   üçün   də   tərtib   edilə   bilər.   Məsələn,
filtrləmə   prosesində   X
1
  %   qatılıqlı   G
s
  kq   suspenziyasından   G
f
  kq   filtratı   və   X
2
  %
qatılıqlı   G
ç
  nəm   çöküntü   alınır.   Filtratda   qalan   bərk   fazanın   cüzi   miqdarına   məhəl
qoymadan material balansı tənliklərini aşağıdakı şəkildə tərtib etmək olar:
Suspenziyaya görə: 
ç
f
s
G
G
G


                                        (2)
Bərk fazaya görə: 
2
1
X
G
X
G
ç
s

                                           (3)
(2) və ya (3) bərabərlikləri birlikdə həll olunaraq, filtratın və ya nəm çöküntünün
miqdarı təyin edilir.
Enerji   balansı,   enerjinin   saxlanması   qanununa   əsasən   tərtib   edilir.   Bu   qanuna
görə, istənilən proses zamanı sərf edilən enerji daxil olan enerjiyə bərabər olur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə